Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-712/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-712/2019 Bakı şəhəri 06 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri X idmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2-1(103)-2329/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bi ldirmişdir ki, torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyətinin 09 oktyabr 2000-ci il tarixli, 958 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun adına rəsmiləşdirilmişdir. Lakin daha sonra torpaq sahəsinin sxeminin hazırlanması ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etdikdə, 09 oktyabr 2000-ci il tarixli sərəncamın kökünün idarənin arxivində olmadığı, habelə milli arvix idarəsinə göndərilmədiyi aydın olmuşdur. İddiaçı sxemin verilməsi və torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə hüquqi qüvvəsini almış məhkəmə qətnaməsində göstəri lənləri nəzərə almadan, Qaradağ rayon İcra Hakimiyyətinin müvafiq sərəncamının kökünün arxivdə olmamasına istinad etməklə qanunsuz olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2-1(81)2831/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və iddiaçının faktiki istifadəsində olmuşdur. Həmin sərəncamın həqiqiliyinə isə Qaradağ rayon Məhkəməsinin hüquqi qüvvəsini almış 28 iyun 2012-ci il tarixli, 2(002)999/2012 saylı qətnaməsi ilə qiymət verildiyindən, cavabdehin sərəncamın həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı na sorğu göndərilməsi əsası ilə torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqisadi Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2329/2018 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2-1(103)-2329/2018 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədo və Mirzə Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdir ilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərilmiş əsasları təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 15, 9, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67, 68, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə deyil, torpaq sahəs inin plan və ölçüsünün tərtib edilməsi ilə bağlı müraciət etmiş, onun müraciəti əsasında müvafiq araşdırma aparılan zaman Qaradağ rayon İcra Hakimiyyətinin 09 oktyabr 2000-ci il tarixli, 958 saylı sərəncamında iddiaçı barəsində heç bir məlumatın olmadığı, habelə məhkəmələrin istinad etdiyi Qaradağ rayon Məhkəməsinin 28 iyun 2012-ci il tarixli qətnaməsində cavabdehin üzərinə hər-hansı öhdəliyin qoyulmadığı müəyyən edilmişdir. Cavabdeh hesab edir ki, işin ədalətli və düzgün araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən iş üzrə üçüncü şəxslər qismində cəlb edilməli, iddiaçı tərəfindən təqim olunmuş s ərəncamın saxta olub-olmaması araşdırılmalı, habelə mübahisəli torpaq sahəsində ekspertiza keçirilməli idi. Lakin, məhkəmələr işi düzgün və qanunamüvafiq qaydada araşdırmamış və iddia tələbinin təmin olunması barədə qanunsuz qərar qəbul etmişdirlər. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olaraq iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 68-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ Faktiki hallar və sübutlar HİSSƏ Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2000-ci il tarixli, 958 saylı sərəncamının surətindən görünür ki, X4 Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılması barədə sərəncam etibarsız hesab edilmiş, bu torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi sakini İddiaçı verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-999/2012-ci il saylı, 28 iyun 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X2, Qaradağ rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Döv lət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehlərin müvafiq olaraq zəbt edilmiş sahənin boşaldılması, Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin sxeminin verilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbi təmin edilmiş, cavabdehlər X3 ünvan 2 ünvanda yerləşən 600 kv.m olan torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, ünvan 2 ünvanda yerləşən 600 kv.m olan torpaq sahəsinin sxeminin tərtib olunması Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinə, həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həv alə edilməsi qərara alınmış, həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 09 fevral 2018-ci il tarixli, **********5 nömrəli imtina məktubunun surətindən görünür ki, Bakı şəhər Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuş sənədlərin surət olması və ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsi (idarəyə rəsmi daxil olmayıb) ilə bağlı Bakı şəhər Ərazi İdarəsinə hər hansı öhdəlik qoyulmadığı, həmçinin təqdim edilmiş yerləşmə cizgisinin perimetrik ölçülərin qeyd olunmaması və Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 958 saylı, 09 oktyabr 2000-ci il tarixli sərəncamın (arxiv arayışı yoxdur) həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilməsi əsas gətirilərək, iddiaçının müraciətindən imtina edilmişdir. Hü quqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsasl arını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər onun mülkiyyətinin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş əsaslardan birinə aid olduğu üçün, cavabdehin imtinası qanunsuz olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin bir dəlilinə görə, iddiaçı torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə deyil, torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi ilə bağlı müraciət etmişdir. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əs as hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. İşin hallarına uyğun olaraq maddənin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılması üçün əsas kimi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2000-ci il tarixli sərəncamı olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 09 fevral 2018-ci il tarixli məktubla iddiaçının torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılması bildirilmişdir. Bununla isə məhkə mə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, bildirilmiş dəlil əsassızdır, çünki cavabdeh tərəfindən bilavasitə özünün məktubunda iddiaçının müraciət etdiyi məsələ barədə bildirilmişdir. Cavabdehin mübahisələndirdiyi digər məsələ ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmamış, çünki tərəflərindən araşdırmanın aparılması məqsədilə müvafiq sorğular verilmiş və alınmış cavablara görə, Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 09 oktyabr 2000-ci il tarixli sərəncamında iddiaçı barəsində heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İstinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərd ə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; - 14.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər; - 14.2-ci maddəsinə əsasən, qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir; - 14.4-cü maddəsinə əsasən, qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir; - 15.1-ci maddəsinə əsaəsn, hüquqların dövlət qe ydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Sənədlərin yoxlanılması zamanı onların həqiqiliyi ilə bağlı cavabdehin şübhəsi olduğu təqdirdə, müvafiq dövlət orqanlarına sorğular verilməklə onlara dair məlumat alınmalıdır. Bu halda cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatı dayandırılmalıdır. Lakin icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı etibarsız hesab olunduğu, habelə qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqləndiyi halda, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. Cavabdehə təqdim edilmiş sənədlərin yoxlanılması vəzifəsinin olması barədə qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması və şübhələr olduğu halda onlara dair sorğuları n verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin cavabdehin iddiaçıya ünvanlanmış məktubda iddiaçının ərizəsi üzrə yuxarıda istinad edilmiş Qanunun 14-cü maddəsinin tələblərinə əsasən sorğuların verilməsi səbəbindən hüququnun dövlət qeydiyyatının dayandırılması barədə bildirilməsi əvəzinə, istinad edilmiş Qanunun 15-ci maddəsinə əsaslanmaqla ərizənin icrasından imtina edildiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqularının qeydiyyata alınması proseduru zamanı cavabdeh tərəfindən yuxarıda təsvir edilmiş qaydaya riayət edilməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən isə Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin araşdırılması prinsipinə uyğun olaraq iddiaçının təqdim etdiyi sənədlər üzrə nəticəyə gəlinmişdirlı r. Həmin nəticə işin yuxarıda əks olunmuş hallarına uyğun olmuşdur. Belə ki, istinad edilən Qanunun: - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;torpaq sahəsinin planı və ölçüsü;torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddədə nəzərdə tutulduğu kimi, iddiaçı tərəfindən notarial qaydada təqdim edilmiş icra hakimiyyətinin sərəncamı, icra hakimiyyətinin aparatı tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxemi, habelə torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəri təçəkmə Komitəsinin üzərinə qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilmişdir. Habelə, cavabdeh tərəfindən icra hakimiyyıtinin sərəncamı mübahisələndirildiyindən Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə inzibati icraata cəlb eilmiş, lakin onlar tərəfindən həmin sərəncamla bağlı mübahisə olunduğuna dair etirazlar daxil olmamışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq istinad edilmiş Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulduğu kimi, icra hakimiyyətitərəfindən qəbul edilmiş sərəncamı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas kimi qəbul etmişdir. Digər dəlil kimi cavabdeh göstərmişdir ki, mübahisənin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalıdırlar. Dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçü ncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin tələblərindən də göründüyü kimi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən amil – həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı haldır. Lakin cavabdeh tərəfindən istinad edilmiş qurumların cəlb edilməsi ilə bağlı hansı məsələnin araşdırılmalı olduğundan irəli gəldiyi, yəni qanunla qorunan hansı maraqlara toxunulduğu (misal üçün, torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı və yaxud torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxslərə hər hansı hüquqla məxsus olması və s.) barədə bildirilməmiş və bu hissədə kassasiya şikayəti əsaslandıılmamışdır. Qeyd edilənləri nəzərə almaqla əlavə qitmətləndirmənin aparılmasını məhkəmə kollegiyası mümkün hesab etmir. Beləliklə, Ali Mə hkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2-1(103)-2329/18 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-712/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-712/2019
06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver