Məhkəmə qərarları › İş №2-1(102)-704/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-704/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-704/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Kərimov Səyyad Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4 (xx.xx.1954-cü il təvəllüdlü; FİN: 1EVEQDC)) “çı xarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2021-ci il tarixli, 2-1(103)-2591/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X7 İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin Xaşa-Xuna bağlar sahəsində yerləşən 180 nömrəli kooperativi tərəfindən verilmiş 38 nömrəli orderin təsdiq olunmuş surətinə əsasən, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 19 noyabr 1990-cı il tarixli, 7/386 nömrəli qərarı ilə X8 Xaşa-Xuna bağlar sahəsində 180 nömrəli BTK-nın nəzdində 321z/25 nömrəli 0,12 ha torpaq sahəsi ayrılmışdır.

2. X9 17 mart 2011-ci il tarixində vəfat etmişdir.

3. Bundan sonra Ba kı şəhər 5 saylı Notariat ofisində T.Şavolinanın adına 2V-1-150 nömrəli vərəsəlik işi açılmış, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil miras əmlak olaraq göstərilmişdir. X4 onun vərəsəsi kimi qeyd olunmuşdur.

4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının inkişafi və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 33742 saylı, xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ massivində yerləşən, 321z/25 nömrəli 0.12 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir.

5. İddiaçı həmin bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cvabdeh 23 iyul 2019-cu il tarixli məktubunda onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, sözügedən bağ sahəsi sxematik xəritəyə əsasən 321 nömrəli bağ sahəsinin yerinə uyğun gəldiyindən, həmin bağ sahəsinin notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin, torpaq sahəsi yaxınlıqdan keçən 6,0 kV-li yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən, torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi və ya "xxxx" ASC-nin arayışı təqdim edilməmişdir. 6. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 7 yanvar 2020-ci il tarixli, 6-01/0608/Q-422/045 nömrəli məktubdan görünür ki, İddiaçı ayrılmış 321z/25 nömrəli, 0,12 ha ölçüdə torpaq sahəsinin kənarından, təhlükəsiz məsafədən keçən 6 kV-luq elektrik hava xəttinin istismarında çətinlik yaranmadığı nəzərə alınaraq həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir.

7. İddiaçı 11 yanvar 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində 321z/25 nömrəli ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Cavabdeh 24 yanvar 2020-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində 321z/25 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına “Order” aşkarlandığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldır araq, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 321z/25 saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin onun müraciəti ilə əlaqədar istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd edilən bağ sahəsinə dair əvvəl hansısa bir şəxsə order verilsə də, həmin şəxs öldüyünə və heç bir vərəsəsi olmadığına görə, qeyd edilən bağ sahəsi uzun illər istifadəsiz qalmış və bu səbəbdən həmin bağ sahəsi qanuni surətdə onun istifadəsinə verilmişdir. İddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin əvvəlki istifadəçisinin həmin to rpaq sahəsi üzərində daimi istifadə hüququ olmuş, lakin həmin şəxs öldüyünə və onun vərəsələri olmadığına görə, həmin torpaq sahəsi üzərində onun istifadə hüququna Bakı şəhər İcra Hakimiyyətinin 29 noyabr 2004-cü il tarixli, 276 nömrəli sərəncamı ilə xitam verilmiş və qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsindən qanuni surətdə istifadə etmişdir və onun həmin bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaq hüququ yaranmışdır. Belə olan halda, cavabdeh həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, həmin bağ sahəsinin orderlə başqa şəx sin adına olmasına baxmayaraq, onun istifadə hüququna xitam verilməsini nəzərə almalı, bu barədə yetərli sübut olmadıqda isə bununla əlaqədar sübutların toplanması üçün tədbirlər görməli, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı idi.

10. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli, 2-1(112)-3891/2020 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, mərhum X6 yeganə vərəsəsidir və qeyd olunan bağ sahəsinə dair heç bir iddiası yoxdur və gələcəkdə də belə bir iddiası olmayacaqdır.

12. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-781/2021 nömrəli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia təl əbi təmin edilmiş, 8 dekabr 2004-cü il tarixli, 33742 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 321z/25 saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının adına olan icarə müqaviləsi mübahisələndirilmədiyindən, etibarsız sayılmadığından mötəbər sübut kimi qiymətləndirilməlidir. Mübahisəli bağ sahəsinə dair üçüncü bir şəxsin – T.Şavolinanın adına order olsa da, sonuncu həmin bağ sahəsindən istifadə etməmiş və T.Şavolina 2011-ci ildə ölmüşdür. Onun vərəsəsi Solmaz Novruzova bağ sahəsinə dair hər hansı iddiasının olmadığı barədə məhkəməyə ərizə təqdim etmişdi r. Odur ki, cavabdehin gətirdiyi dəlillər iddiaçının qanuni daimi istifadəsinə verilmiş 321z/25 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində qeydiyyatdan imtina ilə bağlı nəzərdə tutulmuş halların mövcudluğu ilə əlaqədar heç bir tutarlı dəlil təqdim etməmişdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2021-ci il tarixli, 2-1(103)-2591/2021 nömrəli qərarı ilə (hakimlər Həmid Həmidov-sədrlik edən, Elm ira Nağıyeva və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-781/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2021-ci il tarixli, 2-1(103)-2591/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və apelyasiya şikayətində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiy ası məhkəməsi qanunvericiliyin tələblərini nəzərə almamış, ekspertiza təyin etməmiş, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, üçüncü şəxslərin cəlb edilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Kassator öz mövqeyinin hüquqi əsası kimi “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 nömrəli sərəncamına, Torpaq Məcəlləsinin 55, 67, 68, 111-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11.1, 12.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllə Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (-) Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlə t və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

22. Torpaq Məcəlləsi Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (-) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; Maddə

93. Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi

1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqd ləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.

2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. (-) 23. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılması nın (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməli dir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barə də ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara q arşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubu və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Kassasiya şikayətində üçüncü şəxslərin cəlb edilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatətlərin təmin edilmədiyi qeyd edilsə də, iş materiallarında belə bir vəsatət aşkar edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X4 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində həmin bağ sahəsinə dair hər hansı iddiasının olmadığını və gələcəkdə həmin torpaq sahəsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəyini, inzibati orqanlara şikayət verməyəcəyini bild irmişdir (iş v.125).

32. Həmçinin, iş materiallarında olan və məhkəmələr tərəfindən araşdırılmış 20 sentyabr 2011-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 321z/25 saylı bağ sahəsi miras əmlak kimi göstərilməmişdir. Həmin əmlakın vərəsəlik qaydasında üçüncü şəxs X1 iş üzrə materiallarla müəyyən olunmur.

33. Məhkəmə mübahisənin həlli ilə bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir və bu səbəbdən kollegiya, apelya siya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2021-ci il tarixli, 21(103)-2591/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar