Məhkəmə qərarları › İş №2-1(102)-703/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-703/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-703/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması əsasları, torpağın kateqoriyası). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabde hin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2647/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Sabunçu rayon İc ra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin 1997-ci il 26 oktyabr tarixli, 36 nömrəli Sərəncamına əsasən, Abşeron rayonu, Zəfəran sovxozunun ərazisində olan 0,17 ha torpaq sahəsi fərdi ev tikintisi üçün X5 ayrılmışdır. xx xxxx 2004-cü il tarixli müqaviləyə əsasən X5 xxxx, 1750.0 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 25.8 kv.metr olan 27 saylı ev iddiaçıya satmışdır. Həmin yaşayış evi Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsi tərəfindən iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh **********90 saylı, xx.xx.2017-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişlə iddiaçının müraciətini təmin etməmişdir. Bildirişdə qeyd olunur ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, əlavə olaraq 164.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir və torpaq sahəsində (sərhədlər tam hasarlanmamışdır) mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Yaşayış evinin torpaq sahəsinə dair (elektron kadastr məlumatına əsasən, həmin torpaq sahəsi “Qağayı” sanatoriyasının ərazisidir) "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əl də edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı sənəd təqdim edilməmişdir. Bildirişdə həmçinin, qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxılacağı qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 1750.0 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 2004-cü il tarixdə X5 ilə bağlanmış alqı-s atqı müqaviləsinə əsasən xxxx, 1750 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 25.8 kv.metr olan 27 saylı evi almış və öz adına dövlət qeydiyyatından keçirmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1997-ci il tarixli 36 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün ayrılmış və bu barədə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin müvafiq texniki pasportu verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2in(82)-1061/2013 saylı qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 36279 nömrə ilə uçota alınmışdır. İddiaçı mülkiyyətində olan həmin əmlakdan maneəsiz olaraq istifadə edir və h əmin əmlaka dair heç bir iddia olmamışdır. İddiaçı mülkiyyətində olan evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdehin **********90 saylı, xx.xx.2017-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 27 saylı fərdi yaşayış evinin 1750 kv.m torpaq sahəsi (həyətyanı və tikinti altı) üzərində İddiaçı mülkiyyət hüququnun d övlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2647/2019 saylı qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmid ov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa, əlavə 164.0 kv.m torpaq sahəsi zəbt edilmişdir və torpaq sahəsində mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Həmçinin, yaşayış evinin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən “Qağayı” sanatoriyasının ərazisidir. Həmçinin, müvafiq torpaq sahəsinin sərhədləri tam hasarlanmamışdır. Əlavə araşdırma məqsədilə xx.xx.2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə İddiaçı ayrılmış torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı ********** nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, koordinatları təqdim edilmiş sözügedən 1750 kv.m torpaq sahəsinin 1596 kv.m hissəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmadığı üçün sözügedən 1750 kv.m torpaq sahəsi dövlət mülkiyyəti hesab olunur. Şikayətd ə daha sonra qeyd edilir ki, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 əvvəlki məhkəmə çıxışlarına əlavələri nin olmadıqlarını bildirdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şik ayət qəbul oluna bilən hesab edilir. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiy ası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcə llənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Kollegiya hesab edir ki, hazırkı inzibati mübahisəyə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Cavabdehin imtinasının, iddiaya etirazının, eləcə də apelyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, yaşayış evinin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə e dilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Aşağı instansiya məhkəmələri cavabdehin bu dəlilini əsassız hesab edərək belə qənaətə gəlmişlər ki, torpaq sahəsinin ayrılması barədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin 1997-ci il 26 oktyabr tarixli, 36 nömrəli Sərəncamı "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5-ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Adı çəkilən Qanunun 8-ci maddəsində sadalanan əsaslar analoji qaydada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağı dakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Aşağı instansiya məhkəmələri də Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin 1997-ci il 26 oktyabr tarixli, 36 nömrəli Sərəncamını adı çəkilən Qanunun 8.0.5-ci maddəsində nəzərdə tutulan əsaslardan biri kimi qəbul etmişlər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə razılaşmır. Belə ki, mübahisə obyekti olan torpaq sahəsi ayrılarkən (1997-ci il 26 oktyabr) qüvvədə olan Torpaq Məcəlləsinin 7-ci maddəsində deyilirdi ki, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetlərinin qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi m ülkiyyətinə, sahibliyinə və istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Göründüyü kimi, İcra Hakimiyyəti başçısının qəsəbə üzrə icra nümayəndəsinin 1997-ci ildə torpaq barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Həmin vaxt qanunvericiliyin tələbinə görə torpaq barədə sərəncam vermək səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuşdur. Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyət verilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Belə sübut o lmadığı halda isə sözügedən sərəncam "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri kimi qiymətləndirilə və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, istinad edilən Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları təsbit edilmişdir. 15.1.5-ci maddədə belə əsaslardan biri kimi, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması nəzərdə tutulmuşdur. İşə baxan məhkəmələr isə Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyət verilməsi, sonuncunun torpa q barədə sərəncam vermək səlahiyyətinin olub-olmamasına dair heç bir araşdırma aparmadan sözügedən sərəncamı iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8.0.5-ci maddəsində təsbit edilmiş əsaslardan biri kimi qəbul etmişlər. Bundan başqa, torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılsa da, sərəncamdan belə məlum olur ki, həmin torpaq sovxozun əkinə yarasız torpaq sahəsi olmuşdur. Belə olan halda, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması barədə əsaslı şübhələr yaranır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin isə təyinatı səlahiyyətli orqan tərəfindən dəyişdirilmədən fərdi yaşayış evlərinin tikintisi üçün ayrılması qanunvericiliyin tələblərinə ziddir. Buna baxmayaraq, mübahisə obyekti olan torpaq sahəsinin kateqoriyası da aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, bu istiqamətdə araşdırma aparılmamışdır. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunması tələbinə dair hissədə təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2647/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar