Məhkəmə qərarları › İş №2-1(102)-704/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-704/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-704/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yerli icra hakimiyyətinin sərəncamının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs X12) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2288/2022 nömrəli qə rarından üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh başçısının 2967 nömrəli, 17 sentyabr 1994-cü il tarixli “rayon mənzil fondunun özəlləşdirilməsi əvəzsiz olaraq vətəndaş İ.S.Əskərova şəxsi mülkiyyət kimi verilməsi haqqında” sərəncamı ilə Buxta küçəsi 7 nömrəli evin ümumi sahəsi 75,5 kv. metr olan 2 otaqlı 29 saylı mənzili X5 mülkiyyətinə verilmişdir. 2. ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil X5 adına xüsusi mülkiyyət kimi xx.xx.1995-ci il tarixdə 322 nömrəli reyestr kitabının 46576 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. X7 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 29 saylı mənzili ilə X6 məxsus Səbail rayonu, Buxta küçəsi, 7 nömrəli evin 21 saylı qonşu mənzill ərdir. X9 Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 7 nömrəli evin 21 saylı mənzilin mülkiyyətçisi İddiaçı notariat qaydasında təsdiq olunmuş müqaviləyə əsasən mənzili əvəzsiz istifadə edən şəxsdir.

4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil X1 mülkiyyətindədir. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş texniki pasportdan müəyyən olunur ki, X6 məxsus Bakı şəhəri Səbail rayonu Buxta küçəsi, bina 7, 21 saylı mənzil iki mərtəbəli binanın ikinci mərtəbəsində 1 otaqlı mənzilin ümumi sahəsi 22,9 kv.m, yaşayış sahəsi 16 kv.m, dəhliz 6,90 kv. m-dən ibarətdir

5. Cavabdeh başçısının aparatının xx.xx.2015-ci il tarixli 10-782 nömrəli məktubu ilə iddiaçıya, qonşu tərəfindən yaşadıqları binanın giriş-çıxışı üçün nəzərdə tutulan p illəkənin zəbt edildiyini, qonşuların ümumi istifadəsində olan eyvanda mənzil tikməklə yaşayış hüquqlarının məhdudlaşdırılması barədə müxtəlif dövlət qurumlarına ünvanlanan, Memarlıq və Şəhərsalma Baş idarəsindən Cavabdehnə daxil olmuş 1172 saylı, xx.xx.2015-ci il qeydiyyat tarixli məktubla əlaqədar, qonşu ilə aralarında yaranmış mübahisə məhkəmə predmeti olduğundan aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur

6. Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli, Ə-42/2-091/2-t/1 saylı aktına görə, X5 mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi ərizəsi əsasında yerində aparılmış ölçmə işlərinin nəticəsinə baxılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli, 43894 saylı Qeydiyyat Vəsiqəsində ümumi sahəsi 75,5 kv. metr olmaqla həqiqətən X5 mülkiyyətindədir. Yerində aparılmış yenidən ölçmə zamanı məlum olmuşdur ki, Səbail rayonu, Buxta küçəsi. ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv. metr olmaqla X5 istifadəsindədir. Yuxarıda qeyd olunanları, Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə42/2-091/2-t/1 saylı aktını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23 və 24-ci maddələrini və Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq komissiya üzvləri aşağıdakıları qərara almışdır: 1) Səbail rayonu, Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sah əsi 152,8 kv. metr hesab edilsin.

7. Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Cavabdeh nəzdində Daimi fəaliyyət göstərən idarələrarası komissiyanın Ə-42/2-091/2-t/1 saylı xx.xx.2017-ci il tarixli aktı təsdiq edilmiş, Səbail rayon Buxta küçəsi, ev 7, 29 saylı mənzilin ümumi sahəsi 152,8 kv.m hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış bi nasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017- ci il tarixli Ə-42/2-09/2t/1 saylı qanuna zidd aktının və həmin aktın təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunmasını xahiş etmişdir.

9. İddiaçı X9 xx.xx.2018-ci il tarixdə Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun mənzil mülkiyyətçisi olduğu Bakı şəh., Səbail ray., Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının tərkib hissəsindən maneəsiz istifadə etmək hüququnun, həmin binada ümumi paylı mülkiyyət hüququnun pozulması nəticəsində qəbul etdiyi 28 dekabr 2017-ci il tarixli, 171 nömrəli sərəncamın ləğv edilməsi, həmin binanın ikinci mərtəbəsində yerləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X12 və X8 tərəfindən lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi və Buxta küçəsi, 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsini, bacısı İddiaçı iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başlanmış, hazırlıq icraatında olan (hakim Ş.Məmmədova) 1(81)2133/2018 saylı inzibati işin onun iddiası ilə əlaqəli olmasını nəzərə alaraq, onların bir icraatda birləşdirilməsini və baxılaraq qərar qəbul edilməsini təmin edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbi ni onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 17 sentyabr 1994-cü il tarixli, 2967 nömrəli sərəncamına, Bakı şəhəri, 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 01 dekabr 1994-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 7 saylı yaşayış evinin 2 otaqlı 29 saylı təcrid olunmuş mənzilinin 75.5 kv. metr ümumi sahədən ibarət olması müəyyən edilmiş və X7 şəxsi mülkiyyət kimi verilmişdir. Bundan sonra X12 qardaşı X2 ilə birlikdə Buxta küçəsi 7 saylı yaşayış evinin 2-ci mərtəbəsindəki mənzillərə giriş-çıxış nəzərdə tutulmuş pilləkən qəfəsini bağlamış və onun yerini və 29 saylı mənzilinin qarşısındakı ümumi dəhlizin bir hissəsini (12 kv. metr) zəbt edərək, 29 saylı mənzilinin sahəsinə qatmış və mənzilinin giriş qapısının yerini dəyişdirərək iddiaçını n yaşadığı 21 saylı mənzilin pəncərəsinin bilavasitə yanından zəbt etdiyi sahədən təşkil etmişdir, nəticədə onun ailə üzvlərinin mənzildən istifadəsinə maneə yaradılmış, ailə üzvlərinin mənzil, mülkiyyət hüququ pozulmuşdur. İddiaçı, X12 və onun qardaşı X2 tərəfindən müvafiq icazələr olmadan, tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla tikilmiş özbaşına tikililərin sökülməsi barədə şikayət ərizələri ilə müxtəlif yuxarı dövlət orqanlarına müraciətlər etmiş və həmin orqanlardan pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin 2-ci Ərazi X19 idarəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi, 7 saylı ünvandakı ikimərtəbəli yaşayış evinin eyvanına bitişik olan pilləkən qəfəsi həmin evin 29 saylı mənzil ində yaşayan X2 tərəfindən özbaşına olaraq bağlanmış, bununla da evin 2-ci mərtəbəsində yaşayan sakinlərin baş verə biləcək yanğın hadisəsi zamanı təxliyəsi məhdudlaşdırılmışdır. Araşdırma zamanı mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilərək tədbirlər görülməsi üçün Cavabdehnə göndərilmişdir. Bakı şəhəri İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi 7 saylı ünvandakı 2 mərtəbəli yaşayış binasının 29-cu mənzilinin sahibi Z.S.Ələsgərov tərəfindən binanın 2-ci mərtəbəsindəki mənzillərə giriş-çıxış üçün nəzərdə tutulmuş pilləkən qəfəsi və 29-cu mənzilə girişin qarşısındakı ümumi dəhlizin bir hissəsi (12 kv.m) zəbt olunaraq, 29 saylı mənzilin sahəsinə qatılmış və giriş qapısının yeri dəyişdirilərək iddiaçının yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, zəbt olunmuş sahədən təşkil edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin 2-ci Ərazi X19 idarəsi xx.xx.2015-ci il tarixində Cavabdeh başçısının göndərdiyi məktubunda göstərmişdir ki, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Buxta küçəsi 7 saylı ünvandakı 2 mərtəbəli evin 29-cu mənzilinin sahibi Z.S.Ələsgərov tərəfindən ikinci mərtəbədəki mənzilinə girişin qarşısındakı ümumi sahənin bir hissəsi (12 kv.m) uzun müddət öncə zəbt olunaraq mənzilin sahəsinə qatılmış, giriş qapısının yeri dəyişdirilərək ərizəçinin yaşadığı mənzilin pəncərəsinin bilavasitə yanından, həmin zəbt olunmuş sahədən təşkil edilmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz t əqdim etməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-38/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası (üçüncü şəxs X12) Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli, Ə-42/2/09/2-t/1 saylı aktının ləğv olunması hissəsində mümkün sayılmamışdır.

13. Qərardaddan apelyasiya şikayəti verilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-38/2020 nömrəli qərarı ilə iddia Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017-ci il tarixli Ə-42/2-09/2-t/1 saylı aktının təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında” Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sə rəncamının ləğv olunması hissəsində rədd edilmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1145/2021 nömrəli qərardadı ilə (hakimlər: X10 - sədrlik edən və məruzəçi, X3 və X11) Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X12) Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 7 saylı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu pozan Bakı şəhəri Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın 13 noyabr 2017- ci il tarixli, Ə-42/2-09/2-t/1 s aylı aktın və həmin aktın təsdiq edilməsi və X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haqqında Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamın ləğv olunması barədə tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. c. birinci instansiyası məhkəməsində ikinci icraat

17. Bakı İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9858/2021 saylı qərardadı ilə X9 İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında birgə iddiaçı qismində iştirakı nəzərə alınmışdır.

18. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-25/2022 saylı qərardadı ilə iddia tələbi qismən - Buxta küç., 7 nömrəli binanın ikinci mərtəbəsində yer ləşən dəhliz sahəsində və pilləkən qəfəsinin yerində X12 və X8 tərəfindən lazımi icazələr alınmadan, şəhərsalma və tikinti norma və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikilmiş tikintilərin onların şəxsi vəsaiti hesabına sökülməsi, Buxta küç., 7 nömrəli çoxmənzilli yaşayış binasının və həmin binada yerləşən 29 nömrəli mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.

19. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-25/2022 saylı qərarı ilə (hakim X4) iddia tələbi qismən - Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli, Ə-42/2-091/2-t/1 saylı aktının təsdiq edilməsi və vətəndaş X5 mənzil ölçülərinin dəqiqləşdirilməsi haq qında Bakı şəhəri Cavabdeh başçısının 171 saylı, 28 dekabr 2017-ci il tarixli sərəncamın ləğv edilməsi hissəsində təmin edilmişdir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud mənzil qanunvericiliyi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğunu aydın müəyyən edir. Cavabdeh nəzdində daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx.xx.2017-ci il tarixli Ə-42/2091/2-t/1 saylı aktında yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nədən ibarət olduğu göstərilmədən (yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sa həsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarət olması) yerində aparılmış yerində ölçmə işlərinin nəticələri (post factum) təsbit olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 171 saylı 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə komissiyanın həmin aktı təsdiq edilərək X5 mənzil ölçülərinin dəqiqləşdirilmişdir. Halbuki yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq qərar əsasında (ipso facto) aparılmalıdır. Odur ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması müvafiq qərar əsasında aparılmalı olduğundan mənzil ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Cavabdeh tərəfindən qəb ul edilmiş sərəncam mənzil qanunvericiliyinin qeyd edilən maddələrinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də vətəndaşın müraciəti əsasında mənzil ölçülərinin dəqiqləşdirilməsi ilə bağlı Cavabdeh səlahiyyəti nəzərdə tutulmamışdır.

21. Üçüncü şəxs X12 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2288/2022 nömrəli qərarı (hakimlər: X13 - sədrlik edən və məruzəçi, X14 və X15) ilə Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı dəyişdiri lmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, - işdən çoxmənzilli binanın müvafiq mənzilinə dair yenidənqurma işlərinin aparıldığı müəyyən edilir. Bu halda isə müvafiq yenidən qurulma və planlaşdırma işləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş qərar qəbul edilmək əvəzinə, Bakı şəhəri Cavabdeh mübahisələndirilən sərəncamı əsasında dəqiqləşdirmə adı altında mənzilin sahəsi əsassız olaraq 75,5 kv.m-dən artırılaraq, 152,8 kv.m qeyd edilmiş, nəticədə çoxmənzilli binanın digər sakinlərinin ümumi istifadəsində olan sahələrə müdaxilə edilməklə, ümumi mülkiyyətdən istifadə hüquqlarının pozulmasına qanunsuz olaraq əsas vermiş inzibati akt qəbul edilmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən sərəncam Mənzil qanunvericiliyinin qeyd edilən tələbl ərinə uyğun qəbul edilməmişdir; - inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.567.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsi ndən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən maraqlarına toxunan qonşuların inzibati icraata cəlb olunmaları, dinlənilmə hüquqlarının təmin olunması iş materialları ilə müəyyən edilmir. İş üzrə mübahisələndirilən Bakı şəhəri Cavabdeh başçısının 28 dekabr 2017-ci il tarixli 171 nömrəli sərəncamı həm Mənzil qanunvericiliyinin, həm də İnzibati icraatın aparılması qaydalarının pozulması şəraitində qəbul edildiyindən, müvafiq Sərəncam qanunsuz inzibati akt olmaqla məhkəmə qaydasında ləğv edilməlidir.

24. Üçüncü şəxs X12 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri, Buxta küçəsi 7 nömrəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 29 nömrəli mənzili X12 1990-cı illərdə dəyişmə yolu ilə əldə etmişdir. Mənzilin xarici divarları və sahə ölçüləri əldə etdiyi məqamda olduğu vəziyyətdə dəyişdirilməmiş qalmışdır. Həmin mənzilə İbadət Əskərovun adına xx.xx.1995-ci il tarixdə Qeydiyyat Vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində mənzilin sahəsi 75,5 kv.m. göstərilmişdir. Lakin onun istifadəsinə verilmiş mənzilin faktiki sahəsi 152,8 kv.m. olmuşdur. İcra hakimiyyəti tərəfindən təsdiqlənməsinə sərəncam verilmiş ölçülərin müəyyən edilməsi aktı İbadət Əskərov tərəfindən aparılmış yenidən q urma tikililərlə deyil, illər əvvəl istifadəsinə almış olduğu və faktiki artıq mövcud olan mənzilin sahəsinin ölçüləri ilə bağlı olmuşdur. Ona görə də məhkəmənin “yeni tikililəri aparılması və (və ya) yenidən qurma işlərinin aparılması üçün əvvəlcədən icazə alması” ilə bağlı qeyd etdiyi qayda, hazırkı iş üzrə 29 saylı mənzillə üçün mövcud hallara uyğun deyildir. Bu qayda yalnız üçüncü şəxs tərəfindən dəhlizdə aparılmış 0,85 x 0,75 m. ölçüdə, 0,64 kv.m. sahədə apardığı tikili üçün keçərli ola bilərdi. İş materialları ilə müəyyən edilən dəlillərə əsasən iddiaçı X9 mülkiyyətində olan 21 saylı mənzilinə hüququ xx.xx.2012-ci il tarixdən əldə etmişdir. 2018-ci ilə kimi keçən 6 il müddətində qonşuluqda yerləşən üçüncü şəxsə məxsus mənzildə əlavə tikililərin aparıldığı ilə bağlı şikayətləri, iradl arı və müraciətləri olmamışdır. Bu da adı çəkilən 29 saylı mənzilin sahəsi ilə bağlı vəziyyətin, ondan əvvəl mövcud olduğunu, iddiaçıların yaşadıqları müddətdə hər hansı dəyişikliyin baş vermədiyi göstərir. İş üzrə müəyyən edilmiş hallara görə iddiaçılar özünə aid olan 21 saylı mənzili mülkiyyətinə aldıqları 2012-ci ildə ümumi istifadədə olan bina bu vəziyyətdə olmuşdur. Yəni iddiaçı binanın hazırkı vəziyyəti ilə razılaşıb, mənzili mülkiyyətinə qəbul etmişdir. Ona görə də yəni 21 nömrəli mənzili mülkiyyətinə qəbul etməmişdən əvvəlki müddətlərdə qonşu mənzillərdə artıq mövcud-olmuş hallara görə tələb irəli sürməsində haqlı hesab edilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməm əsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Mənzil Məcəlləsi (2017-ci ildə qüvvədə olan redaksiyada) Maddə

23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə

24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Maddə

25. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir:... 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); Maddə

27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Mə cəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Maddə

35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutula n obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyy ət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfin dən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

29. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Madd ə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Apellyasiya məhkəməsi sərəncamın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmi şdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən inzibati akt maraqlarına toxunan qonşuların inzibati icraata cəlb edilməsi, onların dinlənilmə hüquqları təmin olunmamışdır.

37. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İddia tələbi üzrə müsbət bir qərarın qəbulu (inzibati aktın ləğvi) üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcuddur.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(103)-2288/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar