Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-700/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X8 Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanlar arasında mübahisə üzrə iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili Vəkil iştirakları ilə, X8 Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: “xxxxx” X6 Mərkəzi MMC) “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 21(103)-3068/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 1998-ci il 23 mart tarixli, 85 nömrəli və 1998-ci il 15 dekabr tarixli, 451 nömrəli sərəncamlarının qanunsuz sayılmaqla ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 1998-ci il 23 mart tarixli, 85 nömrəli sərəncamı ilə ünvan 1 a ünvanında yerləşən “X5” “xxxxx” X2 Xətai rayon Şöbəsinin istifadəsinə verilmişdir. Cavabdehin 1998-ci il 15 dekabr tarixli, 451 nömrəli sərəncamı ilə 1998-ci il 23 mart tarixli, 85 nömrəli sərəncama dəyişiklik edilərək ünvan 1 a ünvanında yerləşən “X5” “xxxxx” X6 Mərkəzinin balansına verilmişdir. Cavabdeh sərəncamları verərkən həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR-nın 1964-cü il tarixli Mülki Məcəlləsinin, dövlət əmlakının idarə olunması və özəlləşdirilməsini tənzimləyən bir sıra qanunvericilik aktlarının tələblərini pozmuş, digər dövlət orqanının səlahiyyətində olan məsələyə dair qərar qəbul etmişdir ki, bu da qanunvericiliyə əsasən yolverilməzdir. Belə ki, həmin vaxt dövlət əmlakı barəsində sərəncam verilməsi “Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsinin tənzimlənməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 20 iyul tarixli, 63 nömrəli Fərmanı, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Res publikasının 1993-cü il 7 yanvar tarixli Qanunu, Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” və bəzi digər aidiyyətı qanunvericilik aktları ilə tənzimlənirdi. Qeyd edilən qanunvericilik aktlarına əsasən cavabdehin dövlət əmlakını qeyri-dövlət hüquqi şəxslərə vermək səlahiyyəti nəzərdə tutulmadığı halda, səlahiyyət həddini aşaraq dövlət əmlakının “xxxxx” X2 Xətai rayon Şöbəsinin balansına verilməsi barədə sərəncam qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 noyabr tarixli 2-1(82)2875/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellya siya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-1(103)-3068/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisə inzibati orqanlar arasında yarandığından nəzarət qaydasında yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Məhkəmənin qərardadı iddiaçıya 2020-ci il 13 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2020-ci il 18 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin təkrar ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadı qəbul edərkən hüquq normalarının təfsirində və tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə görə, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxs olmayan orqanları həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.7-ci bəndinə görə, dövlət və bələdiyyə orqanları, ancaq qanunla onlara səlahiyyət verildiyi hallarda inz ibati işlərdə iddiaçı qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.31-ci bəndinə əsasən, dövlət və özəlləşdirilən müəssisələrə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Komitənin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (l əğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda, hazırkı inzibati mübahisənin ümumi (publik) hüquq sahəsinə aid olmasına, inzibati mübahisənin həlli ilə bağlı xüsusi prosessual normaların və icraat qaydalarının mövcudluğuna baxmayaraq məhkəmənin iddiaya məhkəmə tərəfindən baxılmasının qeyri-mümkünlüyü ilə bağlı mövqeyi tamamilə əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasından verilər bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən, eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmi n icraat üzrə başlanılmış icraata xitam verilir. Göründüyü kimi, qanunvericilikdə inzibati aktın inzibati və ya məhkəmə qaydasında baxılması ilə bağlı seçim hüququ şikayət (inzibati iddia) vermiş şəxsin öhdəsinə buraxılmış, eyni zamanda həm inzibati orqana, həm də məhkəməyə şikayət verildiyi halda şikayətə məhkəmə tərəfindən baxılmalı olduğu nəzərdə tutulmuşdur. Məhkəmə, eyni zamanda qeyd olunan nəticəyə gələrkən mübahisənin inzibati orqanlar arasında yarandığından nəzarət qaydasında yuxarı inzibati orqan tərəfindən həll edilməsinin mümkünlüyünü qeyd etmiş, bununla bağlı hər hansı qanunvericilik aktına istinad etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkə mə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı mübahi səyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (“İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yenir icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslə r) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - ma raqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin(yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. İddiaçının şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə istinadla Azərbaycan Respublikasının mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak etdiyinə, bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxs olmayan orqanlarının həyata keçirdiyinə dair dəlilə gəldikdə, hazırkı halda, Azərbaycan Respublikası həmin orqanların timsalında mülki hüquq müna sibətlərinin deyil, inzibati hüququn subyekti kimi çıxış edir və mübahisə onun orqanlarının öz aralarında yaranmışdır. Beləliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığından iddia mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 dekabr tarixli 2-1(103)-3068/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-700/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-700/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver