Məhkəmə qərarları › İş №2-1(102)-703/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-703/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-703/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.02.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2149/2023 nömrəli, 17 oktyabr 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir.

2. Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh inzibati orqana yeni məlumat vərəqəsi təqdim olunmuşdur ki, həmin məlumat vərəqəsində iddiaçının: vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; Rütbəsi: “mayor”; Xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; Ehtiyata buraxıldığı tarix: xx.xx.2015-ci il; Ehtiyata buraxılma səbəbi: yaşa görə; Vəzifə maaşı 270,00 manat; -Rütbə maaşı 130,00 manat; Xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -200,00 manat; Məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-94,50 manat; Ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir.

3. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci və 37.7-ci maddələrini rəhbər tutaraq 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət i llərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi - 103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 808,45 manat təşkil etdiyini nəzərə almış, vəzifə və rütbə maaşındakı müvafiq artımlar əsasında iddiaçının əmək pensiyasını yenidən hesablamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən etmişdir. 4. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 fai zi miqdarında əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir. 5. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyinin (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla İddiaçı 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 6. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıdır. Hər iki müharibədə döyüşən ordu sıralarında olmuşdur. Prezident təqaüdçüsüdür. DİO-dan son yaş həddindən əlavə 1 il 6 ay 20 gün xidmət edərək təqaüdə çıxmışdır. Orden və medallarla təltif olunmuşdur. Təqaüddə olan polis mayorudur. Heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. 28 oktyabr 2015-ci il tarixdə DİO-dan məlumat vərəqəsində 40 % göstərilməklə, yəni 718 manat 50 qəpik pensiya ilə təqaüdə çıxmışdır. Prezidentin sərəncamı ilə birinci dəfə 47 manat 23 qəpik artırılaraq 765 manat 73 qəpik, ikinci dəfə 92 manat 93 qəpik artırılıb 811 manat 43 qəpik, üçüncü dəfə xx.xx.2019-ci il tarixdə 135 manat 07 qəpik artırılmışdır. Dördüncü dəfə m əhkəmə qərarlarından sonra 100 manat artım olub. Məhkəmə qərarından sonra DİN-nin Maliyyə Plan idarəsi 50%-lə yeni məlumat vərəqəsi, yəni 758 manat 50 qəpik hesablayıb, icra olunması barədə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. 28 oktyabr 2015-ci il tarixli məlumat vərəqəsi əsasında 718 manat 50 qəpik ləğv edilmişdir. 50%-lə 758 manat 50 qəpik olan məlumat vərəqəsi icra olunmuşdur. Məhkəmə qərarlarına qədər 40%-lə 946 manat 50 qəpik pensiya almışdır. 50%-lə 758 manat 50 qəpiyin üzərinə bu artımları gəldikdə məbləğ düzgün alınmır. Halhazırda 1049 manat pensiya alır. Əvvəlki fərqə görə 3 il ərzində ona dəyən maddi ziyana görə 48 manat 97 qəpik pensiyanın üzərində verirlər. Deməli bir artırmanı saxlayıb, ona dəyən maddi ziyan fərqi ilə əvəzləşdiriblər. Onun təqaüdü 1000 manat 70 qəpikdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3353/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qa nunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2149/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, A.Oruczadə və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2-1 (102)-230/2019 saylı Qərarına əsasən iddiasının təmin olunduğunu və ona fasiləsiz xidmət illərinə görə əlavə və rütbə maaşlarının 50 faizi məbləğində yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq Cavabdehə göndərilməsi vəzifəsi Azərbaycan Daxili İşlər Nazirliyinə həvalə edilmiş olduğunu göstərmişdir. Məhz Cavabdehin hər iki instansiya məhkəmələrinə təqdim etdiyi etirazlarında, eləcə də məhkəmə qərarlarında göstərilən yeni məlumat vərəqəsinin Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Cavabdehə göndərilməsinin əsasında qeyd edilən məhkəmə qərarı dayanmışdır. Əvvəlki məlumat vərəqəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Yeni məlumat vərəqəsinə əsasən iddiaçının təminat xərcliyi 758,50 manat göstərilmişdir.

17. Cavabdeh inzibati orqan adıçəkilən məhkəmə qərarı əsasında dəyişdirilmiş yeni mə lumat vərəqəsi əsasında müəyyən edilmiş təminat xərcliyi ilə pensiyanın hesablanmasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini rəhbər tutaraq aparmışdır. Həmin maddələrin tələblərinə əsasən: 18. 32.1-1, Əmək pensiyaları onu atmaq hüququ yaradılan gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç İİ üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. 37.7. Keçmiş müddət ücün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

20. Məsələ b urasındadır ki, qeyd olunan qanuna adıçəkilən dəyişikliklər üzrə 32.1-1 maddənin birbaşa özü və 37.7-ci maddəyə dəyişiklik İddiaçının pensiyaya çıxdığı dövrdən sonra, yəni dəqiq desək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il 543VQD nömrəli Qanunla edilm iş və həmin dəyişikliklər 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Həmin dəyişikliklərin retroaktiv olaraq tətbiqinin nəzərdə tutulması ilə bağlı hər hansı müddəa həmin qanunun özündə göstərilməmişdir. Bu səbəbdən də hesab edirik ki, həmin dəyişikliklər olmuş müddətdən əvvəl yaranana münasibətlərə yeni qanunun müddəalarının şamil edilməsi düzgün deyildir. İstər birinci, istərsə də apellyasiya məhkəməsi bu xüsusatlara diqqət etməmiş və bununla da belə bir ədalə tsiz qərarın çıxarılmasına gətirib çıxartmışdır. Hesab edirik ki, İddiaçıya əmək pensiyasının hesablanması “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələbləri nəzərə alınmadan pensiya təyin olunan gündən təyin edilmiş artımlar nəzərə alınmaqla hesablanmalıdır.

21. Göründüyü kimi, məhkəmə maddi hüquq norması kimi “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddəsinin tələblərini tətbiq etməklə yanlış nəticəyə gəlmiş və bununla da maddi hüquq normalarını pozmuşdur.

22. Bundan əlavə, apellyasiya məhkəməsi prosessual hüquq normalarını da pozmuş heç bir əlavə araşdırma etmədən, Cavabdehdən iş üçün əhəmiyyəti olan sənəd və məlumatları tələb etmədən yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Beləliklə iddiaçının hazırkı iddiası İPM-in 33- cü maddəsində müəyyən edilmiş “məcburetmə haqqında iddia”dır.

30. Belə ki, İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

31. Həmin məcəllənin “Sübut etmə vəzifəsi” adlanan 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi barədə 27 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən belə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. İddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfind ən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir. Belə olan halda cavabdehin imtinası əsaslıdır və iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmur.”

33. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticə ilə və onun əsaslandırılması ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi inzibati mübahisəni tam və hərtərəfli araşdırmamışdır.

34. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı öz hüquqi mövqeyi aydın və konkret şəkildə bildirməklə həm birinci instansiya (verdiyi ərizələrdə), həm apellyasiya instansiyası məhkəmələrində verdiyi apellyasiya şikayətində, hətta kassasiya instansiyası məhkəməsinə yazdığı ərizəsində onun qənaətinə görə almalı olan pensiya məbləğinin açıq, geniş və ətraflı hesablamasını vermişdir.

35. İddiaçının həmin hesablamasına görə ona 1322,53 qəpik pensiya məbləği ödənilməlidir.

36. Lakin yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi öz qərarında yazır ki, “... qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabd eh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir.”

37. Lakin burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə” bilmək üçün ən azından işdə cavabdehin iddiaçıya aid pensiyanın hesablanmasına dair tam, şəffaf və müfəssəl açıqlama olmalıdır.

38. Halbuki, belə bir sənəd işdə mövcud deyildir.

39. Belə ki, cavabdehin iddiaçının iddia ərizəsinə, apellyasiya şikayətinə və kassasiya şikayətinə yazdığı etirazlarında natamam və pərakəndə şəklində iddiaçıya illər üzrə pensiya artırılmasına dair məlumat verilsə də, iddiaçının pensiyası məbləğinin hesablanması ilə bağlı geniş, tam və müfəssəl açı qlama verilmir və yaxud da iddiaçının özünün pensiya məbləğinin hesablanmasının açıqlanması təkzib olunmur.

40. Halbuki, yuxarıda artıq göstərildiyi kimi, İPM-in 14.3-cü maddəsinin müddəaları mövcuddur və onlara riayət edilməlidir.

41. Lakin apellyasiya məhkəməsi bunu nəzərə almamış və sözügedən məsələni ümumiyyətlə araşdırmamışdır.

42. Digər tərəfdən, cavabdeh iddiaçının apellyasiya şikayətinə aid verdiyi yazılı etirazında bildirir ki, hazırda iddiaçıya 1049,67 manat məbləğində pensiya ödənilir, lakin iddiaçı Ali Məhkəməyə verdiyi ərizəyə əlavə olunmuş “Kapital Bank”ın xx.xx.2023-cü il tarixli bank çeklərindən görünür ki, iddiaçıya 1262,58 manat (balansda 1262,74 manat göstərilmişdir) pensiya məbləği köçürülmüşdür.

43. Lakin apellyasiya məhkəməsi işin bu halını da nəzərdən qaçırdaraq, onu araşdırmamışdır.

44. Həmçinin qeyd edilməlidir ki, cavabdehin iddiaçının kassasiya şikayətinə verdiyi yazılı etirazında göstərilmişdir ki, “Bundan başqa birinci instansiya və apellyasiya instansiyalarında işə hərtərəfli, tam, obyektiv araşdırılması məqsədilə hesablanma qaydasının izahı ilə əlaqədar mütəxəssis cəlb olunmuş və hesablama qaydasına izah verilmişdir.”

45. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mütəxəssisləri: (birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda X2), (apellyasiya instansiyası məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda X1) iştirak etsələr də, qərarlarda onların verdiyi izahatlara istinad edilməmişdir, onlar hər hansı bir yazılı rəy verməmişlər.

46. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, mütəxəssis A.M.Malikoğlu 2 (iki) cümlədən ibarət izahat vermiş, iddiaçının pensiyasının hesablanmasının açıqlamasını verməmiş, onun səsləndirdiyi yeganə rəqəm yalnız 3 (üç) il üçün hesablanmış 1762,92 manat rəqəmi olmuşdur.

47. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolundan isə görünür ki, mütəxəssis R.Ə.Hüseynov daha geniş izahat versə də, onun dedikləri cavabdehin iddiaçının apellyasiya şikayətinə yazdığı etirazında olan müddəaların başqa formada təkrarlanmasından ibarət olmuş, yəni iddiaçının pensiyasının hesablanmasına dair açıqlama verilməmişdir.

48. Bununla yanaşı qeyd edilməlidir ki, işin 21-25-ci səhifələrində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)230/2019 nömrəli qərarı möv cuddur ki, həmin qərarla İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1786/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.

49. Belə ki, həmin məhkəmə qərarına qədər Daxili İşlər Nazirliyinin məlumat vərəqində iddiaçının cəmi pul təminatı (təminat xərcliyi) 718,50 manat göstərildiyi halda, qərardan sonra isə həmin məbləğ 758,50 manat olaraq hesablanmışdır.

50. Qeyd edilməlidir ki, işin 95-ci səhifəsində olan iddiaçının birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsinin arxa tərəfində iddiaçı yazır ki, “yeni məlumat vərəqəsi 50%-lə 758 manat 50 qəpiklə təminat xərci hesablanıb icra olunmaq üçün Əmək və Əhalinin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərildi. Onlar da düzgün araşdırma aparılmadan özlərinə sərf olunduğu kimi hesablayıblar.”

51. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, yəni iddiaçı sözügedən məlumat vərəqəsinin icra edilməsi ilə əlaqədar razı deyil, yoxsa məlumat vərəqəsi doğru tərtib edilmiş, lakin cavabdeh tərəfindən düzgün icra edilməmişdir.

52. Başqa sözlə bu məsələ açıq qalmış, yəni araşdırılmamışdır.

53. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iş üzrə verdiyi etirazlarınd a bildirir ki, iddiaçıya pensiya məbləğinin ödənilməsi 3 il geriyə tətbiq edilməklə də həyata keçirilir.

54. Lakin cavabdehin bunu hansı tarixdən hesablanması və geriyə hansı tarixdən ödənilməsi də bəlli deyil, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələni tam və hərtərəfli araşdırmamışdır.

55. Belə olan halda müəyyən olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması aparılmamışdır, bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir.

56. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan h issədə təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2149/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar