Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-701/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X6 (3.12.1971-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Ağayev Teymur Azər oğlu, Ağayev Azər Teymur oğlu və X11) qarşı “plan ölçünün ləğv edilməsi” tələbinə dаir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli 2-1(103)-1714/2021 nömrəli qərarından üçüncü şəxs Ağayev Azər Teymur oğlunun verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 15 sentyabr 2006-cı il tarixli İ66N9-li Qərarın təsdiq edilmiş surətinə görə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən ölçüsü 940,0 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə bələdiyyə tərəfindən X1.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmi ş Çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1806 X saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 6 aprel 2017-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 may 2014-cü il tarixdə Ağayev Teymur Azər oğlunun adına qeydiyyata alınmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəs i, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 9 avqust 2016-cı il tarixdə Ağayev Azər Teymur oğlunun adına qeydiyyata alınmışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 0,06 ha xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 31 mart 2014-cü il tarixdə X12 adına qeydiyyata alınmışdır.
6. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 8 fevral 1995-ci il tarixli 464 saylı “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X24, X2, X3, X7, X13, X10, X18, X4 və X19 torpaq sahəsi ayrılmışdır
7. Səbail rayon İcra Hakimiyyəti başçısının İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş 464 №li 08 fevral 1995-ci il tarixli Sərəncama əsasən X13 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 500 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir.
8. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastr kitabında 37681 nömrə ilə qeydə alınan AN №li 5 mart 2014-cü il tarixli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi nin plan ölçüsü tərtib edilmişdir.
9. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 5 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini istəyir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair Ağayev Teymur Azər oğlunun adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün, çıxarışın və daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair Ağayev Teymur Azər oğlunun adına olan qeydiyyatın etibarsız hesa b edilməsini xahiş etmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3285/19 saylı 10 oktyabr 2019-cu il tarixli qərardadı ilə Ağayev Azər Teymur oğlu üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 6 dekabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz olunması, iş üzrə X5 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.
13. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 28 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, cavabdeh Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır.
14. İddiaçı 5 fevral 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 5 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, Daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 olan, ********** qeydiyyat nömrəli, 6 aprel 2017-ci il tarixli çıxarışa əsasən Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ev 1806X saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bildirilir ki, o həmin torpaq sahəsini Səbail rayonu Badamdar Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 salı qərarı ilə alqı-satqı yolu ilə almışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Qeyd edir ki, onun evinin qarşısında heç kimə məxsus olmayan uzunsov zolaq formasında təxminən 2,5 sot civarında ümumi istifadədə olan çökəklik boş sahə vardır. Həmin sahənin altından su xətti, evinin yağış suları üçün tikilmiş anbar və kanalizasiya xətti və qaz xətti keçir. Sonradan həmin boş ərazini doldurmuş, orda ağaclar əkmiş, asfalt çəkmiş və oranı abadlaşdırmışdır. Onu da qeyd edir ki, onun yerilə üzbəüz aşağı tərəfdə Ağayev Teymura məxsus olan 600 kv.metr hasarlanmış torpaq sahəsi olmuşdur. Həmin hasara alınmış 600 kv.metr torpaq sahəsinin ortasından yeni hasar tikməklə özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün iddiaçının abadlaşdırdığı yerdəki ağacları kəsmiş, həmin torpaq sahəsinin altından kommunikasiya xətləri keçən torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün hasar tikmişdir ki, bu da iddiaçının qanuni mənafeinə toxunduğu üçün bu barədə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Lakin həmin vaxt iddia ərizəsi başqa cavabdehə yəni Miriyev Məhərrəmə qarşı olmuşdur. Məhkəmə ara şdırması və aparılmış ekspertizalardan məlum olmuşdur ki, cavabdeh həmin yerə kadastr planını düzgün verməmiş və qeyd olunan yer üzrə ilkin torpaq ayırma sənədləri ilə kadastr planında qeyd olunan ölçülər fərqlənir. Yuxarıda qeyd olunanlara asasan hesab edir ki, həmin torpaq sahəsinə dair Ağayev Teymur oğlunun adına verilmiş kadastr planı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat əsassız hesab olunmalıdır.
16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bund an əlavə, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə Səbail rayon İcra Hakimiyyəti başçısının 8 fevral 1995-ci il tarixli, 464 nömrəli sərəncamı əsasında X12 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 31 mart 2014-cü il tarixli çıxarış verilmişdir. X15 ilə Ağayev Teymur Azər oğlu arasında bağlanmış 11 aprel 2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Ağayev Teymur Azər oğlunun adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 2 may 2014-cü il tarixli çıxarış verilmişdir. Ağayev Teymur Azər oğlu ilə Ağayev Azər Teymur oğlu arasında 19 iyul 2016cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə Ağayev Azər Teymur o ğluna bağışlanılmış və A.Ağayevə ********** qeydiyyat nömrəli, 9 avqust 2016-cı il tarixli çıxarış verilmişdir. Həmçinin, iddiaçı X12 adına verilmiş çıxarışın, plan və ölçünün ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə əvvəllər müraciət etmiş, daha sonra isə iddiaçının ərizəsi əsasında məhkəmənin 12 sentybar 2017-ci il tarixli, 2-1(81)3044/2017 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə qarşı X15 və Ağayev Azər Teymur oğlu 3-cü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair 2-1(81)313/2018 saylı inzibati iş üzrə sorğu daxil olmuşdur.
17. Bakı İnzibati Məhkəməsinin 5 mart 2021-ci il tari xli 2-1(112)-219/2021 nömrəli (hakim F.Mədətli) qərarı ilə iddianın təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 5 mart 2014cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma apararaq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 5 mart 2014-cü il tarixli torpaq sahəsinin pl anı və ölçüsündə qeyd olunan koordinatları özündə əks etdirən plan ilə Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən 464 №li 8 fevral 1995-ci il tarixli Sərəncam əsasında tərtib edilən yerləşmə cizgisini müqayisəli şəkildə təhlil edərkən, cizgilər arasında vizual baxımdan açıq-aşkar fərqin olduğunu aşkar etmişdir. O cümlədən iş materiallarına əlavə edilən Səbail rayon Məhkəməsinin 2(009)-313/2016 saylı mülki işi üzrə 25 dekabr 2017-ci il tarixli Ekspert rəyi üzrə müəyyən edilən hallara əsasən X13 ayrılmış torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə M.Miriyevın adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin olçülərinin şimaldan 1,46 metr, şərq dən 0,72 metr, cənubdan 1,01 metr, qərbdən 2,81 metr fərqləndiyi, o cümlədən qeyd olunan torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin ölçülərində fərqlər olduğu ekspert tərəfindən də vurğulanmışdır. Qeyd olunan məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəsində də yuxarıda sadalanan məqamlar ekspert tərəfindən araşdırılmış və belə nəticəyə gəlinmişdir ki, M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən əvvəl sözügedən sxemə əsasən Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiy i üçün X8 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmamaqla işlənmiş, o cümlədən 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir. Qeyd olunan xüsusatlara istinadən məhkəmə belə qənaətə gəlmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 5 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü ilkin hüquqmüəyyənedici sənədlərdə göstərilən hüdudlar daxilində tərtib edilmədiyindən iddiaçının qeyd olunan plan və ölçünün ləğvini tələb etməkdə qanuni və əsaslı tələb hüququ yaranmışdır.
19. Üçüncü şəxs Ağayev Azər Teymur oğlu apellyasiya şikayəti verərək həmin qərar ın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2021-ci il tarixli 2-1(103)-1714/2021 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-219/2021 saylı, 5 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Üçüncü şəxs Ağayev Azər Teymur oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Üçüncü şəxs A.Ağayev kassasiya şikyətində qeyd etmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İİk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi ni, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır ("İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). İş materiallarından, o cümlədən cavabdehin iddiaya etirazından göründüyü kimi, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə, yəni cabadehə rəsmi müraciəti daxil olmamışdır. Bu baxımdan da, hazırkı iş üzrə verilmiş iddia mümkün sayıla bilməz. Lakin məhkəmə qanunvericiliyin tələblərini pozmaqla iddianı mümkün saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, üçüncü şəxs tərəfindən t orpaq sahəsi alındıqdan sonra həmin torpaq sahəsi 280 kv.metr qəsəbə daxili yolun hesabına genişləndirilmiş və torpağın daxilində olan hasar sökülərək, artırılmış sahədə yeni hasar çəkilmişdir. Bu hallar işin mübahisəsiz halıdır. Belə ki, ərazidə olan əvvəlki hasarın bünövrəsi və sökülmüş darvaza qapısı hələdə yerində qalmaqdadır. Odur ki, iddiaçı hazırkı iddiası ilə məhkəmyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
25. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nətic əsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilmə sinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
30. İşin apellyasiya instan isyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 0,06 ha xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 31 mart 2014-cü il tarixdə X12 adına qeydiyyata alınmışdır.
31. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastr kitabında qeydə alınan 5 mart 2014-cü il tarixli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir.
32. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayı ş evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2 may 2014-cü il tarixdə Ağayev Teymur Azər oğlunun adına qeydiyyata alınmışdır.
33. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 9 avqust 2016-cı il tarixdə Ağayev Azər Teymur oğlunun adına qeydiyyata alınmışdır.
34. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1806X saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 6 aprel 2017-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır.
35. Hazırda iddiaçının iddia tələbi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 5 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olmuşdur.
36. Yəni iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş 0,06 ha torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini xahiş edir.
37. Məhkəmə kollegiyası hesab edir ki, X6 hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. 38. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar k i, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
39. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müda fiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
41. İddiaçının mübahisə açdığı plan və ölçü sənədində qeyd edilən torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi, hər hansı aidiyyəti və bağlılığı olmadığı mübahisə doğurmur.
42. Odur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamalıdır.
43. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməy ə şikayət edə bilər.
44. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
45. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının müb ahisə açdığı torpaq sahəsinə subyektiv hüququ olmadığından həmin torpaq sahəsinə dair plan və ölçünün ləğv edilməsi barədə iddianın təmin edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
46. Bəhs edilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Üçüncü şəxs şikayətində iddianın rədd edilməsini xahiş etmişdir. İddia mümkün iddia olmadığından, bu səbəbdən iddianın əsaslılığını yoxlamağa zərurət qalmadığından iddianın rədd olunması hissəsində şikayət təmin edilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Ağayev Azər Teymur oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1714/2021 saylı, 9 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. X6 iddiası mümkün sayılmasın. Qərar qətidir.