Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-708/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüləli qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətə vəkilin orderinin əlavə edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüləli qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “evin sökülməsinə görə kompensasiyanın ödənil məsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli 2-1(103)-2598/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin sökülməsinə dair kompensasiyanın ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli 2-1(112)-4881/2021 saylı qərardadı ilə (hakim:R.Kərimli) iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müvafiq evə dair hüquq müəyyən edici sənədləri olmadığından, onun hə min evin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil.
4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2598/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər - H.Həmidov sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2-1(112)-4881/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadın dan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. İddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüləli qızının kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. Bununla əlaqədar verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılması 04 aprel 2022-ci il tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı halla rda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qəra rdad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Bu Qərarın 10-11-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
13. İddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüləli qızının kassasiya şikayəti inzibati prosessual qanunvericiliyin tələblərinə uyuğun tərtib edilməmişdir. Odur ki, ona müvafiq məhkəmə bildirişi göndərilməklə kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı çatışmamazlıq diqqətinə çatdı rılmış, verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilməklə, həmin tarixədək göstərilən çatışmazlığın aradan qaldırılması (vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi) təklif olunmuş, lakin bildirişdə qeyd olunan tarixədək həmin nöqsanlar aradan qaldırılmamışdır.
14. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda iddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüləli qızının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2598/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı Quliyeva (Cümşüdov a) Səbinə Əbdüləli qızı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.