Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-712/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçılar cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: çıxarışın verilməsi tələbinin mümkünlüyü) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı iştirakı ilə, İddiaçılar Iddiaçılar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun təsdiq edilməsi barədə yeni çıxarışın verilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-573/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan ünvanda yerləşən evi alqı-satqı müqaviləsinə əsasən iddiaçı X1 Iddiaçı1 arvadı Iddiaçı2 arasında həmin evə mülkiyyət hüququ ilə bağlı mübahisələr yaranmış, bu mübahisələrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2014-cü il və 29.09.2015-ci il tarixli qətnamələri ilə hüquqi qiymət verilmiş, nəticədə mübahisəli ev və 600 m2 sahəsinin 1/5 payda Iddiaçı2, 1/5 payda X1, 1/5 payda Iddiaçı1 vərəsəlik qaydasında mülkiyyət hüququ tanınmış və müvafiq çıxarışda öz təsdiqini tapmışdır. Bununla razılaşmayan iddiaçılar cavabdeh Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “25.06.2012-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində vəfat etmiş Iddiaçı1 hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan və Rusiya Federasiyasının vətəndaşları olan həyat yoldaşı olmuş Iddiaçı2 və onun övladları Iddiaçı2, Iddiaçı1 adlarına verilən 19.01.2017-ci il tarixli seriya ** ******, ******-***** reyestr qeydiyyat nömrəli çıxarışın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ünvan saylı evə Iddiaçı1 və Iddiaçı2 adlarına mülkiyyət hüququnun təsdiq edilməsi barədə yeni çıxarış verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmələrin mövqeyi Şəki İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(84)-1190/2019 saylı, 27.08.2019-cu il tarixli qərardadına əsasən, iddia mümkün sayılmamışdır. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1190/2019 saylı, 27.08.2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsi üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-573/2019 saylı, 17.10.2019-cu il tarixli qərardadına əsasən, şikayət təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-1190/2019 saylı, 27.08.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həm çinin yuxarı instansiya məhkəmələrində belə şikayətə baxılmasını qeyri-mümkün edir. İddiaçılar kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-573/2019 saylı, 17.10.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə Rusiya Federasiyası vətəndaşlarının adlarına 17 saylı ərazi idarəsi tərəfindən verilən çıxarış heç vaxt mübahisə predmeti olmamışdır və bu səbəbdən də apellyasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərardadda Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsini səhv tətbiq etmişdir. Kassator, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71-ci, İPM-in 78, 90, 91, 94-cü maddələrini rəhbər tutaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-573/2019 saylı, 17.10.2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Ali Məhkəmə Kollegiyası işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-573/2019 sayl ı, 17.10.2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların qanunsuz hesab edilməsini tələb etdiyi çıxarış qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş, iddiaçılardan Iddiaçı2 yuxarıda qeyd olunan işlərdə tərəf olmasa da, həmin dövrdə onun anası, iddiaçılar arvadı X2 tərəf olmuş, X2 22.04.2016-cı ildə ölmüş, mübahisəli mənzil və torpaq sahəsi miras əmlak olmuş və birinci növbə vərəsələr arasında çəkişmə predmeti olmuş, miras açılan zaman iddiaçı1 Iddiaçı2 ümumiyyətlə vərəsə olmamışdır. Apellyasiya instansiya məhkəməsində aparılan araşdırmanın nəticəsində hazırkı iddianı qaldırmağa iddiaçı1 Iddiaçı2 subyektiv hüququnun olmadığ ı məlum olur. Subyektiv hüququ olduğu halda belə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına dair hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildi kdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Prosessual hüquq normalarını düzgün tətbiq edərək apellyasiya instansiya məhkəməsi işə baxılmasının mümkünlüyü məsələsini araşdırmış və əsaslandırılmış qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərində iddiaçı qeyd etmişdir ki, sözügedən çıxarış heç vaxt mübahisə predmeti olmadığından bununla bağlı apellyasiya instansiya məhkəməsi İPM-in 78-ci maddəsini tətbiq edə bilməz. Bu dəlilə münasibətdə Ali Məhkəmə qeyd edir ki, sözügedən çıxarış mübahisəli mənzil və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəddir və həmin mübahisələrlə bağlı məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra onların icra olunması məqsədilə verilmişdir. Azərbaycan Respublikası M ülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən, məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi, mübahisə predmeti olan mənzil və torpaq sahəsinə mülkiyyət hüququ ilə bağ lı qəbul olunmuş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi müvafiq çıxarışın verilməsini şərtləndirir və belə olan halda apellyasiya instansiya məhkəməsi qanunvericiliyin normalarını işin faktiki hallarına düzgün tətbiq edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Müm künlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklər in icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin göstərilən tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: İddiaçılar Iddiaçılar kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2-1(107)-573/2019 saylı, 17.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-712/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-712/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver