Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-705/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-579/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ndan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi tərəfindən verilmiş 00764 saylı arayışa əsasən, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.N1-ci il tarixədək hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.N2-ci il tarixdən N saylı hərbi hissənin tərkibinə daxil olub tuşlayıcı operator vəsifəsinə təyin edilmişdir. Ehtiyata tərxis olunması haqqında məlumat yoxdur.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin xx.xx.2017-ci il tarixli, 15 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İ şlər İdarəsi Mərkəzi Arxivinin arayışına əsasən, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 06 nömrəli əmri ilə şəxsi heyətin siyahısına qəbul edilmişdir. Hərbi hissədən ehtiyata tərxis olunması barədə məlumat yoxdur.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin xx.xx.2021-ci il tarixli, 170 saylı arayışına əsasən, iddiaçı 26 iyun 1989-cu il tarixdən 03 iyun N1-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, səfərbərliklə əlaqədar N iyul N2-ci il tarixli 06 nömrəli əmrlə “N” saylı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq tuşlayıcı operator vəsifəsinə təyin edilmişdir. Arxiv arayışında “N” saylı hərbi hissənin dekabr N2-ci il tarixli əmrlər k itabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından iddiaçının hərbi hissədən tərxis edilməsi barədə məlumat yoxdur.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2017ci il tarixli 9/2-61 saylı arxiv arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 06 nömrəli əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq tuşlayıcı operator vəsifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
5. Şuşa rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(077)-919/17 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı N2-ci ilin iyun ayından noyabr ayınadək N saylı hərbi hissənin N saylı bat alyonunun tərkibində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək tərxis olunması faktı müəyyən edilmişdir.
6. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2017-ci il tarixli, 1/İ-9928 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.
8. Daha sonra iddiaçı yenidən eyni tələb ilə 2018 və 2021-ci il tarixlərdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, 1/İ-571 saylı və xx.xx.2021-ci il tarixli, 4/31964 saylı məktubları ilə müraciətə eyni məzmunda imtina cavabı ver ilərək bildirilmişdir ki, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından və Şuşa rayon Məhkəməsi tərəfindən Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından müraciətin icrası məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 21 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin hərəkətləri əsassız hesab edilməklə, ona müharibə veteranı və bu barədə vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4831/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Mə hkəməsinə göndərilmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N iyul N2-ci il tarixdə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. Həmin vaxtlardan N saylı h/h komandirinin əmri ilə həmin hərbi hissədə şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınaraq tuşlayıcı operator xidmətinə təyin edilmişdir. 30 noyabr N2-ci il tarixdə Laçın rayonunun müxtəlif kəndləri uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin hərbçisi kimi döyüşlərdə iştirak etmişdir. 30 noyabr N2-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə müraciətinə müvafiq sənədləri əlavə etsə də, cavabdeh müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
12. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən, “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyət lərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarıri təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “ Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq istəyən hərbi qulluqçununn döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmə k veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin qeydində göstərilmişdir ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı’’ adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən, iddiaçının döyüş əməliyyatları aparılan dövrdə qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.
13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) 2-1(118)-1430/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
15. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)-579/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şika yəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1430/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin əsasını iddia tələbinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Müharibə veteranları. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000- ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 22. “Hərbi xidmət haqqında” Qanun: Maddə
14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 14.3 İnzibati a ktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hal larının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və bu barədə vəsiqənin verilməsi ilə bağlıdır.
30. İddiaçı tələbinin əsası olaraq N iyul N2-ci il tarixdən 30 noyabr N2-ci il tarixədək olan xidmət dövrünü göstərmiş, həmçinin həmin vaxt Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etdiyinə və 30 noyabr N2-ci il tarixdən tərxis edildiyinə əsaslanmışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının xidmətdən tərxis olunması ba rədə qeydiyyatın olmamasına istinad etməklə, ona müharibə veteranı adının verilməsindən əsaslı olaraq imtina etmişdir.
32. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Bu normanın tələbləri baxımından, iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qullu qçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). 34. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Odur ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
35. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, döyüşlərdə iştirak etmə və hərbi xidmətdən tərxis olunma faktının qanunvericilikdə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulduğ undan belə faktlar məhkəmə qaydasında müəyyən edilə bilməz. Yəni ki, iş materiallarına əlavə edilmiş Şuşa rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsi iddiaçının döyüşlərdə iştirak etməsi və hərbi xidmətdən tərxis olunması faktlarını müəyyən edən mötəbər sənəd kimi qəbul edilə bilməz.
36. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, iddiaçının xidmət keçdiyi dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, müharibə dövründə səfərbərlik, habelə səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilməlidir. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 1 fevral 1988-ci il tarixindən müxtəlif vaxtl arda başlana bilər, lakin onun dovrü 12 may N4-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir.
37. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N6-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N6-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr N6-cı il tarixində qəbul edilmişdir. Göründü yü kimi, müharibə dövründən sonra səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılması N6-cı ildən başlanmışdır və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.
38. Belə olduğu təqdirdə iddiaçının məlum fərmandan əvvəl, yəni N2-ci il tarixində hərbi xidmətini qanuni əsaslarla başa vurması iş materialları ilə öz təsdiqini tapmır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-579/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.