Məhkəmə qərarları › İş №2-1(102)-702/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-702/2019

10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-702/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-1(103)2819/20 18 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 4 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 2017-ci il 14 iyul tarixli, **********102511 nömrəli qərarının 130.288,67 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi istisna olmaqla, qanunsuz əlverişsiz akt kimi ləğv olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin 2017-c i il 14 iyul tarixli qərarı iddiaçıya 2017-ci il 18 iyul tarixdə təqdim edilmişdir. Qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin axımı 2017-ci il 18 iyul tarixdən başlamış və 2017-ci il 16 avqust tarixdə bitmişdir. Prosessual müddətin buraxılmasına səbəb bankın ləğvetmə prosesi ilə bağlı olmuşdur. Bank məhkəmənin qərarı ilə müflis elan edilmiş və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Mühasibat və hüquqi sənədlərin bankın keçmiş inzibatçılarından qəbul edilməsi və həmin sənədlərin öyrənilməsi uzun müddət vaxt tələb etmişdir. İddia ərizəsində göstərilmiş faktlar vergi orqanına təqdim edilmiş və vergi orqanı həmin sənədlərin öyrənilməsi üçün vaxt tələb etmişdir. Göstərilən hal üzrə cavabdehin rəhbər şəxsləri ilə dəfələrlə ləğvedicinin əməkdaşları gö rüşmüşlər. Cavabdeh dəfələrlə həmin sənədlərin öyrənildiyini və mübahisəli inzibati aktın ləğv olunacağını bildirmişdir. Lakin həmin akt ləğv olunmamışdır. İddiaçının rəhbərliyində dəyişiklik olunmuşdur. Ölkə üzrə ləğvetmə prosesində olan bankların idarəetməsi iddiaçı tərəfindən icra edildiyi üçün rəhbərliyin dəyişməsi vaxtı 12 bank ləğvetmə prosesində olduğundan, təhvil-təslim prosesi və sənədlərin araşdırılması üçün müəyyən vaxt tələb olunduğundan, aktın ləğvi tələbi ilə məhkəməyə müraciət üzrə müddət buraxılmışdır. Ona görə də bu hal məhkəmə tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsasdır. Bank ləğvetmə prosesində olduğundan, bütün öhdəliklərinin tam öyrənilməsı imkanı mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 2018-ci il 21 sentyabr tarixli 2-1(82)2958/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-1(103)-2819/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu özünün strukturu (aparatı), müvafiq vəzifəli şəxsləri olan qurumlar kimi fəaliyyət göstərmişlər və ləğvetmə prosesinin gedişatı hüquqlardan istifadə etməklə məhkəmədə id dia qaldırılmasına heç bir halda maneə törədən hal deyil. Məhkəmənin qərardadı iddiaçıya 2018-ci il 10 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2018-ci il 19 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizədə göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Mə cəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. İş materiallarından göründüyü kimi, cavabdehin 2017-ci il 14 iyul tarixli qərarının surəti İddiaçı ASC-nin səlahiyyətli şəxsi tərəfindən imza edilməklə və Bankın möhürü vurulmaqla 2017-ci il 18 iyul tarixində qəbul edilmişdir. İddiaçı 2017-ci il 14 iyul tarixli qərarın ləğvi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 2018-ci il 4 iyun tarixdə, yəni 10 aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, mübahisələndirilən qərarın təqdim edildiyi tarixdən iddiaçının sərəncamında 30 gün sərbəst prosessual müddət olmuş, lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi hal isə müddətin buraxılmasında onun təqsirini aradan qaldırmır. Belə ki, İddiaçı ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu özünün strukturu (aparatı), müvafiq vəzifəli şəxsləri olan qurumlar kimi fəaliyyət göstərmişlər və ləğvetmə prosesinin gedişatı hüquqlardan istifadə etməklə məhkəmədə iddia qaldırılmasına maneə törədən hal deyil. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-1(103)-2819/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar