Məhkəmə qərarları › İş №2-1(102)-711/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-711/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-711/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddia müddəti, mümkünlük şərti, 2011-ci ilə qədər yaranmış münasibətlərlə bağlı inzibati orqanın hərəkətinin mübahisələndirilməsinin mümkünlüyü, işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatını n verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-182/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursu keçmiş, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.2008-ci ildən xx.xx.2012-ci ilə qədər N nömrəli hərbi hissəsində, xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilə qədər N nömrəli hərbi hissəsində, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. 2020-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 42.0.2-ci maddəsinə (xəstəliyə) əsasən ehtiyata buraxılmışdır.

2. Ağdam rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli, 21 iyun 2021-ci il tarixli Sərəncamı ilə anası Qanuni nümayəndə İddiaçı qəyyumu təyin edilmişdir.

3. İddiaçı qəyyumu Qanuni nümayəndə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 215, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 20 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı qəyyumu cavabdeh Azərbaycan Respublikası Müdafiə N azirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə oğluna ödənilməmiş pul mükafatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 sentyabr 2006-cı il tarixdən 05 aprel 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050,N və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Xidmətinin xx.xx.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Hərbi xidmətdə olduğu bu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbçi kimi ildə 1 dəfə mükafat ödənilməmişdir. Baxmayaraq ki, o, xidmət etdiyi dövrdə nizam-intizamlı hərbçi olmuş, komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında yerinə yetirmiş, nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandırılmış və heç bir cəza almamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü maddəsinin tələblərinə əsasən ona mükaf at ödənilməsinə mane olan heç bir hal müəyyən edilməmişdir. Belə olan halda hərbi xidmət zamanı nümunəvi xidmətə görə Müdafiə Nazirliyinə müraciət edərək xidmət dövründə ödənilməmiş mükafatın hesablanıb ona verilməsini xahiş etmişdir. Lakin Müdafiə Nazirliyi xx.xx.2021-ci il tarixli məktubla ödənişin aparılmasından imtina etmişdir.

7. Daha sonra iddiaçının qəyyumu Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu İddiaçı ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-950/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim X7) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırda tələb etdiyi pul mükafatı iddiaçıya ödənilmişdir. Odur ki, həmin məbləğin iddiaçıya yenidən ödənilməsi istisna edilir.

11. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-182/2023 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X5 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-950/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi məqsədi ilə işin yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli əmrli ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, işin hallarından göründüyü kimi Elçin Ağcavev 15 sentyabr 2006-cı ildən 05 aprel 2020-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050,N və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir.

17. Hərbi xidmətdə olduğu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbiçi kimi ildə 1 dəfə 13-cü;əmək haqqı ödənilməli idi. Lakin belə bir ödəmə aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4719 nömrəl i məktubunda istinad edərək qeyd etmişdir ki, Müdafiə Nazirinin 14 dekabr 2018-ci il tarixli müvafiq əmrinə əsasən (məxfi) N nömrəli Hərbi Hissənin hərbi qulluqçularının həmin dövr ərzində olduqları vaxt əmək haqqına əlavə 1.5 əmsalla verilmişdir. Əmrdən də göründüyü kimi bu əmr N nömrəli Hərbi Hissənin hərbi qulluqçularına aiddir. İşin hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissədə qulluq etməmişdir. Bundan başqa məhkəmənin iddiaçının qulluq etmədiyi N nömrəli hərbi hissənin yuxarıda qeyd edilən məktubuna əsaslanması özü yanlışlıqdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə pr oses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pr oses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi bir hissədə mümkün sayılmamalı, bir hissədə iş təkrar apelyasiya baxışına göndərilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırki işdə iddia tələbi 2006-2020-ci illərdə hərbi hissələrdə xidmət etd iyi dövrlərdə İddiaçı ödənilməmiş 13-cü əmək haqqının ödənilməsindən ibarətdir.

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarına düzgün qiymət verilməsi üçün mübahisələndirilən dövrləri illər üzrə şərti olaraq 3 hissəyə bölünməsini məqsədə müvafiq hesab edir. 1. 2006-2010-cu illər 2. 2011-2014, 2018, 2020-ci illər 3. 2015, 2016, 2017, 2019-cu illər 25. 2006-2010-cu illərə münasibətdə məhkəmə kollegiyası iddiaçının mövqeyini, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab edir. Belə ki, 2006-2010-cu illərə aid dövrlərlə bağlı iddia tələbi mümkün sayıla bilməz.

26. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

27. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasın dan sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məh kəmələr iddianın 2006-2010-cu illərə aid hissəsi ilə əlaqədar olaraq xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələb i üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, i ddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

31. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkü n olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

32. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 33. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

34. Hazırkı iş üzrə mübahisə predmetinin bir hissəsi iddiaçının 2006-2010-cu illərdə xidmət etdiyi dövrlərdə qanunla müəyyən edilmiş pul mükafatının verilməməsi çıxış edir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərək ətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

36. Beləliklə, hər bir halda iddiaçı 2006-2010-cu illərlə bağlı cavabdehin hərəkətini mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.

37. Xronoloji ardıcıllıqla iddia tələbinin 2011-2014, 2018 və 2020-ci illərə dair hissəsinə gəlincə məhkəmə kollegiyası bu hissədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.

38. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni əsaslandırmaq üçün iş materiallarına istinad etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 100 nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş 15 iyun 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya 2011-ci ildə N nömrəli hərbi hissədə döyüş hazırlığı aşağı səviyyədə olduğuna, zəif hərbi intizam və xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyinə görə bir dəfəlik pul mükafatı 75% həcmində ödənilmişdir (iş vər 143).

39. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli məktubda İddiaçı Hərbi hissə komandirinin 934 nömrəli xx.xx.2012-ci il tarixli əmri ilə 75%, Hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli əmri ilə 100%, Hə rbi hissə komandirinin xx.xx.2015-ci il tarixli əmri ilə 2014-cü il üçün 50% məbləğində birdəfəlik pul mükafatının verilməsi qeyd edilmişdir (iş vər 145).

40. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2018-ci il tarixli Müdafiə nazirinin müvafiq əmrinə (məxfi) əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçularına həmin dövr ərzində xidmətdə olduqları vaxt əmək haqqında əlavə 1.5 əmsalla verilmişdir (iş vər 76).

41. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli Müdafiə nazirinin qərarına əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı birdəfəlik pul mükafatı 2020-ci ilin may ayında hesablanaraq onun əmək haqqı kartına köçürülmüşdür (iş vər 78).

42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı davranışına, döyüş hazırlığına, hərbi intizam və xidməti vəzifələrinin yerinə yetirilməsinə uyğun olaraq 20112014, 2018, 2020-ci illər üzrə müxtəlif məbləğlərdə birdəfəlik ödəmələr aparılmış və bu hal iş materialları ilə təsdiq edilmişdir.

43. Odur ki, bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan şikayət təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. İddia tələbinin 2015, 2016, 2017, 2019-cu illərə dair hissəsinə gəlincə məhkəmə kollegiyası bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, apelyasiya instansiy ası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1 və 58-ci maddələrinin tələblərinə əməl etməmiş, həmin dövrlərlə bağlı ödəmələrin həqiqətən aparılıb aparılmamasına dair hər hansı sübut əldə etməməsinə baxmayaraq iddianın rədd edilməsi qərarına gəlmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, növbəti apelyasiya baxışı zamanı 2015, 2016, 2017, 2019-cu illərə dair ödəmələrin aparılıb aparılmaması müəyyən edilməli, bu məqsədlə cavabdehə və müvafiq banklara sorğu verilməklə iddiaçının adına ödəmələrlə bağlı məlumat əldə edilməlidir.

46. Odur ki, bu hissədə kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-182/2023 saylı qərarı 2006-2010-cu, eləcə də 2015, 2016, 2017, 2019-cu illər üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilsin. 2006-2010-cu illər üzrə iddia tələbi mümkün sayılmasın. 2015, 2016, 2017, 2019-cu illər üzrə mükafatların ödənilməsi tələbinə dair hissədə iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(104)-182/2023 saylı qərarı 2011-2014, 2018, 2020-ci illərə aid mükafatların ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar