Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-7/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni təmsilçinin qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xxx cavabdeh xxx qarşı (üçüncü şəxslər: "xxxx" MMC və X3)“qanuni təmsilçinin qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-816/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İran İslam Respublikasının Səhənd AB Azərbaycan Səhmdar Cəmiyyəti (SAACO) və Azərbaycan Respublikasının vətəndaşı X4 nizamnamə kapitalında 50 faizi miqdarında bərabər paylarla təsisçilərin 1 saylı ümumi yığıncağının 08 fevral 2002-ci il tarixli qərarına və 12 fevral 2002-ci il tarixli təsis müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdirlər.
2. Təsisçilərin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə İran İslam Respublikasının vətəndaşı X9 MMC-nin baş direktoru-qanu ni təmsilçisi təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət reyestrində 04 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Ümumi yığıncağın xx.xx.2021-ci il tarixli qərarı ilə X3 "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh 8 fevral 2022-ci il tarixli, **********489000 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin orqanını yaratmaq və onun səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərin i təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adına "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsasl andırılmışdır ki, İran İslam Respublikasının Səhənd AB Azərbaycan Səhmdar Cəmiyyəti (SAACO) və Azərbaycan Respublikasının vətəndaşı X4 nizamnamə kapitalında 50 faizi miqdarında bərabər paylarla təsisçilərin 1 saylı ümumi yığıncağının 08 fevral 2002-ci il tarixli qərarına və 12 fevral 2002-ci il tarixli təsis müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdirlər. Təsisçilərin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə İran İslam Respublikasının vətəndaşı X9 MMC-nin baş direktoru qanuni təmsilçisi təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət reyestrində 04 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X9 isə MMC-nin qanuni təmsilçisi kimi 14 iyun 2011-ci il tarixdə hüquqi qeydiyyata alınmışdır. Şirkətin qanuni möhürü onda saxlanılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X4 təkbaşına 03 noyabr 2021-ci il tarixdə MMC-nin təsisçilərinin ümumi yığıncağını keçirmiş və X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruqanuni təmsilçisi təyin etmişdir. Təsis sənədlərindəki həmin dəyişikiliklə bağlı cavabdeh, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə 04 noyabr 2021-ci il tarixdə qeydiyyat aparılmış və ona reyestrdən müvafiq çıxarış verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həm təsisçisi X4 MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə təklifini digər təsisçi "SAACO" şirkətinə bildirməmişdir. Belə ki, "SAACO” şirkətinin faktiki və hüquqi ünvanı İran İslam Respublikası, Şərqi Azərbaycan vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa Binası, mərtəbə 5 olmasına baxmayaraq təklifi iki dəfə səhv ünvanlara göndərmişdir. X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının keçiriləcəyi barədə birinci bildirişi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Rabitə Müəssisəsi vasitəsilə 19 oktyabr 2021-ci il tarixli, EE001741729AZ nömrəli qaimə ilə İran İslam Respublikasındakı "Bahman boulevard, in front of water and sewerage department Emerald building 4 th floor, Grele A, Tabriz, İran" ünvanına, ikinci bildirişi isə 29 oktyabr 2021-ci il tarixli EE**********0AZ nömrəli qaimə ilə "Bahman boulevard, Tabriz city 29, in front of water and sewerage department Emerald building 4 th floor, Grele, İran” ünv anına göndərmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Rabitə Müəssisəsinin 15 aprel 2022-ci il tarixli, PİKNŞ137/163 saylı arayışından (inzibati işə əlavə edilmişdir) görünür ki, poçt qaimələrində bildirişlərin çatdırılma ünvanları səhv göstərildiyindən "SAACO” şirkətinə çatdırılması mümkün olmamış, hər iki göndəriş 30 noyabr 2022-ci il tarixdən "xxxx" Rabitə Müəssisəsinin AZ9602 məntəqəsinə geri qaytarılmışdır. Bildirişlərin geri qaytarılmasının səbəbi ünvanların səhv göstərilməsi olmuşdur. Tağı İbrahimova həmin vaxtdan bildirişləri məntəqədən geri götürməsi telefonla bir neçə dəfə təklif edilsə də, gəlib götürməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Tağı İbrahimov tərəfindən yeni direktor-qanuni təmsilçi təyin edilməsi barədə təsis sənədlərinə edilmiş yeni dəyişikliyin qeydə alınması üçün ərizə və digər sənədlər təqdim edilərkən dəyişikliyin qanuni əsaslarla aparılmasını araşdırmadan, ancaq poçt qaimələrinin surətlərini tələb etməklə kifəyətlənmiş, bildirişlərin "SAACO” şirkətinə çatdırılıbçatdırılmaması ilə maraqlanmamış, bu barədə təsdiqedici sənədlər tələb etməmişdir. Cavabdeh təsis sənədlərində aparılmış qanunsuz dəyişikliyi qeydə alan zaman "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1, 9.2, 11.3, 11.3.1 və 11.3.1-1-ci maddələrinin tələblərini pozmuşdur. X4 03 noyabr 2021-ci il tarixli qərarla X2 “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru-qanuni təmsilçisi təyin edərkən, həmçinin əmək qanunv ericiliyinin və MMC-nin Nizamnaməsinin tələblərini pozmuşdur. Belə ki, Tağı İbrahimov MMC-nin həmin vaxt fəaliyyətdə olan təsisçilərinin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə MMC-nin baş direktoru təyin edilmiş İran İslam Respublikasının vətəndaşı X9 MMC-nin baş direktoru-qanuni təmsilçisi vəzifəsindən azad etmədən X2 həmin MMC-nin direktoru-qanuni təmsilçisi təyin etmişdir. MMC-nin Nizamnaməsinin 9.2.3-cü maddəsinə əsasən direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilənin müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. Nizamnamənin 15.1 və 15.2-ci bəndlərinə görə “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətində işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar d a daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Cavabdeh təsis sənədlərindəki dəyişikliyi qeydə alarkən həmin pozuntulara görə də qeydiyyatdan imtina etməli idi. Qeyd edilir ki, “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü direktor Fakhari Ahmadda saxlanılır. X5 hüquqi qeydiyyat barədə ərizəyə vurduğu möhürdə “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Bu isə ehtimal etməyə əsas verir ki, həmin möhür qanunsuz üsullarla əldə edilmişdir. X7 Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qanunsuz tərtib etdiyi 03 noyabr 2021-ci il tarixli qərarı təqdim etməklə X1 “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi-baş direktoru kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi qeydiyyatının aparılmasına və çıxarışı almağa nail olmuşdur. Cavabdehin vəzifəli şəxsi təqdim edilmiş sənədlərin qanuniliyini araşdırmadan, imtina etməli olduğu halda hüquqi qeydiyyatı həyata keçirməsi nəticəsində “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin bərabər paylarla digər təsisçisi kimi "SAACO" şirkətinin qanunla qorunan mənafelərinə, ona məxsus böyük bazar qiymətlərinə malik daşınmaz əmlaklarının özgəninkiləşdirilməklə əldən çıxmasına real təhlükə yaratmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 mart 2022-ci il tarixli, **********12 saylı arayışından göründüyü kimi “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 8 9, 10 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 89, 11 saylı mənzil, ünvan 1 qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 87A saylı əmlak kompleksi, ünvan 1 ünvanda yerləşən 116,9 kv.metr (xx.xx.2005-ci il tarixli, 005472 saylı şəhadətnaməyə əsasən), 104,1 kv.metr (xx.xx.2005-ci il tarixli, 005473 saylı şəhadətnaməyə əsasən) və 28,8 kv.metr (xx.xx.2006-cı il tarixli, 000525 saylı şəhadətnaməyə əsasən) qeyri-yaşayış sahələri vardır. Hüquqi qeydiyyat qanunsuz aparıldığından vurula biləcək maddi zərərə görə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi də hüquqi məsuliyyət daşıya bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 19-cu maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikas ının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Qeyd olunanlara əsasən X1 “AZACO“ Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi 24 yanvar 2022-ci il tarixli, ******* saylı məktubla Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi xanım Lalə Cəfərovadan xahiş edilmişdir. Cavabdehin rəhbəri xanım Lalə Cəfərovanın imzası ilə təqdim edilmiş 08 fevral 2022-ci il tarixli **********489000 saylı məktubu ilə rədd cavabı verilmişdir. Cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin orqanını yaratmaq və onun səlahiyyətinə vaxtından əv vəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adına "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərin qey diyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Həmin qanuna əsasən baş verilmiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Hüquqi şəxsin rəhbərinin dəyişilməsinin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki təmsilçisinin (direktorun) vəzifədən azad edilməsi və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçinin qərarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Qanunvericiliyə əsasən qeydiyyat orqanı ona təqdim edilmiş sənədl ərin qanunvericiliyə uyğunluğunu yoxlayır və müsbət halda qeydiyyatı həyata keçirir. ”AZACO” MMC-nin rəhbərinin dəyişilməsi faktının həyata keçirilməsi məqsədilə cəmiyyətin təsisçilərindən X4 xx.xx.2921-ci il tarixli protokol ilə ümumi yığıncağın ilk iclasını təşkil etmiş, daha sonra Mülki Məcəllənin 91.1.-5-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ümumi yığıncağın növbəti iclasını təşkil etmiş və X3 Cəmiyyətə qanuni təmsilçi təyin edilmişdir. Qərar və digər sənədlər hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)- 6421/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təsisçisi olduğu cəmiyyətin gündəlik məsələsi yeni qanuni təmsilçinin təyin edilməsi olan hər iki ümumi yığıncağı iddiaçı lazımi qaydada məlumatlandırılmadan keçirilmişdir, belə ki, bildiriş göndərilərkən iddiaçının həm ünvanı səhv göstərilmi şdir, həm də bildirişin çatdırılması üçün tələb olunan müddət nəzərə alınmamışdır, belə ki, iddiaçının hətta ünvanı düzgün göstərilsə idi belə bildirişlərin iddiaçıya çatdırıldığı tarix artıq ümumi yığıncaqların keçirildiyi tarixlərdən sonraya təsadüf edəcəkdi, çünki birinci ümumi yığıncaq xx.xx.2021-ci il tarixə təyin edildiyi halda göndəriş xx.xx.2021-ci ildə (artıq birinci xx.xx.2021-ci il tarixli ümumi yığıncaq keçirildikdən sonra) İran İslam Respublikasına çatmışdır, birinci ümumi yığıncaqdan 5 gün sonraya - xx.xx.2021-ci il tarixə təyin edilmiş ümumi yığıncaq haqqında bildiriş isə İran İslam Respublikasına xx.xx.2021-ci ildə çatmışdır. X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi təyin edilməsi barədə qərar qəbul etmiş "xxxx" MMC-nin ümumi yığıncağı bir iştirakçının iştirakı ilə keçirild iyi, digər iştirakçının iştirakı təmin edilmədiyi üçün səlahiyyətli olmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-816/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi vergi orqanı ona müəssisənin təsis sənədində aparılmış dəyişikliklə bağlı sənədlərin həmin dəyişikliyin elə baş verdiyi gündə (xx.xx.2021-ci il tarixd ə), yəni 40 gündən gec olmayan müddətdə təqdim edildiyini, bu dəyişikliyin qanuna zidd olmadığını, məlumatların yanlış olmadığını (vergi orqanının yoxladığı həddə) nəzərə alaraq xx.xx.2021-ci il tarixdə reyestrdə müvafiq qeydiyyatı aparmış və bu barədə müvafiq reyestrdən çıxarış sənədini vermişdir. O ki qaldı iddiaçının iddia etdiyi kimi- vergi orqanın adı çəkilən dəyişikliyi qeydiyyata alarkən və bu barədə reyestrdən çıxarış verərkən həm də “müəssisənin ümumi yığıncağının səlahiyyətli olubolmaması və s.” bu kimi məsələləri yoxlamalı olduğuna, bu barədə məhkəmə kollegiyası hesab edir ki, həmin vəzifə qanunvericiliklə cavabdeh vergi orqanının dəyişikliyi qeydiyyata alarkən yoxlamalı olduğu məsələlər sırasına daxil edilməmiş, qanunla onun vəzifəsi kimi müəyyən edilməmişdir. Odur ki, hazırki işdə iddiaçı tərəf müvafiq dəyişikliyin qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi zamanı vergi orqanı tərəfindən hansı qanun normalarının pozulduğunu və öhdəliyini yerinə yetirmədiyini əsaslandıra bilməmişdir. Cavabdeh vergi orqanı isə dəyişikliyin qeydiyyata alınması zamanı tərəfindən qanunla hansı həddə yoxlamanın aparılmalı olduğunu, belə yoxlamanı apardıqdan sonra dəyişikliyi qeydiyyata aldığını, bu barədə də reyestrdən çıxarışı düzgün olaraq verdiyini tam sübuta yetirmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdehin qeydiyyat orqanına təqdim etdiyi ərizədə iki təsisçidən yalnız birinin Tağı İbrahimovun adı, soyadı və imzası vardır. Qeydiyyat orqanı aydınlaşdırmalı idi ki, digər təsisçi nə üçün imza etməyib. Onun ümumi yığıncaqda hansı səbəblərdən iştirak etmədiyini təsdiq edən sənədlər nə qədər kifayətedici və qanunidir. Vergi orqanının sorğu əsasında təqdim etdiyi və işə əlavə edilmiş iki ədəd poçt qaiməsi cavabdeh tərəfindən digər təsisçinin, yəni iddiaçının üzrlü səbəblər olmadan qərarın qəbulunda iştirak etmədiyini sübut etmək üçün təqdim etmişdir. Ancaq həmin qaimələrdəki yazılar, ümumiyyətlə oxunmur və ya çox pis oxunur. Bildirişlərin özü və iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər isə, ümumiyyətlə vergi orqanına təqdim edilməmişdir. Vergi orqanı bunun səbəbləri ilə maraqlanmamış, təqdim ed ilmiş ərizənin və ona əlavə edilmiş sənədlərin qanuniliyi ilə maraqlanmamışdır. İddiaçı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmalı olsa belə nəticə çıxır ki, iki və ya daha çox təsisçisi olan hüquqi şəxslərin ancaq bir təsisçisi istədiyi vaxt bu yolla digər təsisçiləri mühüm qərarların qəbulundan kənarda qoya, özünə sərf edən direktoru (qanuni təmsilçini) təyin etməklə hüquqi şəxsin maddi-qiymətli əmlakına nəzarətsiz qaydada istədiyi kimi sərəncam verə bilər. Digər təsisçi (təsisçilər) isə hüquqlarının pozulduğunu aylarla məhkəmələrdə sübut etmək məcburiyyətində qalmalıdır. Təqdim edilən ərizədə digər təsisçinin imza etməməsi, ümumi yığıncaqda iştirak etməməsini səbəbləri və ümumiyyətlə müəssisənin ümumi yığıncağının səlahiyyətli olubolmamasının cavabdeh tərəfindən yoxlanılmas ı ilə bağlı dəlillərinə münasibətdə b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllə Maddə
49. Hüquqi şəxsin orqanları 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olara q yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə
87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.... 87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir.... 87.5. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı:... 87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir;... 87.6. Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyə rinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. Maddə
91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya tə kbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasın ı tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqəda r istənilən məsələni müzakirə edə bilər... 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırı lmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:... 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 18. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Əsas anlayışlar... 2.0.15. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habe lə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir; 2.0.16. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır.... Maddə
9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir də yişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.... 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar bar ədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qal dırılmalıdır. Maddə
11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 1.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;... Maddə
14. Dövlət reyestrinə daxil edilən məlumatlar 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;...
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə i stinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı "xxxx" MMC-nin icra orqanı – qanuni təmsilçisi dəyişdirilərək X1 təyin edilməsi zamanı onun (iddiaçının) ümumi yığınc aqda iştirak etməməsinə görə keçirilmiş ümumi yığıncağı səlahiyyətli hesab etmir və buna görə də qanuni təmsilçi barədə cavabdeh inzibati orqanın apardığı qeydiyyatın və bu barədə reyestrdən verilmiş çıxarışın ləğv olunmasına yönəlmişdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, qanuni təmsilçinin seçilməsi ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Ümumi yığıncağın qərarına əsasən təqdim olunmuş sənədlər əsasında dövlət reyestrindəki məlumatlara dəyişikliyin edilməsi barədə müvafiq qeydiyyatı aparmaq və bu barədə reyestrdən çıxarış vermək isə vergi orqanın səlahiyyətinə aid edilmişdir.
29. Həmçinin qeyd edilməlidir ki, hazırkı qərarın 17-ci bəndində qeyd olunanlara əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınarkən cavabdeh inzibati orqanın yoxladığı məsələlər həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq vergi orqanına müraciətin edilməsi ilə bağlıdır. Bu zaman ərizədə hüquqi şəxsin vəziyyətində baş vermiş dəyişiklik göstərilir, həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilir və dəyişiklik qanuna zidd olmadıqda, ərizədə göstərilən məlumatlar və ya sənədlər yanlış olmadıqda vergi orqanı tərəfindən 5 gün müddətində dəyişiklik qeydiyyata alınır.
30. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, vergi orqanı ona müəssisənin təsis sənədində aparılmış dəyişikliklə bağlı sənədlərin həmin dəyişikliyin elə baş verdiyi gündə (xx.xx.2021-ci il tarixdə), yəni 40 gündən gec olmayan müddətdə təqdim edildiyini, bu dəyişikliyin qanuna zidd olmadığını, məlumatların yanlış olmadığını (vergi orqanının yoxladığı həddə) nəzərə alaraq xx.xx.2021-ci il tarixdə reyestrdə müvafiq qeydiyyatı aparmış v ə bu barədə müvafiq reyestrdən çıxarış sənədini vermişdir.
31. Belə olan halda iddiaçının kassasiya şikayətində də göstərilən təqdim edilən ərizədə digər təsisçinin imza etməməsi, onun ümumi yığıncaqda iştirak etməməsini səbəbləri və ümumiyyətlə müəssisənin ümumi yığıncağının səlahiyyətli olub-olmamasının cavabdeh tərəfindən yoxlanılması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər ilə bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin vəzifə qanunvericiliklə cavabdeh vergi orqanının dəyişikliyi qeydiyyata alarkən yoxlamalı olduğu məsələlər sırasına daxil edilməmiş, qanunla onun vəzifəsi kimi müəyyən edilməmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə dü zgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
33. Odur ki, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-816/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.