Məhkəmə qərarları › İş №2-1(102)-709/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-709/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-709/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh DSMF-nin 14 saylı Regional Ərazi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli, 2-1(107)-47/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE ********, FİN: xxxxxxx) xx xxxx 1978-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuşdur; Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır.

2. Cavabdehin 6 iyul 2018-ci il tarixli, 147 nömrəli qərarı ilə iddiaçıya 25 iyun 2018-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək 639,28 manat məbləğində pensiya təyin edilmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı 1 noyabr 2019-cu il tarixli, **********8 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən i ddiaçının əlilliyinin etibarsız edilməsinə dair TibbiSosial Ekspertiza və X1 (TSERAS) məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyri-qanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 1 iyul 2019-cu il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25 iyun 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək ona ümumilikdə qanunsuz olaraq 7.914,30 manat (yeddi min doqquz yüz on dörd manat otuz qəpik) məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsaitin qısa müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi xahiş olunmuşdur.

4. Cavabdehin 4 mart 2020-ci il tarixli, 147 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya təkrarən 4 mart 2020-ci il tarixdən 4 mart 2025-ci il tari xədək 712,67 manat məbləğdə pensiya təyin edilmişdir.

5. Cavabdeh iddiaçıya münasibətdə əmək pensiyasının geri qaytarılması haqqında 12 mart 2021-ci il tarixli **********6 nömrəli qərar qəbul etmişdir. Həmin qərarla iddiaçıdan 25 iyun 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixə və 1 aprel 2020ci il tarixdən 30 iyun 2020-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş cəmi 10.125,89 manat məbləğin 10 gün müddətində Qəbələ şəhər Z.Əliyeva-8 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının bank hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12 mart 2021-ci il tarixli **********6 nömrəli “artı q ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan qərara nəzər yetirdikdə aydın olur ki, həmin qərar cavabdehin iddia etdiyi kimi artıq ödənilmiş pensiyanın geri tələb olunması ilə bağlıdır. Lakin artıq ödənilmiş pensiyanın geri tələb edilməsi qaydası “İnzibati icraat haqqında” Qanun ilə deyil, “Əmək pensiyaları haqqında” Qanun ilə tənzimlənir. Həmin Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavə dən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısının ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasının əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanu nvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılması yalnız iki halda mövcuddur - tərəfin razılığı və məhkəmə qaydasında.

8. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Fondun Qəbələ rayon şöbəsinin 6 iyul 2018-ci il tarixli 147 nömrəli qərarı əsasında iddiaçıya 25 iyun 2018-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək 639,28 manat məbləğində 3-cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin şöbənin iddiaçıya ünvanlanan 1 noyabr 2019-cu il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlilliyinin etibarsız olmasına dair TSERAS-da məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən, iddiaçının əlilliyinin qeyri-qanuni olduğu müəyyən edilmiş və ona pensiyanın ödənilməsi 1 iyul 2019-cu il tarixdən dayandırılmışdır. Pensiyanın təyin olunduğu 25 iyun 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək ümumilikdə əsassız olaraq 7.914,30 manat məbləğdə vəsait ödənilmişdir. İddiaçı 4 mart 2020-ci il tarixdə yenidən müayinədən keçmiş və ona 5 illik müddətə, yəni 4 mart 2025-ci il tarixədək 3-cü dərəcə əlillik təyin olunmuşdur.

9. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2021 nömrəli qərarı ilə (hakim Fərid İsmayılzadə) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, hər-hansı şəxsə əsassız olaraq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ, bu hüququn həyata keçirilməsi prosesində ödənişlərin məhz həmin cavabdeh tərəfindən həyata keçirilməsi nəzərə alınmaqla, onun özü tərəfindən də həll edilməlidir. Elə bu səbə bdəndir ki, cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli, 2-1(107)-47/2022 nömrəli qərarı ilə (hakimlər: Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Rövşən Rəfiyev) Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-824/2 021 nömrəli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddiaçı barəsində cavabdehin 12 mart 2021-ci il tarixli, **********6 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarına istinad edərək hesab etmişdir ki, cavabdehin 12 mart 2021-ci il tarixli, **********6 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı artıq ödənilmiş pensiyanın hər ay 20% olmaqla tutulmasına dair 14 aprel 2020-ci ildə ərizə versə də, ona dəfələrlə borcun ödənilməsi barədə bildiriş göndərilmiş, lakin o, borcun ödənilməsindən imtina etmiş, cavabdeh orqanın qəbul etdiyi 12 mart 2021-ci il tarixli **********6 nömrəli qərarını icra etməyərək məhkəmə qaydasında mübahisələndirmişdir. Odur ki, onun ərizəsi artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasına dair razılığı kimi qəbul edilə bilməz. Belə olan halda isə, mübahisəyə məhkəmə qaydasında baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd olunur ki, iddiaçı artıq ödənilmiş pensiyanın hər ay 20% olmaqla tutulmasına dair 14 aprel 2020-ci ildə razılıq ərizəsi verdikdən sonra cavabdeh inzibati orqan tərəfindən 12 mart 2021-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərinə riayət edildiyi halda, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını pozaraq, cavabdehin qəbul etdiyi qanuni qərarı ləğv etmiş və iddiaçının xeyrinə qərar qəbul etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanı n qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası m əhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 22. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən 12 mart 2021-ci il tarixli **********6 nömrəli qərar iddiaçının 14 aprel 2020-ci il tarixli razılıq ərizəsindən sonra qəbul edilmişdir.

24. Məhkəmə kollegi yası cavabdehin dəlilini apellyasiya instansiyası məhkəməsinin ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iş materiallarında olan (iş v. 51) və cavabdehin istinad etdiyi razılıq ərizəsi 25 iyun 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək olan dövr ərzində iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin hər ay ona ödənilməli olan əlilliyə görə pensiya məbləğindən 20% tutulması ilə bağlıdır. Yəni həmin razılıq onda qeyd olunan dövrdə ödənilmiş 7914,30 manata münasibətdə verilmişdir.

25. Digər tərəfdən, həmin razılıq ərizəsində geri qaytarılmalı olan məbləğin mənbəyi kimi iddiaçıya yenidən – 4 mart 2020-ci il tarixdən təyin olunmuş əmək pensiyası göstərilmişdir. Lakin cavabdeh də təsdiq edir ki, iddiaçıya 4 mart 2020-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunsuz hesab olunaraq dayandırılmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının artıq ödənilmiş pensiya məbləğinin qaytarılma mənbəyi, deməli həm də istinad olunan razılıq ərizəsinin əsası aradan qalxdığından, həmin ərizə iddiaçının razılığı kimi qəbul oluna bilməz. Tələb olunan məbləğin hər hansı başqa qaydada tutulmasına və ya ödənilməsinə iddiaçının razılığı işdə yoxdur.

26. Cavabdehin mübahisələndirilən qərarında qeyd olunan ümumi məbləğin (10125,89 manat) qalan – 2211,59 manat (10125,89-7914,30=2211,59) hissəsinə münasibətdə isə, iddiaçının razılığı ümumiyyətlə olmamışdır.

27. Belə olan halda, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında deyil, məhkəmə qaydasında tutula bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin i ş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli, 2-1(107)-47/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar