Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-708/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X16 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüququn miras qoyan şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X14 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünv anında yerləşən 1776 saylı, 0,25 ha bağ sahəsinə dair hüququn ölmüş şəxsə yəni, mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli, 2-1(103)-478/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X12 İK-nin xx.xx.1968-ci il tarixli 18 nömrəli protokoluna əsasən Ləhiş bağ massivində yerləşən 0,25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X2 icarəyə verilmiş və xx.xx.1968-ci il tarixli 16578 nömrəli bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş cizgidən görünür ki, bağ sahəsi 3 tərəfdən 1775/1623 saylı, 1777/1626 saylı və 1914/1752 saylı bağ sahəsi ilə qonşu olmuş, bir tərəfdən yol ilə əhatə edilmişdir.
2. X5 06 aprel 1985-ci ildə ölmüşdür.
3. X15 xx.xx.1990-cı il tarixli ərizə ilə Bağlar İdarəsinə müraciət edərək əri X1 adına olan 1776 nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmiş, xx.xx.1990-cı il tarixli 113 nömrəli qərarı əsasında Ləhiş bağ massivində yerləşən 0,25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X10 icarəsinə verilmiş və onunla 16578 nömrəli, xx.xx.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.
4. X15 xx.xx.2009-cu il tarixdə ölmüşdür.
5. X3 və X10 oğlu Haqverdi Haqverdiyev 25 sentyabr 2002-ci il tarixdə ölmüşdür. Onların digər övladı - xx.xx.1956-cı il təvəllüdlü X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 8i-2795 reyestr nömrəli ərizəsində bildirmişdir ki, anası X10 adına Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, xx.xx.1990-ci il tarixli, 16578 saylı müqavilədə göstərilən 1776 saylı, 0,25 ha bağ sahəsinə dair gələcəkdə heç bir tələb və şikayəti olmayacaqdır.
6. Bundan başqa, Bakı şəhər X12 İK-nin 31 dekabr 1965-ci il tarixli 13 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X9 istifadəsinə verilmiş və Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 16-cı bəndinə əsasən müqavilə xx.xx.1978-ci il tarixdən xx.xx.1 988-ci il tarixədək qüvvədədir. Müqaviləyə əlavə edilmiş cizgidən görünür ki, bağ sahəsi 3 tərəfdən 1936/1775 saylı, 1938/1777 saylı və 1799/1649 saylı bağ sahəsi ilə qonşu olmuş, bir tərəfdən yol ilə əhatə edilmişdir.
7. X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür və iddiaçı onun vərəsəsidir.
8. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1776 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Həmçinin, eyni nömrəli bağ sahəsi digər şəxsin adına verilmiş müqavilədə təkrarlanır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci inst ansiya məhkəməsində birinci icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə X9 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini hazırki qərarın 7-8-ci bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.
11. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
12. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2828/2021 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin e dilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə X9 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında imzalanmış 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsi X9 istifadəsinə verilmişdir. Həmin müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin döv lət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. X13 iddiaçının atasıdır və o, xx.xx.2012-ci ildə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının mərhum atası X13 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1776 saylı (0,25 ha) bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Məhkəmə, cavabdehin imtina cavabında qeyd edilənləri əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, 16514 nömrəli, 04 dekabr 1978ci il tarixli müqavilə ilə 0,25 ha torpaq sahəsi iddiaçının mərhum atası X9 istifadəsinə verilmiş, onlar həmin torpaq sahəsindən 42 ildən çoxdur ki, istifadə edirlər. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi iddiaçının uzunmüddətli istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən idarənin arxivində saxlanılan həmin müqavilə, cizgi və sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Qeyd olunan 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqavilə ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Göstərilənlər cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu təsdiq edir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2307/2021 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyas iya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-2828/2021 nömrəli qərarı ləğv edilmiş, iş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanının arayışı alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim edilməklə vərəsənin birbaşa qeydiyyat orqanında əmlakı öz adına rəsmiləşdirmək hüququna malikdir. Yəni, konkret halda, qanunun tələbinə müvafiq olaraq iddiaçı cavabdehdən ilk öncə, mübahisəli bağ sah əsinin onun ölmüş atasına məxsus olması barədə arayış almalı idi, arayışın verilməsindən imtina olunduqda bununla bağlı məcburetmə qaydasında məhkəmədə iddia qaldıra bilərdi. c) Birinci instansiya məhkəməsində ikinci icraat
17. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım göstərilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə istinad olunaraq müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verildiyi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın həmin arayış əsasında veril miş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirildiyi izah olunmuş, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur.
18. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0.25 ha bağ sahəsinə dair hüququn ölmüş şəxsə yəni, mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-2828/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(112)-496/2022 nömrəli qərarı ilə (hakim S.İ.Salahova) iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Ləhiş bağ massivində yerləşən 1776 saylı bağ sahəsi eyni zamanda iki şəxsə ayrılmışdır, yəni həmin nömrəli bağ sahəsinə dair iki müqavilə mövcuddur. Belə bir halda, iddiaçının təqdim etdiyi müqavilənin hansı əsasla Ə.Haqverdiyeva ilə bağlanmış müqavilədən üstün olması, 1776 saylı bağın Ə.Haqverdiyevaya deyil, məhz P.Safaraliyevə məxsus olması müəyyən olunmur. İşdən görünür ki, P.Safaraliyevlə bağlanmış müqavilənin müddəti 1988-ci ildə bitmiş, həmin tarixdən sonra müqavilənin müddətinin uzadılması ilə bağlı işdə heç bir sübut olmamışdır. Lakin, 1776 saylı bağa dair Ş.Haqverdiyevlə 1968-ci il tarixdə müqavilə bağlandıqdan sonra 1990-cı ildə Ə.Haqverdiyeva ilə yenidən müqavilə bağlanmış, bu zaman yerində inventarizasiya həyat a keçirilməklə akt tərtib edilmişdir. Göründüyü kimi, 1990-cı il tarixdə 1776 saylı bağ sahəsi P.Safaraliyevin deyil, Ə.Haqverdiyevin istifadəsində olmuşdur.
21. Bundan başqa, cavabdeh iddiaçının hazırda naturada göstərdiyi bağ sahəsinin sxematik xəritəyə əsasən 1776 saylı deyil, 6082, 6083 və 6084 saylı bağların yerinə uyğun gəldiyini bildirmişdir. Cavabdehin **********74 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən müəyyən olunmuşdur ki, göstərilmiş bağ sahəsi digər bağ sahəsi ilə birlikdə ümumi hasar daxilində yerləşir. İddiaçının iddia etdiyi bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır. Ümumi ərazidə olan digər bağ sahəsi ilə olan ara sərhəd isə şərti olaraq ayrılmışdır. Bağ sahəsinin nömrəsinə əsasən natu rada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, 1776 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Bağların bölgü sxeminə əsasən 1776 saylı bağ sahəsi göstərilən ərazidən təqribən 3550 metr aralı cənub-qərq istiqamətdə yerləşir. Göründüyü kimi, iddiaçı təqdim etdiyi müqaviləyə əsasən P.Safaraliyevə 1776 saylı bağ sahəsinin ayrıldığını bildirsə də, naturada digər bağ sahəsinə uyğun gələn torpağı göstərmiş, 40 ildən artıq istifadə etməli olduğu bağ sahəsini yerində mərzləşdirməmiş, hər hansı bir tikinti işləri aparmamaqla birlikdə göstərdiyi bağ sahəsi digər bağlarla ümumi hasar daxilində yerləşmişdir. Halbuki müqavilənin bağlandığı vaxt qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələ rinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Hazırda iddiaçının naturada 1776 saylı bağın uyğun gəldiyi ərazini deyil, digər bağ sahəsinə uyğun gələn ərazini göstərməsi torpaq ayırmanın başa çatmadığını, buna uyğun olaraq iddiaçının sənədlə atasına ayrılmış sahəyə deyil, digər sahəyə hüququn qeydə alınması üçün müraciət etdiyini təsdiq edir.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(103)-3242/2022 nömrəli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) iş üzrə məh kəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
24. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4467 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, göstərilən 0,25 ha torpaq sahəsi digər torpaq sahəsi ilə birlikdə ümumi hasar (0.3879 ha) daxilində yerləşir. Mütəxəssis rəyinə əsasən, göstərilən sahəyə digər fiziki şəxsin müraciəti yoxdur, lakin ərazi digər bağ sahələrinin ərazisidir. Qeyd olunan bağ sahəsinin bu əraziyə aidiyyəti yoxdur.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli, 2-1(103)-478/2023 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-496/2022 nömrəli, xx.xx.2022-c i il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıda kılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət q eydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
31. Azərbaycan Respublikasının İnzibati Prosessua l Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qayd asında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının naturada göstərdiyi ərazinin məhz 1776 saylı bağın ərazisi olmaması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsi tərəfindən bununla bağlı müvafiq araşdırma aparılması məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təy in edilmiş və təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi ərazi 1776 saylı bağın ərazisi deyil, digər bağ sahəsinin ərazisidir. Başqa sözlə iddiaçının naturada göstərdiyi sahə ilə müqavilədə göstərilən sahə eyni sahələr deyildir.
39. Bundan başqa, iddiaçının təqdim etdiyi müqavilədə göstərilən sahə ilə bağlı digər şəxsin adına da müqavilə mövcuddur. Belə ki, Ləhiş bağ massivində yerləşən 1776 saylı bağ sahəsi eyni zamanda iki şəxsə ayrılmışdır. Bağ sahəsi ilə bağlı P.Safaraliyevlə bağlanmış müqavilənin müddəti 1988-ci ildə bitmişdir ki, həmin tarixdən sonra müqavilənin müddətinin uzadılması ilə bağlı işdə heç bir sübut yoxdur. Buna baxmayaraq, həmin bağ sahəsi ilə bağlı Ş.Haqverdiyevlə 1968-ci il tarixdə müqavilə bağlandıqdan sonra 1990-cı ildə arv adi Ə.Haqverdiyeva ilə yenidən müqavilə bağlanmış, yerində inventarizasiya həyata keçirilməklə akt tərtib edilmişdir.
40. İddiaçı kassasiya şikayətində bağ sahəsinin onun istifadəsində olduğunu və Fəxrənsə Haqverdiyevanın ərizəsindən də göründüyü kimi, onun bağ sahəsi ilə heç bir əlaqəsi olmadığını bildirsə də, iş materiallarında olan hüquqmüəyyənedici sənədlər və işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən, P.Safaraliyevlə bağlanmış müqavilənin müddəti 1988-ci il tarixdə bitdiyindən 1990-cı il tarixdə 1776 saylı bağ sahəsi Ə.Haqverdiyevin istifadəsində olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsassızdır və aşağı instansiya məhkəmələri haqlı olaraq iddianın rədd edilməli olması barədə nəticəyə gəlmişlər.
41. Məhkəmə kollegiyası be lə nəticəyə gəlir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2023-cü il tarixli, 21(103)-478/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.