Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-706/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1, onun vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı1 cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı əlilliyə görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2653/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 (bundan sonra - iddiaçı) xx.xx.1958-ci il tarixdə Lerik şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçı 01.07.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən 30.01.1976-cı ilədək fəhlə, 02.02.1976-cı ildən 30.06.1976-cı ilədək sovxozda fəhlə, 01.07.1976-cı ildən 30.08.1977-ci ilədək pasportçu vəzifələrində işləmiş, 27.08.197701.09.1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 01.09.1982-ci ildən 17.09.1984-cü ilədək hərbi xidmətdə olmuş, 03.01.1985-ci ildən 16.01.1986-cı ilədək Daxili İşlər Nazirliyinin İnformasiya Mərkəzində, 20.01.1986-cı ildən 13.05.1987-ci ilədək Daxili İşlər Nazirliyində baş inspektor, 23.07.1987-ci ildən 21.04.1988-ci ilədək hüquq bürosunda məsləhətçi, 03.05.1988-ci ildən 10.09.1990-cı ilədək məsləhətçi - hüquqşünas, 10.09.1990-cı ildən 27.01.1992-ci ilədək notarius, 27.01.1992-ci ildən 18.02.1992-ci ilədək 2-ci dərəcəli məsləhətçi, 18.02.1992-ci ildən 23.09.1993-cü il ədək dövlət notariusu, 22.09.1993-cü ildən 02.08.1995-ci ilədək müstəntiq, 02.08.1995-ci ildən 05.08.1996-cı ilədək Bakı qarnizonu Hərbi prokurorluğunun müstəntiqi, 05.08.1996-cı ildən 16.08.1998-ci ilədək Fizuli qarnizonu Hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, 11.08.1998-ci ildən 28.01.2000-ci ilədək 36 saylı dövlət notariat kontorunun məsləhətçisi, 28.01.2000-ci ildən 18.03.2010-cu ilədək dövlət notariusu vəzifələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. (01.07.1975-ci il tarixli əmək kitabçası, ИВ seriyalı, 042189 saylı diplom, BУ seriyalı, 068029 nömrəli hərbi bilet). İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra- cavabdeh) müraciət edərək, təy in olunmuş pensiyanın yenidən hesablanaraq ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 20.11.2017-ci il tarixli 13/01-5096 nömrəli məktubda qeyd edilmişdir ki, ona pensiya hüququ yarandığı 03.08.2011-ci il tarixdən İİ dərəcəli əlilliyə (ədliyyə işçisi kimi) görə əmək pensiyası təyin edilmişdir. 03.08.2011-ci il tarixdən pensiyasının məbləği 355.32 manat təşkil edir. Dövlət qulluğunda stajını - 13 il 02 ay 12 gün, vəzifə maaşı - 423.0 manat, qulluq stajı 20% - 84.6 manat, Cəmi: 507.60 x 70% = 355.32 manat. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 20.8.1-ci maddəsinə əsasən, prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək ha qqının 15 faizi miqdarında əlavə haqq ödənilir. İddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Baş Prokurorluğunun 10.10.2017-ci il tarixli №11/988 saylı arayışında prokurorluq orqanlarında qulluq stajı 04 il 10 ay 19 gün təşkil etmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, 2 il 6 ay təhsil müddətini, 2 il 16 gün həqiqi hərbi xidmət keçmə müddətini, 1 il 4 ay 23 gün Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində qulluq müddətini, ədliyyə orqanlarındakı 3 il 13 gün iş stajının prokurorluq orqanlarında işlədiyi 8 il 7 ay 10 gün iş stajına əlavə olunaraq prokurorluq orqanlarındakı iş stajının 17 il 7 ay 2 gün hesablanması və ikinci qrup əliliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə hə valə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək iddia tələbinin “Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsində 27 avqust 1977-ci il tarixdən 01 sentyabr 1982-ci il tarixinədək təhsil aldığı müddətin, 01 sentyabr 1982-ci il tarixdən 17 sentyabr 1984-cü il tarixinədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətkeçmə müddətin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsinin UA-38/10 müəssisəsində (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsi) xüsusi hissədə baş müfəttiş vəzifəsində 20 yanvar 1986-cı il tarixdən 13 may 1987-ci il tarixədək işlə diyi müddətin, 10 sentyabr 1990-cı il tarixdən 23 sentyabr 1993-cü il tarixə kimi ədliyyə orqanlarında işlədiyi müddətin, 22 sentyabr 1993-cü il tarixdən 05 avqust 1996-cı il tarixinə kimi Aviasiya prokurorluğunda və Bakı qarnizonu prokurorluğunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə və Füzuli Qarnizonu Hərbi prokurorluğunda çalışdığı 05 avqust 1996-cı ildən 20 iyun 1998-ci ilə kimi xidmət illərinin 1 ayının 3 ay kimi hesablanması, həmin prokurorluqda çalışdığı 20 iyun 1998-ci il tarixdən 16 avqust 1998-ci il tarixinə kimi xidmət illərinin 1 ayının 2 ay kimi hesablanması şərtilə 2-ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dəyişdirilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddi a ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 10.10.2017-ci il tarixli, 11/988 saylı arayışda qeyd edilir ki, onun prokurorluq orqanlarında qulluq stajı 4 il 10 ay 19 gün təşkil edir. İddiaçının iddia ərizəsinə qeyd edilən təhsil, hərbi xidmət, daxili işlər və ədliyyə orqanlarında qulluq müddətlərinin prokurorluq stajlarına əlavə edilməsi “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında uzun müddətli xidmətə görə əlavə haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyanın” səlahiyyəti çərçivəsindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-555/2018 saylı, 16 yanvar 2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının Azərbaycan Dövlət Universitetinin Hüquq fakü ltəsinin əyani şöbəsində 27 avqust 1977-ci il tarixdən 01 sentyabr 1982-ci il tarixinədək təhsil aldığı müddətin, 01 sentyabr 1982-ci il tarixdən 17 sentyabr 1984-cü il tarixinədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçmə müddətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsinin UA38/10 müəssisəsində (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsi) xüsusi hissədə baş müfəttiş vəzifəsində 20 yanvar 1986-cı il tarixdən 13 may 1987-ci il tarixədək işlədiyi müddətin, 10 sentyabr 1990cı il tarixdən 23 sentyabr 1993-cü il tarixə kimi ədliyyə orqanlarında işlədiyi müddətin, 22 sentyabr 1993-cü il tarixdən 05 avqust 1996-cı il tarixinə kimi Aviasiya prokurorluğunda və Bakı qarnizonu prokurorl uğunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə və Füzuli Qarnizonu Hərbi prokurorluğunda çalışdığı 05 avqust 1996-cı ildən 20 iyun 1998-ci ilə kimi xidmət illərinin 1 ayının 3 ay kimi hesablanması, həmin prokurorluqda çalışdığı 20 iyun 1998-ci il tarixdən 16 avqust 1998-ci il tarixinə kimi xidmət illərinin 1 ayının 2 ay kimi hesablanması şərtilə 2-ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2653/2018 saylı iş üzr ə 07 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və M.N.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-555/2018 nömrəli iş üzrə 16 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2653/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının prokurorluq orqanlarındakı qulluq müddəti əmək kitabçasındakı qeydlərə və prokurorluq orqanları tərəfindən verilən arayışlara əsasən 04 il 10 ay 24 gün təşkil edir. Göründüyü kimi, iddiaçının nə əlillik dərəcəsi müəyyən edilən zaman, nə də ki hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun normalarına əsasən prokurorluq işçisi kimi əlilliyə görə pensiya hüququ yaranmır. Həmçinin, iddiaçının prokurorluq orqanında əmək fəaliyyətinə qədər işlədiyi vəzifələr üzrə stajı, təhsil və hərbi xidmət müddəti “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş “Prok urorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının 2.2-ci bəndi ilə müəyyən edilmiş dövrlərə aid deyildir. İddiaçının iş stajının və ya xidməti illərinin müəyyən edilməsi barədə hər hansı bir sənəd nə pensiya təyin edən orqana, nə də ki, məhkəməyə təqdim edilməmişdir. Apelyasiya instansiya məhkəməsi isə iddiaçı tərəfindən verilmiş dəlilləri araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2653/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı və onun vəkili kassasiya şik ayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək Apelyasiya Məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin: - 12.1-ci maddəsinə əsasən, məhk əmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tə ləbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. - 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. - 87.8-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmələr tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərarlar lazımi qaydada əsaslandırılmamış, cavabdehin imtinasının və apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ilkin iddiasında 2 il 6 ay təhsil müddətini, 2 il 16 gün həqiqi hərbi xidmət keçmə müddətinin, 1 il 4 ay 23 gün Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində qulluq müddətinin, ədliyyə orqanlarındakı 3 il 13 gün iş stajının prokurorluq orqanlarında işlədiyi 8 il 7 ay 10 gün iş stajına əlavə olunaraq prokurorluq orqanlarındakı iş stajının 17 il 7 ay 2 gün hesablanması və ikinci qrup əliliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbinin dəyişdirilməsinə dair ərizədə əvvəlki iş stajının prokurorluq orqanlarında işlədiyi staja daxil edilməsini xahiş etməmişdir. Belə ki, iddianın dəyişdi rilməsi barədə ərizədə, iddiaçı: 1) Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsində 27 avqust 1977-ci il tarixdən 01 sentyabr 1982-ci il tarixinədək təhsil aldığı müddətin; 2) 01 sentyabr 1982-ci il tarixdən 17 sentyabr 1984-cü il tarixinədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçmə müddətin; 3) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsinin UA-38/10 müəssisəsində (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsi) xüsusi hissədə baş müfəttiş vəzifəsində 20 yanvar 1986-cı il tarixdən 13 may 1987-ci il tarixədək işlədiyi müddəti; 4) 10 sentyabr 1990-cı il tarixdən 23 sentyabr 1993-cü il tarixə kimi ədliyyə orqanlarında işlədiyi müddətin; 5) 22 sentyabr 1993-cü il tarix dən 05 avqust 1996-cı il tarixinə kimi Aviasiya prokurorluğunda və Bakı qarnizonu prokurorluğunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və 6) Füzuli Qarnizonu Hərbi prokurorluğunda çalışdığı 05 avqust 1996-cı ildən 20 iyun 1998-ci ilə kimi xidmət illərinin 1 ayının 3 ay kimi hesablanması, həmin prokurorluqda çalışdığı 20 iyun 1998-ci il tarixdən 16 avqust 1998-ci il tarixinə kimi xidmət illərinin 1 ayının 2 ay kimi hesablanması şərtilə 2-ci qrup əlilliyə görə prokurorluq işçisi kimi ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Təhsil müddətinin staja daxil edilməsinə dair tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr bu hissədə iddia tələbini təmin etsələr də, tələbə ümumiyyətlə hüquqi qiymət verilməmi ş, iddiaçının təhsil aldığı vaxt qüvvədə olan pensiya qanunvricilik normaları tətbiq edilməmiş, iddianın bu hissədə təmin edilməsi əsaslandırılmamışdır. Digər tələblərlə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmət də daxil olmaqla 20.01.1986-cı ildən 06.08.1996-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, həmin dövrlərin cavabdeh tərəfindən mübahisələndirildiyi, pensiya təyinatı zamanı nəzərə alınmadığı müəyyən olunmur. İddianın mümkünlük şərtlərin biri isə, iddiaçının subyektiv hüququnun pozulmasının müəyyən edilməsidir. Odur ki, bu hissədə təkrar araşdırma aparılarkən qeyd edilən dövrlərə dair tərəflər arasında inzibati mübahisənin olub-olmadığı müəyyən edildikdən sonra iddianın həmin hissədə mümkünlüyünə qiymət verilməlidir. Son uncu tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasinın Nazirlər Kabinetinin 631 saylı, 23.11.1992-ci il tarixli Qərarının 2-ci maddəsinə istinad edərək, həmin xidmət illərinin 05.08.1996-cı ildən 20.06.1998-ci ilədək bir aya 3 ay, 20.06.1998-ci ildən 16.08.1998-ci ilə kimi isə 1 aya 2 ay hesablanmaqla, ümumilikdə Fizuli Hərbi Prokurorluğundakı iş stajının 5 il 08 ay 27 gün hesablanmasını xahiş etmişdir. İşə baxan m əhkəmələr bu hissədə iddia tələbini təmin edərək, Nazirlər Kabinetinin 631 saylı, 23.11.1992-ci il tarixli Qərarına istinad etmişlər. Halbuki, qeyd edilən Qərarın 1-ci bəndində zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxil edilən siyahı müəyyən edilmişdir. Həmin siyahıda prokurorluq orqanlarının əməkdaşları qeyd edilməmişdir. Bundan əlavə, Qərarın 2-ci bəndinin “a” yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin 1 ayı 3 ay sayılmaqla nəzərə alınır. Göründüyü kimi, yuxarıda göstərilən Qərarda prokurorluq orqanı əməkdaşlarının adı qeyd edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 10 oktyabr 2017-ci il tarixli 11/988 saylı arayışdan da görünür ki, qeyd edilən illər iddiaçının bildirdiyi kimi, üçqat və ikiqat hesablanmamışdır. Həmin arayışdan görünür ki, iddiaçı 22 sentyabr 1993-cü il tarixdən 11 avqust 1998-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 16 avqust 1998-ci il tarixli 312 nöm rəli əmri ilə öz arzusuna əsasən 11 avqust 1998-ci il tarixdən tutduğu vəzifədən azad olunduğundan prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublika Baş prokurorunun 06 iyun 1994-cü il tarixli 454-1 №-li əmri ilə iddiaçıya 3 dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçının prokurorluq orqanlarında iş stajı 04 il 10 ay 19 gün təşkil edir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 15 sentyabr 2017-ci il tarixli HP-09/989/208 saylı arayışa münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin arayışda göstərilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 26.02.1992-ci tarixli 38 saylı və 09.09.1992-ci il tarixli 354 saylı əmrləri ilə Azərbaycan Respublik ası Hərbi Prokurorluğunun həmin əmrlərdə qeyd olunmuş rayonlarda yerləşən ərazi hərbi prokurorluqlarının əməkdaşlarına 3 qat əmək haqqı ödənilmişdir. 17.03.1994cü il tarixdən 26.06.1998-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun 17.04.1994-cü il tarixli 215-r saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən (Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları) əmək haqqı üçqat məbləğdə, 26.06.1998-ci il tarixdən 31.10.2002-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 1998-ci il tarixli 067 saylı “Hərbi qulluqçuların pul təminatının və fəhlə və qulluqçuların əmək haqqlarının artırılması haqqı nda” əmrinə əsasən döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların əmək haqqısı ikiqat məbləğdə ödənilmişdir. Qeyd etmək vacibdir ki, əmək haqqının üçqat və ikiqat məbləğdə ödənilməsi iş stajının da müvafiq olaraq 1 ayının 3 ay və 2 ay sayılması anlamına gəlməyə əsas verə bilməz. Odur ki, təkrar apelyasiya baxışı zamanı qeyd edilən halın araşdırılması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna sorğu edilməklə bu məsələyə aydınlıq gətirilməli, Baş prokurorun və yaxud Hərbi prokurorun bu barədə əmri olduğu təqdirdə tələb olunaraq iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 se ntyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi Apelyasiya Məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq v əzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən, iddiaçıya prokurorluq işçisi kimi pensiya hüququ verən iş stajının müddətinin müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv araşdırma aparılmalı, cavabdeh inzibati orqandan iddiaçının müraciətinə əsasən topladığı sənədlər tələb edilərək öyrənilməli, mübahisələndirilən məsələlərlə bağlı aidiyyəti orqanlara sorğular göndərilməklə işin hall arının tam, hərtərəfli, obyektiv araşdırılması təmin edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və iş prosessual hüquq normalarının tələbləri təmin edilməklə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər t utub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2653/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-706/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-706/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver