Məhkəmə qərarları › İş №2-1(102)-710/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-710/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-710/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi; iddia tələbindən kənara çıxma; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı mühar ibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-463/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya M/V-055806 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqənin əvəzinə xx.xx.2020-ci il tarixdə təkrarən müharibə veteranı vəsiqəsi verilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/3-1 nömrəli məktubunda bildirilir ki, iddiaçıya xx.xx.2014-cü il tarixli 208 nömrəli protokol ilə "Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir, ona xx.xx.2014- cü il tarixdə verilən M/V-055806 nömrəli vəsiqəsi korlandığı və ya yararsız hala düşdüyü üçün xx.xx.2020-ci il tarixdə M/V087713 nömrəli dublikat vəsiqə verilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək müharibə veteranı kimi ona ödənilməyən müavinətin ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir.

5. İmtinanın əsaslarına görə, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-c ı il 1 yanvardan öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Ona görə də iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüd xx.xx.2020-ci il tarixindən ötən illər üzrə təqaüdün təyin edilərək ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sosial müavinətin 3 il geriyə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İdd iaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır, xx.xx.2014-cü il tarixdə ona müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin ödənilməsinə başlanılmışdır. İddiaçı hesab edir ki, xx.xx.2014-cü ildə ona müharibə veteranı vəsiqəsi verildiyinə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinət hesablanıb verilməlidir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. cavabdehin etirazı:

8. Cavabdehin iddia tələbinə qarşı etirazının dəlillərini əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Gəncə İnzibati Məhkəməs inin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1098/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Müdafiə Nazirliyinin müvafiq Komissiyasının xx.xx.2014-cü il tarixli, 208 nömrəli protokoluna əsasən müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən etibarən müvafiq müavinət ona ödənilmişdir. Cavabdehin nümayəndəsinin izahatına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə müvafiq vəsiqəni təkrar olaraq almışdır, ilkin olaraq isə ona həmin vəsiqə xx.xx.2014-cü il tarixdə verilmişdir. Bu səbəbdən də mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün, yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq iddiaçıya ödənilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-463/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1098/2023 saylı qərarı iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları ü çün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş ödənilməmiş sosial müavinətin verilməsi hissəsində təmin etməkdə haqlı olmamışdır.

14. İddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsində nəzərə alınmalı olan dövr məhz xx.xx.2019-cu ildən geriyə hesabl anmalı olan dövrdür. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətlər alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Ona görə də, iddiaçıya xx.xx.2016-cı il tarixdən – xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edi lən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalarının 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən səhv hü quqi nəticəyə gəlmişdir.

17. Məhkəmənin iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinə dair mövqeyi qanunauyğun deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməli olduğu yazıldığından və iddiaçı xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç il üçün də müavinətin ödənilməsi barədə iddia tələbi qanunsuz və əsassızdır.

18. Yuxarıda qeyd olunanlara baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-463/2023 nömrəli qərarı ilə əsassız olaraq apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilmişdir.

19. Məhkəmə kollegiyası əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət əvvəlki illər üçün ödənilməmişdir və iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsində nəzərə alınmalı olan dövr məhz xx.xx.2019-cu ildən geriyə hesablanmalı olan dövrdür. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən İddiaçı veteran statusunu aldığı vaxtdan, yəni xx.xx.2014-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dən aldığı müavinət 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz olunmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçının iddia tələbindən kənara çıxaraq iddiaçıya müavinət ödənilən dövrlər üzrə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək) yenidən müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Halbuki inzibati orqan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə X.Əbilova müavinətin ödənilməsi həyata keçirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21.İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlən məyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 22.Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsində nəzərə alınmalı olan dövr məhz xx.xx.2019-cu ildən geriyə hesablanmalı olan dövrdür. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətlər alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Ona görə də, iddiaçıya xx.xx.2016-cı il tarixdən – xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ödənilməlidir.”.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. İddiaçı hesab edir ki, xx.xx.2014-cü ildə ona müharibə veteranı vəsiqəsi verildiyinə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinət hesablanıb verilməlidir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

27. İPM-in 52-ci maddəsinin tələbindən göründüyü kimi, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 2

8. Hazırkı halda, həmin normanın tələbi pozulmuşdur.

29. Digər tərəfdən, cavabdeh haqlı olaraq qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçının iddia tələbindən kənara çıxaraq iddiaçıya müavinət ödənilən dövrlər üzrə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək) yenidən müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Halbuki, inzibati orqan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə X.Əbilova müavinətin ödənilməsi həyata keçirilmişdir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmaqla İPM-in 52-ci maddəsinin, həmçinin, əslində irəli sürülən tələb üzrə İPM-in 12.1, 58.7 və 82ci maddələrinin tələblərini pozduğundan, apelly asiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. 32.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-463/2023 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar