Məhkəmə qərarları › İş №2-1(102)-701/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-701/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-701/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliklə bağlı məlumatın sistemə daxil edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əlillik” alt sisteminə düzəliş edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(107)583/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə düzəliş edərək əlilliyin təyin edilməsi tarixinin - xx.xx.2012-ci il, əlillik qrupunun - birinci dərəcə əlillik qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2-1(116)-2155/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə düzəliş edərək əlilliyin təyin edilməsi tarixinin “xx.xx.2012-ci il”, əlillik qrupunun “birinci dərəcə əlillik” qeyd edilməsi öhdəliyi qoyulmuşdur.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(107)-583/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələblə m əhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə əlavə edilmiş yanlış məlumatlara düzəliş edilməsinə nail olmaqdır Belə ki, “Əlillik” altsistemində iddiaçıya əlilliyin təyin edilməsi tarixi xx.xx.2012-ci il, əlillik dərəcəsi isə ikinci dərəcə əlillik qeyd edilmişdir. İddiaçı isə əlilliyin təyinat tarixinin “xx.xx.2012-ci il”, dərəcəsinin isə “birinci dərəcə” olması ilə bağlı düzəlişin edilməsini cavabdeh orqandan tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ilkin əlillik təyinatının aparılmasına əsas olmuş sənədlər cavabdeh orqandan və DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında n götürülərək müqayisəli tədqiq edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçıya ilkin əlillik təyinatı barədə “Əlillik” altsistemində məlumat aşkarlanmamışdır. Həmçinin “Əlillik” altsistemindən əldə edilən məlumatlara istinad edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır.

5. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh orqan “Əlillik” altsistemində məlumat yerləşdirərkən iddiaçıya təyin edilmiş ilkin əlillik təyinatına dair kağız daşıyıcıda məlumat bazasına malik olmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçıya əlillik təyinatının aparıldığı 2012-ci ildə prosedur hazırda olduğu kim i elektronlaşdırılmamışdı. Odur ki, kağız daşıyıcıda hər hansı ilkin sənəd olmadan “Əlillik” altsisteminə sonradan yeni məlumatların yerləşdirilməsi praktiki baxımdan mümkün ola bilməzdi. Məhkəmənin qənaətinə görə cavabdeh orqan “Əlillik” altsisteminə müvafiq məlumatları yerləşdirdikdən sonra ilkin sənədlərin saxlanmasını təmin etməmiş və ya yanlış məlumat yerləşdirdiyinin fərqində olduğuna görə ilkin sənədlərin təqdim edilməsindən yayınmışdır. Hər bir halda ilkin əlillik təyinatı barədə sənədlər olmadan “Əlillik” altsistemində mövcud olan məlumatlar mötəbər hesab edilə bilməz.

6. Digər tərəfdən həmin məlumatların düzgünlüyü və lazımi qaydada saxlanması cavabdeh orqanın məsuliyyət sferasına aiddir. Buna görə də, cavabdeh orqan öz vəzifəsini düzgün yerinə yetirməməsinin mənfi nəticələrini iddiaçının ziyanına şərh etməklə onu yenidən əyani müayinəyə cəlb etməkdə və tibbi sənədləri iddiaçıdan tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, hazırkı mübahisə iddiaçıya əlilik təyinatının düzgün aparılıbaparılmaması ilə bağlı yox, təyin edilmiş əlilliyə dair məlumatların cavabdeh orqan tərəfindən təhrif olunmuş şəkildə “Əlillik” altsistemində yerləşdirilməsi ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından əldə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 36 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə, ümumi xəstəlik səbəbindən, müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, cavab deh orqan iddiaçıya təyin edilmiş ilkin əlillik təyinatına dair sənədlərə malik olmadığını bildirsə də, obyektiv həqiqətin aşkar edilməsi üçün icraat materiallarının tamamlanmasına təşəbbüs göstərməmiş, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin müayinəsinə cəhd edərək qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.

7. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şika yətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vah id məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılma lıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəmə si tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçıya təyin edilmiş əlillik təyinatına dair kağız daşı yıcılarda olan məlumatların mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdeh tərəfindən də bu məlumatların mötəbər olmaması ilə bağlı hər hansı sübut təqdim edilmədiyi təqdirdə iddiaçı əlilliklə bağlı məlumatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” (TSERAS) altsisteminə daxil edilməsini tələb etməkdə haqlı sayılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1226/2024 nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmi n təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasınd akı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(107)-583/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar