Məhkəmə qərarları › İş №2-1(102)-704/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-704/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-704/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı pensiyanın yenidən hes ablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1969/2018 saylı, 16 oktyabr 2018ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ( bundan sonra – iddiaçı) 18.04.1975-ci ildə əmək fəaliyyətinə başlamış, 28.03.2017-ci il tarixə qədər müxtəlif vəzifələrdə işləmiş, həmçinin 01.07.1990-cı ildən 11.02.1991-ci ilə qədər Nəsimi rayon Vergi Müfəttişliyində müfəttiş, 11.02.1991-ci ildən 04.04.1991-ci ilə qədər Nəsimi rayon İcraiyyə Komitəsində ümumi şöbənin müdiri, 03.02.1992-ci ildən 02.05.1994-cü ilə qədər Nəsimi rayon İcra Hakimiyyətində iqtisadçı, 01.07.1994-cü i ldən 12.10.1994-cü ilə qədər, 15.05.1995-ci ildən 04.10.2011-ci ilə qədər və 06.10.2011-ci ildən 28.03.2017-ci ilə qədər 42 nömrəli dövlət notariat kontorunda kargüzar vəzifəsində işləmişdir. (ИT-İ seriyalı ******* saylı əmək kitabçası). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2017-ci il tarixli qərarı ilə iddiaçıya dövlət qulluqçusu kimi 03.03.2017-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Təyin edilmiş pensiyanın məbləği ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 28.02. 2018-ci il tarixli, 14/1269 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci və 12-ci bəndlərinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq və mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən yuxarıda qeyd edilən əlavələri almağı barədə heç bir arayış təqdim olunmadığından ərizə təmin edilə bilməz. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, 03.03.2017-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi), dövlət qulluqçularının aldığı hazırki məvacibin, ildə dörd vəzifə maaşı həcmində mükafatın, məzuniyyət pulunun, müavinətin, staja görə 30 % əlavənin və digər əlavələrin nəzərə alınmaqla, yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 03.03.2017-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının (dövlət qulluqçusu kimi) dövlət qulluqçusunun aldığı hazırki məvacibi, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında qeyd edilən vəzifəyə uyğun olaraq vəzifə maaşına 30 faiz həcmində əlavənin, habelə dövlət qulluqçularına il ərzində ö dənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətin nəzərə alınmaqla hesablanmasının və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2266/2018 saylı, 15 may 2018-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, iddiaçının dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla, habelə qulluq illərinə görə vəzifə maaşının 30% məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla pensiya hüququ yarandığı vaxtdan yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilm əsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1969/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2266/2018 nömrəli iş üzrə 15 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi ona əlavələrin verilməsini təsdiq edən hər hansı bir arayışı məhkəməyə təqdim etmədiyindən iddia əsassızdır. Ape lyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərarı lazımi qaydada əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla m üəyyən edilir. Əmək kitabçasından da göründüyü kimi, iddiaçı 01.07.1990-11.02.1991-ci il tarixlərdə Nəsimi Rayon Vergi müfəttişliyində müfəttiş, 11.02.1991-04.04.1991-ci il tarixlərdə Nəsimi Rayon İcraiyyə Komitəsində ümumi şöbənin müdiri, 03.02.1992-02.05.1994-cü il tarixlərdə Nəsimi Rayon İcra Hakimiyyətində iqtisadçı, 01.07.1994-12.10.1994, 15.05.199504.10.2011 və 06.10.2011-28.03.2017 tarixlərdə 42 saylı dövlət notariat kontorunda kargüzar vəzifəsində işləmişdir. Aydın məsələdir ki, onun məhz dövlət qulluğunda işlədiyi və qanunvericiliklə nəzərdə tutulan ardıcıl 60 ay ərzində işlədiyi vəzifələrə münasibətdə pensiya hesablanmalıdır. Həmin vəzifələrin əmək haqqları isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə müəyyən olunur və mütəmadi olaraq artırılır. Başqa sözlə, həmin əmək haqlarına dair arayışların təqdim olunmasına hər hansı zərurət yoxdur. Bu məbləğlər qanunvericiliklə tənzimlənir. Kassator hesab etmişdir ki, işə apelyasiya məhkəməsində baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndə sinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci mad dəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predm eti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apely asiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq məhkəmələr tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərarlar lazımi qaydada əsaslandırılmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona dövlət qulluqçusu kimi işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavənin, 3 (üç) vəzifə maaşı mislində mükafatın, 1 (bir) vəzifə maaşı həcmində müavinətin, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına 30 faiz əlavənin və dövlət qulluqçusunun hazırkı vəzifə maaşı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblə çıxış etmişdir. Cavabdehin dəlilləri isə ondan ibarətdir ki, iddiaçının tələb etdiyi əlavələrlə bağlı arayış təqdim olunmamışdır. Bundan başqa, ona hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq verilməsi barədə arayış və işlədiyi dövrdə mükafat aldığını təsdiq edən qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış da təqdim olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasından görünür ki, o, müxtəlif dövlət orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Məlum məsələdir ki, həmin dövlət orqanlarında işçilərin aldığı mükafatlar, məzuniyyət pulu və müavinətlər müxtəlif olmaqla müvafiq orqanların verdiyi arayışlar əsasında müəyyən edilə bilər. Lakin iddiaçı bu barədə işlədiyi dövlət orqanlarının arayışlarını təqdim etməmişdir. Eyni zamanda iddiaçı ona pensiya təyin edilərkən dövlət qulluqçularına verilən mükafatlar, məzuniyyət pulu və müavinətlərin nəzərə alınmasını xahiş etsə də, qeyd edilən əlavələrin kon kret olaraq hansı dövlət orqanındakı vəzifəsinə uyğun hesablanmalı olmasına aydınlıq gətirməmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçıya pensiya təyin edilərkən müvafiq əlavələrin nəzərə alındığını bildirmişdir. Halbuki, məhkəmə iddia tələbinə düzgün hüquqi qiymət vermək üçün iddiaçının pensiya işini tədqiq etməli, ona hansı qaydada pensiya təyin edildiyi və hesablanmanın necə aparıldığını dəqiq müəyyən etməli idi. İş materiallarından görünür ki, pensiya işi tələb edilsə də, tədqiq edilməmiş, iddiaçıya təyin edilmiş pensiyanın hansı qaydada hesablandığı, həqiqətən də cavabdehin nümayəndəsinin bildirdiyi kimi, tələb edilən əlavələrin nəzərə alınıb-alınmadığı müəyyən edilməlidir. Kollegiya hesab edir ki, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilmə li olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). İddiaçının pensiyasının yenidən hesablanması məsələsinə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır. “Dövlət qulluğu haqqında” Qanunun 22.1-ci maddəsinə görə, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvaci binin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən isə dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr) ibarətdir. Beləliklə, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq da daxildir. Aydınlaşdırılmalı olan hal ondan ibarətdir ki, pensiyaya çıxanadək dövlət məvacibinin tərkibində həmin əlavələri almamış dövlət qulluqçusu sonra dan dövlət qulluqçularına verilməyə başlanılmış həmin əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasının tələb etmək hüququna malikdirmi? Bununla bağlı kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qul luq stajı tələb olunur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Beləliklə, qanunvericilik təsbit edir ki, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kim i fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Buna görə də, həmin əlavələr iddiaçı tərəfindən dövlət qulluqçusunun məvacibinin tərkibinə daxil olmaqla onun tərəfindən alınmadığı və bu barədə müvafiq arayışlar təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan əlavələr nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına dair inzibati orqanın dəlilləri əsassız hesab edilməlidir. Əksinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinin təyinatı məhz ona yönəlmişdir ki, dövlət qulluqçusu özünün işlədiyi vaxt almadığı əlavələri sonradan həmin əlavələr dövlət məvacibinin tərkibinə daxil e dildiyi üçün onları nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilsin. Bu mənada, iddiaçıdan sözügedən əlavələri aldığını təsdiq edən arayışları tələb etmək də yersiz görünür, zira, onsuz da belə sənədlərin təqdim edilməsi mümkün deyildir. Çünki iddiaçı özünün işləyərkən almadığı, lakin sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Bununla yanaşı, kollegiya qeyd edir ki, onun qənaətinə görə, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orq anının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr isə dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidirlər. Dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, dövlət qulluqçusunun əgər işləsəydi həmin əlavələri alacağını qəti şəkildə söyləmək mümkün deyildir. Göstərilən mövqeyinə uyğun olaraq Kollegiya qeyd edir ki, hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən haqq qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Belə ki, «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikasının 31.05.2002-ci il tarixli 334İİQ nömrəli Qanununun 3-cü maddəsinə görə, dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğ inin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 nömrəli Fərmanına görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Ona görə də, iddiaçının hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavənin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbini təmin edə bilmək üçün onun dövlət qulluqçusu kimi «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nda təsbit edilmiş vəzifələrdən birində çalışmış olması tələb olunur. Apelyasiya məhkəməsi isə bu halı araşdırmadan, yəni iddiaçının həmin əlavəni almağa hüquq verən vəzifədə işlədiyini müəyyən etmədən iddianı rədd etmişdir. Təkr ar apelyasiya baxışı zamanı sözügedən məsələnin araşdırılması təmin edilməli və Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı» rəhbər tutulmaqla iddiaçının belə hüquq verən vəzifədə işləməsinin müəyyən olunmasından asılı olaraq tələbin həmin hissəsinə qiymət verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında qeyd edilən vəzifəyə uyğun olaraq vəzifə maaşına 30 faiz həcmində əlavənin pensiyaya hesablanmasını tələb etsə də, ərizəni icraata qəbul edən birinci instansiya məhkəməsi həmin tələbi “qulluq illərinə görə vəzifə maaşının 30 faizi məbləğində ödənilən əlavə haqq” kimi nəzərə almışdır. Təkrar apelyasiya baxışı zamanı qeyd edilən uyğunsuzluq aradan qaldırılmalı, iddiaçıya bu hissədə tələbini dəqiqləşdirmək təklif olunmalı və buna müvafiq olaraq tələbinə hüquqi qiymət verilməlidir. İxtisas dərəcəsinə görə əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmalı olduğuna dair tələbə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə görə isə, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5 və 17.6-cı maddələrinə görə, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları»nın 12-ci bəndində isə təsbit olunmuşdur ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Həmin Qaydaların 15-ci maddəsinə əsasən, dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi də mümkündür. Digər tərəfdən isə ixtisas dərəcəsinə görə əlavələr yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. İşin hallarından görünür ki, iddiaçıya 02.06.2008-ci il tarixdə dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmiş, lakin apelyasiya məhkəməsi bu halı araşdırmadan və qanunvericiliiyn sadalanan normalarını nəzərə almadan iddianı rədd etmişdir. Mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanmalı olduğuna dair tələbə münasibətdə isə aşağıdakılar nəzərə alınmalıdır. “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə görə, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səyl ə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 2-ci bəndinə görə, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 8-ci bəndində isə təsbit edilmişdir ki, dövlət qulluqçusuna işin nəticəsinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi m əhdudlaşdırılmır. Beləliklə, qanunvericiliyin sadalanan normalarından görünür ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. İddiaçının mükafatlar nəzərə alınmaqla pensiyasının yenidən hesablana bilməsi üçün işlədiyi dövrdə belə mükafatları almış olması tələb olunur. A pelyasiya məhkəməsi isə bu halı araşdırmadan, yəni dövlət qulluğunda işləyərkən iddiaçının mükafatlar aldığını müəyyən etmədən iddianı əsassız olaraq rədd etmişdir. Təkrar apelyasiya baxışı zamanı tələbin həmin hissəsinə mükafatların alınıb-alınmadığı halının müəyyən olunmasından çıxış edilərək qiymət verilməlidir. Müavinətlə bağlı olaraq isə nəzərə alınmalıdır ki, «Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanına əsasən, 2003-cü ilin 01 yanvar tarixindən dövlət qulluqçusuna məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Buna görə məzuniyyətə çıxarkən verilən müavinət qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Ona görə də, prinsipcə dövlət qulluqçusu kimi pensiyaya çıxan şəxslər pensiyalarının hesablanmasında ödənilməli olan həmin müavinətin nəzərə alınmasını tələb etməkdə haqlıdırlar. Odur ki, təkrar apelyasiya baxışı zamanı iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın hesablanmasında müavinətin nəzərə alınıbalınmadığı dəqiq müəyyən edilməklə tələbin həmin hissəsinə qiymət verilməlidir. Qeyd edilənləri nəzərə almaqla Kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarıldığı üçün ləğv edilməlidir. Təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsasland ırılmış məhkəmə qərarının çıxarılması təmin olunmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1969/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar