Məhkəmə qərarları › İş №2-1(102)-703/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-703/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-703/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi; keçmiş illərin zərərinin növbəti illərin mənfəəti hesabına kompensasiya edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (XXX tarixdə qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2-1(103)1533/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən 3 may 2019-cu il tarixində vergi orqanına təqdim edilmiş 2018ci il üzrə mənfəət vergisinin dəqiqləşdirilmiş bəyannaməsinə əsasən, ümumi gəlirlər 632.621,88 manat, gəlirdən çıxılan xərclər 394.127,58 manat, vergiyə cəlb olunan mənfəət 238.494,30 manat, keçmiş illərin çıxılası zərəri 238.494,30 manat (2015-ci il üzrə 119.993,42 manat, 2016-cı il üzrə 61.604,47 ma nat, 2017-ci il üzrə 56.896,41 manat) göstərilməklə, keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 0 manat göstərilmişdir.

2. Cavabdeh vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 238.494,30 manat məbləğin (uyğun olaraq 2015-ci il 119.993,42 manat, 2016-cı il 61.604,47 manat, 2017-ci il 56.896,41 manat) iddiaçının əvvəlki illərdə təqdim etdiyi bəyannamələrə və səyyar vergi yoxlama aktlarının nəticələri ilə (uyğun olaraq 2015-ci il 0,00 manat, 2016-cı il 0,00 manat, 2017-ci il 0,00 manat) fərqli olduğu müəyyən edilmiş və bununla əlaqədar iddiaçıya 6 may 2019-cu il tarixli **********151700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.

3. İddiaçı xx.xx.2019-cu il tarixdə 2018-ci il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsini təqdim etmişdir.

4. Cavabdeh vergi orqanı 2018-ci il hesabat dövrü üzrə apardığı kameral vergi yoxlamasının nəticəsi olaraq 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli qərarı əsasında İddiaçınə 47.698,86 manat məbləğində mənfəət vergisi vergi hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilə rin, sosial sığorta haqlarının hesablanması” barədə 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı müəssisənin zərəri 1 yanvar 2015-ci il tarixə 73730,24 manat, 1 yanvar 2016-cı il tarixə 304.185,73 manat, 1 yanvar 2017-ci il tarixə 264.276,35 manat, 1 yanvar 2018-ci il tarixə 181.597,89 manat təşkil etmişdir. İddiaçı illər üzrə zərəri müvafiq bəyananmələrdə əks etdirmiş, növbəti illərin mənfəəti hesabına kompensasiya etmiş, həmin bəyannamələr də cavabdeh vergi orqanı tərəfindən qəbul edilmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək, etirazı belə əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı və 2017-ci ilin bəyannaməsinin 238-c i sətrində (zərər) heç bir məbləğ qeyd edilməmişdir. Yəni, iddiaçının mənfəət vergisinin ödəyicisi olduğu 2016-cı və 2017-ci illərdə zərəri mövcud olduğu halda, bu, bəyannamənin 238-ci sətrində öz əksini tapmalı idi. Belə ki, cari ilin zərəri bəyannamələrin qeyd edilən sətrində qeyd olunduğu halda, təsdiq oluna və növbəti illərin mənfəəti hesabına kompensasiya edilə bilər. Lakin iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə zərərin qeyd edilməməsi həmin illərdə vergi ödəyicisinin zərəri olmadığı anlamına gəlir. Odur ki, iddiaçı bəyan etmədiyi, öz təsdiqini tapmayan, dolayısı ilə mövcud olmayan zərəri kompensasiya edə bilməz. Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş 30 noyabr 2018-ci il tarixli dəyişikliklə Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən, təhsil müəssisələrinin, o cü mlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla) mənfəət vergisindən azaddır. Qeyd edilən maddə dərc olunduğu gündən, yəni 22 dekabr 2018-ci il tarixdən qüvvəyə minir və qüvvəyə mindikdən sonrakı münasibətlərə şamil olunur. Lakin iddiaçının mənfəət vergisi üzrə öhdəliyi 2018-ci ili əhatə edir. Yəni, qanun qüvvəyə minənədək iddiaçının vergi öhdəliyi artıq yaranmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2-1(112)-146/2021 nömrəli qərarı ilə (hakim Elvin Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh vergi orqanı tərəfindən İddiaçı barəsində qəbul edilmiş 21 iyun 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar 11.379,28 manat hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın aid olduğu dövr üzrə qanunvericilikdə yaranan və növbəti illərə keçirilən məbləğlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə dair qadağanedici normalar mövcud olmadığından, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməsi və vergi orqanı tərəfindən həmin bəyannamənin qəbul olunması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin ekspert rəyinə əsasən hazırki tədqiqatla 2018-ci il üzrə İddiaçınə 47.698,86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmədiyindən və hesablanmalı olan verginin məbləği 1 1.379,28 manat məbləğində təşkil etməli olduğundan iddia qismən təmin edilməlidir. Bundan əlavə, 2017-ci ilin mənfəət vergisi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu və həmin qərarda da keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməli olduğu bildirildiyi halda, vergi orqanı tərəfindən təkrar olaraq eyni məsələ üzrə əvvəlki praktikalara zidd şəkildə qərar qəbul edilməsi əsassız hesab olunmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2-1(103)-1 533/2021 nömrəli qərarına əsasən (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 fevral 2021-ci il tarixli 2-1(112)-146/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 2-1(103)-1533/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını etirazda qeyd olunanlar təşkil edir. Şik ayətdə əlavə olaraq qeyd edilmişdir ki, müəssisənin 2016-2017-ci illər üzrə bəyan etdiyi ümumi məbləği 118.500,88 manat olan zərərin yaranma səbəbi, mənbəyi və mənşəyi ümumiyyətlə məlum deyildir. Yəni, 2015-ci il üzrə qeyd edilmiş 119.993,42 manat zərər məbləğinin iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə yaranması ehtimal olunsa da, 2016-2017-ci illər üzrə qeyd edilən 118.500,88 manat zərərin mövcudluğu real olsaydı, o zaman həmin illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmış olardı. Beləliklə, vergitutma məqsədləri üçün sadələşdirilmiş vergi ödəyicilərinin xərcləri Vergi Məcəlləsinə əsasən nəzərə alınmadığından, bu növ vergi ödəyicilərində vergitutma baxımından zərərin yaranması da qeyri-mümkündür. İddiaçı müvafiq dövrlər üzrə təqdim edilmiş bəy annamədə zərəri göstərmədiyi və zərəri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyi halda məhkəmənin hansı halları əsas götürməklə qeyd edilən dövrlər üzrə zərərin kompensasiya edilməsini əsaslı hesab etməsi aydın deyildir. Məhkəmə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutlara qiymət vermədən onları sadəcə, qərarda sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi əsas sübut kimi iş materiallarında mövcud olan ekspert rəyinə istinad etməsinə baxmayaraq, həmin rəy üzrə hər hansı bir qiymətləndirmə aparmamış, həmin sübutun dəlillərinin qəbulu səbəblərini izah etməmiş və cavabdeh tərəfindən təqdim olunmuş sübutların rədd edilmə əsaslarını qəbul etdi yi qərarında göstərməmiş, bununla da İPM-in 12.1, 58.7, 69.4-cü maddələrinin tələblərini pozmuşdur.

15. Bundan başqa, vergi ödəyicisi tərəfindən mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərin növbəti illərin gəliri hesabına kompensasiya edilməsini qadağan edən maddə Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Qanunla salınsa da, vergi qanunvericiliyi həmin vaxtadək də vergi ödəyicisinə sadələşdirilmiş verginin tədiyyəçisi olduğu dövrdəki zərəri kompensasiya etmək imkanını nəzərdə tutmamışdır. Məhkəmə işin hallarına qiymət vermədən yuxarıda qeyd edilənləri nəzərə almamış, maddi hüquq normasını yanlış şərh edərək doğru olmayan nəticəyə gəlmişdir.

16. Məhkəmə tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmiş, bununla da İnzi bati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, məhkəmə qərarında ekspertin izahatı və iş materialları əsasında 2017-ci il üzrə zərərin olması faktının müəyyən edilmədiyinin qeyd olunmasına baxmayaraq, məhkəmənin cavabdehin qərarını ləğv etmək barədə nəticəyə gəlməsi aydın deyildir. Belə ki, vergi orqanı tərəfindən aparılan hesablamanın əsaslarından biri məhz 2017-ci il üzrə kompensasiya edilmiş zərərin qəbul edilməməsi ilə bağlıdır. Bir halda ki, iş materialları ilə həmin dövr üzrə zərərin olması faktı öz təsdiqini tapmır, vergi ödəyicisinin vergidən yayınması birmənalı şəkildə müəyyən edilir. Təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının məqsədi vergi ödəyicisinin bəyannamə məlumatlarını rəyə köçürməkdən deyil, tədqiqata təqdim edilmiş sənədlərə əsasə n hesablamanın əsaslılığı barədə rəy verməkdən ibarətdir. Halbuki, ekspert ona təqdim edilən sənədlərin heç birinə istinad etməmiş və rəyin verilməsi zamanı həmin sənədləri ümumiyyətlə nəzərə almamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi Maddə 121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Maddə 121.3. Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-c i maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir (30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir).

19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən fakti ki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, ape llyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

23. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tərəfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

24. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı müəssisə 7 fevral 2014-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş (sadələşdirilmiş verginin ödəyicisi kimi) və 30 iyun 2016-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. İddiaçı 2014, 2015 və 2016-cı ilin İ və İİ rübü üzrə müvafiq bəyannamələrini vermiş, dövriyyəsini bəyan etmiş və ona uyğ un sadələşdirilmiş vergini hesablamışdır. İddiaçının müraciəti əsasında o, 1 iyul 2016-cı il tarixdən mənfəət vergisinin ödəyicisi olmuş, 2016, 2017 və 2018-ci illər üzrə müvafiq bəyannamələrini vermişdir.

25. Qeyd olunan bu hallar həm iş materialları ilə təsdiqlənir, həm də tərəflər bu halları təkzib etmir.

26. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçı tərəfindən verilmiş bəyannamələrdə (2016, 2017 və 2018-ci illər üzrə mənfəət vergisi ilə bağlı) hesablanmış mənfəətdə keçmiş illərin zərərinin nəzərə alınması ilə bağlı olmuşdur.

27. Belə ki, iddiaçı 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 274.763,20 manat gəlir, 173.249,35 manat xərc, 101.513,85 manat mənfəət bəyan etməklə yanaşı, 101.513,85 manat əvvəlki illərin zərərini bəyan etmişdir. Bundan əlavə, iddiaçı 2017-c i ilin mənfəət vergisi bəyannaməsində 406.653,71 manat gəlir, 323.975,25 manat xərc, 82.678,46 manat mənfəət bəyan etməklə yanaşı, 82.678,46 manat əvvəlki illərin zərərini bəyan etmişdir. Bundan əlavə, iddiaçı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 632.621,88 manat gəlir, 394.127,58 manat xərc, 238.494,30 manat mənfəət bəyan etməklə yanaşı, 238.494,30 manat əvvəlki illərin zərərini bəyan etmişdir. Hər üç il üzrə 0 manat mənfəət vergisi hesablamışdır. Eyni zamanda, iddiaçı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində əks etdirdiyi 238.494,30 manat zərərin 2015-2017-ci illərə aid olduğunu göstərmişdir (2015-ci il üzrə119.993,42 manat; 2016-cı il üzrə 61.604,47 manat; 2017-ci il üzrə 56.898,41 manat).

28. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyində vergitutma məqsədləri b axımından gəlirlər və xərclər, o cümlədən onların fərqi nəticəsində yaranan mənfəət və ya zərər anlayışları yalnız mənfəət vergisi ödəyiciləri üçün nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin İX və X fəsilləri). Vergi qanunvericiliyinin sadələşdirilmiş vergi və mənfəət vergisi ilə bağlı müddəalarının təhlili onu deməyə əsas verir ki, sadələşdirilmiş verginin ödəyiciləri ümumi dövriyyədən (xərclər nəzərə alınmadan) qanunla müəyyən edilmiş qaydada vergi ödəməli, mənfəət vergisi ödəyiciləri isə gəlir və xərclərinin yaranmış fərqindən, yəni əldə etdikləri mənfəətdən vergi ödəməlidirlər.

29. Hazırkı iş üzrə iddiaçının 2016-cı ilin İİ rübünə qədər sadələşdirilmiş verginin ödəyicisi olması tərəflər arasında mübahisələndirilmir. Belə olan halda, iddiaçı 2015-ci il üzrə, yəni sadələşdirilmiş verginin ö dəyicisi olduğu dövrlə bağlı daxili mühasibatlıq aparmaqla hesabladığı və yaranmış zərər kimi iddia etdiyi məbləğləri 2018-ci ilin mənfəət vergisi bəyannaməsində zərər kimi əks etdirməsi, qanunauyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Bu müddəa isə birbaşa mənfəət vergisi ödəyicilərinə aiddir. Eyni zamanda, Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 121.3cü maddə də bir daha təsdiq etdi ki, vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərləri növbəti ilin gəl irləri hesabına kompensasiya edilmir. Qeyd edilən normanın 30 noyabr 2018-ci il tarixli Qanunla Məcəlləyə əlavə edilməsi, həmin Qanun qüvvəyə minənədək vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərinin növbəti ilin gəlirləri hesabına kompensasiya edilə bilməsi kimi başa düşülməməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, vergi qanunvericiliyində vergitutma məqsədləri baxımından gəlirlər və xərclər, o cümlədən onların fərqi nəticəsində yaranan mənfəət və ya zərər anlayışları yalnız mənfəət vergisi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, 121-ci maddə də Vergi Məcəlləsinin 10-cu fəslinə - “ Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” adlanan fəsilə aiddir.

30. Beləliklə, iddiaçının 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2015-ci ilin, yəni sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrün zərərini əks etdirməsi qanunauyğun deyildir.

31. Məhkəmə kollegiyası 2018-ci ilin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış 2016 və 2017-ci illərin zərəri ilə bağlı isə aşağıdakıları qeyd edir.

32. Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 274.763,20 manat gəlir, 173.249,35 manat xərc, 101.513,85 manat mənfəət bəyan edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində isə 406.653.,71 manat gəlir, 323.975,25 manat xərc, 82.678,46 manat mənfəət bəyan edilmişdir.

34. Göründüyü kimi, iddiaçı 2016 və 2017-ci illəri zərərlə yox, mənfəətlə başa vurmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən verilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 632.621,88 manat gəlir, 394.127,58 manat xərc, 238.494,30 manat mənfəət bəyan etməklə yanaşı, 238.494,30 manat əvvəlki illərin zərəri bəyan edilmiş və həmin zərərin 61.604,47 manat hissəsinin 2016-cı ilə, 56.898,41 manat hissəsinin isə 2017-ci ilə aid olduğu göstərilmişdir.

35. Beləliklə, iddiaçı 2016 və 2017-ci illər üzrə ili zərərlə başa vurmadığı halda 2018-ci ilin bəyannaməsində həmi n illər üzrə zərər göstərmiş, işə baxan apellyasiya instansiya məhkəməsi bu hallara qiymət vermədən qərar qəbul etmişdir.

36. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2021-ci il tarixli 21(103)-1533/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar