Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-707/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçılar İddiaçı1, İddiaçı3, X13 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsinə hüquqların qeydiyyatına dair reyestrdən çıxarışın ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X20, X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı1, iddiaçıların vəkili Vəkil, üçüncü şəxslər X10, X19 və X21, üçüncü şəxslərin vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, X13 və İddiaçı4 (bun dan sonra iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X10, X19 və X21, bundan sonra üçüncü şəxslər) “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0,11 ha torpaq sahəsi olan 765a nömrəli bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2585/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarından iddiaçılar İddiaçı1, İddiaçı3, X7 verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X3 və istismarı Birliyi ilə X10 arasında bağlanmış 22 fevral 2006-cı tarixli 27828 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha olan 765a nömrəli bağ sahəsi X5 istifadəsinə verilmiş və müqavilədə onun ailə üzvləri həyat yoldaşı İddiaçı1, övladları Elnarə, Kəmalə, İslam və İlhamın da adı qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahəsi 0,11 ha təşkil edən 765A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində 647 nömrəli reyestr kitab ının 61301 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(010)5740/2017 saylı qətnaməsi ilə X10 ilə İddiaçı1 arasında 29 iyul 1978-ci ildə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 283 nömrə ilə qeyd edilmiş nikahın pozulması qərara alınmış, qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Qətnamədə göstərilmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 765a saylı bağ sahəsi 2017-ci ildə üstün hüququna görə əvəzsiz şəkildə X5 şəxsi mülkiyyətinə keçdiyindən, başqa sözlə əvəzli əqd əsasında əldə edilmədiyindən ər-arvadın birgə mülkiyyəti sayıla bilməz. 23 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilədən görünür ki, X1 0 ünvan 1 ünvanında yerləşən 0,11 ha olan torpaq sahəsinin 0,07 ha hissəsini oğlu X14 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X12 adına daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 15633 nömrəli vərəqində qeydiyyat alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X10 ünvan 1 ünvanında yerləşən 0,11 ha olan torpaq sahəsinin 0,04 ha hissəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X15 adına daşınmaz əmlakın dövlət reyestrində 814 nömrəli reyestr kitabının 77127 nömrəli vərəqində qeydiyyat alınmış dır. İddiaçılar 28 aprel 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 765A saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh ərizəyə cavab olaraq 27 may 2019-cu il tarixli məktubla bildirmişdir ki, ərizədə qeyd edilən məsələ İdarənin səlahiyyəti xaricindədir. Həmçinin ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmişdir. İddiaçılar 6 mart 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0,11 ha torpaq sahəsi olan 765a nömrəli bağ sahəsinin xüsusi m ülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı DƏDRX-nin 1s. Bakı Əİ-nin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarında görə Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin X8 və İstismarı Birliyi ilə X10 arasında bağlanmış Mərdəkan ərazisindəki 765a nömrəli bağın istifadəyə verilməsi haqqında 27828 saylı 22 fevral 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0.11 ha torpaq sahəsi olan 765a nömrəli X2nun və onun ailə üzvlərinin, yəni iddiaçıların istifadəsinə verilmişdir. Belə ki, həmin müqavilənin 8-ci bəndində həmin bağ sahəsinin X5 və onun ailə üzvlərinin istifadəsinə verilməsi aydın şəkildə göstərilmiş və 10cü bənddə həmin bağ sahəsinin bağın istifadəçisinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə həmin bağ sahəsinin ailə üzvlərinin və kənar şəxslərin adlarına keçirilə bilməsi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin bağ sahəsi iddiaçının razılığı olmadan X5 adına özəlləşdirilmiş və həmin bağ sahəsi X5 adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi sözügedən bağ sahəsi X10 ilə birlikdə iddiaçıların da istifadəsinə verildiyindən həmin bağ sahəsinin özəlləşdirilməsində onların da iştirak etmək hüququ olsa da, onlar bu hüquqdan məhrum edilmiş, xəbərləri olmadan həmin b ağ sahəsinə dair olan mülkiyyət hüququ təkcə X5 adına dövlət reyestrində qeydə alınmışdır. Onlar bir ailə kimi 6 nəfər şəxsdən - X10, İddiaçı1, İddiaçı3, X13, İddiaçı4 və X9 ibarət olmuş və onların hər birinin adı qeyd edilən müqavilədə ailə üzvü kimi göstərilmiş və hər birinə həmin bağ sahəsindən istifadə hüququ verilmişdir. Yəni onlar qeyd edilən bağ sahəsinin qanuni istifadəçisi olmuş, həmin torpaq sahəsi üzərində iddiaçı ilə X5 birgə istifadə hüquqları olmuşdur. Beləliklə də belə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 0,11 ha torpaq sahəsi olan 765a nömrəli bağ sahəsinin dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində həqiqi hüquqi vəziyyətə uyğun deyildir, həmin əmlak özəlləşdirilən zamanı onların da mənafeyi nəzərə alınmalı idi. Çünki onlar da qeyd e dilən bağ sahəsinin qanuni istifadəçisi olmuş və qanunvericiliyə əsasən iddiaçıların da qanuni istifadəsində olan bağ sahəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq öz adlarına özəlləşdirmək hüquqları vardır. İddianın maddi hüquqi Torpaq Məcəlləsinin 52, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-1501/2019 saylı iş) 4 iyul 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, qanunda bağ sahələri özəlləşdirilərkən ailə üzvlərinin razılığının alınması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmamış, ərizə və torpaqdan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında çıxarışın verilməsi qeyd e dilmişdir. Bundan əlavə, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(010)-5740/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha təşkil edən 765A nömrəli bağ sahəsi İddiaçı1 və X5 birgə mülkiyyəti hesab edilməyərək aralarında bölünməmiş və iddiaçının həmin torpaq sahəsinin aralarında bölünməsi ilə bağlı tələbi təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha təşkil edən 765A nömrəli bağ sahəsi X5 adına dövlət qeydiyyatına alınarkən iddiaçıların razılığının alınmasına heç bir zərurət olmamışdır. Odur ki, onun adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğvinə əsas yoxdur. 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 4 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X27-məruzəçi, X22 və X24, 2-1(103)-2585/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, X13 7 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddiaçıların apelyasiya şikayətinə baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişlər. kasasiya şikayətinin dəlilləri: Məhkəmə iddiaçılara hüquqi baxımdan Fərhad Mirzəyevin ailə üzvü kimi istinad etməkdə səhvə yol vermiş, məhz ailə üzvü kimi iddiaçıların özəlləşdirmədə iştirakının qanunda nəzərdə tutulmaması əsası ilə iddianı təmin etməmişdi r. Halbuki, iddiaçılar iddia ərizələrində mübahisəli bağ sahəsinə dair müqavilədə Fərhad Mirzəyevin ailə üzvü kimi göstərilmələrinə əsaslanaraq, bu əsasla onların həmin bağ sahəsinə birgə istifadə hüququnun olmasına istinad etmişlər. Yəni iddiaçıların Fərhad Mirzəyevin ailə üzvü olması onlara bağ sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ verməsə də, həmin bağ sahəsinin özəlləşdirilməsində iştirak hüququ vermişdir. Bu baxımdan məhkəmə 27828 saylı 22 fevral 2006-cı il tarixli müqaviləyə əsasən iddiaçıların həmin bağ sahəsi üzərində olan birgə hüquqlarının olub-olmamasına, həmin hüquqların bizə qeyd edilən bağ sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ veribverməməsinə qiymət verməli idi. 22 fevral 2006-cı il tarixli müqavilənin 8-ci bəndində həmin bağ sahəsinin X5 və onun ai lə üzvlərinin istifadəsinə verilməsi aydın şəkildə göstərilmiş və 10-cü bənddə həmin bağ sahəsinin bağın istifadəçisinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə həmin bağ sahəsinin ailə üzvlərinin və kənar şəxslərin adlarına keçirilə bilməsi qeyd edilmişdir. Mübahisəli bağ sahəsi müqaviləyə əsasən X5 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Beləliklə də, iddiaçı ların həmin bağ sahəsindən birgə istifadə hüquqlarının olması işin mübahisə edilməyən halıdır. Bağ sahələri özəlləşdirilərkən ailə üzvlərinin razılığının alınması barədə Qanunda imperativ tələbin olmaması, bağ sahəsinin istifadəçilərinin istifadə hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Yəni bağ sahəsinin istifadəçiləri ailə üzvü olmaya və ya əksinə ailə üzvü bağ sahəsinin istifadəçisi olmaya bilər. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin tələbinə əsasən dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqlarının hər bir icarəçinin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.Belə olduqda isə iddiaçıların da qeyd edilən bağ sahəsini ümumi mülkiyyətlərinə verilməsini tələb etmək hüququ olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2017 -ci il tarixli qətnaməsi ilə cavabdehin hərəkətlərinin qanuniliyinə baxılmamış, həmin qətnamə ilə bağ sahəsinin əvəzsiz olaraq özəlləşdirilməsinə istinad edilmişdir. Bu hal isə iddiaçıların iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Yəni həmin iddia ilə RX seriyalı və ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmədiyindən və məhkəmə həmin çıxarışın qanuniliyinin əsaslarını müəyyən etmədiyindən həmin qətnamə ilə müəyyən edilmiş hallara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbləri tətbiq edilə bilməzdi. tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı3, X7 vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxslərin vəki li məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçıların kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstər ilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçılar üçüncü şəxs F.M.Mirzəyevin adına verilmiş bağ torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini, bu barədə cavabdehin hərəkətlərinin qanunsuz sayılmasını xahiş etmişlər. Cavabdeh hesab edir ki, F.M.Mirzəyevin adına bağ sahəsinə hüquq qeydə alınarkən qanunvericiliyin tələbinə əməl edilmişdir. İşdə olan sənədlərdən görünür ki, 22 fevral 2006-cı tarixli müqaviləyə əsasən 0,11 ha olan bağ sahəsi üçüncü şəxs F.M.Mirzəyevin istifadəsinə verilmiş və müqavilədə onun ailə üzvləri-arvadı İddiaçı1, övladları Elnarə, Kəmalə, İslam (iddiaçılar) və İlhamın da (üçüncü şəxs) adı qeyd edilmişdir. Torpaq sahəsinə 14 iyu l 2017-ci il tarixdə F.M.Mirzəyevin adına cavabdeh tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ilə üçüncü şəxs F.M.Mirzəyev arasında olan nikah pozulmuşdur. F.M.Mirzəyev torpaq sahəsinin 0,07 ha hissəsini oğlu, digər üçüncü şəxs İddiaçı3 bağışlamış, qalan 0,04 ha hissəsini isə başqasına satmış, həmin şəxslərin adına torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, ər-arvad arasında olan nikah pozulmaqla yanaşı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha təşkil edən 765A nömrəli bağ sahəsi İddiaçı1 və X5 birgə m ülkiyyəti hesab edilməyərək aralarında bölünməmiş və iddiaçının həmin torpaq sahəsinin aralarında bölünməsi ilə bağlı tələbi təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha təşkil edən 765A nömrəli bağ sahəsi X5 adına dövlət qeydiyyatına alınarkən iddiaçıların razılığının alınmasına heç bir zərurət olmamışdır. Bağ sahəsi 22 fevral 2006-cı il tarixli müqavilə əsasında F.Mirzəyev tərəfindən istifadə edildiyindən 2017-ci ildə F.Mirzəyevin üstün hüququna görə əvəzsiz şəkildə şəxsi mülkiyyətinə keçdiyindən, başqa sözlə əvəzli əqd əsasında əldə edilmədiyindən ər-arvadın birgə mülkiyyəti sayıla bilməz. Odur ki, F.Mirzəyevin adına verilmiş çıxarışın ləğvinə əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsi İPM-in 1.2-ci mad dəsinə istinadən mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin müddəalarını tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı işdə iddiaçı olan İddiaçı3, K.F.Bəhmanova və İddiaçı4, habelə cavabdeh reyestr xidməti mülki işdə tərəf kimi iştirak etməmişdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyası na və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məh kəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Məcəll ənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edi lmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Konstitusiya Məhkəməsi qərarlarında vurğuladığı kimi pre yudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Hazırkı işdə İddiaçı1 istisna olmaqla digər iddiaçılar əvvəlki məhkəmə icraatının iştirakçısı olmamışlar və onların iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirməsi istisna olunmur. Odur ki, apelyasiya məhkəməsi digər iddiaçılara münasibətdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara istinad etməkdə haqlı olmamışdır. Bu səbəbdən mübahisələndirilən bağ sahəsinin ər-arvadın birgə mülkiyyəti hesab edilməməsi barədə məhkəmənin gəldiyi nəticə digər iddiaçıların və cavabdehin iştirakı ilə hazırkı məhkəmə icraatında araşdırılıb hüquqi qiymət verilmədiyindən həmin qətnamə ilə müəyyən edilən fakt yenidən mübahisələndirilə bilər. 22 fevral 2006-cı il tarixli müqavilə X8 və İstismarı Birliyi ilə üçüncü şəxs F.M.Mirzəyev arasında bağlanmış, F.M.Mirzəyev “istifadəçi” adlandırılmışdır. Müqavilənin 8-ci bəndində qeyd edilmişdir ki, istifadəçi ilə birlikdə bağdan istifadə edən yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısı bu müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar Birlik qarşısında həmrəylik məsuliyyəti daşıyır. X2 və aşağıda qeyd olunan (Elmira, Elnarə, Kəmalə, İslam, İlham) ailə üzvlərinə verilir. Müqavilənin 9-cu bəndinə görə bu müqavilənin 8-ci bəndinə uyğun dəyişikliklər istifadəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olduqda təsdiqedici sənədlər əsasında Birlik tərəfindən icra edilir. Müqavilənin 10-cu bəndinə görə bağ istifadəçilərinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərinin, qohumlarının və Birlik üzrə bağ növbəsinə götürülmüş kənar şəxslərin adlarına keçirilə bilər. Müqavilə şərtlərinə görə iddiaçılar bağın istifadəçisi olan üçüncü şəxs F.M.Mirzəyevin ailə üzvləridir və iddiaçıların adları müqavilədə ayrıca qeyd edilmişdir, həmçinin müqavilə üzrə dəyişikliklər müqavilədə qeyd edilən ailə üzvlərinin razılığı ilə icra edilə bilər. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqla vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpa qlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanuna görə dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 52-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icar əçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir (52-ci maddənin 2-ci bənd). 22 fevral 2006-cı il tarixli müqavilədə bağ torpaq sahəsi F.M.Mirzəyev və onun iddia ərizəsində qeyd edilən ailə üzvlərinin istifadəsinə verilmişdir. Müqaviləyə görə bağ istifadəçilərinin və onların yetkinlik yaşına ça tmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərininadlarına keçirilə bilər. Apelyasiya məhkəməsi F.M.Mirzəyev və onun iddia ərizəsində qeyd edilən ailə üzvlərinin istifadəsinə verilmiş bağ torpaq sahəsinin iddiaçıların rəsmi razılıqları ilə ailə üzvü olan F.M.Mirzəyevin adına keçərkən iddiaçıların həmin torpaq sahəsi üzərində istifadə hüququnun mövcud olub-olmamasını, istifadə hüququ olduğu halda onların rəsmi razılıqları olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin ümumi, yoxsa inzibati məhkəməyə aid olması da məhkəmə tərəfindən yoxlanılmamışdır. Cavabdehin məlumatlarından görünür ki, üçüncü şəxs F.Mirzəyevin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 22 fevral 2006-cı il tarixli müqavilə əsasında verilmişdir. 22 fevral 2006-cı il tarixli müqavilə X8 və İstismarı Birliyi ilə üçüncü şəxs F.M.Mirzəyev arasında bağlanmışdır. Müqavilədə həm də Bakı şəhər İcra Hakimiyyətinin 9 iyun 1990-cı il tarixli 75 saylı sərəncamına istinad edilmişdir. İşdə belə sərəncam mövcud deyildir. F.M.Mirzəyevin torpaq sahəsini inzibati akt, yoxsa mülki hüquqi əqd əsasında əldə etməsi aydın deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılm ış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır...İnzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-s atqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati or qanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Apelyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarı işığında mübahisənin məhkəmə aidiyyətinə hüquqi qiymət verməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyə t daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2585/2019 saylı, 7 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-707/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-707/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver