Məhkəmə qərarları › İş №2-1(102)-701/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-701/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-701/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X5 Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasındakı məlumatlara əsasən iş müddətinin sosial sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X5 Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibat i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 noyabr tarixli 2-1(103)2529/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1955-ci il 22 may tarixdə anadan olmuş, 1973-cü il 31 yanvar tarixdən əmək fəaliyyətinə başlamış (1975-1977-ci illərdə hərbi xidmətdə olmuş), 2003-cü il 20 oktyabr tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 2 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının qanunla tələb olunan 25 il sosial sığorta stajının və ya fərdi h esabın sığorta hissəsində tələb olunan pensiya kapitalının olmaması göstərilmişdir. İddiaçı 2019-cu il 10 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1973-cü il 31 yanvar tarixdən 1975-ci il 22 aprel tarixə qədər və 1977-ci il 25 oktyabr tarixdən 2003-cü il 20 oktyabr tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1973-cü il 31 yanvar tarixdən əmək fəaliyyətinə başlamış,1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 2003-cü il 20 oktyabr tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Göründüyü kimi onun yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı vardır. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, 71-ci maddəsinin İ, İİ, Vİ, Vİİ hissələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 3, 11, 21, 30.2ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 22 avqust tarixli 2-1(82)2779/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1973-cü il 31 yanvar tarixdən 1975-ci il 22 aprel tarixə qədər və 1977-ci il 25 oktyabr tarixdən 2003-cü il 20 oktyabr tarixə qədər əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin olunması öhd əliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 64 yaşı tamam olduğundan və hərbi xidmət müddəti ilə bərabər 25 il iş stajı topladığından iddia tələbi əsaslıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 noyabr tarixli 2-1(103)-2529/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 19 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərarda n 2020-ci il 14 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya məxsus əmək kitabçasında “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 445 saylı Tikinti İdarəsindən işdən azad edilməsi barədə 2003-cü il 20 oktyabr tarixli, 02 saylı əmrin tarixində düzəliş edildiyindən və düzəlişi təsdiq edən qeyd olmadığından cavabdeh tərəfindən onun həmin müəssisədə işlədiyi dövr sosial siğorta stajı kimi nəzərə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmi natına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.21-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar»ının 4.2.7-ci maddəsində qeyd edilir ki, pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Hazırkı mübahisə üzrə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlər arxiv arayışları əsasında öz təsdiqini tapmadığından, həmçinin həmin qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığından cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliklə müəyyən olunmuş sənədlər tam olmadığı h alda və heç bir əsaslandırma aparmadan qanunsuz qərar çıxarmış, bununla da prosessual pozuntuya yol vermişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblər dən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1955-ci il mayın 22-də doğulduğu n əzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 22 may tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla azı 25 il staja malik olduğu təsdiq olunur. İddiaçının əmək fəaliyyətini başa vurduğu vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan R espublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əm ək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Əmək kitabçasında iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 445 saylı Tikinti İdarəsindən işdən azad edilməsi barədə 2003-cü il 20 oktyabr tarixli, 02 saylı əmrin tarixində düzəliş edildiyinə və düzəlişi t əsdiq edən qeyd olmadığına dair dəlilə gəldikdə, işə apellyasiya qaydasında baxılarkən “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 445 saylı Tikinti İdarəsi tərəfindən təqdim edilmiş 2003-cü il 20 oktyabr tarixli, 02 saylı əmrin təsdiq edilmiş surətinə əsasən, iddiaçının 2003-cü il 20 oktyabr tarixdə 445 saylı Tikinti İdarəsində tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 noyabr tarixli 2-1(103)-2529/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qət idir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar