Məhkəmə qərarları › İş №2-1(102)-702/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-702/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-702/2021 13.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “imtinanın qanunsuz hesab edilməklə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.12.2020-ci il tarixli, 21(105)-523/2020 nömrəli qərardadından iddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə qərar qəbul olunmasını 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-c i il tarixli tarixli 2-1(112)-1545/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınması göstərilən mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayon ərazisinə aid dir, qeyd olunan qeydiyyat vəsiqəsi də müvafiq olaraq Abşeron rayon X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmişdir.

4. İşə baxan Sumqayıt İnzibati Məhkəməsinin 09.12.2020-ci il tarixli 2-1(118)1641/2020 nömrəli qərardadına əsasən (hakim – İsmayıl Quliyev) hazırkı iddianın məhkəmə aidiyyətinin müəyyən olunması üçün inzibati işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin baxılmasına səlahiyyətli olan məhkəmə müvafiq qeydiyyat vasiqəsini verən orqanın yerləşdiyi məhkəmə yox, mübahisəyə baxılan zaman dövlət qeydiyyatına alınması istənilən daşınmaz əmlakın yerləşdiyi məhkəmə olmalıdır. İddiaçının dövlət qeydiyyatına alınmasını istədiyi daşınmaz əmlakın isə Sumqayıt İnzibati Məhkə məsinin ərazi yuristiksiyasında yerləşməsinə aid hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iş materiallarında olan “X1” 06 dekabr 2019-cu il tarixli 96 saylı ekspert arayışında qeyd olunur ki, mübahisə predmeti əmlak Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aid olduğu müəyyən edilir. Bilgəh bələdiyyəsi isə Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasına aid deyil. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.12.2020-ci il tarixli, 2-1(105)-523/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Fuad Məmmədov, hakimlər – Hökümə Babayeva və Məhəmmədəli Rzayev) iddia tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması qərara alınmışdır.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir.

8. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edildiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

9. İddiaçı 01.02.2021-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.12.2020-ci il tarixli, 21(105)-523/2020 nömrəli qərardadın ləğv edilməsini, inzibati işin Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİ LARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə 3 hektar ümumi sahəsi olan və bir hasarın daxilində yerləşən torpaq sahəsinin 1,4 ha, 0,4 ha və 0,4 ha hissələri Abşeron rayonu ərazi sərhədlərində yerləşməsi sənədlər, o cümlədən məhkəmə qərarları əsasında birmənalı olaraq təsdiqini tapır. Bu baxımdan yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddianın predmeti olan torpaq sahəsində Abşeron ərazi sərhədlərində olduğu şübhəsizdir, yəni Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir.

11. Eyni zamanda, 3 hektar ümumi sahəsi olan eyni hasar daxilində yerləşən digər 0,4 ha. torpaq sahəsi iddiaçının mərhum atası X3 məxsus olub və hal-hazırda vərəsəlik şəhadətnaməsinə əsasən iddiaçıya məxsusdur. İddiaçı hüququndan istifadə edərək eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və bu işdə Bakı İnzibati Məhkəməsinin 19.02.2020-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iş aidiyyət məsələsinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsə də, həmin məhkəmə bununla bağlı əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan Google Planet proqramının ortofoto görüntülərindən hazırlanmış sxemlərə, həmçinin çıxarış və qeydiyyat vəsiqələrinə əsasən də torpaq sahəsinin Abşeron rayonu ərazi hüdudlarında yerləşdiyi aydın görünür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı:

15. Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 15.9. Bakı şəhəri Sabunçu rayonu;

15. İnzibati Prosessual Məcəllə: Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Maddə 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiya şikayəti vaxtında verilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Hazırkı qərarın 14-15-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmi n ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir.

20. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 17.3 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 4002 kv.m. torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququna dair çıxarış verilməsini tələb edir.

21. Odur ki, yuxarıda qeyd olunan normanın tələbinə görə inzibati işə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MəhkəməsHüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 15.9- cu bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinə aid edilmişdir.

22. Odur ki, apellyasiya instansiyası məhkəməsi ərazi aidiyyəti ilə bağlı mübahisəni həll edərkən İPM-in hazırkı qərarın 14-cü bəndində göstərilən tələblərinə əməl etmişdir. Belə olan halda, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.

23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.12.2020-ci il tarixli, 2-1(105)-523/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar