Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-71/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( dövlət qulluqçusunun pensiyasının yenidən hesablanması ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Qax rayon şöbəsinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli Sərəncamına və “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləğinin hal-hazırkı maliyyə idarəsinin müdirinin vəzifə maaşına uyğun olaraq yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-427/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfində n müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra mətndə iddiaçı) müxtəlif işlərdə, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Qax rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində işləmiş, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. İddiaçı ona dövlət qulluğu kimi təyin edilmiş pensiya məbləğinin hal-hazırkı maliyyə idarəsinin müdirinin vəzifə maaşına uyğun olaraq yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli 32/192 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları’’nın 3-cü bəndində qeyd edildiyi kimi, pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Eyni zamanda, bu Qaydaların 10, 11 və 12-ci bəndlərinə əsasən, dövlət qulluqçusunun qulluq stajına görə əmək pensiyasının üzərinə əlavənin hesablanması üçün dövlət məvacibinin tərkibindəki bütün əlavələr onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış üzrə nəzərə alınır. Belə ki, Qax rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində işlədiyi müddətdə hal-hazırda qeyd olunan vəzifədə çalışan dö vlət qulluqçusuna verilən əlavələri alması haqqında təsdiqedici arayış təqdim etmədiyindən ona qulluq stajına görə əmək pensiyasına əlavənin hesablanması zamanı bu məvacibin nəzərə alınması qanunamüvafiq hesab edilmir. Bundan sonra, iddiaçı cavabdehə “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli Sərəncamına və “Dövlət Qulluğu" haqqında Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləğinin hal-hazırkı maliyyə idarəsinin müdirinin vəzifə maaşına uyğun olaraq yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarix li 3787 nömrəli Sərəncamı ilə dövlət qulluqçularının əmək haqqları 10 faiz artırılmışdır. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət qulluqçularının pensiya təminatı haqqında Əsasnamə”yə görə pensiyaya çıxmış pensiyaçının pensiyası buna müvafiq olaraq artırılmalıdır. Cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli və xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktublarla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının pensiyası “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3787 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda 40 il 11 ay stajı və Qax Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işlədiyi dövr əsas götürülərək 101 1,77 manat dövlət məvacibi nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.2 maddəsinə əsasən hesablanaraq 809,41 manat məbləğində müəyyən olunmuşdur. Sərəncamla əlaqədar olaraq pensiyanın yenidən hesablanması zamanı vətəndaş, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Qax Rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində işlədiyinə görə pensiya hesablanarkən dövlət məvacibinin hazırda Qax Rayon Maliyyə İdarəsinin müdiri vəzifəsində çalışan dövlət qulluqçusunun məvacibi nəzərə alınaraq hesablanması üçün müraciət etmişdir. Müraciətə baxıldıqdan sonra iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablandığı, eləcə də bu Qaydaların 10, 11 və 12-ci bəndlərinə əsasən dövlət qulluqçusunun qulluq stajına görə əmək pensiyasının üzərinə əlavənin hesablanması üçün dövlət məvacibinin tərkibindəki bütün əlavələr onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış üzrə nəzərə alındığı barədə məlumat verilmişdir. Belə ki, iddiaçının Qax Rayon Maliyyə idarəsinin müdiri vəzifəsində işlədiyi müddətdə hazırda qeyd olunan vəzifədə çalışan dövlət qulluqçusuna verilən müvafiq əlavələri almadığı və həmin əlavələri alması haqqında təsdiqedici arayış təqdim edə bilmədiyi üçün qulluq stajına görə ə mək pensiyasına əlavənin hesablanması zamanı bu məvacibin nəzərə alınması qanunamüvafiq olmadığına görə onun pensiyası yuxarıda qeyd edildiyi kimi müraciət etdiyi gündən əvvəlki, yəni Qax Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işlədiyi dövlət qulluğunun 24 ayı əsas götürülərək hesablanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-191/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.A.Məcidov) iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli Sərəncamına və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləğinin hal-hazırkı maliyyə idarəsinin müdirinin vəzifə maaşına uyğun olaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, dövlət qulluqçusunun pensiyası dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablandığından iddiaçının pensiyası yenidən hesablanmalıdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-427/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və M.R.Hüseynov) Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-191/2019 saylı, xx xxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-427/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçıya dövlət qulluğunda 40 il 11 ay stajı və Qax Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işlədiyi dövr əsas götürülərək 809,41 manat pensiya təyin olunmuşdur. İddiaçı ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləğ inin hal-hazırki maliyyə idarəsinin müdirinin vəzifə maaşına uyğun olaraq yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli 32/192 nömrəli məktubla imtina edərək bildirmişdir ki, “Dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10,11,12-ci bəndlərinə əsasən dövlət qulluqçusunun qulluq stajına görə əmək pensiyasının üzərinə əlavənin hesablanması üçün dövlət məvacibinin tərkibindəki bütün əlavələr onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvac ibinin hesablanması Qaydaları”nın 12-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Nəticə olaraq pensiyada olan dövlət qulluqçusunun pensiyasının hazırki dövlət qulluqçusuna verilən əlavələrə uyğun yenidən hesablanması üçün pensiyada olan dövlət qulluqçusu da həmin əlavələri aldığını sübuta yetirməlidir. Yalnız bu halda onun pensiyası hazırki dövlət qulluqçusuna verilən əlavələrdəki artıma uyğun yenidən hesablana bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edlməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3787 nömrəli Sərəncamı ilə dövlət qulluqçularının aylıq vəzifə maaşları bu Sərəncam ilə təsdiq edilmiş 1 nömrəli, 2 nömrəli və 3 nömrəli Əlavələrə uyğun müəyyən edilmişdir. “Dövlət Qulluğu haqqında" Azərbaycan R espublikası Qanununun 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması” Qaydalarının 1-ci bəndinə görə, həmin Qaydalar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. 10-cu bəndinə əsasən, qanunvericiliklə dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə pensiya təyin edən orqan dövlət qulluqçusunun pensiyasının yenidən hesablanmasını təmin edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanmalıdır. Bunun üçün dövlət qulluqçusunun qulluq etdiyi dövlət orqanı tərəfindən təsdiqedici arayışın təqdim olunması və ya dövlət qulluqçusunun həmin əlavəni alması qanunvericiliklə tələb olunmur. Cavabdeh inzibati orqanın həmin tələbi yuxarıda istinad olunan qanunvericilik normalarına ziddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəməl ər cavabdehin “Dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları” nın 3-cü bəndinə istinad edərək verdiyi imtina dəlilinə münasibətdə düzgün olaraq qeyd etmişlər ki, həmin Qaydaların 3-cü bəndinə əsasən pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Göründüyü kimi, həmin bənddəki hesablama pensiyanın yenidən hesablanması üçün deyil, pensiya təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi iddiaçıya Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli Sərəncamına və “Dövlət Qulluğu haqqında” Azər baycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən, ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləğinin hazırkı maliyyə idarəsinin müdirinin vəzifə maaşına uyğun olaraq yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-427/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-71/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-71/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver