Məhkəmə qərarları › İş №2-1(102)-711/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-711/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-711/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı inzibati iş üzrə QƏRAR (iş № 2-1(102)-711/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2704/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq pul təminatının 80%-i miqdarında xxxx 2018-ci il tarixdən aldığı pensiya ilə aylıq pul təmina tının 55%-i miqdarında xxxx 2018-ci il tarixədək aldığı pensiya arasındakı 3 illik fərqin xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edərkən 1995-ci ildə xidməti vəzifələrinin icrası zamanı xəsarət (travma) almışdır. Aldığı xəsarətin (travmanın) səbəb əlaqəsi haqqında ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 338 №-li, xxxx 2011-ci il tarixli qərarı verilmiş və qərarda aldığı xəsarətin (travmanın) səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə ahnmışdır” ifadəsi ilə göstərilmişdir. Əlillik dərəcəsinin təyin edilməs i haqqında müraciətinə əsasən 2011-ci ildə ona ilkin olaraq 2-ci dərəcəli əlillik qrupu verilmiş, bu əlillik hər il təsdiqlənmiş və 2016-cı ildə 12 saylı TSEK tərəfindən təkrar müayinə olunmuş və ona xxxx2016-cı il tarixdə səbəb əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmiş 5 il müddətinə 2-ci dərəcəli əlillik qrupu təyin edilmiş və ona cavabdeh tərəfindən 2-ci qrup əlilliyə görə aylıq pul təminatının 55 %-i miqdarında əmək pensiyası təyin edilmişdir. Lakin o, əlilliyinin səbəb əlaqəsinin təyin edilməsi üçün əsas olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 338 №-li, xxxx 2011-ci il tarixli qərarı ilə razı olmadığına görə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(85)-1597 №-li qərarı ilə 1995-ci ildə aldığı xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə qərarı icra olunmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 60 №-li, xxxx 2017-ci il tarixli Qərarı ilə 2011-ci ildə ona təyin olunmuş 2-ci əlillik dərəcəsinin səbəb əlaqəsi üçün əsas olmuş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xxxx 2011-ci il tarixli, 338 №-li qərarı ləğv edilmiş, 1995-ci ildə aldığı travmanın səbəb əlaqəsi dəyişdirilərək “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Komissiyasında o, yenidən müayinə olunmuş və xxxx 2018-ci il tarixdə onun əlilliyinin səbəb əlaqəsi olan “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirilməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilmişdir. Bununla əlaqədar ona cavabdeh tərəfindən aylıq pul təminatının 55 %-i təyin edilmiş pensiya xxxx 2018-ci il tarixdən artırılaraq aylıq pul təminatının 80 %-i miqdarında təyin edilmişdir. Bununla əlaqədar müvafiq tapşırıq verilməsi xahişi ilə xxxx 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günədək cavabsız və nəticəsiz qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)3212/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 2011-ci il tarixdən təminat xərcliyinin 55%-i miqdarında aldığı pensiya ilə 03.04.2018-ci il tarixdən 2-ci qrup müharibə əlil kimi təminat xərcliyinin 80%-i miqdarında aldığı pensiya arasındakı fərqin xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim E.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (S.Seyidova (sədrlik edən); hakimlər V.Məmmədov və İ.Əhmədov) xxxx 2018-ci il tarixli 21(103)-2704/2018 saylı, qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tər əfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3212/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il xx xx tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci iyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırası ndan olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ərazi üzrəTibbi Sosial Ekspert Komissiyasıdır, vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “Tibbi Sosial Ekspert Komissiyasının Müayinə aktından çıxarış”ında qeyd edilir, həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir. “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin olunması üçün ərizələrin qeydiyyata alınması 4.2.3-cü maddəsinə əsasən “Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən qeydiyyatdan keçirilir”.. iddiaçıya, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1 maddəsinə görə - “xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan 11 qrup əlillərə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyas ı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını nəzərdən keçirib, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2704/2018 saylı, qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarş ı xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək aldığı pensiya arasındakı fərqin 3 illik müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 2011-ci il tarixdə təyin edilmiş əlillik dərəcəsindən fərqli olaraq, xxxx 2018-ci il tarixdə təminat xərcliyinin 80 faizi miqdarında pensiya almaq hüququ verən “2-ci qrup Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsi təyin edilmiş, iddiaçı ona 2011-ci ildə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin əslində “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” olduğuna görə xxxx 2018-ci il tarixdən aldığı aylıq pul təminatının 80%-i miqdarında olan pensiya ilə 03.04.2018-ci il tarixədək aldığı aylıq pul təminatının 55%-i miqdarında olan pensiya arasındakı 3 illik fərqin hesablanaraq ona ödənilməsi barədə ərizə ilə xxxx 2018-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh qanunvericliklə müəyyən edilmiş müddət ərzində iddiaçının ərizəsinə cavab verməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, əlilliyin səbəbinin sonradan dəyişməsi heç də iddiaçıya keçmiş dövr üçün alınmamış pensiya məbləğinin verilməsindən imtina üçün əsas hesab edilə bilməz, iddiaçı keçirdiyi hərbi travma nəticəsində ona 2011ci ildə əlillik təyin edildiyindən, onun xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək olan dövr ərzində təminat xərcliyinin 80 faizi məbləğində pensiya almaq hüququn a malikdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların baş vermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin xx xx 2017-ci ilə qədərki redaksiyasına əsasən, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. İş materiallarına əsasən iddiaçıya xxxx 2011-ci ildə 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya əlillik onun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdiyinə görə deyil, bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdiyinə görə təyin edilmişdir. İddiaçı ona 2015-ci ildən əlilliyə görə pensiyanın təyin edilməsini tələb edirsə, əlilliyin xidmət dövründə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdiyini sübut edə bilməmiş, iddiaçıda müəyyən edilən əlilliyin səbəbi ümumi xəstəlik olmuş, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, iddiaçı əlilliyin səbəbinin ümumi xəstəlik olması barədə əvvəllər heç vaxt mübahisə açmamış, ona 2011-ci ildən ümumi əsaslarla 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il xxxx tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il xxxx tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndində qeyd edilmişdir ki, TSEK-in (tibbisosial ekspert komissiyaları) qərarından narazı qalan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) tərəfindən aparılır. Əsasnamənin 5.5-ci bəndinə görə TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada v ə məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən əvvəllər tərtib edilmiş aktlar iddiaçıya məlum olduğu v axtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin aktlar əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməli olduğu qeyd edilməmişdir. İddiaçının hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim K omissiyasının 10 noyabr 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il xxxx tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şə xsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26-cı bənd). Qeyd e dilənlərə əsasən iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alması xxxx 2017-ci il tarixli məhkəmə qərarına əsasən xxxx 2017-ci il tarixdən müəyyən edildiyindən və bu tarixlərədək iddiaçının əlilliyinin səbəbinin Azərbaycan Respublikasının müdafiəsi zamanı almasına dair qüvvədə olan inzibati akt olmadığından, iddiaçının isə həmin tarixlərdən deyil, xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək olan dövrlə bağlı əlilliyin səbəbinin ümumi xəstəliklə bağlı olmasına dair qüvvədə olan aktlar olduğundan, hazırkı iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarının qüvvəyə mindiyi tarixdən ona “2-ci qrup, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əl aqədar” əlillik dərəcəsi və müvafiq pensiya təyin edildiyi xxxx 2018-ci il tarixədək olan dövr üzrə fərqin ödənilməsi üçün məhkəməyə yeni iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, məhkəmə kollegiyası İPM-in 96.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı işə dair qərar qəbul edilməsini mümkün hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəm əsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2704/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək aldığı pensiya arasındakı fərqin 3 illik müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının xxxx 2018ci il tarixli, 2-1(103)-2704/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixədək aldığı pensiya arasındakı fərqin 3 illik müddət üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar