Məhkəmə qərarları › İş №2-1(102)-701/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-701/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-701/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin onun xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsu z hesab olunması, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-605/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Daha sonra xx.xx.2008-ci il tarixdən iddiaçının pensiyası yaşa görə əmək pensiyası növündən əli lliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparılmış, iddiaçı 2009-2020-ci illər ərzində əlilliyə görə pensiya almışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının əlillik müddəti bitdiyi üçün ona cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir

2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, hüq uqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildən xx.xx.2020-ci ilədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2020-ci il tarixdə onun əlillik müddəti bitmiş, əlillik müddəti növbəti dəfə artırılmamış və ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda yaşa görə əmək pensiyası alır. Lakin ona əlilliyinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyası hesablanmamış və ödənilməmişdir. Hesab ed ir ki, ona əlilliyinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyası hesablanmalı və ödənilməlidir. Belə ki, 2008-ci ildə ehtiyata buraxılarkən onun yaşa görə əmək pensiyası hüququ mövcud olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi barədə ərizə ilə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin bu günə kimi müraciəti cavablandırılmamışdır.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli, 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq xx.xx.2008-ci il tarixindən Mərkəzi Fili al tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Eyni zamanda 26 dekabr 2008-ci il tarixdə İddiaçı yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçmək hüququ olmadığı halda, ona 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında adıçəkilən şəxsə yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq ona 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı artıq ödənilən 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(118)-1229/2022 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən iddiaçı nın xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının əvvəldən yaşa görə əmək pensiyası hüququ yaranmış olduğundan və həmin pensiyasının ödənilməsi əlilliyə görə əmək pensiyası növünə dəyişdirildiyinə görə dayandırıldığından, əlilliyə görə əmək pensiyası dayandırıldığı vaxtdan iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ bərpa edilməli və ona həmin növdə pensiyanın ödənilməsi davam etdirilməli idi. Laki n cavabdehin izah edə bilmədiyi səbəbdən iddiaçının həmin hüququ yalnız 2021-ci ilin noyabr ayının 01-də bərpa edilmişdir.

8. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin vaxtında və qanunauyğun şəkildə cavablandırılması öz təsdiqini tapmadı. Cavabdeh həmin müraciətin vaxtında cavablandırılmasını və iddiaçıya rəsmi təqdim edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-605/2022 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov – sədrlik edən və məruzəçi, F.Məmmədov və H.Babayeva) Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarı qismən - cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qərarın cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmaması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iş üzrə məhkəmə araşdırması zamanı iddiaçıya ünvanlan mış xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubu təqdim edərək iddiaçının müraciətinin cavablandırıldığını bildirmiş, iddiaçı iş üzrə keçirilən xx.xx.2022-ci il tarixli iclasda cavab məktubunun ona təzəlikcə təqdim edildiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilsə də, birinci instansiya məhkəməsi öz qərarında həmin məktubun məzmununa istinad etməklə yanaşı, düzgün olmayaraq iddianı müvafiq hissədə də təmin etmişdir.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. K assasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Ma ddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

16. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məkt ubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini n əzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarının 6.4-cü maddəsinə istinadla qeyd etmişdir ki, pensiya növünün dəyişdirilməsi zamanı fərq məbləğinin ödənilməsi nəzərdə tutulmayıb.

26. Bun unla bağlı nəzərə almaq lazımdır ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçıya xx.xx.2008-ci ildən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan iddiaçının müraciəti əsasında həmin pensiya cavabdeh tərəfindən 2008-ci ilin dekabr ayından əlilliyə görə əmək pensiyası növünə dəyişdirilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyinə və ona yenidən əlillik təyin olunmadığına görə, iddiaçıya əlilliyə görə pensiya ödənişi dayandırılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bu mənada müraciət etdiyi xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyə görə pensiya hüququ artıq mövcud deyildi. Başqa sözlə, iddiaçının tələbi, cavabdehin qeyd etdiyi kimi, pensiya növünü n dəyişdirilməsinə deyil, ona yaşa görə əmək pensiyasının təyin olunmasına yönəlmişdir. İddiaçının hüquqi marağının ona yaşa görə əmək pensiyasının təyin olunmasına yönəldiyi işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə də təsdiq olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, pensiyanın bir növündən başqa növünə keçirilmə yalnız müraciət edilən anda şəxsin müxtəlif növ (yaşa, əlilliyə və ailə başçısını itirməyə) pensiya hüququnun mövcud olduğu hallarda mümkündür.

27. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, pensiyanın növünün dəyişdirilməsi barədə iddiaçının müraciəti üzrə qanunauyğun qərarın qəbul olunması cavabdehin məsuliyyət sferasına aiddir. Bu baxımdan pensiyanın növünün dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması xidməti vəzifəsinə görə qanunauyğun qərar qəbul etməyə borclu olan cavabdehin təqsirli davranışı kimi qiymətləndirilməlidir və həmin davranışın neqativ nəticələri iddiaçının hüquqi vəziyyətini məhdudlaşdıra bilməz. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının etimad hüququnu istisna edən və “İnzibati icraat haqqında” Qanunun 67. 6-cı maddəsində təsbit edilmiş halların mövcudluğu da görünmür. 28. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiya sının təyin olunduğu və sonradan həmin pensiyanın əlilliyə görə əmək pensiyası növünə keçirildiyi, iddiaçıya təyin edilmiş əlilliyin müddətinin xx.xx.2020-ci il tarixdə bitdiyi və ona yenidən əlillik təyin olunmadığı üçün əlilliyə görə pensiyanın dayandırıldığı nəzərə alındıqda, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

30. Kassasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş 100 manat pulun cavabdehdən tutulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hüquqi məsləhət və iddia ərizəsinin hazırlanması üçün X1 (VÖEN**********) həmin vəsaitin ödənilməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş 59899 saylı qəbz iş üzrə materiallara əlavə olunmuşdur. Belə olan halda, İPM-nin 108-110-cu maddələrinə əsasən, iddia tələbi təmin edildiyinə görə apellyasiya məhkəməsi həmin məbləğin iddiaçının çəkdiyi prosessual xərc kimi cavabdehə aid edilməsi barədə düzgün qənaətə gəlmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

32. Beləliklə, mübahisəyə dair iş üzrə apelyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əs asən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-605/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar