Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-705/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-705/19) Bakı şəhəri 06 fevral 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 26 oktyabr 2018-ci il tarixli 2 1(103)-2409/2018 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 06 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2008-2009-cu illər üçün kameral vergi yoxlaması aparılması nəticəsində iddiaçının vergi hesab fakturaları ilə ödədiyi bəzi vergi məbləğləri nəzərə alınmamış, təxminən 14826,45 manat əsas vergi borcu hesablanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə şirkətə kameral qaydada hesablanmış 14826,45 manat əsas borcun və ona hesablanmış 5863,83 manat faiz borcunun silinməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. Lakin cavabdeh həmin borcu silməmiş, artıq ödənişin qaytarılmasını təmin e tməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdeh tərəfindən iddiaçıya süni hesablanmış vergi borclarının - GC seriyalı, 262888 nömrəli, 18 avqust 2003-ci il tarixli, GC seriyalı, 262899 nömrəli, 25 sentyabr 2008-ci il tarixli, GC seriyalı, 262901 nömrəli, 20 oktyabr 2008-ci il tarixli, GƏ seriyalı, 583701 nömrəli, 19 noyabr 2008-ci il tarixli və GƏ seriyalı, 583703 nömrəli, 26 dekabr 2008-ci il tarixli vergi hesab-fakturalarında göstərilmiş məbləğlərin silinməsinin (1) və bunun nəticəsində yaranacaq artıq vergi ödəmələri məbləğinin iddiaçıya qaytarılması (2) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya mə hkəməsi) müraciət etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin tələblə birlikdə 29 aprel 2009-cu il tarixli, **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli, **********873500 nömrəli, 30 sentyabr 2009 il tarixli, **********890600 nömrəli bildirişlərin (qərarların) və 22 iyun 2017-ci il tarixli, **********391600 nömrəli qərarın (3) ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli iş № 2-1(82)-3989/2017, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edil məsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01 may 2018-ci il tarixli iş № 2-1(103)-683/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və X.Sarıyev) qərarı ilə birinci instansiya məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 01 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İ qtisadi Kollegiyasının 01 avqust 2018-ci il tarixli iş № 2-1(102)-1478/2018 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi,apelyasiya instansiyası məhkəməsinin 01 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin26 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-2409/2018 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və V.Ağayev) qərarı ilə birinci instansiya məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2-1(82)-3989/2017 saylı qərarının iddia tələbinin Bakı şəhəri Vergilər Departamentinin 29 aprel 2009-ci il tarixli **********372800 nömrəli, 25 sentyabr 2009-cu il ta rixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********8890600 nömrəli bildirişlərinin ləğv edilməsi və yaranmış vergi borcları üzrə artıq ödəmələrin İddiaçınə qaytarılması hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbinin Bakı şəhəri Vergilər Departamentinin 29 aprel 2009-cu il tarixli, **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********8890600 nömrəli bildirişlərinin ləğv edilməsi və yaranmış vergi borcları üzrə artıq ödəmələrin İddiaçınə qaytarılması hissəsində mümkün sayılmaması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırmışdır ki,iddia ərizəsində qeyd edildiyi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 2008-2009-cu illər üçün kameral vergi yoxlaması aparılması nəticəsində İddiaçı vergi hesab fakturaları ilə ödədiyi bəzi vergi məbləğləri nəzərə alınmamış, bununla da quruma süni olaraq təxminən 14826,45 manat əsas vergi borcu hesablanmışdır. Məhkəmədə həmin borcun ödənilməsi ilə bağlı İddiaçınə qarşı iddia qaldırılmışdır. Şirkət də borcla bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı məhkəmə qərarından şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş və Şirkətə kameral qaydada hesablanmış 14826,45 mana t əsas borcun və ona hesablanmış 5863,83 manat faiz borcunun silinməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. Qərar qanuni qüvvəsini alsa da, vergi orqanı borc silinməklə artıq ödənişin qaytarılmasını təmin etmir. Vergi orqanı mübahisə üzrə məhkəmə qərarının qəbulunu müddətin axımının kəsilməsi kimi nəzərə almır. Ona görə də müvafiq borc məbləğləri silinməli və ödənilmiş artıq məbləğlər geri qaytarılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin şikayətində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan, əsassızdır. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və tələbinin həcmini artıraraq ilkin tələblə birlikdə “Vergilərin hesablanması barədə” 29 aprel 20 09-cu il tarixli **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********890600 nömrəli bildirişlərin (qərarların) və 22 iyun 2017-ci il tarixli **********391600 nömrəli qərarın ləğv edilməsi tələbinin də icraata qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (həcminin artırılmasını) qəbul etmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin qərardadı ilə iddianın “kameral qaydada hesablanmış borcun silinməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Mübahisənin mahiyyəti ilə bağlı məsələyə gəldikdə isə, hesab edir ki, vergi qanunvericiliyinin mübahisələndirilən aktın qəbul olunduğu dövrdə qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq sənədlərin vergi ödəyicisi tərəfindən təqdim olunduğ u vaxtdan 30 gün müddətində keçirilməsini nəzərdə tuturdu. Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyicisi tərəfindən təqdim olunmalı «verginin hesablanması və ödənilməsi üçün sənədlər» kimi “vergi bəyannaməsi”ni və ona əlavə edilmiş sənədləri müəyyən etmişdir. Rezident hüquqi şəxslər əlavə dəyər vergisi üzrə bəyannaməni hesabat dövründən sonrakı ayın 20-dək təqdim edirlər. Hazırkı işin hallarına görə iddiaçı 2008-ci ilin avqust, sentyabr, oktyabr və dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannaməsini təqdim etmişdir (bəyannamənin gec təqdim olunması barədə inzibati orqan bildirmir). Belə olan halda, həmin dövr üzrə kameral vergi yoxlamaları ən geci qeyd olunan tarixlərdən 1 ay keçənədək, yəni, müvafiq olaraq 2008-ci ilin sentyabr, oktyabr, noyabr və 2009-cu ilin yanvar ayların ın 20dək keçirilə bilərdi. Halbuki, inzibati orqanın kameral vergi yoxlamasını müddət pozulmaqla (bir neçə ay, biri üzrə isə bir neçə il vaxt ötürülməklə) keçirilmişdir. Bununla da, mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eləcə də inzibati orqanın mübahisələndirilən qərar və bildirişləri - əlverişsiz inzibati aktları yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İnzibati Prosessual Məcəllənin 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əs aslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Mübahisələndirilən “Vergilərin hesablanması barədə” 29 aprel 2009-cu il tarixli **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********890600 nömrəli bildirişlərin və 22 iyun 2017-ci il **********391600 nömrəli qərarın qanuna zidd sayılması qənaətinə gəlmək üçün yetərli əsaslardır. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2409/2018 saylı qərarının iddianın mümkün sayılmayan hissədə qismən ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 01 avqust 2018-ci il tarixli 2-1(102)-1478/18 saylı qərarında iddia tələbinin təmin olunan hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: “İddia tələbinin 22 iyun 2017-ci il tarixli **********391600 saylı qərarının ləğvi ilə bağlı apelyasiya məhkəməsi hər hansı bir ayrı qiymətləndirmə aparmamışdır...”. Buna baxmayaraq apelyasiya məhkəməsi Ali Məhkəmənin göstərişinə məhəl qoymamış, bir daha iddianın təmin olunmuş hissəsində (22 iyun 2017-ci il tarixli vergilərin hesablanması haqqında qərarın ləğvi) heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Ali Məhkəmənin 01 avqust 2018-ci il tarixli qərarında qeyd olunan digər bir xüsusat iddianın mümkünlük şərtlərindən biri – qəbul edilmiş inzibati aktın ünvanlandığı şəxs üçün hər hansı hüquqi nəticələr yaratmaması ilə bağlı olmuşdur. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsində işə təkrar baxılması zamanı Departament tərəfindən 24 oktyabr 2018-ci il tarixdə iddianın mümkünsüz sayılması barədə vəsatət təqdim edilsə də məhkəmə qeyd olunan hala ümumiyyətlə münasibət bildirməmişdir. Hazırkı iş üzrə mübahisə predmetini təşkil edən və aşağı instansiya məhkəmələrinin heç bir münasibət bildirməyərək ləğv etdiyi 22 iyun 2017-ci il tarixli “vergilərin hesablanması barədə” qərara nəzər salsaq “1.A” sətrində “Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi” məbləğinin 4469,07 manat, 2-ci sətirdə isə “vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmi ş vergi” məbləğinin 1456,62 manat olduğunu görərik. Başqa sözlə mübahisələndirilən qərarla iddiaçının vergi öhdəliyi 3012,45 manat azaldılmışdır. Göründüyü kimi, mübahisələndirilən 22 iyun 2017-ci il tarixli qərar Bakı Apelyasiya Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli qərarının icrası məqsədilə qəbul edilmiş və iddiaçının vergi öhdəliklərini azaltmışdır. Belə ki, “ToğrulE” şirkəti tərəfindən 2008-ci ilin sentyabr ayına hesablanmış ƏDV məbləği artıq bir dəfə mübahisələndirilmiş və yekunda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Departament tərəfindən icra edilmişdir. Eyni tərəflər arasında eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olduğunu nəzərə alaraq hesab edirik ki, məhkəmə tərəfindən bu hissədə iş üzrə icraata xitam verilməsı barədə qərar qəbul edilməli idi. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2409/2018 saylı qərarın qismən iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarın qismən “iddianın təmin olu nmuş hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi” barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 də, cavabdehin vəkili Vəkil2çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarın qismən iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının direktoru Nümayəndə1 məhkəmə iclasına vəkilsiz gəldikləri ü çünonun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, yəni, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərarı qismən - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2-1(82)-3989/2017 saylı qərarının “qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiya sı məhkəməsinə göndərilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosess ual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 26 oktyabr 2018-ci il tarixli qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2-1(82)-3989/2017 saylı qərarının iddia tələbinin Bakı şəhəri Vergilər Departamentinin 29 aprel 2009-ci il tarixli **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********8890600 nömrəli bildirişlərinin ləğv edilməsi və yaranmış vergi borcları üzrə artıq ödəmələrin İddiaçınə qaytarılması hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərar qəbul edilməklə i ddia tələbinin Bakı şəhəri Vergilər Departamentinin 29 aprel 2009-cu il tarixli, **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********8890600 nömrəli bildirişlərinin ləğv edilməsi və yaranmış vergi borcları üzrə artıq ödəmələrin İddiaçınə qaytarılması hissəsində mümkün sayılmaması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin şikayətinin qismən təmin edilməsi qənaətinə gələrkən Vergi Məcəlləsinin 87.1, 87.1.1, 87.3, 87.4-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.2, 35.1, 87.6-cı maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş cavabdehin kasasiya şi kayəti əsasında bir dəfə kasasiya instansiyası məhkəməsinin baxışında olmuş və bunun nəticəsində 01 avqust 2018-ci il tarixli, 2-1(102)-1478/18 saylı qərarla cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 2-1(103)683/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2-1(102)-1478/18 saylı qərarının “əsaslandırıcı hissə”sində göstərmişdir ki, tələblə iddiaçı 29 aprel 2009-cu il tarixli, 25 sentyabr 2009 -cu il tarixli və 30 sentyabr 2009-cu il tarixli bildirişlərin ləğvini xahiş etmişdir. Tələbə uyğun olaraq iddianın növü müəyyən olunarkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğu yoxlanılmalıdır. Həmin maddəyə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın t əqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddələrin tələblərindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia üzrə iddiaçı hüquqlarına toxunan kimi qiymətləndirdiyi inzibati aktın ləğvi barədə iddialı olduqda, həmin inzibati akt barədə ona məlum olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməlidir. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin Ali Məhkəmə 01 avqust 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdə n sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra Ali Məhkəmənin sözügedən qərarında göstərilmişdir ki, sadalanmış müddəanın mənasından bəlli olur ki, inzibati orqan inzibati aktı maraqlı şəxsə təqdim etməlidir. İnzibati aktın rəsmi təqdim edilməsi ilə bağlı mübahisə olduğu halda aktın təqdim edilməsi faktını və müddətini inzibati orqan sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı halların müəyyən edi lməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İşın müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən hazırda mübahisələndirilən bildirişlərlə bağlı hesablanmış borcla əlaqədar 2014-cü il tarixində mübahisə qaldırılmış və yekun məhkəmə aktı Bakı Apelyasiya Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli qərarı təşkil edir. Həmin qərarda isə işin müəyyən edilmiş halları kimi 29 aprel 2009-cu il, 25 sentyabr 2009-cu il və 30 sentyabr 2009-cu il tarixli bildirişlərin iddiaçıya göndərilməsi göstərilmişdir. Lakin apelyasiya məhkəməsi tərəfindən işdə olan məhkəmə aktında müəyyən edilmiş bu hala hər hansı bir hüquqi qiymət verilməmişdir. Bundan başqa, Ali Məhkəmənin 01 avqust 2018-ci il tarixli qərarında göstər ilmiş iddia tələblərinin digər mümkünlük şərti üzrə də qiymətləndirilmənin aparılmasını zəruri hesab edərək göstərmişdir ki, iddianın mümkünlük şərtlərindən birinə qəbul edilmiş inzibati aktın ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələrin yaranması ilə bağlıdır. Lakin istinad olunan 02 noyabr 2016-cı il tarixli məhkəmə qərarından göründüyü kimi, hazırda mübahisələndirilən inzibati aktlar nəticəsində hesablanmış vergi borcu silinmişdir. Bu isə o nəticəni yaradır ki, həmin inzibati aktların mübahisələndirilməsi əhəmiyyətsizdir və onlar hazırda iddiaçı tərəf üçün hər hansı hüquqi nəticə yaratmır. Həmçinin Ali Məhkəmənin 01 avqust 2018-ci il tarixli qərarında göstərilmişdir ki, 29 aprel 2009-cu il, 25 sentyabr 2009-cu il və 30 sentyabr 2009-cu il tarixli bildirişlərin ləğv edilməsi b arədə iddia tələbinin mümkünlük şərtlərinə yenidən apelyasiya məhkəməsi tərəfindən qiymət verilməlidir. Ali Məhkəmənin 01 avqust 2018-ci il tarixli qərarında bununla yanaşı qeyd edilmişdir ki, apelyasiya məhkəməsinin qərarında, ümumiyyətlə, iddiaçının hansı vaxtda və hansı məbləğlə və hansı əsaslarla bağlı cavabdehə artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciət edilməsi belə göstərilməmişdir. Məhkəmə qərarı həmin hissədə ümumi ifadələrlə tərtib edilmiş, məhkəmənin istinad etdiyi maddi hüquq normalar belə göstərilməmiş və apelyasiya şikayətində göstərilmiş dəlillərə münasibət bildirilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən sözügedən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi ni nəzərə alıb, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərini yerinə yetirərək müəyyən etmişdir ki, hazırkı iş üzrə iddia tələbi iddiaçıya ünvanlanmış Bakı şəhəri Vergilər Departamentinin 2008-ci ilin avqust, sentyabr, oktyabr və dekabr ayları üzrə əlavə dəyər vergisinin hesablanması barədə 29 aprel 2009-cu il tarixli, **********372800 nömrəli, 25 sentyabr 2009-cu il tarixli **********873500 nömrəli, 30 sentyabr 2009-cu il tarixli **********8890600 nömrəli bildirişlərin, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentinin 22 iyun 2017-ci il tarixli **********391600 nömrəli qərarının ləğv edilməsi və həmin qərarlar əsasında yaranmış vergi borcları üzrə artıq ödəmələrin İddiaçınə qaytarılması ilə bağlıdır. Apelyasiya instansiyas ı məhkəməsi doğru olaraq qeyd etmişdir ki, bildiriş hər hansı bir tədbir (hadisə) haqqında əvvəlcədən verilən məlumatdır, mahiyyət etibarı ilə bildiriş məlumat vermək məqsədilə yazılır və cavab verilməsi tələb olunmur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, qanunvericilik tərəfindən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının qaydaları müəyyən edilmişdir. Belə ki, artiq ödənilmiş vergi məbləğinin qaytarılması tələbinin hüquqi əsası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiy alarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.3-ci maddəsinə görə bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 23 fevral 2001-ci il tarixli, 48 saylı qər arı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş vergilərin faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı halda iddiaçının bildirişlərin etibarsız hesab edilməsi və artıq vergi ödənişlərinin geri qaytarılması barədə tələbinin irəli sürülməsi İnzibati Prosessual Məcəllənin müddəalarına zidd olduğundan bu cür iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzər də tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərilmiş “Apelyasiya məhkəməsi Ali Məhkəmənin göstərişinə məhəl qoymamış, bu daha iddianın təmin olunmuş hissəsində (22 iyun 2017-ci il tarixli vergilərin hesablanması haqqında qərarın ləğvi) heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır” dəlilini əsaslı sayaraq, bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cavabdehin 22 iyun 2017-ci il tarixli “Vergilərin hesablanması barədə qərar № **********391600” əlavə dəyər vergisi sentyabr 2008-ci il üzrə “Hesablanmış vergilərinizin xülasəsi” adlanan inzibati aktının 1 sətrində (“təqdim edilmiş bəyannamə üzrə sizin tərəfinizdən hesablanmış vergi”) məbləğ 4469,07 manat, həmin inzibati aktın 6-cı sətrində isə (“vergilərin azaldılmış məbləği”) 3012,45 manat göstərilməklə sözügedən inzibati akt məhkəmə tərəfindən ləğv edildiyi halda ki, məhkəmə də bunu etmişdir, o zaman 3012,45 manat azaldılmış məbləğ ləğv olunduğu üçün, işin 12-ci səhifəsində olan cədvəldən göründüyü kimi 01 yanvar 2017-ci il tarixinə iddiaçının ƏDV üzrə vergi borcu 4564,50 manat qalmaqdadır. Halbuki həmin cədvəldən görünür ki, (iş vərəqi 12) iddiaçının hal-hazırkı borcu (20 oktyabr 2008-ci il) 834 manat olaraq qeyd edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi adıçəkilən 22 iyun 2017-ci il tarixli inzibati aktın iddiaçı tərəfindən ləğv edilməsinin mübahisələndirilməsinin hüquqi marağı olub-olmaması məsələsini yuxarıda göstərilmiş hesablaşmalar nəzərə alınmaqla araşdırmalı və hətta işin bu xüsusatının iddianın mümkünlüyü baxımından İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbləri baxımından tədqiq edilərək ona düzgün hüquqi qiymət verilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kasasiya şikayəti təmin edilməməli, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, yəni, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərarı qismən - 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2-1(82)-3989/2017 saylı qərarının “qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli 2-1(103)2409/2018 saylı qərarı qismən, yəni, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2-1(82)-3989/2017 saylı qərarının “qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində, yəni, birinci instansiya məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentinin 22 iyun 2017-ci il **********391600 nömrəli qərarının ləğv edilməsinin dəyişdirilmədən qüvvədə saxlanılması ləğv edilsin, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli 2-1(103)2409/2018 saylı qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-705/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-705/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver