Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-707/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı sosial sığorta stajının nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2693/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1954-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 20.12.1971-ci il tari xdən 26.04.1973-cü il tarixədək, 28.05.1975-ci il tarixdən 19.03.1976-cı il tarixədək, 19.03.1976-cı il tarixdən 20.12.1976-cı il tarixədək, 12.01.1977-ci il tarixdən 01.04.1979-cu il tarixədək, 01.12.1980-ci il tarixdən 16.05.1983cü il tarixədək, 01.03.1984-cü il tarixdən 23.09.1984-cü il tarixədək, 05.05.1985-ci il tarixdən 09.12.1990-cı il tarixədək, 22.12.1990-cı il tarixdən 24.02.2001-ci il tarixədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. ( AT-Vİİİ seriyalı, ******* nömrəli əmək kitabçasının dublikatı). İddiaçı 22.12.1990-cı il tarixdən (əmr N 258/1s 25.12.1990-cı il), 24.02.2001-ci il tarixədək (əmr N 07/k 19.02.2001-ci il) 2 N-li Bakı X2 yaşayış evinin komendantı vəzifəsində işləmişdir. Hazırda 2 N-li Bakı X1 hüquqi varisi “xxxx” ASC-dir. (xxxx ASC tərəfindən verilmiş 41/06 sa ylı, 08.05.2018-ci il tarixli arayış) İddiaçı 17.12.1971-ci il tarixli, 173/ok saylı əmrlə 20.12.1971-ci il tarixdən 1-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunmuş, 19.04.1973-cü il tarixli, 52/ok saylı əmrlə 26.04.1973-cü il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunmuş, 27.05.1975-ci il tarixli, 113/s saylı əmrlə 28.05.1975-ci il tarixdən fəhlə vəzifəsinə işə qəbul olunmuş, 25.03.1976-cı il tarixli 46/s saylı əmrlə 19.03.1976-cı il tarixdən iş yerinin dəyişdirilərək işdən azad olunmuşdur. (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş İ-114 saylı, 03.07.2018-ci il tarixli arxiv arayışı) İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 20.12.1971-ci il tarixdən 24.02.2001-ci il tarixədək iddiaçının işlədiyi iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması əsası ilə 12.06.2018-ci il tarixli **********3 nömrəli məktubla ona imtina cavabı vermişdir. Bundan sonra, iddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun “dublikat” əmək kitabçasında yazılmış iş yerləri nəzərə alınaraq yaşa görə əmək pensiyasına çıxmaq hüququnun təmin edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı çərçivəsində məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər siyahısından çıxarılmaqla, iddia tələbinin yalnız bir cavabdehə - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmənin 18 iyul 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cavabdehlərin siyahısından çıxarılması qərara alınmış, iş üzrə iddia tələbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə yönəldilməsi qərara alınmışdır. Hazırlıq icraatı çərçivəsində məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə təqdim edərək, 20.12.1971-ci il tarixdən 24.02.2001-ci ilə tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 06 avqust 2018-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, iddiaçı əmək fəaliyyətinə 20 dekabr 1971-ci il tarixdə Bakı şəhərində Bakı Baş Tikintinin 10 nömrəli Tikinti idarəsində başlamışdır. 26 aprel 1973-cü il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad olmuşdur. 28 may 1975-ci il tarixdə ordu sıralarından tərxis olub qayıtdıqdan sonra yenidən əvvəllər işlədiyi 10 nömrəli Tikinti idarəsinə işə qəbul edilmişdir. 19 mart 1976-cı il tarixdə Bakı Baş Tikinti idarəsinin Mənzil İstismar Kontoruna elektrik mantyoru vəzifəsinə keçmişdir. 20 dekabr 1976-cı il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. O,12 yanvar 1977-ci il tarixdə Bakı X1 yataqxanasına elektrik mantyoru vəzifəsinə qəbul olunmuşdur. 01 aprel 1979-cu il tarixdə Bakı Un zavoduna köçürülmə yolu ilə işə qəbul olmuşdur. 01 dekabr 1980-cı il tarixdə Bakı 2 saylı X3 köçürmə yolu ilə iş yerini dəyişmişdir. 16 may 1983-cü il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. 01 mart 1984-cü il tarixdən 23 sentyabr 1984-cü il tarixə kimi Rusiyanın Kovilkino şəhərində işləmişdir. 23 sentyabr 1984-cü il tarixdə öz xahişi ilə işdən azad olunub Bakı şəhərinə qayıtmışdır. 05 may 1985-ci il tarixdə Xətai rayon Polis İdarəsinin nəzdində Mühafizə Şöbəsində işə qəbul olmuş, 09 dekabr 1990-cı il tarixdə öz xahişi ilə işdən az ad olmuşdur. 22 dekabr 1990-cı il tarixdə Bakı 2 nömrəli X1 yaşayış evinin komendantı vəzifəsinə keçmişdir. 24 fevral 2001-ci il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. 1997-ci il tarixdə növbəlilik prinsipi ilə Bakı 2 nömrəli X2 ev almışdır. Ev alan zaman topladığı sənədlərlə birlikdə əmək kitabçasından çıxarış çıxararaq onun surətini də Nərimanov rayon İcra Hakimiyyətinə təqdim etmişdir. 1972-ci il tarixdən 1980-cı il tarixə kimi X4 axşam şöbəsində oxuyub ali təhsil almışdır. 11 aprel 2001-ci il tarixdə Mənzil Kommunal Departamentinin Mənzil Kommunal Təsərrüfat Birliyinə komendant vəzifəsinə keçmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16 may 2002-ci il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. Mənzil Kommunal Departament inin Mənzil Kommunal Təsərrüfat Birliyindən işdən çıxan zaman əmək kitabçasını aldıqdan sonra itirmişdir. Əmək kitabçasını itirməsini bilən kimi axırıncı dəfə işdən çıxdığı Mənzil Kommunal Departamentinin Mənzil Kommunal Təsərrüfat Birliyi idarəsinə müraciət etmiş, ondan əvvəl işlədiyi idarələrdən işləməsi barədə sənəd təqdim olunması tələb edilmişdir. O, ev növbəsinə duran zaman Nərimanov rayon İcra Hakimiyyətinə verdiyi əmək kitabçasının təsdiqlənmiş surətini və növbə ilə aldığı evin 01 oktyabr 1977-ci il tarixli, 028455 nömrəli orderini sübut kimi axırıncı iş yerinə vermişdir. Bunun əsasında “Dublikat” əmək kitabçası doldurularaq ona verilmişdir. O, yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdehin 30 aprel 2018-ci il tarixli, 09-1028 nömrəli cavab mə ktubu ilə onun ərizəsinə müsbət cavab verilməmiş və məsələ mübahisəli olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda araşdırılmalı olması bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun **********3 nömrəli, 12 iyun 2018-ci il tarixli cavab məktubu ilə onun ərizəsinə müsbət cavab verilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(81)3248/2018 saylı qərarı ilə (sədrlik edən: E.Q.Məmmədov) iddia təmin edilmiş, iddiaçının 20.12.1971-ci il tarixdən 24.02.2001-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 10.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(103)-2693/2018 saylı qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3248/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(103)-2693/2018 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İddi açı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olummuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir ) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şə xsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 63 yaş 6 ayı 10.04.2018-ci ildə tamam olduğundan və həmin vaxt qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğundan, həmçinin iddiaçının əmək fəaliyy ətini təsdiq edən əmək kitabçası və arayışlar olduğundan cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsində deyilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.(istinad olunan Qaydalar iddiaçının işlədiyi dövrdə qüvvədə olmuşdur) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanva rın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu k itabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (ba ş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununun 7-ci maddəsi ilə nəzərdə tutulan 25 il əmək stajının olması əmək kitabçası və arxiv arayışı əsasında sübuta yetirildiyindən məhkəmə kollegiyası hesab edir ki,cavabdehin imtinası əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrin ə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(103)-2693/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-707/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-707/2019
13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver