Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-704/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filia lına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2491/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona pensiya təyin olunması üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı DOST Mərkəzinə müraciət etmişdir.
2. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.
3. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapital ı (azı 34560 manat) və ya sığorta stajı (azı 25 il) malik olmadığından, müraciətin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 23 il 11 ay (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay, xx.xx.2006-cı il tarixdən sonra mdss haqqı ödənilən 01 il 4 ay) təşkil edir. İddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “Elmar-N” kiçik müəssisəsində işləməsinə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün – xx.xx.2002-ci il tarixdən işdən çıxma əmri olmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Halbuki Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 1 86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarix və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25) il az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış p ensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18.363,15 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 919,81 manat olmaqla, ümumilikdə 19.282,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240) manat az olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət ed ərək, ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı xx.xx.2023-cü il tarixində cavabdeh ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmiş, həmçinin yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci il tarixdə ödənişli dayanacağa maşınların yerləşdirilməsi vəzifəsinə qəbul edilib. Daha sonra xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olub və həmin müddət onun adına açılmış əmək kitabçasında öz əksini tapır. Hərbi xidmətdən sonra xx.xx.1979-cu il tarixdən avtodayanacağa gözətçi kimi qəbul edilməklə xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olub və bütün bu hallar əmək kitabçasında öz əksini tapıb. Daha sonra yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə 3 saylı Bakı Dost Mərkəzinə müraciət edib. Müraciətinə həmin mərkəz tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu verilmiş və əsas kimi qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müdd ət nəzərə alınmaqla) 23 il 11 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18.363,15 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 919,81 manat olmaqla, ümumilikdə 19.282,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilib ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmçinin məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.2002-ci il tarixində işdən çıxma əmri olmadığı üçün) xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası, həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması işçi kimi onun vəzifə funksiyasına aid olmamışdır. Bu məsələ birbaşa işəgötürənin və onun həmin işləri y erinə yetirməsi üçün məsul etdiyi işçinin əmək funksiyasına aid olmuşdur. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapitalı (azı 34560 manat) və ya sığorta stajı (azı 25 il) malik olmadığından, müraciətin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 23 il 11 ay (xx.xx.2006-cı il tarixədək 22 il 7 ay, xx.xx.2006-cı il tarixdən sonra mdss haqqı ödənilən 1 il 4 ay) təşkil edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının xx.xx.1996-cı il ta rixdən xx.xx.2002-ci il tarixədək “Elmar-N” kiçik müəssisəsində işləməsinə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün – xx.xx.2002-ci il tarixdən işdən çıxma əmri olmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Halbuki Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarix və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25) il az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
9. Eyni zamanda, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 18.363,15 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 919,81 manat olmaqla, ümumilikdə 19.282,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240) manat az olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhk əməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5993/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədi kdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
12. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 23 il 11 aydır.
13. Cavabdeh iddiaçının xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək (6 il, 8 ay, 3 gün) “Elmar-N” kiçik müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad etmişdir ki, əmək kitabçasının doldurulma qaydası pozularaq iddiaçının həmin müəssisədən işdən çıxması barədə əmrin tarixi və nömrəsi göstərilməmişdir.
14. Aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassızdır.
15. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymayaraq qeyd edir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən bir sıra müəssisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1996-cı il tarixli 02 №li əmrlə “Elmar-N” Kiçik müəssisədə fəhlə işinə qəbul edilməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2002-ci ildə həmin işdən öz xahişi ilə azad edilmiş və işdən azad edildikdən bir gün sonra, yəni xx.xx.2002-ci il tarixdə yeni müəssisədə işə qəbul edilmişdir.
17. Məhkəmə qeyd edir ki, əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının həmin müəssisədən işdən çıxması barədə tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında onun həmin işdən çıxması barədə əmrin nömrəsinin göstərilməməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Əmək kitabçasında olan bu qeyri-müəyyənlik iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir.
18. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçının həmin müəssisəyə daxil olması əmək kitabçasında 22-ci sırada (xx.xx.1996), həmin müəssisədən işdən çıxması 23-cü sırada (xx.xx.2002), növbəti müəssisəyə (xx.xx.2002-ci ildən xx. xx.2005-ci ilədək “Avtomotoservis və ticarət” ATSC-də ehtiyat dispetçer işin) daxil olması 24-cü sırada qeyd edilmişdir. Əmək kitabçasının “Elmar-N” Kiçik müəssisəsində işə qəbul və həmin işdən azad edilməsi, 25-cı sıranın altında, əmək kitabçasının həmin səhifəsinin sonunda müəssisənin məsul şəxsi tərəfindən işdən çıxma barədə əmrdən sonra imza edilmiş və müəssisənin möhürü əks olunmuşdur.
19. Beləliklə, iddiaçının həmin müəssisədə işlədiyi 6 il 8 ay 3 gün də nəzərə alınmaqla mübahisələndirilməyən (23 il 7 ay) iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 30 il, 3 ay, 3 gün iş stajı vardır.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2491/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-5993/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir.
25. Şikayətdə, həmçinin qeyd olunur ki, iddiaçının əmək kitabçasının doldurulmasında qeyd olu nan pozuntunun olmasına baxmayaraq, həmin dövr onun stajına daxil edilmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən bu hal üzrə hər hansı araşdırma aparılmamış və həmin hissə iddia tələbini təmin edilərkən əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxsin iddiaçı deyil, işəgötürən olduğu, əmək kitabçasında iddiaçının işdən çıxması barədə əmrin nömrəsinin göstərilməməsinin iddiaçının məsuliyyəti olmadığı kimi qiymətləndirilmişdir. Halbuki, əmək kitabçasının tərtib qaydalarının pozulmasının işəgötürənin təqsiri üzündən baş verməsi özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur.
26. Mübahisələndirilən illər üzrə nəinki iddiaçının faktiki əmək fəaliyyəti, əməkhaqqı alıb-almaması, sığo rta haqlarının ödənilib-ödənilməməsi, hətta ümumiyyətlə, həmin müəssisənin mövcud olub-olmaması, dövlət qeydiyyatına alınıb- alınmaması məhkəmə tərəfindən araşdırılmamışdır (qeyd olunan əsasa apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barəd ə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qər arı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş fa ktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Cavabdehin etirazının və kassasiya şikayətinin dəlilinə əsasən, iddiaçının “Elmar-N” kiçik müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna müvafiq deyildir.
37. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.
38. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1996-cı il tarixli 02 №-li əmrlə “Elmar-N” Kiçik müəssisədə fəhlə işinə qəbul edilməsi işin mübahisələndirilm əyən halıdır. Eyni zamanda, əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2002-ci ildə həmin işdən öz xahişi ilə azad edilmiş və işdən azad edildikdən bir gün sonra, yəni xx.xx.2002-ci il tarixdə yeni müəssisədə işə qəbul edilmişdir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, əmək kitabçasının surətindən göründüyü kimi, iddiaçının həmin müəssisəyə daxil olması əmək kitabçasında 22-ci sırada (xx.xx.1996), həmin müəssisədən işdən çıxması 23-cü sırada (xx.xx.2002), növbəti müəssisəyə (xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “Avtomotoservis və ticarət” ATSC-də ehtiyat dispetçer işin) daxil olması 24-cü sırada qeyd edilmişdir. Əmək kitabçasının “Elmar-N” Kiçik müəssisəsində işə qəbul və həmin işdən azad edilməsi, 25-cı sıranın altında, əmək kitabçasının həmin səhifəsinin sonunda müəssisənin məsul şəxsi tərəfindən işdən çıxma barədə əmrdən sonra imza edilmiş və müəssisənin möhürü əks olunmuşdur.
39. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
40. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edil mir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2491/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.