Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-705/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3318/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Müdafiə Nazirinin 08 iyul N9-cu il tarixli 0554 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı ilkin “Leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmişdir N nömrəli hərbi hissədə kadrlar bölməsi rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur.
2. N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 2N nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant X5 Silahlı Qüvvələrin təlim və tədris mərkəzindən gəlmiş hesab edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir.
3. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 24 av qust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən ona aid hissədə xitam verilmişdir.
4. İddiaçı 21 aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrlə, “Leytenant” hərbi rütbəsi ləğv edilməklə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
5. N nömrəli hərbi hissənin qərargah rəisinə ünvanlanmış 13 yanvar 2021-ci il tarixli raportdan görünür ki, iddiaçı onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Az ərbaycan Ordusundan ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 22 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Ukrayna Respublikası Regionlararası X4 tərəfindən verilmiş B17 seriyalı, 247449 nömrəli diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Agentliyinin Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X6 informasiya bazasında heç bir qeydiyyatın (vətəndaşın müraciət etməsi, müraciətə baxılması və ya imtina edilməsi) olmadığı məlum olmuşdur. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən keçirilən xidməti araşdırma zamanı ya zılan izahatda da diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq qaydada nostrikasiya edilməməsini qeyd etmişdir. Araşdırmanın nəticələrinə əsasən, ilkin “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilməklə bağlı Azərbaycan Respublikası müdafiə nazirinin şəxsi heyət üzrə əmrinin ləğv edilməsi və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə qərar qəbul edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hall arına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrinin ləğv edilərək, “Leytenant” hərbi rütbəsinin bərpa edilməsi və əmrdə ehtiyata buraxılmanın əsasının ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 21 aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrində ehtiyata buraxılmanın əsasının ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xx.xx.N9-cu il tarixdən xx.xx.N9-cu il tarixədək fəaliyyət göstərən motoatıcı taqım komandiri ixtisası kursunu bitirmişdir. Bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi tərəfindən “Ehtiyat zabit hazırlığı kursunu bitirmə haqqında” EZ № 3051 saylı Sertifikat verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin 08 iyul N9-cu il tarixli, 0554 nömrəli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilmiş və 920-ci Raket Briqadasının (N nömrəli hərbi hissə) Kadrlar bölməsinin rəisinin kömkçisi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 2N nömrəli əmrinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 aprel 2022-ci il tarixli, 033 8 nömrəli əmri ilə ona verilmiş “leytenant” hərbi rütbəsi alınmış və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsası ilə ehtiyata buraxılmışdir. İddiaçı xx.xx.N7-ci il tarixdə Ukrayna Respublikası Regionlararası X3 bitirmiş, ona B17 № 247449 nömrəli bakalavr diplomu verilmiş, həmin diplom Azərbaycan Respublikasında tanınmış, bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən N7-ci il tarixli, 109384 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Hazırda ona verilmiş ali təhsil haqqında diplomun etibarsız hesab edilməsi iddiaçının təqsiri deyildir və bu xidməti uyğunsuzluğa görə əsası ilə ehtiyata buraxılmağına əsas vermir. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisinə raport verərək onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin onun ehtiyaya buraxılması “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndi (xidmət müddətləri başa çatdıqda) əsası ilə olmamışdır.
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı N9-cu ilin mart ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Ehtiyat zabit hazırılığı kursu”na qəbul olunarkən, qəbul komissiyasına adına tərtib olunmuş B17 seriyalı 247449 nömrəli diplomu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 109384 nömrəli şəhadətnaməsini təqdim etmiş, həmin komissiyanın xx.xx.N9-cu i l tarixli qərarına əsasən “Motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi” hərbi uçot ixtisası üzrə ehtiyat zabit kursuna qəbul edilmiş, həmin kursu bitirdikdən sonra müdafiə nazirinin xx.xx.N9-cu il tarixli 0554 nömrəli əmri ilə “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vətəndaş İddiaçı verilmiş 109384 nömrəli şəhadətnamənin Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) dair X6 informasiya bazasında qeydiyyatda olmaması ilə bağlı 2021-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat əsasında araşdırma aparılmış və B17 seriyalı 247449 nömrəli diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Agentliyinin Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X6 informasiya bazasında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli cinayət işi üzrə vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aparılan cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından xitam verilməs inə dair xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və vətəndaş X2 barəsində olan cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Bununla da İddiaçı adına tərtib edilmiş 109384 nömrəli şəhadətnamənin saxta olduğu müəyyən edilmişdir. Vətəndaş İddiaçı adına tərtib edilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) dair saxta sənəd əsasında həqiqi hərbi xidmətə qəbul edildiyi üçün Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0338 nömrəli əmrinə əsasən “leytenant” hərbi rütbəsi alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bən dinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “j” bəndinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə, ehtiyat zabitlərin hazırlığı üzrə təlim toplanışlarını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra “Leytenant” hərbi rütbəsi verilir. İddiaçı zabit kateqoriyasında hərbi xidmətə uyğun hesab edilməsinin əsas və yeganə şərtlərindən biri onun ali təhsilli olması və ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsidir (nostrifikasiyasıdır). Əks təqdirdə şəxs sözügedən qanunvericiliyin tələblərinə əsasən zabit kimi hərbi xidmətə uyğunsuz hesab edilir. Beləli klə, iddiaçının təqdim etdiyi B17 seriyalı 247449 nömrəli diplomun Azərbaycan Respublikasında tanınmadığını, ekvivalentliyinin müəyyən edilmədiyini (nostrifikasiya olunmamasını) nəzərə alaraq, ona ali təhsilli kimi leytenant hərbi rütbəsi verilməsi və onunla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında N5-ci il 2 fevral tarixli 21 nömrəli Qərarının tələblərinə ziddir və onun zabit kateqoriyasında xidmət etməsi uyğun deyildir. Belə olan halda cavabdeh Azərbacyan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının leytenant hərbi rütbəsinin alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiq i hərbi xidmətdən ehtiyata buraxılmasında qanunvericiliyin tələbləri pozulmamışdır və iddiaçının barəsində haqlı qərar qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 25 iyun 2023-cü il tarixli, 2-1(112)2315/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 21 aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrində N nömrəli hərbi hissənin Şəxsi heyətin uçotu bölməsi (Q1) rəsinin köməkçisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsası ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandı rmışdır ki, cavabdehin gəldiyi “xidməti uyğunsuzluq” nəticəsi heç də iddiaçının xidməti ilə bağlı olmamışdır. Belə ki, iddiaçının hərbi xidmət üzrə nizam-intizam qaydalarına əməl etməməsinə, barəsində intizam tənbehlərinin tətbiq edilməsinə istinad edilməmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını zəruri edən qüsurlu davranışa yol verdiyini təsdiqləyən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Yalnız diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxta olmasına istinad edilmişdir ki, məhkəmə hesab edir ki, qeyd edilən hal özlüyündə şəxsin xidməti uyğunsuz hesab edilməsinə əsas verə bilməz. Bu hal şəxsin zabit kimi ehtiyatda qalmasının qarşısını ala bilər ki, sözügedən əmrdə iddiaçının “Leytenant” hərbi rütbəsi ləğv edi lmişdir və əmr həmin hissədə mübahisələndirilmir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, şəhadətnamənin saxtalaşdırılması faktı ilə bağlı iddiaçının əməlində cinayət tərkibinin olmaması öz təsdiqini tapmışdır. Məhkəmə bir daha qeyd edir ki, şəxsin zabit kimi hərbi xidmətə uyğunsuz hesab edilməsinə “Leytenant” hərbi rütbəsi ləğv edilməklə nail olunmuşdur, bunun üçün şəxsin bütövlükdə xidməti uyğunsuz hesab edilməsi şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli sayıla bilməz.
14. İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adın dan edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Göründüyü kimi, iddiaçı bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətini başa vurduğundan ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)” əsası ilə ehtiyata buraxılmasını tələb etməkdə haqlıdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (K.H.Əkbərov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və M.N.Tağızadə) 2-1(103)-3318/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2315/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin və etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı N9-cu ilin mart ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Ehtiyat zabit hazırılığı kursu”na qəbul olunarkən, qəbul komissiyasına adına tərtib olunmuş B17 seriyalı 247449 nömrəli diplomu v ə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 109384 nömrəli şəhadətnaməsini təqdim etmiş, həmin komissiyanın xx.xx.N9-cu il tarixli qərarına əsasən “Motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi” hərbi uçot ixtisası üzrə ehtiyat zabit kursuna qəbul edilmiş, həmin kursu bitirdikdən sonra Müdafiə nazirinin xx.xx.N9-cu il tarixli 0554 nömrəli əmri ilə “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxtalaşdırılması faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılmış. Azərbaycan Respublikası Hərbi Prokurorluğ unun İstintaq İdarəsində ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aparılan cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından xitam verilməsinə dair xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və vətəndaş X2 barəsində olan cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Daha sonra iddiaçı saxta sənəd əsasında həqiqi hərbi xidmətə qəbul edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0338 nömrəli əmrinə əsasən “leytenant” hərbi rütbəsi alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bənd inə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ehtiyata buraxılmasına dair əmrin əsasının dəyişdirilməsi barədə iddia irəli sürmüşdür. Göründüyü kimi hazırkı iş üzrə iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla predmeti ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsidir. İddiaçı iddia tələbində ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsini göstərsə də, cavabdeh orqan kassasiya şikayətində hərbi rütbədən məhrum edilmənin əsaslı olduğunu sübut etməyə çalışmış və bununla bağlı qanunvericiliyin müvafiq maddələrinə istinadlar etmişdir. İddiaçı ilk olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən həmin əmrin ləğv edilərək dəyişdirilməsini, həm də rütbəsinin geri qaytarılmasını xahiş etsə də, sonradan iddiay a dəqiqləşdirmə verilərək yalnız əmrin dəyişdirilməsi tələbi qoyulmuşdur. Cavabdeh orqan iddia tələbi üzrə əmrin dəyişdirilməsi tələbi üzrə etirazlarını əsaslandırmaq əvəzinə kassasiya şikayətində yalnız zabit hərbi rütbəsindən məhrum edilmənin qanuni olduğunu əsaslandırmaqla kifayətlənmişdir. Həmin məsələ iddiaçı tərəfindən predmet olaraq mübahisələndirilmir və bunun qanunla da düzgün edildiyini qəbul edir. Lakin cavabdeh orqanın qəbul edə bilmədiyi əmrin düzgün qəbul edilməməsidir. Bunu isə qanunvericiliyə əsaslanmaqla sübut edə bilmir və formal olaraq əmrin qanunvericiliyə uyğun olmaqla qəbul edildiyini iddia edir. Lakin cavabdeh iddiaçının Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hər bi xidmətdən ehtiyata buraxılması barədə əmri qəbul etməklə onun hüquqlarını və qanunvericliyin tələblərini kobud surətdə pozduğunu qəbul etmir. İddiaçının diplomun saxta olması barədə heç bir məlumatının olmaması Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda aparılmış araşdırma əsasında qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr qanuni və əsaslı hesab edilə bilməz. Çünki cavabdehin gəldiyi “xidməti uyğunsuzluq” nəticəsi iddiaçının xidməti ilə bağlı olmamışdır. Belə ki, iddiaçının hərbi xidmət üzrə nizam-intizam qaydalarına əməl etməməsinə, barəsində intizam tənbehlərinin tətbiq edilməsinə istinad edilməmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını zəruri edən qüsurlu davranışa yol verdiyini təsdiqləyən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Yalnız diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxta olmasına istinad edilmişdir ki, qeyd edilən hal özlüyündə şəxsin xidməti uyğunsuz hesab edilməsinə əsas verə bilməz. Bu hal şəxsin zabit kimi ehtiyatda qalmasının qarşısını ala bilər ki, sözügedən əmrdə iddiaçının “Leytenant” hərbi rütbəsi ləğv edilmişdir və əmr həmin hissədə mübahisələndirilmir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, şəhadətnamənin saxtalaşdırılması faktı ilə bağlı iddiaçının əməlində cinayət tərkibinin olmaması öz təsdiqini tapmışdır. Şəxsin zabit kimi hərbi xidmətə uyğunsuz he sab edilməsinə “Leytenant” hərbi rütbəsi ləğv edilməklə nail olunmuşdur, bunun üçün şəxsin bütövlükdə xidməti uyğunsuz hesab edilməsi şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli sayıla bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);... 22. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:... 38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağl aşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır). Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Mad də 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
27. İşin faktiki hallarına əsasən iddiaçı N9-cu ilin mart ayında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Ehtiyat zabit hazırılığı kursu”na qəbul olunarkən, qəbul komissiyasına adına tərtib olunmuş B17 seriyalı 247449 nömrəli diplomu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 109384 nömrəli şəhadətnaməsini təqdim etmiş, həmin komissiyanın xx.xx.N9-cu il tarixli qərarına əsasən “Motoatıcı bölmə, hissə və birləşmələrin döyüş tətbiqi” hərbi uçot ixtisas ı üzrə ehtiyat zabit kursuna qəbul edilmiş, həmin kursu bitirdikdən sonra Müdafiə nazirinin xx.xx.N9-cu il tarixli 0554 nömrəli əmri ilə “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxtalaşdırılması faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılmış. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində ********* nömrəli cinayət işi üzrə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aparılan cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından xitam verilməsinə dair xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və vətəndaş X2 barəsində olan cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Daha sonra iddiaçı saxta sənəd əsasında həqiqi hərbi xidmətə qəbul edildiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0338 nömrəli əmrinə əsasən “leytenant” hərbi rütbəsi alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
28. İddiaçının “leytenant” hərbi rütbəsi verilməklə bağlaşma əsasında 1 il 6 ay müddətinə zabit kimi həqiqi hərbi xidmətə qəbul e dilməsi, iddiaçının həmin müddəti başa vurması, lakin iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasın tanınması barədə şəhadətnamənin saxtalaşdırılması faktı ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılması, iddiaçı barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi işin mübahisəsiz hallarıdır.
29. İddiaçı isə ona verilmiş ali təhsil haqqında diplomun etibarsız hesab edilməsinin onun təqsiri olmadığını və bunun xidməti uyğunsuzluğa görə əsası ilə ehtiyata buraxılmağına əsas vermədiyini bildirir və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 21 aprel 2022-ci il tarixli, 0338 nömrəli əmrində N nömrəli hərbi hissənin Şəxsi heyətin uçotu bölməsi (Q1) rəsinin köməkçisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının əsasının ““Hərbi xidmətkeçmə haqqında” Əsasnaməni n 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)”dən ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdıqda)”ya dəyişdirilməsini xahiş edir.
30. Cavabdeh məhz şəhadətnamənin saxta olmasına istinad edərək iddiaçının “leytenant” hərbi rütbəsini ləğv etməklə xidməti uyğunsuzluğa görə ehtiyata buraxmışdır. 31. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi r ütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar könüllü daxil olurlar:
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 2 fevral tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndində deyilir ki, Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. 33. 3.11-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulmuş tələblərə cavab verməyən, bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlaşmadan imtina edirlər.
34. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “j” bəndinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş ali təhsilli hərbi vəzifəlilərə, ehtiyat zabitlərin hazırlığı üzrə təlim toplanışla rını keçdikdən və müəyyən edilmiş imtahanları verdikdən sonra “Leytenant” hərbi rütbəsi verilir.
35. Göründüyü kimi İddiaçı zabit kateqoriyasında hərbi xidmətə uyğun hesab edilməsinin əsas şərtlərindən biri onun ali təhsilli olmasıdır.
36. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının təqdim etdiyi B17 seriyalı 247449 nömrəli diplom Azərbaycan Respublikasında tanınmadığından və ekvivalentliyi müəyyən edilmədiyindən ona ali təhsilli kimi leytenant hərbi rütbəsi verilməsi və onunla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında N5-ci il 2 fevral tarixli 21 nömrəli Qərarının tələblərinə zidd olmuş və onun zabit kateqoriyasında xidmət etməsi uyğun olmamışdır.
37. Belə olan halda, iddiaçı sözügedən qanunvericiliyin tələblərinə əsasən zabit kimi hərbi xidmətə uyğunsuz hesab edildiyindən cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaçının leytenant hərbi rütbəsinin alınmaqla Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında qanunvericiliyin tələbləri pozulmamışdır və iddiaçının barəsində haqlı qərar qəbul edilmişdir.
38. Belə olan iddiaçının müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb həqiqi hərbi xidmətə qəbul edildiyi zaman “leytenant” rütbəsinin verilməsinə əsas olmuş diplomun Azərbaycan Respublikasında tanınmaması və ekvivalentliyi müəyyən edilməməsi olmuşdur.
39. Məhz bu səbəbdəndir ki, cava bdeh iddiaçını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, yəni xidməti uyğunsuzluğa görə ehtiyata buraxmışdır. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması zamanı qanunvericiliyin pozulması hallarına yol verilməmiş və cavabdehin hərəkəti işin faktiki hallarına uyğun olmuşdur. 40. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əl aqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
41. Bundan başqa, iş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 23 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Ukrayna Respublikasının Regionlararası X1 tərəfindən verilmiş xx.xx.N7-ci il tarixli, B17 №247449 nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi ilə bağlı müraciəti Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuşdur. Agentlikdə İddiaçı sözügedən müraciətinə baxılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan iddiaçının aldığı ixtisas üzrə tədris dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə xx.xx.2021-ci il tarixdə müsahibənin təşkil edilməsi barədə məlumat həmin şəxs in elektron ünvanına, mobil nömrəsinə göndərilsə də, iddiaçı müsahibədə iştirak etmədiyindən inzibati icraat dayandırımışdır.
42. Kollegiya hesab edir ki, cavabdehin, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (Xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinin pozulması müəyyən edi lməmişdir.
43. Odur ki, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3318/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma barədə əmrin əsasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qərar qətidir.