Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-71/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxxxAzərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının müraciətindəki və iddia tələbindəki hüquqi marağının eyni olmasının nəzərə alınmaması, iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, onun vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı xxxxnın cavabdeh Azərbay can Respublikasının Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2008-2013-cü illərdə Bakı İslam Universitetində ilahiyyatçı-islamşünas ixtisası üzrə təhsil almış, ona xx.xx.2013-cü ildə xxx nömrəli diplom verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək onun xxxx nömrəli diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verildiyinin təsdiq olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli, 9-1161/31-24 nömrəli mək tubla iddiaçıya onun adına yazılmış xxxx №-li diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı İslam Universitetinin “İlahiyyətçi-İslamşünas” ixtisası üzrə tam kursu bitirməsinə dair xx.xx.2013-cü il tarixli, xxxx №-li diplomunun qanuni hesab edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq 5 il əyani təhsil aldıqdan sonra 2013-cü ildə Universiteti bitirmişdir. BİU tərəfindən “İlahiyyətçi-İslamşünas” ixtisası üzrə tam kursu bitirməsi barədə ona xx xxxx 2013-cü il tarixli, xxxx №-li diplo m verilmişdir. Təşkilatlar tərəfindən BİU tərəfindən onun adına yazılmış xxxx №-li diplom ciddi təhsil sənədi kimi qəbul olunmur və tanınmır. BİU-nun məzunu olaraq ayrı-seçkiliyə məruz qalır və vətəndaş olaraq hüquqları pozulur. Bütün bunlar da onunla əlaqəlidir ki, BİU tərəfindən adına yazılmış xxxx №-li diplom blankı dövlət nümunəli təhsil sənədi deyil. Cavabdeh onun müraciətini xx xxxxxx 2019-cu il tarixli G-l 161/31-24 məktubla cavablandırmışdır. Həmin məktubda bildirilir ki, adına yazılmış xxxx №-li diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir.
6. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blan kının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Cavabdeh iddia etiraz edərək bildirmişdir ki, iddiaçının sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, onun təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar’’a, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli 143 nömrəli fərmanına və Təhsil Nazirinin xx xxxxxx 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2009-cu il tarixli 1018 saylı əmri ilə BİU-nun fəaliyyətinə (bakalavr pilləsində Dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Lakin iddiaçının adına BİU tərəfindən yazılmış xx xxxx 2013-cü il tarixli xxxx nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. İddiaçı 2008-ci ildə ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunduğundan ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)2441/2019 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbinin təmin edilməsi, iddiaçının Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil mü əssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı BİU-da təhsil aldığı 2008-2013-cü illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Bu qənaət ondan irəli gəlir ki, həmin təhsil müəssisəsi iddiaçının təhsilə başladığı 2007-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş qurum kimi fəaliyyət göstərirdi və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də həmin dövrdə, yəni 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verildiyindən, lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz.
10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.M.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2441/2019 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi və əsaslan dırması ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə inzibati orqana müraciət etmədiyindən iddia mümkün sayıla bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən işə baxılarkən sübutlar təhlil edilməmişdir. Belə ki, iddiaçı Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsinin təmin edilməsi ilə bağlı c avabdehə dəfələrlə yazılı qaydada müraciət etmişdir. Bu da onu göstərir ki, apelyasiya instansiyası məhkəməsi sadəcə formal əsaslara söykənməklə birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
17. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məh kəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol v erilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etm əkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5.1 Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya instansiya sı məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Hazırkı iş üzrə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq iddia tələbini o əsasla mümkün saymamışdır ki, iddiaçının cavabdehə ilkin müraciəti yoxdur.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının məqsədi BİU tərəfind ən “İlahiyyətçi-İslamşünas” ixtisası üzrə tam kursu bitirməsi barədə ona verilmiş xx xxxx 2013-cü il tarixli, xxxx №-li diplomun qanuniliyinin tanınmasıdır. Bununla əlaqədar olaraq o, cavabdehə müraciət etmiş və cavabdeh xx.xx.2019-cu il tarixli, 9-1161/31-24 nömrəli məktubla iddiaçıya onun adına yazılmış xxxx №-li diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçının hüquqi marağı nəzərə alınmaqla, ona verilmiş xx xxxx 2013-cü il tarixli, xxxx №-li diplomun qanuniliyinin tanınması üçün müvafiq ixtisas üzrə təhsil almasına dair sənəd dövlət nümunəli blank olmalıdır ki, birinci instansiya məhkəməsi də iddiaçıya onun hüquqi marağını nəzərə almaqla tələbinin düzgün qoyulması istiqamətində yardım etmiş və iddiaçı iddia tələbini dəqiqləşdirmişdir. Ba şqa sözlə ifadə etsək, iddiaçının hüquqi marağı məhz təhsil haqqında sənədinin dövlət nümunəli blank olmasına nail olmaq, ilkin iddia tələbindəki sözləri ilə ifadə etsək isə diplomun qanuniliyinin tanınmasıdır ki, onun tələbi də məhz bu hüquqi marağa uyğun formalaşdırılmışdır.
25. İşə baxan apellyasiya instansiya məhkəməsi isə qeyd etmişdir ki, iddiaçı cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə onun № xxxx nömrəli diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verildiyinin təsdiq edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixli ərizəsində diplomunun tanınması barədə ona köməklik göstərilməsini, xx.xx.2018-ci il tarixli müraciətində isə Bakı İslam Universiteti tərəfindən verilmiş xxxx saylı diplomun tanınması haqqında arayış verilməsini xahiş etmişdir. Göründü yü kimi, iddiaçının hazırkı iddia tələbi ilə bağlı inzibati orqana müraciətinin olmadığı müəyyən edilmişdir.
26. Göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının hüquqi marağını yox, onun müraciətindəki və iddia ərizəsindəki tələbinin formalaşması zamanı istifadə olunan ifadələrin fərqli olmasını əsas götürməklə, onun cavabdeh inzibati orqana ilkin müraciətinin olmamasına görə iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir.
27. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
28. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıdakı əsaslara görə düzgün olmadığından kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsini qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndəril məlidir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.