Məhkəmə qərarları › İş №2-1(102)-700/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-700/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-700/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbinin dəyişdirilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsinin) dəyişdirilərək” Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1617/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE 0*******, FİN: 0ZMVVWT), xx.xx.1960-cı il tarixdə Zəngilan rayonu, Qıraxmüşlan kəndində anadan olmuşdur. Bakı şəh., A.Manafov küç., ev 14, mən. 9-da qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı SHXÇDX-nin Nizami rayon şöbəsi tərəfindən 1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi üçün hərbi xidmətə çağırılmışdır. 3. 03.03.1998-ci il tarixli, M/V 015056 nömrəli vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır.

4. İddiaçıya 19.07.2000-ci ildə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik “sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkitmə mərhələsində KB (-) mənfi, şəkərli diabet İİ, orta ağır gedişli, kompensə mərhələsində” diaqnoza əsasən TSEK tərəfindən 2013-cü ildən müddətsiz İİ qrup əlilliyi müəyyən edilmiş, əlilliyin səbəbi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək onun əlillik səbəbinin “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir.

6. Cavabdeh həmin müraciətə imtina cavabı verərək bildirmişdir ki, əlillik təyinatının aparılması üçün xəstə nin əlavə ixtisaslanmış stasionar müayinə və müalicəyə ehtiyacı var. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı “əlilliyin səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsinin) dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.06.2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 məhkəmə-tibbi müayinəsi zamanı yaralanmasının nəticəsi “odlu silah qəlpə yaralanmasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd köhnə çapıq toxumaları (Azərbaycan Respublikası SHXÇDX-nin Nizami rayon İdarə sinin 21.06.2018-ci il tarixli 748 nömrəli göndərişi, 21.06.2018-ci il tarixli 129 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 13.06.2018-ci il tarixli k/452 nömrəli canlı şəxsin məhkəmə- tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.2018-ci il tarixli qərarının ikinci hissəsində hərbi xidmət dövründə xəstələndiyi, 19.07.2000-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profili hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik - “sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsində. K B (-) mənfi”. Şəkərli diabet İİ, orta ağır gedişli, kompensə mərhələsində (19.07.2000-ci il tarixli 1584 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ) qərarı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.2018-ci il tarixli qərarının əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlillik təyin edilmişdir. Halbuki “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik təyin edilməli idi.

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qull uqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir.” İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almış olduğu “Odlu silah qəlpə yaralanmasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasında bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travma əlilliyin təyininə əsas vermir, göndərişdə qeyd edilmiş “Kəllə-beyin travması, beyin silkələnməsi” diaqnozunun həm hərbi xidmətlə səbəb əlaqəsi müəyyənləşdirilməyib, eləcə də kəllə beyin travmasının ağırla şması kimi göstərilən tez-tez qicolma tutmaları diaqnostik müayinələrlə təsdiqlənmir. Buna görə də əlilliyin səbəb əlaqəsini dəyişmək mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-524/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Miminat Hacıbəyova) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının xəstəliyinin Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmasına yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilməsi nəticəsində iddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişməsinə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dər əcəyə çatmasına, habelə, şəhadətləndirilməsi nəticəsində iddiaçıda tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər mövcud deyil. Belə ki, bu cür sənədlər cavabdehə və ya işə baxan zaman məhkəməyə təqdim edilməmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1617/2021 nömrəli qərarı ilə (hakimlər Afaq Nuriyeva-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Səadət Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-524/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib olunmuşdur və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yanlış olaraq belə bir qərara gəlmişdir ki, iddiaçının yoluxduğu xəstəliklərinin döyüş əməliyyatları ilə bağlılığı yoxdur. Halbuki beyin silkələməsindən sonra, adamın şəkər xəstəliyinə də tutulmağı təbiidir.

17. Bununla da təsdiq o lunur ki, iddiaçının xəstəliyinin hərbi xidmətlə bağlılıq da daxil olmaqla, 1994-cü ilin yanvar ayında aparılan döyüş əməliyyatları ilə bağlı olmuşdur. Bu da onu göstərir ki, iddiaçıda yaranan xəstəliklər döyüş əməliyyatlarında başından aldığı qəlpə yaraları nəticəsində baş verən beyin silkələmələri nəticəsində ( kontuziya nəticəsində) baş vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yarad an qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 20. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlu matları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır” 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.”

21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələ rdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonas ında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəs arəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa

22. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 96.4-cü maddəsinə əsasən kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 10.09.2021-ci il tarixli, 2 -1(103)-1617/2021 nömrəli qərarı və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, iddiaçının kassasiya şikayətindəki dəlillər əsaslıdır.

26. Belə ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsinin) dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1960-ci il təvə llüdlü Azərbaycan Respublikası vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya 19.07.2000-ci ildə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik “sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkitmə mərhələsində KB(-) mənfi, şəkərli diabet İİ, orta ağır gedişli, kompensə mərhələsində ” diaqnoza əsasən TSEK tərəfindən 2013-cü ildən müddətsiz İİ qrup əlilliyi müəyyən edilmiş, əlilliyin səbəbi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08. 2018-ci il tarixli, 1323 nömrəli qərarında qeyd edilmiş”Odlu silah qəlpə yaralanmasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasında bir ədəd köhnə çapıq toxuma ları” diaqnoza əsaslanaraq əlilliyin səbəbini “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əvəzinə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilməsini tələb edir. Bununla əlaqədar 18 nömrəli Birləşmiş şəhər xəstəxanasının 0082003AADG2 nömrəli 16 noyabr 2019-cu il tarixli göndərişinə əsasən iddiaçının əlillik vəziyyəti 10.12.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina barədə qərar verilmişdir.

28. Həmçinin apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə onun səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onu n əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar müayinələrlə təsdiq edilməmişdir.

29. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının xəstəliyinin Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmasına yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilməsi nəticəsində iddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişməsinə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmasına, habelə, şəhadətləndirilməsi nəticəsində iddiaçıda tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşmə sini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər mövcud deyil. Belə ki, bu cur sənədlər cavabdehə və ya işə baxan zaman məhkəməyə təqdim edilməmişdir.

30. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya 2013-cü ildə təyin edilmiş müddətsiz ikinci qrup əlilliyin səbəbi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, iddiaçının əlilliyin müəyyən edilməsi üçün əsas olmuş xəstəliyi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyasının qərarına əsasən 19.07.2000-ci ildə MN Mərkəzi Hərbi Klinik hospitalın terapiya profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmişdir.

31. Mübahisə əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlıdır.

32. İddiaçı nın əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə mü əssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). 33. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

34. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. 35. “Ehtiyat a və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir.

36. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır.

37. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanı ş) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

38. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.2018-ci il tarixli, 1323 saylı rəyindən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır.

39. Belə ki, Nazirlər Kabinetinin 16.01.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlil liyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir.

40. Həmin qaydaların 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.

41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiası təmin edilməlidir.

42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentya br 2021-ci il tarixli, 2-1(103)-1617/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçının iddiası təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN-nin 7 nömrəli Nizami Tibbi Sosial Ekspert Komissiyasının 10.10.2013-cü il tarixli müayinə aktı ilə iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar əlillik”) ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar