Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-700/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsinə mənzilin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxsl ər: X6 və X4) qarşı “Şəhid ailəsinə mənzil verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 21(103)-2287/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZ-İİ 132890 nömrəli ölüm haqqında şəhadətnaməyə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçıların oğlu baş leytenant X7 xx.xx.2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatları zamanı şəhid olmuşdur. 2. 18.01.2021-ci il tarixli 000802 və 000800 nömrəli vəsiqələrə əsasən iddiaçılara şəhid ailəsi statusu verilmişdir.
3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2 021-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən İddiaçı1 6 nəfər ailə tərkibi (özü, arvadı, oğlu Sərxan, gəlini X4, 2 nəvəsi) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. 4. 30 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118.4 kv.m olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir.
5. İddiaçılar cavabdehə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün şəhid ailəsi kimi mənzil verilməsini xahiş etmişlər.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli imtina məktubu ilə bildirmişdir ki, sənədlər araşdırılarkən iddiaçının həyat yoldaşı İddiaçı2 mülkiyyətində yaşayış sahəsi 39.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi, gəlini L.Hüseynovanın mülkiyyətində yaşayış sahəsi 30.3 kv.m olan 2 otaqlı mənzil olduğundan adambaşına düşən minimum yaşayış sahəsinə malik olduqlarına görə mənzillə təmin edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonra iddia tələbinin dəqiqləşdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi üzvü kimi onlara mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşının mülkiyyətində fərdi yaşayış evi olsa da, həmin fərdi yaşayış evinin minimum normas ı adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır. İddiaçı hazırkı iddia tələbi üzrə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur.
9. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində İddiaçı1 mənzillə təmin olunmağı üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında həyat yoldaşı İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın –ünvan 2 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X2 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzilin olduğu aşkar edilmişdir. İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.
10. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək, şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı onlara (iddiaçılara) mənzil verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh hazırda adambaşına düşən normanın 8 kv.m olduğunu iddia etsə də, məhkəmənin qənaətinə görə hazırda bu norma 16 kv.m təşkil edir. İddiaçıların gəlinləri olan şəhid X5 arvadı X2 mənzillə təmin edilməsi iddiaçıların ziyanına şərh edilməməlidir. Belə ki, şəhid X5 arvadı X2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilməmişdir. Həmin mənzil üzrə sahiblik, istifadə və sərəncam hüquqları "xxxx" MMC tərəfindən bağışlama yolu ilə X1. Doğrudur ki, həmin mənzilin yaşayış sahəsi 30,3 kv.m təşkil edir. Məhk əmə diqqətə çatdırır ki, hətta hər iki əmlakın yaşayış sahələrini (30,3+39,7 = 70 kv.m) cəmlədikdə belə, iddiaçılara və onların ailə üzvlərinə düşən sahə uçot norması tələb olunan normadan aşağıdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, şəhid X5 həyat yoldaşı X4 mənzillə təmin olunsa da, həmin mənzil məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməmişdir. Halbuki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Buna baxmayaraq, nə iddiaçılar (valideynləri), nə də ki şəhid X5 həyat yoldaşı və uşaqları mənzillə təmin olunmamışdırlar. Halbuki, şəhi d X5 valideynləri, yəni hazırkı iddiaçılar sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxslər hesab olunurlar.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2825/2022 nömrəli qərarı ilə (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, R.Qurbanov və V.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(112)-4431/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqe yi ilə razılaşmiş, əlavə olaraq qeyd etmişdir ki, 27 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyən edildiyindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” həmin tarixdən qüvvədə düşdüyü üçün həmin sənəd iddiaçıların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olub-olmadığının müəyyənləşdirilməsi üçün əsas götürülə bilməz. Buna görə də apellyasiya şikayətinin dəliləri əsassız hesab edilir.
16. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək qər arın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023cü il tarixli, 2-1(102)-417/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2825/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan fərdi mənzilin yaşayış sahəsi və şəhid O.Hüseynovun arvadı və iki uşağına görə "xxxx" MMC tərəfindən verilən m ənzilin yaşayış sahəsi nəzərə alınmaqla adı çəkilən qərarda müəyyən edilən yaşayış sahəsinin ayrılma normasından az olmuşdur.
19. Mənzil növbəsinə aid icra hakimiyyətinin sərəncamında iddiaçıların ailə tərkibində onların gəlini-şəhidin arvadı L.Hüseynovanın da adı olmuş, ona verilmiş mənzilin yaşayış sahəsi müzakirə predmeti olmuş, lakin onun iddiaya münasibəti, belə tələbi olub-olmaması öyrənilməmiş, iddiaçı qismində məhkəmə icraatında cəlb edilməsinin zəruriliyi müzakirə edilməmişdir.
20. Bundan başqa, birinci instansiya məhkəməsinin mövqeyinə görə şəhid O.Hüseynovun arvadı və iki uşağına Hövsan qəsəbəsində mülkiyyətində olan mənzil cavabdeh tərəfindən deyil, "xxxx" MMC tərəfindən bağışlanma əsasında verilmişdir. Mənzil məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kim i verilməmişdir. İddiaçıların oğlu O.Hüseynov 27 sentyabr 2020-ci il tarixdə şəhid olmuş, iddiaçılar, şəhidin ailə üzvləri rayon icra hakimiyyəti başçısının 14 yanvar 2021-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə götürülməklə birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmiş, 16 fevral 2021-ci tarixdə "xxxx" MMC ilə şəhid O.Hüseynovun arvadı X4 arasında bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Hövsan qəsəbəsində 3 otaqlı mənzil L.Hüseynovaya bağışlanmışdır
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya məhkəməsi "xxxx" MMC-yə sorğu edib həmin mənzilin L.Hüseynovaya bağışlanmasının səbəbini, mənzilin məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməsini, şəhid ailəsi kimi verildiyi hal da, mənzil bağışlandıqdan sonra rayon icra hakimiyyətində mənzil növbəsində qeydə alınan iddiaçıların ailə tərkibinin sayında dəyişiklik olub-olmamasını araşdırmamışdır. b. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2287/2023 nömrəli (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsas ən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir.
24. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, şəhid Orxan Hüseynovun arvadı Ləman Hüseynova iki övladı ilə "xxxx" MMC tərəfindən bağışlanmış mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzildə yaşayır. İddiaçı1 arvadı İddiaçı2 mülkiyyətində isə ünvan 2 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evi vardır və həmin evdə yaşayırlar. 25. iddiaçıların hər bir ailə üzvünün sayına düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda onların mülkiyyətində olan mənzil və evin birlikdə ümumi sahəsi 172,1 kv.metr təşkil etməklə tələb olunan sahədən 92 kv.metr artıqdır. (İddiaçının arvadı İddiaçı2 mülkiyyətində ünvan 2 ünvanında yerləşən evin ümumi sahəsi 118,4 kv.m və gəlini X2 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında yerləşən evin ümumi sahəsi 53,7 kv.m, beləliklə birlikdə 172,1 kv.metr təşkil edir).
26. Göründüyü kimi, iddiaçılar adambaşına düşən minimum yaşayış sahəsinə malik olduqlarına görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğ un deyildir.
27. İddiaçılar qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
28. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli,459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma sahəsindən və digər amillərdən asılı olaraq 16 kvadrat metr müəyyən edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsi isə işə bax ıb xx.xx.2023-cü il tarixli,2-l(103)2287/2023 saylı qərarı çıxaran zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli,459 saylı Qərarına istinad etsə də, sonda həmin qərarın tələb və göstərişlərini ciddi və kobud şəkildə pozaraq həmin bu qərarın tələb və göstərişlərini düzgün tətbiq etməmiş, bu iki ailənin mülkiyyətində olan mənzil və fərdi yaşayış evinin yaşayış sahələrinə, yəni (30.3 kv metr- 39,7 kv.metr) ibarət olan yaşayış sahəsinə deyil, tam qanunsuz və əsassız olaraq şəhid oğlumuz Orxan Hüseynovun həyat yoldaşı Ləman Hüseynovanın mülkiyyətində olan mənzilin 53,7 kv.metr olan ümumi sahəsinə və bizim yaşadığımız fərdi yaşayış evinin 118,4 kv.metr olan ümumi sahəsini əsas götürərək, mənzil və evin birlikdə ümumi sahəsinin 172,1 kv.metr olduğunu, bunun isə 8 (səkkiz) nəfər ailə üzvü üçün tələb olunan sahədən 92 kv.metr artıq olmasını qeyd etmiş və bizim ailələrin adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə bizim ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olmadığı kimi səhv və yalnış nəticəyə gəlməklə tam qanunsuz və əsassız xx.xx.2023-cü il tarixli qərarı qəbul etmişdir. Hansı ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli,459 saylı Qərarına əsasən həm Ləman Hüseynovanın mülkiyyətində olan 3 saylı mənzilin 53,7 kv.metr olan ümumi sahəsini deyil, həmin mənzilin yaşayış sahəsi olan 30,3 kv.metr sahəsini və bizim 10C saylı fərdi yaşayış evinin 118.4 kv.metr təşkil edən ümumi sahəsini deyil, 39.7 kv.met r təşkil edən yaşayış sahəsini əsas götürməli və buna əsasən bizim ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsinin mövcud qanunvericiliyə uyğun olub-olmadığım müəyyən etməli idi. Belə ki, Nazirlər Kabinetinin qeyd olunan qərarında məhz adambaşına düşən yaşayış sahəsindən söhbət gedir. Nazirlər Kabinetinin həmin bu qərarında adambaşına düşən yaşayış sahəsinin 16 kv.metr olmasını və bunun nəzərdə tutulmasını nəzərə alsaq, həm oğlu Orxan Hüseynovun, həm də ailənin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğundur və şəhid ailəsi kimi də mənzil almaq hüququmuz vardır. b. kassasiya şikayətinə etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Mənzi l Məcəlləsi: Maddə
4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsin in minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.... Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kir ayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 32. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə
4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiy yəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır
33. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respub likası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrini n (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər;
34. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2. 1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir;... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;
36. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİMƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından şəhid ailəsi kimi mənzillə təmin olunma ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkü nlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. İddiaçılar şəhid ailəsi kimi onlara mənzilin verilməsini xahiş edirlər. Onlar hesab edirlər ki, mülkiyyətində fərdi yaşayış evi olsa da, f ərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır.
45. Hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallara əsasən, İddiaçı1 arvadı İddiaçı2 mülkiyyətində ünvan 2 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X2 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nömrəli mənzilin olduğu müəyyən edilmişdir. (Belə ki, 16 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53.7 kv.m olan mənzil şəhid X5 arvadı X3 bağışlanmış və buna dair 19 fevral 2021-ci il tarixli, ** ******** qeydiyyat nömrəli çıxarış alınmışdır.)
46. Bununla bağlı apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçılar adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosialməişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.
47. Həmçinin nəzərə alınmalıdır ki, "Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir.
48. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıların hər bir ailə üzvünün sayına düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda onların mülkiyyətində olan mənzil və evin birlikdə ümumi sahəsi tələb olunan sahədən artıqdır. (İddiaçının arvadı İddiaçı2 mülkiyyətində ünvan 2 ünvanında yerləşən evin ümumi sahəsi 118,4 kv.m və gəlini X2 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında yerləşən evin ümumi sahəsi 53,7 kv.m, beləliklə birlikdə 172,1 kv.metr təşkil edir).
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar adambaşına düş ən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun olmamış və qanuna görə də cavabdehin imtinası əsaslı olmuş, apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(102)-417/2023 saylı qərarında verilmiş göstərişlərə riayət edilməklə qərar qəbul edilmişdir.
50. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, buna görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 21(103)-2287/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.