Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-701/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əl ilə qaynaq aparan elektrik qaynaqçıları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsin ə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 dekabr tarixli, 2-1(105)-34/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2018-ci il 23 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək kitabçasına əsasən 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyul tarixə kimi X2 işləməyi qey d edilməsinə baxmayaraq həmin müəssisə DSMF Qusar rayon şöbəsində 1992-ci ilin iyul ayından (İİİ rüb ) qeydiyyata durmuş və yalnız 1992-ci ilin iyul ayından 1994-cü il 01 yanvar tarixə kimi sosial sığorta ayırmaları ödəmişdir. Lakin, iddiaçının əmək kitabçasında 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyul tarixə kimi X2 işləməyinin qeyd olunmasına baxmayaraq həmin dövrlər üçün ümumiyyətlə əmək haqqı olmadığı üçün həmin dövr sığorta stajına daxil edilməmişdir. Ona görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə görə tələb olunan iş stajı olmadığı üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2018-ci il 17 dekabr tarixdə Sumqayıt İnzibati-İq tisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona cavabdehin güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinasının qeyri-qanuni hesab edilməsinə, onun 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək X2 işlədiyi müddətin sığorta stajına daxil edilməsinə və 1975-ci il 30 iyul tarixdən 1975-ci il 30 oktyabr tarixədək “AzNeft Kimya Quraşdırma” trestinin nəzdində olmuş “x” və hazırda “xxxx” MMC adlandırılmış müəssisədə, 1979-cu il 15 avqust tarixdən 1989-cu il 18 iyul tarixə kimi “Manqışlaqneft” trestində, 1989-cu il 24 iyul tarixdən 1992-ci il 28 avqust tarixə kimi “Aynur” kooperativində, 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək “X2” əl ilə qaynaq aparan elektrik qaynaqçısı” işləməsi nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1957-ci il 14 oktyabr tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonu Hil kənd orta məktəbində almışdır. Orta ixtisas təhsilini isə 1974-cü ilin sentyabr ayından 1975ci ilin avqust ayına kimi Sumqayıt şəhərində yerləşən peşə məktəbində almışdır. Əmək fəaliyyətinə 1975-ci il 30 iyul tarixdə “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” və hazırda “xxxx” MMC adlandırılmış müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində başlamışdır. Həmin müəssisədə o, 1975-ci il 30 oktyabr tarixə kimi işləmişdir. Daha sonra, 1975-ci ilin noyabr ayında 1977-ci ilin noyabr ayına kimi Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1978-ci il 13 fevral tarixdən 1979-cu il 23 iyul tarixədək yenidən “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” və hazırda “xxxx” MMC adlandırılmış müəssisədə, 1979-cu il 15 avqust tarixdən 1989-cu il 18 iyul tarixə kimi “Manqışlaqneft” trestində, 1989-cu il 24 iyul tarixdən 1992-ci il 28 avqust tarixə kimi “Aynur” kooperativində, 1992-ci il 15 sentyabr tarixdən 1997-ci ilə 01 iyun tarixədək “X2” əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Qeyd edildiyi dövrlər ona məxsus 1975-ci il 30 iyul tarixli, HT-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunub. Həmin əmək kitabçasında iddiaçının cəmi 21 il 5 ay əmək stajı qeyd olunub. 19 il 5 ay müddəti əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Həmç inin, 2008-ci il 01 yanvar tarixdən 2018-ci il 01 noyabr tarixədək fərdi hesabın sığorta hissəsinə ödədiyi 1090.05 manat pensiya kapitalı üzrə iddiaçının 4 il 3 ay sosial sığorta stajı var. Beləliklə, onun cəmi 25 il 8 ay stajı var. Belə olan halda “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ var. Lakin cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Həmin imtina onunla əsaslandırmışdır ki, əmək kitabçasında 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək X2 işlədiyi qeyd olunmasına baxmayaraq həmin dövrlər üçün ümumiyyətlə əmək haqları qeyd edilmədiyindən həmin dövr sığorta stajına daxil edilməmişdir. Belə ki, 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixə dək X2 işlədiyi dövr onun əmək kitabçasında qeyd olunub və müvafiq möhürlə təsdiq olunmuşdur. Həmçinin, müəssisə tərəfindən DSMF-nin hesabına ödənişlərin edilməməsi işçinin təqsiri deyil və buna görə də işçinin qanunla müəyyən olunmuş hüquqları pozulmamalıdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən 1989-cu il 24 tarixdən 1992-ci il 28 avqust tarixə kimi “Aynur” kooperativi DSMF Qusar rayon şöbəsində qeydiyyatda deyil və həmin kooperativin hər hansı bir sənəd (əmək haqları, əmrlər kitabı) əldə etmək mümkün olmamışdır. Qusar “Kərpic” zavodu DSMF Qusar rayon şöbəsində 1992-ci ilin iyul ayından qeydiyyatda durmuş və yalnız 1992-ci ilin iyul ayından 1994-cü il 01 yanvar tarixə ki mi sosial sığorta ayırmaları ödəmişdir. Lakin, iddiaçının ümumiyyətlə adına hər hansı əmək haqqı hesablanmamışdır. Ona görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi qeyri mümkündür. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajları cəmi 16 il 00 ay 05 gün + 3 il 8 ay sosial sığorta stajı = 19 il 8 ay 05 gün il stajı təşkil edir. Əlavə olaraq bildirmişdir ki, X3nun qeydiyyatda duraraq sığorta ayırmaları ödənildiyi dövrü də nəzərə alınsa əgər, (1992ci ilin iyul ayından 1994-cü 01 yanvar ilə kimi) 19 il 8 ay 05 gün iş stajına + 1 il 6 ay əlavə olunsa da vətəndaşın cəmi 21 il 2 ay 5 gün iş stajı ola bilər. Araşdırmalardan görünmüşdür ki, iddiaçının 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək Qusar “Kərpic zavodu”da işlədiyi müddətdə nəinki onun adına əmək haqları qeyd edilmişdir, hətta iddiaçının həmin “X3”da əl ilə qaynaq aparılmasının dəqiqləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Baxmayaraq ki, həmin müəssisə 1992-ci ilin iyul ayından 1994-cü ilin yanvar ayına kimi fəaliyyət göstərmişdir. Ona görə də vətəndaş iddiaçı 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixə kimi X2 işləməsi faktı sığorta stajı kimi nəzərə alınmaq və hətta həmin dövrdə onun əl ilə qaynaq aparılan qaynaqçı kimi nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri mümkündür. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyul tarixli, 2-1(085)422/2019 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1989-cu il 24 iyul tarixdən 28 avqust 1992-ci ilə kimi “Aynur” kooperativində, 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək “X3”da qaynaqçı işləməsi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, peşələrin müəyyən olunmasında əmək kitabçasında aparılan qeydiyyata hərfi olaraq yanaşmaq düzgün hesab edilə bilməz. Bununla bağlı mübahisə, işləyən şəxsin müvafiq müəssisədə konkret fəaliyyətin müəyyən olunması ilə düzgün həllini tapa bilər. iddiaçının işlədiyi müəssisələr hazırda fəaliyyət göstərmədiyinə görə, bu halda iddiaçının qaynağı əl ilə aparmaması cavabdeh tərəfindən sübut olunmalıdır. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. inzibati orqan tərəfindən idd iaçının əmək kitabçasında qeyd olunan 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək Qusar “Kərpic zavodu”nda və 1989-cu il 24 iyul tarixdən 1992-ci il 01 yanvar tarixədək “Aynur” kooperativində işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Tərəflər arasında mübahisənin yaranmasına səbəbdə həmin dövrlərin nəzərə alınmaması ilə bağlıdır. Digər dövrlərlə bağlı mübahisənin olması müəyyən olunmur. İş materiallarına əsasən mübahisəli dövrlər nəzərə alınanda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olması müəyyən olunur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2019-cu il 08 oktyabr tarixli, 2-1(105)-639/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikasının Cavabdeh ilə əvəz edilmişdir.
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 57 yaşı tamam olan tarixdə ümumi iş stajını tam toplamasa da, 2017-ci ilin may ayına 25 illik iş stajı tamam olmuşdur. Həmin vaxt isə qüvvədə olan qanunvericilikdə pensiya kapitalı ilə bağlı tələb olmamışdır. Bu səbəbdən 1974-cü il 01 sentyabr tarixdən 1975ci il 15 iyul tarixədək texniki peşə məktəbində təhsil aldığı müddəti, 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək “Qusar” Kərpic zavodunda qaynaqçı peşəsində işlədiyi illərin ümumi sığorta stajı kimi, eyni zamanda 1975-ci il 30 iyul 1975-ci il 30 oktyabr və 1978-ci il 13 fevral - 1979-cu il 23 iyul tarixlərdə “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” müəssisəsində elektrik qaynaqçı, 1979-cu il 15 avqust -1989-cu il 18 iyul tarixlərdə “Manqışlaqneft” trestində qaz elektrik qaynaqçı və 1989-cu il 24 iyul - 1992-ci il 28 avqust tarixdə “Aynur” kooperativində elektrik qaynaqçı peşəsində işlədiyi illərin güzəştli şərtlərlə pensiya hüququ sığorta stajı kimi nəzərə alınmaqla, 2017-ci il 01 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 dekabr tarixli, 2-1(105)-34/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyul tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının 1974-cü il 01 sentyabr tarixdən 1975-ci il 15 iyul tarixədək texniki peşə məktəbində təhsil aldığı müddət, həmçinin 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixədək “Qusar” Kərpic zavodunda qaynaqçı peşəsində işlədiyi müddət ümumi sığorta stajı kimi, eyni zamanda 1975-ci il 30 iyul-1975-ci 30 oktyabr və 1978-ci il 13 fevral - 1979-cu il 23 iyul tarixlərdə “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” müəssisəsində elektrik qaynaqçı, 1979-cu il 15 avqust - 1989-cu il 18 iyul tarixlərdə “Manqışlaqneft” trestində qaz elektrik qaynaqçı və 1989-ci il 24 iyul - 1992-ci il 28 avqust tarixlərdə “Aynur” kooperativində elektrik qaynaqçı peşəs ində işlədiyi illər güzəştli şərtlərlə pensiya hüququ verən sığorta stajı kimi nəzərə alınmaqla, 2017-ci il 01 may tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi digər müəssisələr hazırda fəaliyyət göstərmədiyindən izahlı arayış təqdim edə bilməmişdir. Lakin, kollegiya hesab etmişdir ki, bu hal iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz, iddiaçının elektrik qaynaqçı peşəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahı üzrə (23200000—19906 bəndi) güzəştli iş stajı kimi tanınmalıdır. Beləliklə, 2017-ci il 01 may tarixədək iddiaçı 12 il 6 aydan çox güz əştli, 25 ildən artıq ümumi iş stajına və qanunvericiliklə müəyyən olunmuş 57 yaş həddinə çatmışdır. iddiaçı 1957-ci il 14 yanvar təvəllüdlü olmaqla 2014-cü il 14 yanvar tarixdə 57 yaşı tamam olsa da, həmin vaxt güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 illik ümumi sığorta stajını toplamamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 57 yaşı tamam olandan sonra da işləməyə davam etmiş və 2017-ci il 01 may tarixdə artıq 25 il sığorta stajını tam toplamışdır. Odur ki, iddiaçıya pensiya hüququnun yarandığı vaxt - 2017-ci il 01 may tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
13. Cavabdeh həmin qərardan kassasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün onun 57 yaşınadək 25 il ümumi, 12 il yarım güzəştli iş stajı olmalı idi. Lakin İddiaçının qeyd edilən tələbə cavab verməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçının 1975-ci il 30 iyul -1975ci il 30 oktyabr və 1978-ci il 13 fevral - 1979-cu il 23 iyul tarixlərdə “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” müəssi səsində elektrik qaynaqçısı, 1979-cu il 15 avqust - 1989-cu il 18 iyul tarixlərdə “Manqışlaqneft” trestində qaz elektrik qaynaqçısı işlədiyi dövrləri topladıqda 11 il 7 ay 2 gün təşkil edir, yəni 12 il 6 aya çatmamışdır. İddiaçının 1989-cu il 24 iyul - 1992-ci il 28 avqust tarixlərdə “Aynur” kooperativində elektrik qaynaqçısı peşəsində işləməsi faktı isə iş materialları ilə sübut edilməmiş, çünki həmin kooperativ ümumiyyətlə qeydiyyatda deyil və fəaliyyət göstərmiş olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, İddiaçının çalışmış olduğu Qusar “Kərpic” zavodu DSMF Qusar rayon şöbəsində 1992-ci ilin iyul ayından qeydiyyatda durmuş və yalnız 1992-ci ilin iyul ayından 1994-cü il 01 yanvar tarixə kimi sosial sığorta ayırmaları ödəmişdir. Lakin iddiaçının adına ümumiyyətlə, hər hansı əmək haqqı hesablanmamışdır, bu da, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyətinə ciddi şübhələr doğurmuşdur. 1994-cü il 01 yanvar tarixdən sonra isə zavod fəaliyyətini ümumiyyətlə dayandırmışdır. Buna görə də, 1992-ci il 15 sentyabr tarixdən 1997-ci il 01 iyun tarixinədək “X3”nda qaynaqçı peşəsində işlədiyi müddət İddiaçının sığorta stajına daxil edilə bilməz. İddiaçının qeyd olunan stajı məhkəmə araşdırması dövründə də öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçının əmək kitabçasında elektrik qaynaqçısı olaraq qeyd olunan peşələr “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğunlaşdırılmışdır. Məhkəmə Qərarında bu iddiaçının izahatı ilə izah edilir. Halbuki, İddiaçı bu iş üzrə tərəf olduğundan, onun ifadəsi qərəzli ola bilər. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavab dehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, az ı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslan dırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İddiaçının əmək fəaliyyəti 1975-1997-ci illərə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır.
23. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pen siya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
24. İddiaçının 24 iyul 1989-cu ildən 28 avqust 1992-ci ilə kimi “Aynur” kooperativində, 15 sentyabr 1992-ci il tarixdən 01 iyun 1997-ci il tarixədək “Qusar” Kərpic Zavodunda işləməsi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır.
25. Beləliklə, iddiaçının əmək kitabçasının məlumatlarına görə, onun 1975-ci il 30 iyul -1975-ci il 30 oktyabr tarixlərdə “Sumqayıtskiy zavod montajnıx zaqovotok” müəssisəsində olan iş stajı 3 ay, 1978-ci il 13 fevral - 1979-cu il 23 iyul tarixlərdə yenidən həmin müəssisədə olan iş stajı 1 il 5 ay 10 gün, 1979-cu il 15 avqust - 1989cu il 18 iyul tarixlərdə “Manqışlaqneft” trestində olan iş stajı 9 il 11 ay 3 gün, 1989-cu il 2 4 iyul - 1992-ci il 28 avqust tarixlərdə “Aynur” kooperativində iş stajı 3 il 1 ay 4 gün, 1992-ci il 15 sentyabr - 1997-ci il 01 iyun tarixlərdə “X3”nda iş stajı 4 il 8 ay 16 gün olmaqla iş stajı 19 il 5 ay 3 gün təşkil edir. 26. 1975-ci il 23 iyul tarixli, 377 nömrəli attestata görə, iddiaçı 1974-cü il 01 sentyabr tarixdən 1975-ci il 15 iyul tarixədək texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır.
27. İddiaçının peşəyönümlü təhsil müəssisəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1 956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 28. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 29. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
30. H3 seriyalı ******* nömrəli hərbi biletdən məlum olur ki, iddiaçı 1975-ci il noyabrın 5-dən 1977-ci il noyabrın 18-dək hərbi xidmətdə olmuşdur.
31. Beləliklə, iddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla 22 il 05 ay 03 gün (1 il+2 il+19 il 05 ay 03 gün=22 il 05 ay 03 gün) sığorta stajına malikdir.
32. Bundan əlavə, işin materiallarına görə, 2008-ci ilin oktyabr ayından 2017-ci ilin may ayınadək sığorta olunanın (iddiaçının) hesabında ödənilmiş 559 manat sığorta kapitalı, eyni zamanda 02 il 09 ay sığorta stajı vardır.
33. Beləliklə, iddiaçının 2017-ci il 01 may tarixədək 25 ildən artıq (22 il 05 ay 03 gün+02 il 09 ay=25 il 02 ay 03 gün) sığorta stajı vardır.
34. İddiaçının xüsusi stajı ilə bağlı işlədiyi dövrlərə gəldikdə: 1) iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1975-ci il 30 iyul -1975-ci il 30 oktyabr və 1978-ci il 13 fevral - 1979-cu il 23 iyul tarixlərdə “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmiş, ümumilikdə iş staj ı 1 il 08 ay 10 gün olmuşdur; 2) 1979-cu il 15 avqust - 1989-cu il 18 iyul tarixlərdə “Manqışlaqneft” trestində qaz-elektrik qaynaqçısı peşəsində işləmiş, iş stajı 9 il 11 ay 3 gün olmuşdur; 3) 1989-cu il 24 iyul - 1992-ci il 28 avqust tarixlərdə “Aynur” kooperativində elektrik qaynaqçısı peşəsində işləmiş, iş stajı 3 il 1 ay 4 gün olmuşdur;
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li X1 bölməsində 23200000—19756 kodu altında elektrik qaz qaynaqçıları, 23200000—19906 kodu altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərt lərlə pensiya hüququ verən peşə kimi qeyd edilmişdir.
36. Eyni ilə, hazırda qüvvədə olan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda – 35-ci bənd. Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi nəzərdə tutulmuşdur.
37. Güzəştli iş stajı ilə bağlı cavabdehin mövqeyinə görə, iddiaçının yalnız 1980ci il 02 avqust tarixdən 1987-ci il 02 fevral tarixədək olan qaz-elektrik qaynaqçısı işində işlədiyi dövrlər güzəştli iş stajı hesab olunur. Digər müəssisələrdə işlədiyi peşə əmək kitabçasında elektrik qaynaqçı kimi qeyd edilmiş, qaynağın əl ilə aparılması barədə hər hansı bir süb utedici arayış təqdim edilməmişdir. Bu səbəbdən güzəştli iş stajı kimi qəbul edilməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyi ilə haqlı olaraq razılaşmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında işlədiyi peşənin adı elektrik qaynaqçısı kimi qeyd edilməsinə baxmayaraq, iddiaçının özünün də bildirdiyi kimi, işlədiyi müəssisələrdə elektrik qaynağı avtomatlaşdırılmış olmamış, o, qaynağı əl ilə aparmışdır. Qeyd edilən halı iddiaçının özünün izahatı ilə yanaşı, “xxxx” MMC tərəfindən verilmiş arayış da təsdiq edir. Belə ki, “xxxx” MMC tərəfindən verilmiş 11 mart 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı “AzNeftKimyaQuraşdırma” trestinin nəzdində olmuş “x” və hazırda “xxxx” MMC adlandırılmış müəssisədə 30.07.1975-ci il tarixdən 30.10.1975-ci il tarixədək və 13.02.1 978-ci il tarixdən 23.07.1979-cu il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi üzrə işləmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahı üzrə 23200000—19906 bəndində göstərilmişdir.
39. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 dekabr tarixli, 2-1(105)-34/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.