Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-710/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh ASC-yə qarşı qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-710/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2141/2018 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kass asiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin ASAN Xidmətin Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində yerləşən idarəsinə müraciət edərək, ünvan 1 ünvanında 119 saylı mənzilə su sayğacının quraşdırılması, kod verilməsi məqsədi ilə müqavilə bağlanması üçün 2017-ci ilin xx ayında müraciət etsə də, bu günədək onunla müqavilə bağlanmadığını bildirərək, ünvan 1 ünvanında yerləşən 119 saylı mənzilə dair suyun alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il t arixli, 2-1(81)-2162/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim T.Əsədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il il tarixli, 2-1(103)-2141/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və X.Ə.Sarıyev) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından iddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izah atları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, MTK-nın təqdim etdiyi Sayğacların qəbul aktı sübut edir ki, mənzildə artıq 6 ildir ki, su sayğacı quraşdırılmış, Su Sayğacının texniki şərtlərə uyğun quraşdırılması, plombların Cavabdeh ASC-nə məxsus plonblanmanın müəssisəyə təhvil verilməsi barədə xxxx 2008-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, xxxx 2018-ci il tarixində MTK-nın nümayəndəsi X1 qəbul etdiyi 250.0 manat ödəniş çeki ilə 500 kub suyun sayğac göstərici əsasında iddiaçıdan pul alınmış, su sayğacına Cavabdeh ASC plomb vurmaqla, qəbul etmiş, qanunvericiliyə əsasən su sərfıyyatı üzrə mənzillərdə Cavabdeh ASC-nin plombu ilə təsdiqlənən cihazların ödənişi dövlət büdcəsinə ona verilmiş kod əsasında köçürülməsi nəzərdə tutulmuş, MTK iddiaçı ilə su haqqını almaq barədə hər hansı müqavilə bağlamamış, vətəndaşla MTK arasında mövcud olan müqaviləyə əsasən vətəndaşın istifadə etdiyi su, qaz, işıq xərcini MTK-nın ödəməsi barədə razılaşma olmamış, yalnız bütün MTK-larda olduğu kimi, təmizlik, lift, zibil daşınması xidmətləri üzrə kommunal xidmət haqqı ödənişi mövcuddur ki, bu da aylıq 50.0 manat təşkil edir. İddiaçı və Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessua l prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2141/2018 saylı qərarı ləğv edilərək, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 327 saylı, xxxx 2003-cü il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası “xxxx” MMC tərəfindən inşa edildiyindən qeyd olunan yaşayış binasının inşa edildiyi dövrdə həmin binada quraşdırılmış sayğacların qəbul aktı “xxxx” MMC tərəfindən təsdiq edilmiş, tikinti işləri yekunlaşdıqdan sonra həmin bina “xxxx” MTK-ya təhvil verilmiş, “xxxx” MTK-nın üzvü olan iddiaçı həmin binanın 119 saylı mənzilini, mənzilin əvvəlki sahibi X1, yaşayış binası “xxxx” MMC tərəfindən “xxxx” MTK-ya təhvil verildikdən sonra əldə etmiş, bununla bağlı “xxxx” MTK, X2 və iddiaçı arasında üçtərəfli müqavilə bağlanmış, maliyyə arayışı «xxxx» MTK tərəfindən verilmiş, cavabdeh 04.04.2018-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtinasını, tikinti aparan MTK texniki şərtin tələblərinə uyğun olaraq su və kanalizasiya şəbəkəsini qurmalı, hər bir mənzili sayğacla təmin etməli və cavabdehə müraciət edərək texniki şərtin tələblərini yerinə yetirdiyini bildirərək, həmin binada olan istehlakçıların fərdi qaydada abonentə çevrilməsini təmin etməli olduğu, digər tərəfdən mənzillərin satış zamanı vətəndaşla bağladığı müqavilədə su və kanalizasiya da daxil olmaqla kommunal xidmətlər göstərmək öhdəliyini MT K rəhbərliyi öz üzərinə götürməsi ilə əsaslandırmışdır. Apellyasiya Məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, birincisi yaşayış binalarının su təchizatı sisteminə qoşulması üçün öncə sifarişçinin (MTK-nın) müraciətinə əsasən müvafiq yerli icra hakimiyyəti orqanı su təchizatı müəssisəsinə sorğu verərək texniki şərt almalıdır, bundan sonra yaşayış binası su təchizatı sisteminə qoşula və ayrı-ayrı mənzil sahibləri fərdi abonentə çevrilə bilərlər, xxxx 2008-ci il tarixli, *** saylı aktda yalnız su sayğaclarının istismara buraxılması nəzərdə tutulmuş, ünvan 1 ünvanında yerləşən yaşayış binasının qanunvericiliyə uyğun və müvafiq yerli icra hakimiyyəti orqanının qərarı ilə texniki şərtə uyğun olaraq su təchizatı sisteminə qoşulması barədə iş materiallarında hər hansı sübut yo xdur, iddiaçı hazırkı iddianın əsaslılığını sübuta yetirməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xxxx 2015-ci il tarixli 5 №-li qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibət lərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yara nan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Qərarın 5.2-ci bəndində göstərilmişdir ki, dövlət hakimiyyət orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - idd ia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə də, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyini, mənzilə dair suyun alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə mübahisənin mülki hüquq münasibətlərin ə aid olmaqla həmin iddiaya ümumi (rayon) məhkəmələrdə baxılmalı olduğunu, həmin iddia tələbinə inzibati icraat qaydasında baxılmasının Azərbaycan Respublikası İPM-nin 2 və 35-ci maddələrinin tələblərinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2015-ci il tarixli 4 və 5 nömrəli Qərarlarında vurğulanmış hüquqi mövqeləri nəzərə alır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən prosessual hüquq normaları pozulduğundan, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2141/2018 saylı qərarı ləğv edilməli, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzər inə qoyulması barədə iddiası mümkün sayılmamalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2141/2018 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-710/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-710/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver