Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-710/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mənzillə təmin etmə və mənzil kirayə xərclərinin ödənilməsinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1(103)-2246/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 20 il 7 ay 6 gün təqvim ili olmaqla ordu sıralarında xidmət etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 mart 2014-cü il tarixli, 0218 nömrəli ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir.
3. İddiaçı ona yaşayış evi ilə təmin olunması barədə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişdir.
4. İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Vətəndaş İddiaçı ailə tərkibi 6 nəfər olmaq la (özü, 5 qohumu) A.Gəraybəyli küçəsindəki 11/15 №-li evin yaşayış sahəsi 33,65 kvm. olan, 2 otaqlı 161 №-li mənzilində daimi qeydiyyatda olduğundan, vətəndaş İddiaçı 1 nəfərli ailə tərkibi ilə (özü) hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi haqqında Nərimanov rayon İcra Hakimiyyəti 249 №-li, xx.xx.2020-ci il tarixli sərəncam qəbul etmişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
6. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti 285 №-li, xx.xx.2021-ci il tarixli sərəncamının surətinə əsasən, ehtiyata buraxılmış həbi qulluqçu İddiaçı Nərimanov RİHdə güzəştli şərtlərlə olan mənzil-uçotu işi üzrə mənzil növbəliyi sənədləri yeni yaşayış yeri üzrə Cavabdehnə göndərilmişdir.
7. İddiaçı hərbi vəzifə li şəxs kimi mənzil növbəsi siyahısına götürülməsi üçün cavabdehə müraciət etmişdir.
8. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyətlərdən pulsuz torpaq sahəsi almaq h üququ vardır. Qasımlı Rəşad “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil olunmur. Qeyd olunanlara əsasən onun ehtiyyatda olan hərbiçi kimi mənzil növbəlik siyahısına daxil etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən onun 4 nəfərlik ailə tərkibi ilə birlikdə (özü, arvadı və iki övladı) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış hərbi qulluqçu (hərbi vəzifəli) kimi mənzil növbəsinə götürülməsi, vətəndaşların bir inci növbəlik siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1977-ci il tarixdə Neftçala rayonu, Mirzəqurbanlı kəndində anadan olmuş, 1993-cü ilin iyul ayında Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır) qəbul edilmiş, 1997-ci ilin iyul ayında həmin ali təhsil məktəbini bitirmiş, 1997-ci ilin iyul ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən leytenant hərbi rütbəsi ilə hərbi xidmətə qəbul e dilərək zabit heyəti üzrə hərbi qulluqçu statusu əldə etmiş və 17 mart 2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət vəzifələrini icra etmişdir (21 təqvim ilindən daha çox). Azərbaycan Respublikası Müdafdiə Nazirliyinin 0218 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “j” bəndinə (öz arzu ilə) əsasən 17 mart 2014-cı il tarixdən mayor hərbi rütbəsində hərbi xidmətdən tərxis olunaraq 1-ci dərəcəli ehtiyat dərəcəsinə keçirilərək hərbi vəzifəli hərbi qulluqçu statusu almışdır. O, qüsursuz hərbi xidmətlərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəfərlərlə müxtəlif təltiflərə layiq görülmüşdür. O, ehtiyata buraxılmış hərbi vəzifəli kimi ilk dəfə 05 may 2015-ci il tarixdən Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsində, 04 noyabr 2021-ci il tarixdən isə Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsində hərbi qeydiyyata alınmışdır. O, 20 təqvim ilindən artıq hərbi xidmət etmiş və xidmət dövründə evlə (mənzil) təmin edilməmişdir. O, X1 ilə 22 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların X3 və X2 adlı övladları anadan olmuşdur. O, hazırda evlidir. Ailə tərkibi 4 nəfərdən ibarətdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 249 saylı, 06 avqust 2015-ci il tarixli sərəncamına əsasən onun ailə tərkibi 6 nəfər olmaqla (özü və 5 qohumu) Bakı ş əhəri, A.Gəraybəyli küçəsindəki 11/15 saylı evin yaşayış sahəsi 33,65 kv.m olan, 2 otaqlı 161 saylı mənzilində daimi qeydiyyatda olması nəzərə alınaraq 1 nəfərlik ailə tərkibi ilə (özü) ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsindəki 11/15 saylı evin yaşayış sahəsi 33,65 kv.m olan, 2 otaqlı 161 nömrəli mənzil mülkiyyətçisi tərəfindən satıldığına görə o, qeydiyyat ünvanını ona məxsus olmayan ünvan 3in, 73 saylı mənzilinə dəyişdirmək məcburiyyətində qalmış və bu səbəbdən mənzil növbəsinə durmuş olduğu uçot məlumatları Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəh əri Cavabdeh Başçısının Aparatının 30 dekabr 2021-ci il tarixli məktubuna əsasən onun ehtiyatda olan hərbi vəzifəli kimi mənzil növbəlik siyahısına daxil edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin 20 dekabr 2021-ci il tarixli məktubunda imtinanın hüquqi əsası kimi istinad etmiş olduğu maddi hüquq normasını səhv təfsir etməklə, yəni həmin Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasının ona şamil olunmadığı qənaətinə gəlmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, onun hərbi xidməti 21 təqvim ilindən daha çoxdur, bundan başqa cavabdeh tərəfindən nəzərə alınmayan digər məqam isə onun ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə artıq digər rayon icra hakimiyyəti tərəfindən uçota götürülmüş və məhkəmələr tərəfindən bu işlər üzrə formalaşmış vahid məhkəm ə təcrübəsi artıq vardır. Eyni zamanda qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Halbuki, cavabdeh tərəfindən istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətb iqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Bu baxımdan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasındakı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən et diyi məbləğdə və qaydada ödənilir
11. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsində qeyd edilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyətindən Cavabdehnə daxil olmuş Q-1-2-068, xx.xx.2021-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, ehtiyyata olan zabit İddiaçı Nərimanov rayon İcra Hakimiyyətində güzəştli şərtlərlə olan mənzil-uçotu işi üzrə növbəliyinə dair sənədlər toplusu vətəndaş İddiaçı yeni qeydiyyat ünvanı ilə əlaqədar Nəsimi RİH-ə göndərilmişdir. Mənzil-uçotu işinə əlavə olunmuş hüquq müəyyənedici sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Cavabdeh 4/1251, xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, “Hər bi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fədi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Vətəndaş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Qey d edilənlərə əsasən vətəndaş İddiaçı ehtiyyatda olan hərbçi kimi mənzil növbəlik siyahısına daxil etməyin mümkün olmaması barədə ona cavab verilmişdir. Hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1) yaşına, səhhətinə, ştatların ixtisarına görə ailə vəziyyətinə görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması; 2) yaşayış sahəsinin olmaması; 3) 15 təqvim ili və daha çox xidmət etməsi; Qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan 3 şərt tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nər imanov rayon İdarəsi tərəfindən təqdim olunmuş 353 saylı xx.xx.2015-ci il tarixli arayışdan məlum olmuşdur ki, mayor İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə xx.xx.2014-cü ildə təxris olub. Deməli, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilmir. Belə olduqda isə aydın olur ki, iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün hər hansı əsas yoxdur. Eyni mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında qeyd olunmuşdur.
12. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-5613/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia qismən təmin edilmiş, İddiaçı 4 nəfərlik ailə tərkibi (özü, arvadı, iki nəfər uşağı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olması işin mübahisəsiz halıdır. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq hüququ olmuşdur.
14. Məhkəmə iddia tələbinin “mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi” hissəsində iddia tələbini əsassız etmiş və nəticəni onunla əsaslandırmışdır ki, hərbi qulluqçunun mənzil növbəsinin ilk sıralarında daxil edilməsi üçün, o, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmş olmalıdır. Qanunvericilik yalnız 4 (yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə) kateqoriyadan birinə aid olan şəxsin ilk mənzil növbəsinə götürülməli olmasını şərtləndirmişdir. Hazırkı mübahisə üzrə İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığında onun mənzil növbəsinin ilk sıralarına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.
15. Məhkəmə iddia tələbinin “yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyə tinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində - 75 manat, 1.3. digər yaşayış məntəqələrində - 55 manat. Həmin Qərarın 2-ci hissəsin ə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yəni həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində konkret olaraq ehtiyata və ya istefaya buraxılan hansı hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Həmin hissədə nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1(103)-2246/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseyn – sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən sa xlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etmiş olduğu qərarı ilə hüququn tətbiq edilməsində (yanlışlığa yol vermişdir) səhv buraxmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin konkret hallarına uyğun olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında" Azərbay can Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsini hazırki iş üzrə tətbiq edə bilməzdi.
21. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə artıq digər rayon icra hakimiyyəti tərəfindən uçota götürülməsi və məhkəmələr tərəfindən bu işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinin olması da nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Hərbi qulluqçuların statusu haqq ında” Azərbaycan Respublikası Qanunu Maddə 12.2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra ha kimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. 12.7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xi dmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. 24. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş mü ddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində 75 manat, 1.3. digər yaşayış məntəqələrində - 55 manat. 25. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və ”Hərbi vəzi fə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orq anın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. İşdən göründüyü kimi, iddiaçının iddia tələbi 3 hissədən ibarətdir. 1) Onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi: 2) Mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi; 3) Yaş ayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi.
34. İşə baxan aşağı instansiya məhkəmələri tərəfindən “iddiaçının ehtiyata buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi” tələbini təmin edərkən hesab etmişlər ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq hüququ olmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 mart 2014-cü il tarixli, 0218 nömrəli ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmış və o xx.xx.1993-cü ildən xx.xx.2014-cı ilə qədər (20 il 7 ay 6 gün) Azərbaycan Respublika sı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
35. Məhkəmə kollegiyası iddiaçının tələbinin “Mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı qərarın 23-24 bəndində qeyd edilənlərə əsasən hərbi qulluqçunun mənzil növbəsinin ilk sıralarında daxil edilməsi üçün, o, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış olmalıdır. Göründüyü kimi, qanunvericilik yalnız 4 (yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə) kateqoriyadan birinə aid olan şəxsin ilk mənzil növbəsinə götürülməli olmasını şərtləndirmişdir.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığı üçün onun mənzil növbəsinin ilk sıralarına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.
37. Bundan başqa məhkəmə kollegiyası iddiaçının “yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi” iddia tələbinə münasibətdə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
38. Beləliklə həm Qanunda, həm də Nazirlər Kabin etinin qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində konkret olaraq ehtiyata və ya istefaya buraxılan hansı hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Həmin hissədə nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövc ud olmamışdır.
39. Həmçinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir.
40. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2246/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 21(103)-2246/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.