Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-705/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 57 yaşdan güzəştli şərtlə təyin edilmiş pensiyanın 52 yaşdan təyin edilməsi, prosessual hüquq varisliyi, ailə başçısını itirməyə görə pensiya giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X14, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Ş ərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının mərhum ərinə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş dövr üçün (1 noyabr 2006-cı il tarixdən 1 noyabr 2011-ci il tarixədək) ödənilməmiş pensiya məbləğinin, həmçinin 1 noyabr 2011-ci il tarixdən 16 avqust 2016-cı il tarixədək yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 1 noyabr 2006cı il tarixdə qüvvədə olan tələblərinə əsasən hesablanaraq birdəfəyə ona ödənilməsi, ona yenidən hesablanma zamanı müəyyən edilmiş pensiya məbləğinin ail ə başçısını itirməyə görə təyin olunması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2408/2019 saylı, 19 dekabr 2019cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının mərhum əri X6 xxxx.1954-cü il tarixdə doğulmuş, xxxx.2006-cı il tarixdə 52 yaşı tamam olmuşdur. X5 01.11.2011-ci ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. 10 oktyabr 2017-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 8 avqust 2016-cı il tarixdə vəfat etmişdir. Pensiya işindən görünür ki, xx xxxxxxx 1960-cı il tarixdə doğulmuş iddiaçıya 23 iyun 2017-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş, 30.10.2017-ci il tarixli ərizəsinə əsasən ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. “xxxx” QSC-nin 27 aprel 2016-cı il tarixli 330 nömrəli arayışında qeyd olunmuşdur ki, X6 14.05.1976-cı il tarixdən MA Bakı Birgə Aviadəstəsində, Bakı Aeroportunda, “Azalavia” Birgə nəqliyyat aviaşirkətində, “xxxx” müəssisəsində və “xxxx” QSC-nin “xxxx” Hava Təşkilatı İdarəsində Naxçıvan Aeroportunun hərəkəti xidmətində yerli hava yolları dispetçeri, böyük dispetçer vəzifələrində ən böyük intensivlik və mürəkkəb hərəkəti hava uçuşunun idarə edilməsini yerinə yetirmişdir. 15 sentyabr 2015-ci il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinə müvafiq olaraq pensiya hüququ verən hava hərəkəti idarəetmə dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 39 il, 4 ay, 7 gün təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)6401/2017 saylı iş üzrə 29 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı X1 (8 avqust 2016cı il tarixdə vəfat etmiş) ölümündən sonra onun prosessual hüquq varisi olaraq tanınmışdır. İddiaçı 8 fevral 2019-cu il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət edərək mərhum əri X5 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təy in olunması və hesablanaraq birdəfəyə ona ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. Cavabdeh 15 mart 2019-cu il tarixli məktubla iddiaçının 8 fevral 2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşına hüququnun yarandığı 1 noyabr 2011-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2 aprel 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının mərhum ərinə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş dövr üçün (1 noyabr 2006-cı il tarixdən 1 noyabr 2011-ci il tari xədək) ödənilməmiş pensiya məbləğinin, həmçinin 1 noyabr 2011-ci il tarixdən 16 avqust 2016-cı il tarixədək yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 1 noyabr 2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən hesablanaraq birdəfəyə ona ödənilməsi, ona yenidən hesablanma zamanı müəyyən edilmiş pensiya məbləğinin ailə başçısını itirməyə görə təyin olunması öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X6 01 noyabr 1954-cü il tarixdə doğulmuş, 16 avqust 2016-cı il tarixdə vəfat etmişdir. O, orta məktəbi bitirdikdən sonra 15 oktyabr 1971-ci il tarixdə əmək fəaliyyətinə başlamış və ayrı-ayrı vəzifələrdə işləmişdir. 8 iyul 1975-ci il tarixdən 16 avqust 2016-cı il tarixədək, yəni vəfat etdiyi günədək Bakı Aeroportunda, “Azialaviya” Bakı Nəqliyyat Aviaşirkətində, “xxxx” müəssisəsində və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Hava Şirkəti İdarəsində Naxçıvan aeroportunun hərəkətli xidmətində yerli hava yolları dispetçeri, böyük dispetçer, ən böyük intensivlik və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsi vəzifələrində işləmişdir. 1 yanvar 2006cı il tarixədək onun 34 il 1 ay 5 gün ümumi stajı, 19 il 5 ay 29 gün zərərli əmək stajı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin maddəyə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq iddiaçının mərhum əri X5 əmək pensiyası 52 yaşdan təyin olunmalı idi. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən X6 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmuşdur. Belə ki, o, 1 yanvar 2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahına əsasən (bölmə XXİ, kod 12003000 - 17541) 10 ildən çox zərərli əmək sahəsində əmək stajı və 20 ildən artıq ümumi əmək stajı toplamış dır. DSMF tərəfindən təsdiq olunaraq 8 oktyabr 2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerli işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəri cilərin” 1 nömrəli Siyahısı və “Əmək şəraiti zərərli və ağır olan peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı əsasında müəyyən edilir. 2015-ci ilin dekabr ayında DSMF Naxçıvan şəhər şöbəsi tərəfindən ona 1 noyabr 2011-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin vaxtdan əvvəl (onun 52 yaşı tamam olduqda) o, dəfələrlə ona 52 yaşdan pensiya təyin olunmalı olduğunu bildirsə də, onun xahişi və tələbi nəzərə alınmamışdır. Ona görə də o, məcbur qalıb əmək pensiyasının düzgün hesablanması üçün məhkəməyə müraciət etmişdir. X8 vəfatı ilə əlaqədar iş üzrə icraat hüquqi varis müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə o (iddiaçı), mərhum ərinin prosessual h üquqi varisi kimi tanınmışdır. Mərhumun pensiya işi müvafiq sorğu əsasında DSMF Naxçıvan şəhər şöbəsi tərəfindən DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmişdir. Sonradan Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində dayandırılmış inzibati işin icraatı təzələnmişdir. Həmin məhkəmə pensiya işinin DSMF Bakı şəhəri Nizami rayon şöbəsində olmasını əsas gətirərək, iddianı mümkün saymamışdır. Bundan sonra iddiaçı ona mərhum ərinin 52 yaşı tamam olduğu vaxtdan ailə başçısını itirməyə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, mərhum X5 ilk dəfə əmək pensiyası onun ərizəsi üzrə hüququnun yarandığı 18 noyabr 2015-ci il tarixdə “xxxx” QSC-dən təqdim olunmuş arayışa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun (hazırkı iddiaçının) 30 oktyabr 2017-ci il tarixli ərizəsinə əsasən ona İİ qrup əlil kimi ailə başçısını itirməyə görə mərhum əri X4 pensiyasının sığorta hissəsi əlavə olunaraq 290,60 manat təyinat aparılmışdır. 1 yanvar 2019-cu il tarixdən pensiya məbləği indeksləşdirilərək 316,19 manata çatdırılmışdır. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında pensiya hüququ yarandığı tarixdən təyin olunur. Həmin Qanunun 37.7ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət ü çün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X15, 2-1(82)-1697/2019 saylı iş)19 iyun 2019-cu il tarixliqərarı ilə iddia təmin edilərəkiddiaçının mərhum əri X5 “Əmək pensiyaları haqqında” Qanunun 1 noyabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni 1 noyabr 2006-cı il tarixdən yenidən hesablanması və 1 noyabr 2006-cı il tarixdən 1 noyabr 2011-ci il tarixədək ödənilməmiş, 1 noyabr 2011-ci il tarixdən 8 avqust 2016-cı il tarixədək yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi və yenidən hesablanma zamanı müəyyən edilmiş pensiya məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası kimi iddiaçıya təyin olunm ası öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, 1 noyabr 1954-cü il tarixdə doğulmuş iddiaçının mərhum həyat yoldaşı X6 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda “12003000 – 17541” kodla (Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri) nəzərdə tutulmuş vəzifələrdə 10 ildən artıq iş stajına malik olduğu halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan deyil, 57 yaşdan təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10.10.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi – cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman “xxxx” QSC-yə məhkəmə sorğusu verilərək 27.04.2016-cı il tarixli, 330 nömrəli arayış verilərkən istinad edilmiş əmrlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuş, məhkəmənin sorğusu əsasında tələb olunan əmrlərdən çıxarışlar “xxxx” QSC tərəfindən təqdim edilmiş və X3 ən böyük intens ivlik və mürəkkəb hərəkətli hava limanının aeroqovşaqlarının zonalarında çalışdığı, aerodrom dispetçeri olduğu, bilavasitə hava uçuşlarının idarə edilməsini yerinə yetirdiyi qeyd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X10 və X16, 2-1(103)-2408/2019 saylı iş) 19 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 14 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə prosessual varis və mülki qaydada vərəsə anlayışlarını səhv salaraq iddiaçının mərhum ərinin irəli sürmüş olduğu tələbi iddiaçının özünə münasibətdə təmin etmişdir. Halbuki, prosessual varis məhkəmə qarşısında özü ilə bağlı hər hansı tələb irəli sürə bilməz. Yəni hazırki halda iddiaçı mərhum ərinin məhkəmədə irəli sürmüş olduğu tələbə başlı idi və yalnız həmin tələb təmin olunduqdan və həmin məbləğ ərinin miras kütləsinə daxil olduqdan sonra mirasın özü və ərinin digər vərəsələri arasında bölüşdürülməsi tələbi ilə çıxış edə bilərdi. Həmin hissədə tələbə aidiyyət qaydaları pozulmaqla baxılmışdır. Belə ki, iddiaçının əri iddianı Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə qarşı irəli sürdüyündən iş üzrə icraat Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsində başlanılmışdır. Son radan iddiaçının ərinin pensiya işi Nizami rayon şöbəsinə göndərilsə belə, aidiyyət dəyişdirilə bilməzdi. X13 Məcəllənin 45.5.2-ci maddəsinə əsasən, aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. İnzibati Prosessual Məcəllənin 92.0.1. mübahisə ilə bağlı işə, həmin işə baxmaq hüququ olmayan məhkəmə tərəfindən baxıldıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. İddiaçı həmin tələblə bağlı cavabdehə istəsəydi də, müraciət edə bilməzdi. Çünki hələki iddiaçının mərhum ərinə yalnız 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı qərar qüvvədədir və iddiaçı da həmin pensiyaya uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası alır. İddiaçı ərinə 52 yaşdan etibarən təyin olunan pensiya əsasın da ailə başçısını itirməyə görə əmək pensiyası almaq tələbi ilə o vaxt müraciət edə bilərdi ki, iddiaçının mərhum ərinə həmin pensiyanın təyin olunması barədə ya müvafiq inzibati orqanın qərarı, ya da qanuni qüvvəyə minmiş məhkəmə qərarı olaydı. İddiaçı cavabdehə həmin sənədləri təqdim etmədən ondan iddiaçıya həmin pensiyanın təyin olunmasını tələb edə bilməzdi. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İ ddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi aşağıdakılardan ibarət olmuşdur: 1) İddiaçının mərhum ərinə 52 yaşdan, yəni 1 noyabr 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; 2) 1 noyabr 2006-cı il tarixdən 1 noyabr 2011-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin verilməsi; 3) 1 noyabr 2011-ci il tarixdən 16 avqust 2016-cı il tarixədək yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 noyabr 2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən hesablanaraq birdəfəyə ödənilməsi; 4) Yenidən hesablanma zamanı müəyyən edilmiş pe nsiya məbləğinin ailə başçısını itirməyə görə təyin olunması. İlk öncə qeyd edilməlidir ki, iddiaçının mərhum ərinə sağlığında 57 yaşdan, yəni 1 noyabr 2011-ci ildən güzəştli şərtlə yaşa görə pensiya təyin edilmiş və əri həmin pensiyanı almışdır. Cavabdeh hesab edir ki, məhkəmə prosessual varis və mülki qaydada vərəsə anlayışlarını səhv salaraq iddiaçının mərhum ərinin irəli sürmüş olduğu tələbi iddiaçının özünə münasibətdə təmin etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının mərhum əri Ə.Şahbazov ona 52 yaşdan güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə, sonra isə Naxçıvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İş məhkəmə icraatında olarkən iddiaçının ərinin vəfatı ilə əlaqədar iş üzrə icraat hüquqi varis müəyyən edilənədək dayandırılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı mərhum ərinin prosessual hüquqi varisi kimi tanınmışdır. Mərhumun pensiya işi müvafiq sorğu əsasında DSMF-nin Naxçıvan şəhər şöbəsi tərəfindən DSMFnin Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmişdir. X9-İqtisadi Məhkəməsində dayandırılmış inzibati işin icraatı təzələnmişdir. Həmin məhkəmə pensiya işinin DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsində olmasını əsas gətirərək, iddianı mümkün saymamışdır. Bundan sonra iddiaçı ona mərhum ərinin 52 yaşı tamam olduğu vaxtdan ailə başçısını itirməyə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə, daha sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının əri hələ sağlığında ona 52 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməs i barədə məhkəmə mübahisəsi açmış, iddiaçının əri öldüyünə görə hüquq varisliyi müəyyən edilənədək həmin işin icraatı dayandırılmış, sonra isə iddia başqa əsasla mümkün sayılmamış, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Odur ki, hazırkı iddianın əvvəlki iki tələbi əslində iddiaçının mərhum ərinin iddiası əsasında başlanmış icraatın bir növ davamı kimi qəbul edilə bilər. İddiaçının mərhum ərinin 52 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququnun olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həm çinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güz əştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının mərhum ərinə aid sənədlərdə onun ən böyük intensivlik və mürəkkəb hərəkətli hava limanının aeroqovşaqlarının zonalarında çalışdığı, aerodrom dispetçeri olduğu, bilavasitə hava uçuşlarının idarə edilməsini yerinə yetirdiyi qeyd edilmişdir. “xxxx” QSC-nin 27 aprel 2016-cı il tarixli 330 nömrəli arayışında qeyd olunmuşdur ki, X6 14.05.1976-cı il tarixdən MA Bakı Birgə Aviadəstəsində, Bakı Aeroportunda, “Azalavia” Birgə nəqliyyat aviaşirkətində, “xxxx” müəssisəsində və “xxxx” QSC-nin “xxxx” Hava Təşkilatı İdarəsində Naxçıvan Aeroportunun hərəkəti xidmətində yerli hava yolları dispetçeri, böyük dispetçer vəzifələrində ən böyük intensivlik və mürəkkəb hərəkəti hava uçuşunun idarə edilməsini yerinə yetirmişdir. 15 sentyabr 2015-ci il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinə müvafiq olaraq pensiya hüququ verən hava hərəkəti idarəetmə dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 39 il, 4 ay, 7 gün təşkil edir. 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda “12003000 – 17541” kodla (Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri) nəzərdə tutulmuş vəzifələrdə 10 ildən artıq iş stajına malik olduğu halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan yaranmış olur. İddiaçının ərinə isə 52 yaşdan deyil, düzgün olmayaraq 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya təyin edilmişdir. Odur ki, iddianın 1) və 2) bölmələri üzrə tələblər əsaslı olduğundan bu hissədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı xx xxxxxxx 1960-cı ildə doğulmuş, əri 8 avqust 2016-cı ildə vəfat etmişdir. Cavabdeh iddiaçıya 30.10.2017-ci il tarixli ərizəsinə əsasən İİ qrup əlil kimi ailə başçısını itirməyə görə pensiya təyin etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsində qeyd edilir ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (-) (-) 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə... İddiaçının əlilliyi barədə arayışda ona 23 iyun 2017-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə olan halda onun 23 iyun 2017-ci ildən ikinci qrup əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya məhkəməsinin iddiaçıya iddia tələbinin 3) və 4) bölmələri üzrə ailə başçısını itirməyə görə təyin edilən pensiyanın yenidən hesablanması barədə gəldiyi nəticə əsaslı olmuşdur. Bununla belə qeyd edilməlidir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 23 iyun 2017-ci ildən yarandığından iddia tələbinin 4) bəndi üzrə yenidən hesablama zamanı müəyyən edilmiş pensiya məbləğinin ailə başçısını itirməyə görə təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ailə başçısını itirməyə görə yenidən hesablanmanın əvvəli 23 iyun 2017-ci ildən sayılmalıdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessua l hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2408/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-705/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-705/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver