Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-709/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dayandırılmış əmək pensiyası ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərar qismən ləğv olunmaqla, yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1658/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya xx.xx.2018-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət təyin olunmuş, əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən müavinətin ödənişi dayandırılmışdır.
2. İddiaçıya xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 221.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır.
3. İddiaçı bununla bağlı cavabdehə müraciətlər etmiş və sonuncunun xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Təqdim olunmuş əmək kitabçasının surətinə və “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı 11 il 6 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 6 il 4 ay 6 gün sığorta stajına uyğun olaraq 5881,11 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 il 8 ay sığorta stajına uyğun 3157,87 manat olmaqla, ümumilikdə 9038,98 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçı xx. xx.2018-ci il tarixindən çox uşaqlı qadın kimi yaşa görə sosial müavinət aldığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Sığorta” altsistemində olan məlumatlara əsasən iddiaçı xx.xx.2021-ci il tarixindən (uçot tarixi) aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi qeydiyyatda olduğundan ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanlar nəzərə alınaraq, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qay dada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, iddiaçının pensiya təminatı hüququna yenidən baxıla bilər.
4. Cavabdehin “Sosial müavinət təyinatı üzrə” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-T101984/2023 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin olunması (bənd 5) qərara alınmışdır. Qərarda “Artıqvermənin səbəbi” kimi aktiv əmək müqaviləsi, əmək pensiyası etibarsız hesab edildiyi üçün və “Artıqvermə dövrü” kimi xx.xx.2019 – xx.xx.2020; xx.xx.2021xx.xx.2021-ci illər göstərilməklə (bənd 8), qərarın “Qeyd” hissəsində xx.xx.2019xx.xx.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olduğu üçün yaşa görə müavinət üzrə artıqvermə yarandığı, xx.xx.2021-xx.xx.2021-ci il tarixinə dək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıqvermə yarandığı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-101984/2023 nömrəli “Sosial müavinət təyinatı üzrə” qərarının qismən, yəni “xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat müavinət təyin edilməsi” (bənd 5); “əmək pensiyası etibarsız hesab edildiyi üçün” (bənd 8); “artıqvermə dövrü xx.xx.2021-xx.xx.2021-ci il” (bənd 8) və “xx.xx.2021-xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıq vermə yaranmışdır” (“Qeyd” bəndi)” hissələrində ləğv edilməsi və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 62 yaş 6 ayın tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilmiş iki şə rtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq və ya azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçıya münasibətdə həmin şərtlərdən heç biri ödənilmir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilə n şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixindən çoxuşaqlı ana kimi yaşa görə müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 15 dekabr 2023 -cü il tarixli, 2-1(112)-12322/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.1959cu il təvəllüdlü iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T101984/2023 nömrəli “Sosial müavinət təyinatı üzrə” qərarı qismən, yəni “xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat müavinət təyin edilməsi” (bənd 5); “əmək pensiyası etibarsız hesab edildiyi üçün (bənd 8); “artıqvermə dövrü xx.xx.2021-xx.xx.2021-ci il” (bənd 8) və “xx.xx.2021-xx.xx.2021-ci il tarixədək yaşa görə ödənilmiş əmək pensiyası etibarsız hesab edildiyi üçün artıq vermə yaranmışdır” (“Qeyd” bəndi) hissələrində ləğv edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa olunması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (yəni məbləğdən asılı olmayaraq), 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 221.2-ci maddəsinə uyğun olaraq hesablanır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı na malik olub-olmamasıdır. “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 760,79 manat təşkil edir.
10. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək, əmək pensiyalarına keçirilməsinə yol verilməməsi nəzərdə tutulur ki, hazırkı halda qeyd olunan madd ənin müddəaları iddiaçıya şamil edilə bilməz. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin olunmuş yaşa görə müddətsiz sosial müavinət əmək fəaliyyətinə başlaması əsası ilə xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Yəni iddiaçı ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (62 yaş 6 ay) çatdığı xx.xx.2022-ci il tarixdə artıq yaşa görə sosial müavinət hüququndan məhrum olduğu üçün, təyin edilmiş sosial müavinətin əmək pensiyasına keçirilməsini deyil, ona qanunla müəyyən edilmiş qaydada pensiya təyin olunmasını tələb etmişdir.
11. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. Hazırd a iddiaçının yaşa görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə müavinət təyin olunması sonuncunun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehə izah olunur ki, onun iddiaçıya artıqvermə dövründə - xx.xx.2021-xx.xx.2021-ci il səhvən ödənilmiş pensiya məbləğlərinin və xx.xx.2023-cü il tarixdən ödənilmiş müavinətin qaytarılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Səa dət Səlimova) 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1658/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən baş layaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası t əyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Maddə 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş aylıq sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublik asının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə t utulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şi kayət. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən d üşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt y alnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin d əlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə təyin olunmuş və xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa olunmasına və ödənilməsinə nail olmaqdan ibarətdir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının qeyd e dilən məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən s əbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
30. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1658/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.