Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-709/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “vurulmuş zərərin cavabdehdən tutularaq onlara ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2-1(103)2213/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı məhkəməyə müraciət edərək, AR Konstitusiyası ilə müəyyən olunmuş hüquqlarının pozulmasına səbəb olan qərarın AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilməsi nəticəsində məhkəmə instansiyalarında qanuni mənafelərinə vurulmuş 1.000.000 manat məbləğdə zərərin cavabdehdən tutularaq onlara ödənilməsinə dair qərar çıxarılması, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almadan müəyyən olunm uş qaydaları hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək kobud surətdə pozan müvafiq məhkəmə hakimləri barəsində xüsusi qərardad çıxarılmaqla nəzarətedici dövlət hakimiyyəti orqanlarına təqdimat ünvanlanması, iş üzrə keçiriləcək məhkəmə iclasında onların iştirakının təmin olunması məqsədilə müvafiq qərar qəbul edərək digər zəruri tədbirlərin görülməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-6135/2020 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.
3. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2-1(103)-2045/2021 nömrəli qərardadı ilə (hakimlər: V.Məmmədov /sədrlik edən və məruzəçi/, E.Nağıyeva v ə C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020ci il tarixli, 2-1(112)-6135/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-4611/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir.
6. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2213/2021 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, M.Tağızadə və H.Həmidov) Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021- ci il tarixli, 2-1(112)-4611/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
8. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə müraciət edərək dövlət vəsaiti hesabına vəkillə təmin olunmalarını xahiş etmişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2- 1(103)-2213/2021 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, M.Tağızadə və H.Həmidov) iddiaçıların dövlət hesabına vəkillə təmin olunma barədə vəsatəti rədd edilmişdir.
10. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-58 2/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-2213/2021 nömrəli qərardadı İddiaçı2 aid hissədə ləğv edilmiş və iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2213/2021 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, A.Hüseynov və C.Yusifov) İddiaçı2 kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması qərara alınmışdır.
13. İddiaçı xx.xx.2022-ci il tarixdə dövlət hesabına vəkillə təmin olunmuş və xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2213/2021 nömrəli, 20 ok tyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının ta rixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Mə cəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə
94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq ap elyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. İddiaçı kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmışdır.
16. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 6 oktyabr 2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən dövlət hesabına vəkil ilə təmin edilmiş və həmin tarixdə vəkil tərəfindən order tərtib edilmiş, lakin kassasiya şikayəti 9 yanvar 20 23-cü il tarixdə vəkilin elektron kabineti vasitəsi ilə elektron məhkəmə sisteminə yerləşdirilmişdir.
17. Bununla da iddiaçının kassasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti 6 noyabr 2022-ci il tarixdə bitmiş, yəni kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 ay müddət ötürülmüşdür.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)709/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli bildirişi ilə 7 aprel 2023-cü il tarixədək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmiş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məluma t verilmiş, ancaq iddiaçı tərəfindən kassasiya şikayəti üzrə müddətin onun tərəfindən buraxılmadığı, habelə şikayət üzrə müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir.
19. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçin in bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
20. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmadığından, kassasiya şikayəti mümkün sayılmamalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2213/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərardadından veridiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.