Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-70/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-77/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 17.06.2021-ci il tarixli, **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən İddiaçı MMC-yə 2020-ci ilin Mənfəət vergisi üzrə 1 244 726.23 manat dəyərində əlavə vergi məbləği hesablanmışdır.
2. İddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il Mənfəət vergisi bəyannaməsinə əsasən cəmiyyətin il ərzində ümumi gəlirləri (sətir 220) 14 604 767.21 manat, gəlirdən çıxılan xərcləri (sətir 236) 14 083 647.81 manat (o cümlədən əmək haqqı 15 266.0 manat, sosial sığorta haqları 3 016.70 manat, icarə haqqı 19 950.0 manat, malın dəyəri 1 3 730 446.31 manat, bank xidməti üzrə xərclər 27 830.0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 103 762.0 manat, nəqliyyat xərci 183 376.80 manat), vergitutma məqsədləri üçün mənfəəti (sətir 237) 521 119.40 manat, ödənilməli mənfəət vergisi (sətir 245) isə 104 223.88 manat bəyan edilmişdir. 3. 2020-ci il Mənfəət vergisi üzrə kameral vergi yoxlamasının nəticəsinə dair vergi bəyannaməsinə əsasən cəmiyyətin il ərzində ümumi gəlirləri (sətir 220) 19 334 476.20 manat, gəlirdən çıxılan xərcləri (sətir 236) 13 110 845.0 manat (o cümlədən bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 13 110 845.0 manat), vergitutma məqsədləri üçün mənfəəti (sətir 237) 6 223 631.20 manat, ödənilməli mənfəət vergisi (sətir 245) isə 1 244 726.24 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********491000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli **** ******300800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar tərtib etmiş, və cəmiyyətə 1244726,24 manat dəyərində əlavə vergi məbləği hesablamışdır. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********300800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar tamamilə əsassız və qanunsuzdur. Cavabdeh vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması nəticəsində adıçəkilən qərar qəbul edilmiş və cəmiyyətə 1244726,24 manat mənfəət vergisi hesablanmışdır. Qeyd etmişdir ki, cavabdeh vergi orqanı ənənəsinə sadiq qalaraq özünə əziyyət verməmiş, kameral vergi yoxlamasını obyektiv, tam və hərtərəfli həyata keçirməmiş və bununla da əsassız şəkildə və yalnız fərziyyə və ehtimallara əsaslanan əlavə vergi məbləği hesablamışdır. "xxxx" MMC aiddiyyəti dövlət orqanlarına vergi bəyannamələrini vaxtlı-vaxtında və düzgün təqdim edir. Cavabdeh vergi orqanının hansı əsasları rəhbər tutaraq cəmiyyətə əlavə vergi məbləği hesablanmağı bizə məlum deyildir.İddiaçı MMC aiddiyyəti dövlət orqanlarına vergi bəyannamələrini vaxtlı- vaxtında və düzgün təqdim edir. Cavabdeh vergi orqanının hansı əsasları rəhbər tutaraq cəmiyyətə əlavə vergi məbləği hesablanmağı bizə məlum deyildir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il üzrə gəlirinin 19 334 476.16 manat (2020-ci ilin ƏDV bəyannamələri üzrə cəmi dövriyyə), xərclərinin isə ümum ilikdə 13 110 845.0 manat (əmək haqqı xərci, sosial sığorta və işsizlikdən sığorta haqları, ÖMV bəyannamələrinə əsasən royaltidən gəlir üzrə fiziki şəxslər üzrə icarə xərci, əldə edilmiş e-qaimə, idxal, 2019-cu ilin sonuna mal qalığı) müəyyən edilməsinə baxmayaraq, həmin dövr üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********965300 nömrəli 2020-ci il üçün təqdim edilməmiş mənfəət vergisi bəyannaməsi barədə uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari vergi bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2020-ci il MV bəyannaməsi üzrə ümumilikdə 1 244 726.24 manat ((19 334 476.16 – 13 110 845.0) * 20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********300800 nömrəli qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün VM-in 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği bərpa edilərək, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********49100 nömrəli qərar göndərilmişdir.”
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3336/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının ƏDV bəyannamələri üzrə ümumi dövriyyəsinin ümumilikdə 19 334 476.16 manat olduğunu qeyd etsə də, bu hal iş materiallarına əlavə edilmi ş iddiaçıya məxsus ƏDV bəyannamələri ilə öz təsdiqini tapmır. Mənfəət vergisi bəyannaməsində öz əksini tapmış ümumi gəlirə dair təsdiqedici sənədlər mövcud olduğu və həmin sənədlərin doğruluğunu təkzib edə biləcək hər hansı mötəbər sübut olmadığı, eləcə də iddiaçının sahibkarlıq fəaliyyətinin olmadığına dair arayış vergi orqanına təqdim edildiyi halda, cavabdeh vergi orqanının kameral vergi yoxlaması nəticəsində iddiaçıya Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında əlavə vergi məbləği hesablaması vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-77/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, M.Qarayeva və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlanılan dövrdə müəssisə idxal edilmiş quş əti məhsullarının satışını həyata keçirmiş dir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il üzrə gəlirinin 19334476,16 manat (2020-ci ilin ƏDV bəyannamələri üzrə cəmi dövriyyə), xərclərinin isə ümumilikdə 13110845,0 manat (ə/h xərci, sosial sığorta və işsizlikdən sığorta haqları, ÖMV bəyannamələrinə əsasən royaltilərdən gəlir üzrə və fiziki şəxslər üzrə icarə xərci, əldə edilmiş e-qaimə, idxal, 2019-cu ilin sonuna mal qalığı) müəyyən edilməsinə baxmayaraq, həmin dövr üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
15. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********965300 nömrəli “2020-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi barədə ’’uyğunsuzluq məktu bu göndərilmiş və müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il MV bəyannaməsi üzrə ümumilikdə 1244726,24 manat ((19334476,16-13110845,0)*20%) əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********300800 nömrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir.
16. Vergi ödəyicisi tərəfindən xx.xx.202 2-ci il tarixdə 2020-ci il üçün cari mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma tam aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği bərpa edilərək, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********491000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqla rı vardır. Maddə 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; Maddə 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; Maddə 36.1. vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlu m olan məlumatlar əsasında keçirilir. 37.3. kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və ve rgi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məc əllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********491000 nömrəli qəra rından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2020-ci il üzrə 1.244.726,24 manat mənfəət vergisi hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 1.244.726,24 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 1.244.726,23 manat, verginin azaldılmış məbləği və ya sığorta haqqı - -0,01 manat). Həmin qərarda qeyd olunur: tərəfinizdən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 1140502,36 manat vergi məbləği azaldılmasına baxmayaraq, müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir.
26. İşin hallarına əsasən iddiaçı tərəfindən 2020-ci il üçün Mənfəət vergisi bəyannaməsi təqdim edilərək, ümumi gəlirlər 14.604.767,21 manat, xərclər isə 14.083.647,81 manat bəyan edildiyi halda, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı əlaqəli məlumatlar nəticəsində iddiaçının həmin hesabat ili üzrə ümumi gəlirini 19.334.476,16 manat, xərclərini isə 13.110.845,0 manat müəyyən etmişdir. Cavabdeh vergi orqanı hesab etmişdir ki, iddiaçının 2020-ci il ƏDV bəyannamələri üzrə ümumi dövriyyəsi, dolayısı ilə ümumi gəliri 19.334.476,16 manat olmuş və mənfəət vergisi bəyannaməsində öz əksini tapmış xərclərin 972.802,81 manat hissəsi öz təsdiqini tapmamışdır.
27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli arayışa əsasən iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti olaraq dayandırmış və bu barədə məlumatı (arayışı) vergi or qanına təqdim etmişdir ki, bu da iddiaçıya əlaqəli məlumatlar əsasında vergi hesablanmasını istisna edir. Vergi Məcəlləsinin 67.8-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə münasibətdə əlaqəli məlumatlar əsasında vergilər hesablana bilməz.
28. Bununla belə məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsində icraatı zamanı mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5732 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsi zlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********491000 nömrəli qərarı ilə 2020-ci il üçün hesablanmış əlavə vergi məbləğinin düzgün hesablanmadığı, o cümlədən hazırkı ekspertiza tədqiqatı nəticəsində İddiaçı MMC-nin 2020-ci il üzrə ümumi gəlirlərinin 14.604.767,21 manat, gəlirdən çıxılan cəmi xərclərinin 13.872.921,40 manat, vergiyə cəlb edilən mənfəətinin 731.845,81 manat olduğu, hesablanmalı mənfəət vergisinin məbləğinin isə 146.369,16 manat olduğu müəyyən edildi.
29. Kollegiya apellyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır.
30. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə edilmiş şəxsi vərəqədən göründüyü kimi, xx.xx.2022-ci ildə 2020-ci il üçün mənfəət vergisi üzrə bəyannamə vermiş, vergi orqanı isə xx.xx.2022-ci ildə ona kameral yoxlama apararaq müvafiq qərar qəbul etmişdir. Lakin növbəti gün, yəni xx.xx.2022-ci ildə iddiaçı tərəfindən heç bir dəqiqləşdirilmiş bəyannamə verilmədən inzibati orqan Vergi Məcəlləsinə zidd olaraq özü öz kameral qərarını ləğv edərək, eyni gün yenidən 1 qəpik fərqlə həmin məbləği həmin dövr və həmin tədiyyə üzrə yenidən kameral yoxlama apararaq müvafiq məbləği hesablamışdır.
31. Beləliklə, məhkəmə kolleg iyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-77/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.