Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-705/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 yaşd an güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1364/2021 nömrəli iş üzrə 1 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V - *******, FİN –xxxxxxx) 2 may 1959-cu ildə Laçın rayonu, Qorçu kəndində anadan olub, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla orada yaşayır.
2. İddiaçının təqdim etdiyi sovxoz direktoru tərəfindən verilmiş arayışa, arxiv arayışına və əmək kitabçasının qeydlərinə əsasən, 10.5.1976-25.8.1977-ci il tarixləri arasında Məhəmməd Əsədov adına sovxozda fəhlə, 1.9.1977-25.4.1979-cu illərdə v ə 1.7.1981-23.07.1993-cü illərdə Məhəmməd Əsədov adına sovxozda əl ilə elektrik qaynaqçısı, yanvar 1994-cü ildən aprel 1999-cu ilədək Xocalı rayon tədarük satış bazasında anbardar, 3.5.2010-cu ildən 31.1.2011-ci ilədək Ağdam rayon İcra Hakimiyyəti başçısının Güllücə ərazi nümayəndəsi vəzifəsində işləmiş, 25.10.2011-ci ildən halhazıradək Dövlətqaçqınkom Mənzil İstismar Departamentinin Ağdam rayonu Mənzil Kommunal İstismar sahəsində sahə nəzarətçisi işləyir.
3. Həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən o, 12.5.1979-cu ildən 23.6.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
4. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 17.1.2020-ci il tarixli, **********6 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının ümumi stajı 25 ildən az olmaqla yanaşı, həmçinin onu fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı ona 57 yaşının tamam olduğu 02.05.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 10.5.1976-cı ildə başlamışdır və hazırda da işləy ir. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. O, 10.5.1976-cı ildən 25.8.1977-ci ilə qədər Məhəmməd Əsədov adına sovxozda fəhlə, 1.9.1977-ci ildən 25.4.1979-cu ilə qədər və 1.7.1981-ci ildən 23.7.1993-cü ilədək Ağdam işğal olunana qədər isə əl ilə elektrik qaynaqçısı vəzifəsində, 1994-cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına kimi Xocalı rayon tədarük-satış bazasında anbardar işləmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının ümumi iş stajının 25 ildən az olması və güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim olunmamasına istinad edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2-1(112)3325/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşının tamam olduğu 2.5.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1.1.2006-cı il tarixədək hərbi xidmət dövrü də daxil olmaqla 27 il 1 ay 11 gün ümumi və 14 il 0 ay 0 gün güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 avqust 2020ci il tarixli, 2-1(103)-1345/2 020 nömrəli (hakimlər Ülvi Mayılov-sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1.1.2006-cı ilə qədər zəruri olan ümumi iş stajı 25 ildən az olduğundan onun tələbi əsassızdır və ona görə də iddia tələbi təmin oluna bilməz.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublik ası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2-1(102)-31/2021 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının 1.1.2006-cı il tarixədək deyil, 57 yaşının tamam olduğu 2.5.2016-cı il tarixdə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olub-olmamasına qiymət verməlidir. Bununla yanaşı, 1.1.2006-cı il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqlarının ödənilməsi tələb olunduğundan, yalnız məcburi sosial sığorta haqlarının ödənilməsinin müəyyən olunması halında 1.1.2006-cı ildən sonrakı dövr sosial sığorta stajına daxil edilə bilər. Həmçinin qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2021ci il tarixli, 2-1(103)-1364/2021 nömrəli (hakimlər Həmid Həmidov-sədrlik edən və məruzəçi, Elmira N ağıyeva və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmə tərəfindən əmək kitabçasının qeydləri üzrə iddiaçının işlədiyi dövrlər ümumi şəkildə sadalansa da, 57 yaşı tamam olduğu tarixə zəruri olan 25 il ümumi, 12 il 06 ay xüsusi iş stajına aydınlıq gətirilməmiş, ümumiyyətlə, xüsusilə əhəmiyyət kəsb edən işin bu halına hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri formal şəkildə sadalanmaqla, əsassız olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə - işin hallarına və maddi hüquq norm alarına uyğun olmayan nəticəyə gəlinmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 1 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci dəfə kassasiya instansiyasında baxılarkən məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 57 yaşının tamam olduğu 2.5.2016-cı il tarixədək onun 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajının olub-olmaması məsələsi araşdırılmalıdır. İşə ikinci dəfə Bakı Apellyasiya Məhkəməsində baxılarkən iddiaçının işlədiyi üzümçülük sovxozu tərəfindən məhkəməyə yeni ar ayış təqdim edilmiş və həmin arayışda iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər əks olunmaqla yanaşı onun işlədiyi peşənin zərərli peşə olması arayışda qeyd olunmuşdur. Lakin işə baxan məlikəmə həmin arayışı mötəbər sənəd kimi qəbul etməmişdir. Məhkəmə bunu belə əsaslandırmışdır ki, mövcud olmayan və ləğv edilmiş sovxoz tərəfindən yeni tarixli arayış verilə bilməzdi.
20. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra sosialist quruluşundan bazar iqtisadiyyatlı kapitalizm modelinə keçmişdir. Bu modelin təməl daşlarından biri kimi torpaq islahatları həyata keçirilmiş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əksər sovxoz və kolxozlar ləğv edilmiş və yeni idarə etmə formasına keçilmişdir. Lakin həmin Qanunveric ilik normalarına nəzər yetirdikdə aydın olur ki, ölkə üzrə aparılmış torpaq islahatlarının ermənistan tərəfindən işğal edilmiş ərazilərə şamil edilməmişdir. Bu barədə qeyddə göstərilmişdir ki, həmin ərazilərdə mövcud olan sovxoz və kolxozların hazırkı qanuna yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun şəkildə tənzimlənməsi həmin ərazilərin işğaldan azad olunmasına qədər təxirə salınmışdır. İş materiallarından görünür ki, iddiaçı işğal altında olmuş Ağdam rayonunda yerləşən Üzümçülük sovxozunda işləmişdir və adıçəkilən sovxoz hazırda fəaliyyət göstərməsə də, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ləğv edilməmişdir. Göründüyü kimi rəsmi olaraq ləğv edilməmiş sovxozun özünün keçmiş işçisi barədə arayış vermək səlahiyyəti hələ də mövcuddur.
21. Cavabdeh tərəfindən etiraz təqdim edilərək bildirilir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun ümumi iş stajı 25 il ümumi iş stajından və güzəştli iş stajı isə 12 il aydan azdır. Həmçinin, İddiaçının 57 yaşı tamam olan 02.05.2016-cı il tarixinə “ƏPQ”-nin 9.1-ci maddəsi tələb edilən 12 il 6 ay güzəştli iş stajı mövcud deyildir. Belə ki, 21.10.2021-ci il tarixli, 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış arayış düzgün olaraq məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Belə ki, artıq mövcud olmayan və heç bir sənədi AR Milli Arxiv İdarəsi Ağdam Filialına təhvil verilməmiş müəssisənin (sovxozun) direktoru tərəfindən imzalanmış arayışlar əsaslı hesab edilə bilməz.
22. Belə olan halda, iddiaçıya münasibətdə istər “Vətəndaşların p ensiya təminatı haqqında” Qanun, istərsə də “ƏPQ” tətbiq edilə bilməz.
23. İddiaçı tərəfindən isə işləmiş olduğu peşələrin güzəştli olub-olmaması barədə arayış təqdim edilməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qa dınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. b bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
26. AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»: bənd
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (k onsernlər) sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. bənd
3. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallar la kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun əsasında Ali Məhkəmənin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2-1(102)-31/2021 nömrəli qərarı qəbul edilmişdir.
31. Həmin qərarla iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1345/2020 nömrəli, 6 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
32. Qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qərarında apellyasiya məhkəmə si üçün məcburi xarakter daşıyan və araşdırmalı olan göstərişlər verilmişdir (İPM-in 96.11-ci maddəsi).
33. Lakin apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən, Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən irəli gələn məcburi göstərişləri icra etməmiş, bunun nəticəsində iş üzrə düzgün olmayan məhkəmə qərarı qəbul etmişdir.
34. Ali Məhkəmənin sözügedən qərarında göstərilmişdir ki, “Belə ki, iddiaçının 57 yaşının tamam olduğu vaxtda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq var idi. Bu baxımdan, hazırkı məzmunda iddianın təmin olun ması üçün iddiaçının 57 yaşı tamam olan 2 may 2016-cı il tarixdə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcud olması tələb olunur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajının 25 ildən az (20 il 3 ay 1 gün) olmasına istinad edərək iddianı rədd etmiş, onun 57 yaşı tamam olan vaxt 25 il ümumi iş stajının olub-olmamasını yoxlamamışdır”.
35. Daha sonra ali məhkəmə qərarında yazır ki, “İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 yanvar 2006-cı il tarixədək deyil, 57 yaşının tamam olduğu 2 may 2016-cı il tarixdə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcud olub-olmamasına qiymət verməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil ed ilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilməsi tələb olunduğundan yalnız məcburi sosial sığorta haqqlarının ödənilməsinin müəyyən olunması halında 1 yanvar 2006-cı ildən sonrakı dövr sosial sığorta stajına daxil edilə bilər”.
36. Lakin apellyasiya məhkəməsi ali məhkəmənin həmin göstərişlərini icra etməyərək, tam və hərtərəfli araşdırma aparmadan, sadəcə olaraq qərarında göstərmişdir ki, “iddiaçının 57 yaşı tamam olduğu 2016-cı ilədək ümumi stajı 25 il tamam olsa da, 12 il 06 ay zərərli iş stajına malik olması iş materialları ilə təsdiq olunmadığından güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmır”.
37. Ali Məhkəmənin qərarında öz əksini tapmış daha bir göstəriş ondan ibarətdir olmuşdur ki, “iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır”.
38. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən istiqamətdə də müfəssəl araşdırma aparmamış, yalnız Milli Arxiv İdarəsinin Ağdam filialının “Ağdam rayonu M.Əsədov adına sovxozun arxiv sənədləri filiala təhvil verilmədiyi üçün orada mühafizə olunmur və bu haqda məlumat vermək mümkün deyildir”, cümləsi ilə kifayətlənmiş, həmçinin qeyd etmişdir ki, “məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş 21 oktyabr 2021-ci il tarixli, 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış arayışı da mötəbər sübut kimi qəbul etmir. Belə ki, artıq mövcud olmayan və ləğv olunmuş müəssisənin (sovxozun) direktoru tərəfindən imzalanmış arayışlar iddiaçının həqiqətən güzəştli şərt lərlə pensiyaya hüquq verən sahədə işləyib-işləməməsini müəyyən etməyə əsas vermir”.
39. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya məhkəməsində təkrar baxılarkən sözügedən sovxozun direktoru dəvət olunmalı, ən azından həmin dövrdə sovxoz direktoru kimi fəaliyyət göstərib-göstərməməsi və sovxozun möhürünün təhvil verilib-verilməməsi aydınlaşdırılmalı, eyni zamanda iddiaçı ilə birlikdə o zamanlar sovxozda işləmiş adamlar müəyyən edilərək, onların şahid kimi dindirilməsi təmin edilməlidir.
40. Xüsusi olaraq qeyd edilməlidir ki, ali məhkəmənin hazırkı hüquqi mövqeyi ali məhkəmənin inzibati kollegiyasının 26 yanvar 2021-ci il tarixli qərarının 32-ci bəndində verilən göstərişlərə də tam uyğun gəlir.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 1 noyabr 2021-ci il tarixli, 2-1(103)-1364/2021 nömrəli qərarı ləğv edilməli, işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir.
42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2021-ci il tarixli, 2-1(103)-1364/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qə