Məhkəmə qərarları › İş №2-1(102)-70/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-70/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-70/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs Cavabdeh2 ASC) iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiyasından imtina; borcun ödənilməsinin gecikmə günlərinin 360 gündən az olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs Cavabdeh2 ASC) “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(103)-845/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 14.05.2015-ci il tarixli 27-M-1-0-24415 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 28% olmaqla 24 ay müddətinə 14.05.2017-ci il tarixinədək İddiaçı 14.000 ABŞ dolları kredit verilmiş və bu barədə ödəniş cədvəli tərtib edilmişdir. 14.05.2015-ci il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə 19.11.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə kreditin verilmə müddəti 24 aydan 66 ay 5 günə, müqavilənin bitmə tarixi 14.05.2017-ci ildən 19.11.2020-ci ilə, faiz dərəcəsi ilə 28 faizdən 26 faizə dəyişdirilmiş və tərəflər öz imzaları ilə bu Sazişi təsdiq etmiş və borcalan barəsində yeni ödəniş cədvəli tərtib edilmişdir.

2. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli 2(004)1745/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 müştərək qaydada "xxxx" ASCnin xeyrinə 7.440,82 ABŞ dolları əsas, 6.954,07 ABŞ dolları faiz və 127,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.522,03 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14.05.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.

3. İddiaçı kreditin qalıq məbləğinin re strukturizasiya edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına müraciət etmiş və ona 05.08.2019-cu ildə elektron qaydada cavab məktubu verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Onun kredit borcu üzrə gecikmə günləri 360 gündən az olduğu üçün onun müraciətinin təmin olunmasından imtina edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə aralarında 14.05.2014-cü ildə bağlanmış 27M-1-0-244-15 saylı kredit müqaviləsinə əsasən yaranmış 12.648 manat (7440 ABŞ dolları) kredit qalıq məbləğinin Fərmanın qaydalarına əsasən illik 1% olmaqla 5 illik restrukturizasiya siyahısına daxil olunması vəzifəsinin cavabdeh Mərkəzi Banka (üçüncü şəxs qismində Cavabdeh2 ASC cəlb olunmaqla) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə aralarında bağlanmış 14.05.2014-cü il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə əsasən ona 14.000 ABŞ dolları m əbləğində kredit verilmişdir. 26.02.2019-cu il tarixə onun yuxarıda qeyd edilən kredit üzrə 7.440 ABŞ dolları əsas borcu qalmışdır. Kredit 2014-cü ildən sonra verilmişdir. Həmin kreditlər dünyada baş verən iqtisadi böhranla əlaqədar, ən əsası isə ölkədə baş verən devalivasiya ilə əlaqədar tərəfindən ödənilməmiş və problemli kredit kimi adında qalmışdır. O, hər iki krediti 2014-cü ilin sonunda almış və hər iki kredit 360 gündən çox gecikmədədir. Lakin həm "xxxx" İKB ASC, həm də Maliyyə Bazarlarına Nəzarət palatası onun gecikmə günlərinin 360 gündən az olduğuna əsaslanaraq kreditinin qalıq məbləğinin restrukturizasiya edilməsindən imtina etmişdir. Dəfələrlə müraciətlərinə baxmayaraq Palata və Banklar tərəfindən ona güzəştlərin tətbiq olunması məhdudlaşdırılmışdır. İddiaçı hesab edir ki, onun krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsiri altına düşür və cavabdehin əsas kimi göstərdiyi 360 gündən az gecikmə gününün olması həm cavabdeh Bankın Palataya təqdim etdiyi arayışları və həmçinin məhkəmə qətnaməsi ilə təkzib edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19.03.2019-cu il tarixli 2(004)1745/2019 saylı qətnaməsinin təvsiri hissəsində bankın özünün təqdim etdiyi arayışa sübut kimi qiymət verilmiş və onun son ödənişinin 18.09.2017-ci il tarixdə olduğu sübuta yetirilmişdir. Qətnamə üzrə qeyd edilən son ödəniş tarixi nəzərə alınarsa Fərman qəbul edilən tarixə onun 525 gün gecikmə günləri nin sayı olmuşdur.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-4956/2020 saylı qərarı ilə (hakim Nəriman Abıyev) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 01.03.2019-cu il tarixə borcun ödənilməsinin gecikmə günləri Fərmanın tələblərində nəzərdə tutulmuş 360 gündən azdır. Ona görə də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 21(103)-845/2021 nömrəli qərarı ilə (sədrlik edən – Aida Hüseyn, hakimlər – Səadət Bəktaşi və Mirzə Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(112)-4956/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(103)-845/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə gecikmə günlərini müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin etməli və ekspert qarşısında müvafiq fərman verilən tarixə iddiaçının gecikmə günlərinin nə qədər olmasını öyrənməli idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ( on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir.

16. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərd ə tutulduğu kimi tətbiq olunmalıdır.

17. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir.

18. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir.

19. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 fai z, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) həvalə olunmuşdur

20. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

22. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

23. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 14.05.2015-ci il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 28% olmaqla 24 ay müddətinə 14.05.2017-ci il tarixinədək İddiaçı 14.000 ABŞ dolları kredit verilmiş və bu barəd ə ödəniş cədvəli tərtib edilmişdir. 14.05.2015-ci il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə 19.11.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə kreditin verilmə müddəti 24 aydan 66 ay 5 günə, müqavilənin bitmə tarixi 14.05.2017-ci ildən 19.11.2020-ci ilə, faiz dərəcəsi ilə 28 faizdən 26 faizə dəyişdirilmiş və tərəflər öz imzaları ilə bu Sazişi təsdiq etmiş və borcalan barəsində yeni ödəniş cədvəli tərtib edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli 2(004)1745/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 müştərək qaydada "xxxx" ASCnin xeyrinə 7.440,82 ABŞ dolları əsas, 6.954,07 ABŞ dolları faiz və 127,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.522,03 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmas ı və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 14.05.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.

28. İddiaçı 18.12.2015-ci il tarixinə 11.960,06 ABŞ dolları əsas, 25,91 ABŞ dolları faiz və 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.985,97 ABŞ dolları, 01.03.2019-cu il tarixinə 7.440,82 ABŞ dolları əsas, 6.954,07 ABŞ dolları faiz və 127,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.522,03 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. İddiaçı borcunun ödənilməsinin gecikmə günləri 01.03.2019-cu il tarixinə 163 gün təşkil etmişdir.

29. Hazırkı qərarın 15-19-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğ in və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, İddiaçı 01.03.2019-cu il tarixə borcun ödənilməsinin gecikmə günləri Fərmanın tələblərində nəzərdə tutulmuş 360 gündən azdır. Odur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. İddiaçının tələbi əsassız olduğundan məhkəmələr haqlı olaraq iddia tələbini rədd etmişdir.

31. Bununla razılaşmayan iddiaçı kassasiya şikayətində məhkəmənin prosessual pozuntulara yol verdiyini bildirsə də, məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir. Belə ki, borcun ödənilməsinin gecikmə günlərinin məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olduğundan, bununla bağlı ekspertiza təyin edilməsi zərurəti yoxdur. İddiaçı bu halı pozuntu kimi bildirsə də, ekspertin xüsusi biliyi ilə hər hansı halın müəyyən edilməsi zərurətinin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(103)845/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 21(103)-845/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar