Məhkəmə qərarları › İş №2-1(102)-703/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-703/2019

05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-703/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə hüquqların qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2115/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış ***** saylı, 05 may 2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1085d nömrəli bağ X1 qızının istifadəsinə verilmişdir. İş materiallarındakı müvafiq təsdiqedici sənədlərdən müəyyən olunur ki, X1 qızına nikahdan sonra «X1» soyadı verilmişdir və o, 03.03.2006-cı ildə vəfat etmişdir. İddiaçı mərhum X1 qızının qızıdır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən verilmiş 01.11.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı təqdim etdiyi 24.02.2016-cı il tarixli miras əmlakın qəbuluna dair ərizəsinə əsasən öldüyü günə qədər ünvan 1 ünvanında yaşamış və 03.03.2006-cı il tarixdə vəfat edən anası X1 qızının adına V77/2016 saylı vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bugünkü tarixədək notariat kontoruna V-77/20156 vərəsəlik işi ilə bağlı mirası qəbul edən başqa vərəsə müraciət etməmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan ***** nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ü nvanladığı 18.03.2016 və 07.02.2018-ci il tarixli məktublardan görünür ki, müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir. Bundan əlavə, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Təqdim olunan sənədlərdə uyğunsuzluq var. Belə ki, icarə müqaviləsində mərhumun soyadı "X1" kimi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Soyadının dəyişməsi haqqında sənədin, eləcə də mərzçəkmə işlərinin görülməsi, arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin İdarəyə təqdim olunması məqsədəuyğundur. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı isə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxa nı bağ massivində yerləşən sahəsi 0,12 ha olan **** nömrəli bağ sahəsi yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan isə iddiaçı tərəf “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan ***** saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq iddiaçının anası X1 qızının adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1922/18 saylı, 06 iyun 2018-ci il tarixli qərarı (hakim – Ş.A.Məmmədova) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan ***** saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq İddiaçı anası X1 qızının adına çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsindəki icraatın gedişində iddiaçı yenidən iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan ***** nömrəli bağ sahəsi yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2115/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 iyun 2018ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmaqla iddia tələbi təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan ***** saylı bağ sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsiAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdehin kassasiya şikayəti verib apellyasiya məhkəməsinin qərarını ləğv edərək iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iki bağ sahəsi bir hasar daxilindədir. Bundan əlavə, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Təqdim olunan sənədlərdə uyğunsuzluq var. İcarə müqaviləsində mərhumun soyadı "X1" kimi qeyd olunmuşdur. Soyadının dəyişməsi haqqında sənəd, eləcə də arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxemi ərizəyə əlavə olunmamışdır. Bundan başqa, qanunvericiliyin tələbləri pozularaq mərhumun adına olan sənədlər əsasında birbaşa iddiaçının adına çıxarış verilməsi barədə qanunsuz qərar qəbul edilmiş, həmçinin apellyasiya məhkəməsi inzibati məhkəmə icraatı qaydasında işə baxarkən qanunsuz olaraq ümumi məhkəmənin səlahiyyətinə aid olan məsələni (vərəsəlik hüququnun tanınması) də həll etmişdir. Halbuki, sənədlər mərhum X1 qızının adına olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq bağ sahəsi əvvəlcə onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmalı və yalnız bundan sonra vərəsəlik qaydasında vərəsələrin adlarına keçməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya ş ikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqlar ın dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alı nması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstəri lən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin qeyd olunan müddəalarını mübahisəyə düzgün tətbiq etməmiş, əsassız olaraq apellyasiya məhkəməsində iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul edərək bağ sahəsinə dair hüququn birbaşa iddiaçının adına qeydə alınmalı olduğu ilə bağlı qanunsuz nəticəyə gəlmişdir. Təkrar apellyasiya baxışı zamanı ilkin qeydiyyatın mərhum hüquq sahibinin adına aparılmasına dair tələb üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2115/2018 saylı iş üzrə 01 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar