Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-703/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə (qadına) əmək pensiyası təyin edilməsi, 01.01.2006-cı il tarixdən sonrakı iş müddətinin, məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibd ə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddiaçının 04.06.2002-ci il tarixdən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 18.10.2019cu il tarixdən əmək pensiyasının təyin edilməsi və hazırki müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-446/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsa sən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus ИТ seriyalı, ******* saylı əmək kitabçasında onun 07.06.1990-cı ildən 14.05.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində, 04.06.2002-ci ildən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhəri 18 saylı Təmir Tikinti Trestində işlədiyi qeyd edilmişdir.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 10 fevral 2020-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 23040,00 manat sosial sığorta kapitalına qarşı 6502,19 manat pensiya kapitalı olduğundan, hə mçinin əmək kitabçasında qeyd olunan 04.02.2002-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrün əmək stajının yoxlanılması mümkün olmadığından ona pensiya təyin edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.2002-ci il tarixdən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 18.10.2019-cu il tarixdən əmək pentiyasının təyin edilməsi və hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin Sumqayıt şəhər şöbəsinə ə rizə ilə müraciət edərək ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh isə imtina cavabında onun kifayət qədər pensiya kapitalı və ya 25 il sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığını bildirmişdir. Belə ki, ona tələb olunan 23040,00 manat sosial sığorta kapitalına qarşı cəmi 6502,19 manat pensiya kapitalı hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq onun 04.06.2002-ci il tarixdən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində fəhlə işlədiyi müddəti sosial sığorta stajına daxil etməmişdir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını imtina məktubunda qeyd edilənlər təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(1 18)-757/2020 saylı qərardadı ilə (hakim: V.E.Əzizova) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin hüquqi varisi kimi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı regional ərazi filialı məhkəmə icraatına cəlb edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(118)-757/2020 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilmə miş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Lakin Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti 16 sentyabr 2008-ci il tarixdən sığortaedən kimi qeydiyyatdan keçdiyindən qeyd olunan norma həmin müəssisəyə münasibətdə tətbiq edilə bilməz. Odur ki, mübahisələndirilən dövrün sosial sığorta stajına daxil edilməsi əsassızdır.
10. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-446/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: H.Ç.Babayeva və Z.İ.Məmmədov) ca vabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(118)-757/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, yaşa görə əmək pensiyası hüququnun yaranmasının əsası kimi zəruri pensiya kapitalının yığılmamasını, sığorta ödənişi olmadığı üçün onun 04.06.2002-ci il tarixdən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi dövrü sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16. 27 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər.
17. Həmin tarixdə məhkəmə prosesində iştirak edən cavabdehin vəkili isə kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığo rta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən b aşlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 20. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: Bənd 3.1 Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:... 3.2.1. əmək kitabçası;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti iti rmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə Bənd
3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət et miş, cavabdeh isə yetərli pensiya kapitalının və ya zəruri olan 25 il sığorta stajının olmadığını əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsassız hesab edərək iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, iddiaçı isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
28. İddiaçı hesab edir ki, məhkəmələr yaşa görə əmək pensiyası hüququnun yaranmasının əsası kimi zəruri pensiya kapitalının yığılmamasını bildirməklə onun hüquqlarını pozmuşlar. İddiaçının tələbi 04.06.2002-ci il tarixdən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil ed ilməklə ona əmək pensiyasının təyin edilməsindən ibarətdir.
29. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, iddiaçının mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.
30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən çıxarışdan görünür ki, Sumqayıt şəhər 1 8 saylı Təmir-Tikinti Tresti 16.09.2008-ci il tarixdə sığortaedən kimi qeydiyyatdan keçmiş, VÖEN-i 03.10.2004-cü il tarixdə almışdır. Sığortaedən Sumqayıt şəhər 18 saylı Təmir Tikinti Trestinə aid 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar aşkar edilməmişdir. Eyni zamanda, sığortaedən Sumqayıt şəhər 18 saylı Təmir Tikinti Tresti tərəfindən 2017-2018-ci illərin İ-İV rübləri üzrə təqdim olunmuş məlumatlardan məlum olur ki, həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçının adı 2017-2018-ci illərə aid hesabatlarda qeyd olunsa da, ödənişlər aparılmamışdır.
31. Bundan əlavə, Azərbaycan Respublikası Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Tresti tərəfindən verilmiş 28.08.2020-ci il tarixli 19/20 saylı ara yışdan görünür ki, iddiaçı 04.06.2002-ci il tarixdə Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestinə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. 05.01.2006-cı il tarixdən idarə öz fəaliyyətini dayandırmış və işçilər öz hesabına buraxılımışdır. 2016-cı ilin yanvar ayından idarə öz fəaliyyətini bərpa etmişdir. Həmin ilin İ rübünün məcburi dövlət sosial sığorta ödəmələri ödənilmişdir.
32. Məhkəmə kollegiyası iddiaçının 04.06.2002-ci il tarixdən 12.10.2018-ci il tarixədək Sumqayıt şəhər 18 saylı Təmir-Tikinti Trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı tələbinə münasibətdə bildirir ki, onun əmək kitabçasında qeyd edilən 04.06.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi əmək kitabçasındakı qeydlərə əsasən müm kün olsa da, sonrakı dövrün, yəni 01.01.2006-cı il tarixdən 12.10.2018-ci il tarixədək olan iş müddətinin məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyi halda sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Bu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinin, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.1.1, 3.1.2, 3.2 və 3.2.1-ci bəndlərinin tələbindən irəli gəlir. İddiaçının 04.06.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi isə 25 il sığorta stajını tamamlamadığından, məhkəmə kollegiyası bu hissədə iddia tələbinə hüquqi qiymət verilməsinə lüzum görmür.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yu xarıda qeyd edilənlər bu nəticəyə gəlməyə əsas verir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə yaşa görə pensiyanın təyini üçün iddiaçının ya minimum 25 il sığorta stajı olmalı, ya da fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalı mövcud olmalıdır. Hazırkı halda isə iş materialları ilə müəyyən edilir ki, iddiaçı nə minimum (25 il) sığorta stajına, nə də ki pensiya təyini üçün kifayət edən minimum kapitala malik olmamışdır.
34. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvv əlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
35. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-446/2020 nömrəli iş üzrə 08 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.