Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-707/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Azərbaycan X3” Q SC) “əlilliyin bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2-1(103)2929/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE 0*******, FİN – xxxxxxx ) xx.xx.1956-cı il tarixdə Tovuz rayonunda anadan olub. ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçıya “X4” ASC Əhmədli tibbi sanitar hissəsi tərəfindən rəsmiləşdirilmiş 4405003AABPX saylı forma 088 saylı göndəriş əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik, “Azərbaycan X3” QSC-nin Sos ial İnkişaf İdarəsi tərəfindən 4405003AABPX saylı göndəriş etibarsız hesab edildiyindən, Əlillik altsistemində ləğv edilmişdir.
4. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyəti X3 QSC Sosial İnkişaf İdarəsi MDX X5 hissəsinin 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4405003AAB6G saylı göndəriş X3 QSC Sosial İnkişaf İdarəsi tərəfindən əsassız hesab edildiyinə görə əlillik məlumatları Əlillik altsistemində etibarsız edilmişdir. O, yaşayış yeri üzrə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017- ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyi n etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində “Şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatışmamazlığı, QDÇ İİ d. ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. D iabetik polineyropatiya. Aşağı ətrafların sağalmayan trofik yaraları” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən ona təyin olunmuş əlillik pensiyası dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, “ Azərbaycan X3” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən qiymətləndirməyə əsas verən 44005003AAB6G göndəriş etibarsız hesab edilmişdir. Bununla əlaqədar əlilik müa yinəsi Nazirliyin Əlillik altsistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə, cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün “Azərbaycan X3” QSC tərəfindən göndərişin etibarsız olmasını əsas götürsə də, həmin məktubun surətini ona təqdim etməmişdir. Bundan başqa, ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə hər hansı bir məlumat verilməmişdir. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı i lə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab edilməsi halları qeyd olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır.
8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti “X3” QSC Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “X3” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəsi ləğv edilmişdir. “Azərbaycan X3” QSC-nin xx.xx.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AABPX saylı göndərişin əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar, Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti “X3” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbisanitar hissəsi 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X3” QSC tərəfindən əlilliyin təyininə əsas olan 4405003AABPX saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız hesab edilmişdir. İddiaçının qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra göndəriş rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.
9. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarı (sədrlik edən hakim F.Mədətli) ilə iddianın təmin edilməsi, iddiaçıya Maarif Baxşəli oğluna xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublik ası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət TibbiSosial Ekspertiza və X1 istinad etməklə belə hesab etmişdir ki, həmin dövr qüvvədə olan yuxarıda qeyd edilən Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edilməsi əsası ilə əlillik altsistemində etibar sız hesab edilməsi nəzərdə tutulmamışdır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3044/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1136/2021 nömrəli qərarı (hakimlər: A.Hüseyn - sədrlik edən və məruzəçi, V. Məmmədov və A.Nuriyeva) ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3044/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərarın qəbul edilməklə, iddia təmin edilməmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə g ələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə istinadən belə hesab etmişdir ki, iddiaçının əlillik məlumatlarının əlillik altsistemində etibarsız hesab edilməsi əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
14. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1759/2021 saylı qərarı (hakimlər: Z.Quliyev - sədrlik edən və məruz əçi, R.Nəbizadə və S. Kərimov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-1136/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya məhkəməsi cavabdehin və üçüncü şəxsin, iddiaçının hazırkı tələbi üzrə maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış, iddiaçıya xx.xx.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata ke çirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamış, nəticə etibarı ilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2929/2021 nömrəli qərarı (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3044/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçın ın İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuş, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qərar qəbul edildiyi iş materiallarına əsasən müəyyən edilməmiş və işin məhkəmə araşdırmaları zamanı da məhkəməyə təqdim edilməmişdır. Bundan başqa, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş v ə iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə).
19. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
20. Məhkəmə öz qərarında əsassız olaraq qeyd etmişdir ki, Agentlik tərəfindən iddiaçının əlilliyinin ləğv edilməsinə əsas olan üçüncü şəxsin müvafiq məktubunda hər hansı bir maddi hüquq normasına istinad edilməmiş, sadəcə olaraq əlillik təyinatlarının ləğv edilməsinin uyğu n hesab olunmasının yeganə səbəbi kimi "rəsmiləşdirilmiş göndərişlərin əsaslığına şübhələr olduğu üçün" qeyd edilmişdir. Bu göstərilən məsələ ilə bağlı Agentliyin fəaliyyəti tamamilə qanunauyğundur. Belə ki, Agentlik tərəfindən əlilliyin altsistemdə ləğv edilməsinə səbəb kimi üçüncü şəxs olan "X3" QSC Sosial İnkişaf İdarəsinin məktubu olmuşdur və burada yalnız "X3" QSC Sosial İnkişaf İdarəsi fəaliyyətinin qanunsuz olub-olmamasından söhbət gedə bilər. Əlavə olaraq qeyd edilməlidir ki, rəsmiləşdirilmiş göndərişlərin əsaslığına şübhələr olması əlilliyin ləğv edilməsi üçün yetərli əsas kimi çıxış edir. Beləliklə də, iddiaçının xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər ha nsı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) y anında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəs miləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvv ədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlə r görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
28. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. İşin hallarından müəy yən edilir ki, iddiaçıya “X3” QSC Sosial İnkişaf İdarəsi MDX X5 hissəsinin 4405003AABPX saylı forma 088 göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik, “Azərbaycan X3” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyindən, Əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti yuxarıda göstərilən əsasla təmin edilməmişdir.
31. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, 23 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyy ətinin qiymətləndirilməsi ilə bağlı müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, əlillik vəziyyəti, “X3” QSC Sosial İnkişaf İdarəsi MDX X5 hissəsinin 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4405003AABPX saylı göndəriş “X3” QSC Sosial İnkişaf İdarəsi tərəfindən əsassız hesab edildiyinə görə əlillik məlumatları Əlillik altsistemində etibarsız edilmişdir. O, yaşayış yeri üzrə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti iştirakı olmad an Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir.
32. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin sorğusuna cavab olaraq, “Azərbaycan X3” QSC tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli, MC02/02-118 saylı məktubda “Azərbaycan X3” QSC-nin əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin etibarsız hesab edilməsi barədə sərəncam verilmədiyi qeyd edilmişdir.
33. Eyni zamanda, “Azərbaycan X3” QSC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2019-cu il tarixli, MC02/02-45 saylı məktubda yazılmışdır ki, təqdim etdiyiniz sıyahılarda adları göstərilən şəxslərə dair (iddiaçının adı da həmin siyahıdadır-qeyd Ali Məhkəmə) rə smiləşdirilmiş göndərişlərin əsaslığına şübhələr olduğu üçün sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfinizdən uyğun hesab olunmur.
34. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əlilliyinin ləğv edilməsinə əsas olan “Azərbaycan X3” QSC-nin müvafiq məktubunda hər hansı bir maddi hüquq normasına istinad edilməmiş, sadəcə olaraq əlillik təyinatlarının ləğv edilməsinin uyğun hesab olunmasının yeganə səbəbi kimi “rəsmiləşdirilmiş göndərişlərin əsaslığına şübhələr olduğu” qeyd edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda əsaslı olaraq onu da qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuş, y əni bu məsələyə dair hər hansı bir rəsmi qərar iş materiallarında mövcud olmamış, məhkəmə araşdırmaları zamanı da təqdim edilməmişdır. 37. “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
38. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqq ında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
39. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız “X3” QSC Sosial İnkişaf İdarəsinin məlumatına istinad et məklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, formal (məcburi) tələblər təmin olunmamışdır.
40. Bundan başqa, hazırkı qərarın 23-cü bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər.
41. Həmçinin, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi hal da, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.
42. İddiaçının əlilliyinin 19 may 2017-ci il tarixdə 5 illik müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh 19 may 2017-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir.
43. Qanunverici qüvvədə o lan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 19 may 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin inzibati akt (19 may 2017-ci il tarixli) ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
44. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə tərkibi apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2929/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.