Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-71/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1980, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-159/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Quba şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın 16 iyun 2021-ci il tarixli **********87 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əml akın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə ərizəyə əlavə olunmuş Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 12 may 2006-cı il tarixli, 4Ə-265 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş JN-048 (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığı, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığı aşkar olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba şəhəri ərazisində yerləşən 0.05 torpaq sahəsini 12 may 2006-cı il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Həmin torpaq sahəsi S.Mirzəyevə Quba bələdiyyəsinin 03 dekabr 2003-cü il tarixli, 213 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Göstərilən torpaq sahəsinə dair 30 mart 2006-cı il tarixində X3 adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquql arının qeydə alınması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
4. İddiaçı Torpaq Məcəlləsinin 55-ci, 66-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1, 10.2, 12.1, 15.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə istinad edərək cavabdehin imtinasını qanunsuz hesab edir.
5. Cavabdeh imtina məktubu ilə eyni məzmunda iddiaya dair etiraz təqdim etmiş və etirazda əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi məlum deyildir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1414/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilmiş, Quba şəhəri ərazisində yerləşən 0,05 ha tor paq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehim üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpağın X5 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilməsi və daha sonra onun tərəfindən alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılması iş materialları ilə təsdiq edilir. Torpağın əvvəlki sahibi S.Mirzəyevə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin dövlət aktının DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında qeydə alınmaması və elektron baza xəritəsində aşkar edilməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlə t orqanlarının funksiyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnu məhdudlaşdırmamalıdır. X1 verilmiş şəhadətnamə hazıradək mübahisələndirilməmiş, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Cavabdeh inzibati orqana isə həmin şəhadətnaməni mübahisələndirmək səlahiyyəti verilməmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)159/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1414/2021 nömrəli, 06 oktyabr 2021- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üçün əhəmiyyət kəsb edən halların düzgün müəyyən edilməsi üçün aidiyyəti orqanlara sorğular ünvanlamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Quba Bələdiyyəsi sədrinin 03 dekabr 2003-cü il tarixli, 213 nömrəli Sərəncamı ilə X4 fərdi yaşayış evinin tikintisi üçün Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən 500 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Quba Bələdiyyəsi tərəfindən torpaq sahəsinin situasiya planı tərtib edilmişdir.
11. Bundan sonra məhkəmə kol legiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilərək, iddiaçının faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsinin yerləşmə mövqeyinin Quba Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin situasiya planına, həmçinin torpağın mülkiyyətə verilməsinə dair JN-048 nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin sxeminə uyğunluğu, qeyd edilən torpaq sahəsinin elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçib-keçmədiyi, məqsədli təyinatına görə bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsinin hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) torpaqlara aid olduğu, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə, həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığının hansı (yararlı, az yararlı, yararsız) səviyyədə olduğu ilə bağlı mütəxəssis rəyinin verilməsi xahiş edilmişdir.
12. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilən mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin yerləşmə mövqeyi təyin olunmuş, torpaq sahəsinin yerləşmə mövqeyinin Quba Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin situasiya planına, həmçinin torpağın mülkiyyətə verilməsinə dair JN-048 nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsinin sxeminə uyğun olduğu, qeyd edilən torpaq sahəsinin elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçmədiyi, məqsədli təyinatına görə Bələdiyyənin qərarı ilə ayrılmış torpa q sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı deyil, yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən edilmişdir.
13. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas Quba rayon Bələdiyyəsi sədrinin 03 dekabr 2003-cü il tarixli, 213 nömrəli sərəncamı olmuş, torpaq sahəsi qanuni əsaslarla X4 ayrılmış, daha sonra onun tərəfindən iddiaçıya satılmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etir azın və apelyasiya şikayətinin dəlillərini təkrarlayır. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəl ləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmı ş dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat or qanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələ ri;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.
1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyə n olunmamışdır.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fak tiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tət biqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Quba Bələdiyyəsinin 03 dekabr 2003-cü il tarixli, 213 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmış 0,05 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncunun adına 30 mart 2006-cı il tarixli, JN048 KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir.
28. X5 mülkiyyətində olan 0,05 torpaq sahəsini notarial qaydada təsdiq olunmuş 12 may 2006-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iş üzrə İddiaçı satmışdır.
29. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində qeyd edilən müqaviləyə əsasən yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh Quba rayon Dövlət Notariat kontoru tərəfindən təsdiq edilmiş 12 may 2006-cı il tarixli, 4Ə-265 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş JN-048 (KOD ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığına, eyni zamanda Ərazi İdarəsinin elektron məlu mat bazasında olan xəritədə də öz əksini tapmadığına istinad etmişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, bu qərarın 18-ci bəndində istinad olunan normaya görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsaslardan biri qismində təsbit edilmişdir. İddiaçı hüququnun dövlət qeydiyyatına alınmasını və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsini tələb edərkən hüquqmüəyyənedici sənəd qismində məhz həmin müqaviləyə istinad etmişdir.
31. Tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi X3 adına DTXK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş 30 mart 2006-cı il tarixli, JN-048 KOD 30301004 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasında bağlanılmış və notariat qaydasında təsdiq edilmişdir.
32. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı həmin şəhadətnaməyə etimad göstərərək torpaq sahəsini X2 almışdır. Bu qərarın 18-ci bəndində istinad olunan norma baxımından 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir.
33. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən həmin şəhadətnamə qüvvədə oldu ğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir.
34. Hazırkı mübahisəyə münasibətdə X3 adına olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müqavilə bağlandığı dövrdə qüvvədə və beləliklə də, etibarlı olmuşdur. 35. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 36. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” həmin dövrdə (xx.xx.2006-cü ildə) belə şəhadətnamənin verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin şəhadətnamənin həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanı r və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında bağlanmış müqaviləyə əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
38. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq şəhadətnamə əsasında bağlanılmış müqaviləyə əsasən daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edil miş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır
39. Digər tərəfdən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilərək iddiaçının faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsinin yerləşmə mövqeyinin Quba Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin situasiya planına, həmçinin JN-048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dai r Şəhadətnamə”də qeyd edilən torpaq sahəsinin sxeminə uyğunluğu, qeyd edilən torpaq sahəsinin elektron bazada başqa fiziki şəxslərin adına qeydiyyatdan keçib-keçmədiyi, məqsədli təyinatına görə torpaq sahəsinin hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) torpaqlara aid olduğu, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə, həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığınin hansı (yararlı, az yararlı, yararsız) səviyyədə olduğu ilə bağlı mütəxəssis rəyinin verilməsi xahiş edilmişdir.
40. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin yerləşmə mövqeyi təyin olunmuş, torpaq sahəsinin yerləşmə mövqeyinin Quba Bələdiyyəsi tə rəfindən verilmiş torpaq sahəsinin situasiya planına, həmçinin torpağın mülkiyyətə verilməsinə dair JN-048 nömrəli Şəhadətnamədə qeyd edilən torpaq sahəsinin sxeminə uyğun olduğu, qeyd edilən torpaq sahəsinin elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçmədiyi, məqsədli təyinatına görə Bələdiyyənin qərarı ilə ayrılmış torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı deyil, yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən edilmişdir.
41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların təl əblərinin pozulması kimi qiymətləndirilməlidir.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-159/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.