Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-712/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil Avtandil oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “sərəncamın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1334/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat 2-1(81)-130/2019 iş üzrə icraat
1. İddiaçı 2017-ci il 24 yanvar tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 26.0 kv.m. olan yaşayış otağına görə hər kv.m. sahəsinin dəyəri 1500 manatdan olmaqla, ümumilikdə 39.000 manat ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsasland ırmışdır ki, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi, 129 saylı ev onun babası Axund X3 xüsusi mülkiyyətində olmuşdur. 2015-ci il 18 oktyabr tarixdə 31 saylı Dövlət Notariat Kontoru tərəfindən həmin evə dair ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən 2015-ci il 11 noyabr tarixdə evin 26 kv.m. sahəsi olan sahə onun xüsusi mülkiyyətinə keçmiş və hazırda da xüsusi mülkiyyətindədir. Ona bu yaxınlarda məlum olmuşdur ki, babasının mülkiyyətində olan həmin 26 kv.m. otaq Cavabdeh tərəfindən əsassız olaraq X1 adına rəsmiləşdirmişdir. Belə ki, X babası ilə bitişik qonşu olmuş, Bakı şəhəri x evdə yaşamışdır. X Cavabdehnə 1989-cu ildə müraciət edərək onun babasına məxsus olan sahəsi 26 kv.m. olan otağı dağılmış otaq kimi qələmə verərək həmin otağın onun balansı na verilməsini xahiş etmişdir. Buna görə də Cavabdeh qanunsuz olaraq ünvan 2 ünvanda yerləşən bir otağın Xya verilməsinə dair 12/11 saylı, 02 iyun 1989-cu il tarixli sərəncam vermişdir. Daha sonra Cavabdeh araşdırma aparmış, İcra Hakimiyyəti özünün 12 dekabr 1989-cu il tarixli, 25/14 saylı qərarı ilə ünvan 3 ünvanda yerləşən bir otağını Xya verilməsinə dair 12/11 saylı, 02 iyun 1989-cu il tarixli sərəncamını ləğv etmiş və 26 kv.m sahəni 129 saylı evin X3 vərəsələrinə məxsus olmasını təsdiq etmişdir. X qeyd edilən ləğv edilmiş 12/11 saylı, 02 iyun 1989-cu il tarixli sərəncamı yenidən Cavabdehnə təqdim edərək, həmin yaşayış sahəsinin öz mənzilinin üzərinə əlavə edilməsini xahiş etmişdir. Cavabdeh qanunsuz olaraq 22 dekabr 2000-ci il tarixli, 923 saylı sərəncamla onun babasına məxsus olan 26 kv.m. sahəsi olan yaşayış otağını Xya məxsus olan x mənzilinə birləşdirməsini qərara almışdır. İddiaçı 22 dekabr 2000-ci il tarixli, 923 saylı sərəncamın ləğv edilməsinə dair ərizə ilə Cavabdehnə yazılı müraciət etmiş, lakin Cavabdeh həmin sərəncamın ləğvindən əsassız olaraq imtina etmişdir. İddiaçı həmin imtina məktubunu almamışdır. Bununla bağlı idarəyə müraciət etdikdə, ona imtina ilə bağlı məktub verilmişdir. Hesab edir həmin imtina tam qanunsuz və əsassız olmuşdur.
3. İddiaçı 2017-ci il 27 aprel tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000-ci il 22 dekabr tarixli 923 saylı sərəncamın verilməsi, habelə sonuncu sərəncamdan irəli gələn M.Muxtarov küçəsi 131 saylı evə bitişik və faktiki olaraq həmin ana Axund X3 adına qeydiyyatdan keçm iş əmlakın 3-cü şəxslərə verilməsi (təhkim edilməsi) ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, iddiaçının xeyrinə 82 000 manat əmlakın bazar dəyərinə görə, 51000 manat əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə, habelə vurulmuş mənəvi ziyana görə 10 000 manat, cəmi 143 000 manat vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1719/2017 saylı, 2017-ci il 30 iyun tarixli qərarı ilə iddia rədd edilmişdir.
5. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 13 sentyabr tarixli 2-1(103) -2178/2017 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 2017-ci il 30 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 06 fevral tarixli, 2-1(102)-203/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 13 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 may tarixli, 2-1(103)-1009/2018 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 iyun tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması ü çün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2-1(81)-1866/2019 iş üzrə icraat
10. İddiaçı, həmçinin 2017-ci il 25 dekabr tarixdə Cavabdehnə qarşı Bakı şəhəri, M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin ana Axund X3 adına qeydiyyatdan keçmiş əmlakın 3-cü şəxslərə verilməsinə dair (təhkim edilməsi) Cavabdeh başçısının 2000-ci il 22 dekabr tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncamla iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi əmlakın bazar dəyərinə görə 82 000 manat, əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə 51 000 manat, habelə vurulmuş mənəvi ziyana görə 10 000 manat, cəmi 143 000 manat vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 1 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsində başqa iddia qaldırmışdır.
11. İddiaçı 2018-ci il 23 aprel tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin ana Axund X3 adına qeydiyyatdan keçmiş əmlakın üçüncü şəxslərə verilməsinə dair Cavabdeh başçısının 2000-ci il 22 dekabr tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 may tarixli, 2-1(81)818/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 07 avqust tarixli, 2-1-(103)-1974/2018 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 may tarixli qəra rdadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 noyabr tarixli, 21(81)-818/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş və iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 aprel tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(81)-1866/2019 və 2-1(81)-130/2019 nömrəli inzibati işlər 2-1(81)130/2019 nömrə ilə bir icraatda birləşdirilmişdir. 17. 1 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli 21(81)-130/2019 saylı qərardadı ilə iddia tələbi “Cavabdeh 2000-ci il 22 dekabr tarixli, 923 saylı sərəncamın verilməsi, habelə sonuncu sərəncamdan irəli gələn M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin anda Axund X3 adına qeydiyyatdan keçmiş əmlakın üçüncü şəxslərə verilməsi (təhkim edilməsi) ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsində mümkün sayılmamışdır.
18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir. 19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu 12 dekabr tarixli 2-1(81)130/2019 saylı qərarı ilə sərəncamın etibarsız hesab edilməsi və ziyanın ödənilməsi barədə iddia qismən təmin edilmiş, İddiaçı ünv an 1 ünvanda yerləşən sahəsi 26.0 kv.m. olan yaşayış otağına görə hər kv.m. sahəsinin dəyəri 1500 manatdan olmaqla, ümumilikdə 39.000 manat ödənilməsi, 1000 manat mənəvi ziyanın ödənilməsi, Cavabdeh başçısının 2000-ci il 22 dekabr tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
20. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli, 2-1(103)-678/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “iddianın mümkün sayılmaması barədə” 2019-cu il 12 dekabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1334/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli qərarı “Cavabdeh başçısının 2000-ci il 22 dekabr tarixli, 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh başçısının 2000-ci il 22 dekabr tarixli, 923 saylı sərəncamı qanunsuz hesab edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələ binin tam təmin olunmasını xahiş etmişdir.
25. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının mülkiyyətində olan əmlak nə dövlət ehtiyacı üçün nə də digər ehtiyaclar üçün sökülməmiş, əksinə qeyri-qanuni olaraq digər şəxsin mülkiyyətinə verilmiş və Bakı şəhərinin elit rayonlarından birində yerləşən əmlak qeyri-qanuni şəkildə digər şəxsin mülkiyyətinə verilmiş və əmlakın qiyməti günü-gündən artmaqda davam etmişdir. İddiaçı cavabdehin qanunsuz olan hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. Həmin əmlakın bazar qiyməti heç bir halda 39000 manat ola bilməz. Belə ki, elan saytlarına baxdıqda, həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin dəyəri çox yüksəkdi. Qanunvericiliyə əsasən kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır. Yalnız məhkəmənin qərarı bunun tam əksini göstərmişdir.
27. Cavabdeh başçısının 2000-ci il 22 dekabr tarixli sərəncamından sonra iddiaçı qanunsuz olaraq həmin əmlakından məhrum olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, həmin tarixdən iddia verilən tarixədək iddiaçının mülkiyyəti digər şəxslər tərəfindən istifadə edilmişdir və hazırda da qeyri-yaşayış obyekti kimi istifadə edilir. Halbuki, iddiaçı həmin əmlakı özü istifadə etsəydi və ən azı icarə və ya kirayəyə versəydi müəyyən qazanc əldə etmiş olardı. b. məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
29. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
30. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
34. İşdən göründüyü kimi Cəfərov X11 Rayon Məhkəməsinə iddia ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh X7 qeyri-qanuni sahibliyindən götürülməsini, evin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, cavabdeh X6 maddi ziyanın tutulmasını, M.Muxtarov küçəsində yerləşən 129 saylı evə dair X2 16.02.2001-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsini, X4 ilə X5 arasında bağlanmış 08.07.2006-cı il tarixli, X5 ilə X13 arasında bağlanmış 31.07.2010-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və 28.08.2010-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh X5 İddiaçı qarşı Bakı şəhəri 18 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 26.11.2015-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələb i irəli sürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)1297/2016 saylı iş üzrə 03.05.2016-cı il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.12.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
35. Qeyd olunan məhkəmə qətnaməsinə görə, iddia olunan tikiliyə yerində baxış keçirilərkən tikilinin aid olduğu ünvanın (M.Muxtarov 129) mövcud olmadığı müəyyən edilmişdir.
36. İşin materiallarına görə, iddiaçının babasının ölümündən sonra mirasın qəbul edilməsi müddəti 1985-ci ildə məhkəmə qətnaməsi ilə uzadılsa da, iddiaçı həmin mülkdən faktiki istifadə etməmiş, mirasa dair qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnaməni isə yalnız 2015-ci ildə almışdır.
37. Tikilinin qiymətləndirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, həmin tikili, - iddiaçının şikayətində qeyd etdiyi kimi, - bilavasitə dövlət ehtiyacları üçün alınmasa da, tikilinin yerləşdiyi həmin ərazi üzrə dövlət ehtiyacları üçün alınan köhnə tikili sahələrinə dair müəyyənləşdirilmiş qiymətin (hər kv.m üçün 1500 manat) tətbiqi əsaslı olmuşdur. Əslində, iddiaçı özü də ilkin tələbində məhz həmin qiymətləndirməyə əsaslanmışdı. O, sonradan iddia tələbinin həcmini (ödənilməli olan kompensasiyanın məbləğini) artırsa da, özünün də təsdiq etdiyi kimi, mirası qəbul etdiyi 1985-ci ildən istifadə etmədiyi sahənin həmin ərazi üzrə dövlət ehtiyacları üçün alınan köhnə tikili sahələrinə dai r müəyyənləşdirilmiş qiymətdən artıq dəyərə malik olduğunu təsdiq edən hər hansı sübutu da təqdim edə bilməmişdir.
38. Əmlakdan istifadəyə dair əvəz ödənilməsi tələbinə gəldikdə, cavabdehin onun qarşısında həmin məzmunda öhdəlik daşıdığını iddiaçı əsaslandırmamışdır. Digər tərəfdən, iddiaçının həmin əmlaka faktiki sahiblik və ya ondan istifadə etməməsinin (bilavasitə faydalanmamasının) və ya digər şəxslərin əvəzli istifadəsinə verə bilməməsinin, - əgər belə cəhdlər olmuşdursa, - bilavasitə cavabdehin sərəncamından törədiyini də əsaslandıra bilməmişdir. Üçüncü şəxslərin həmin əmlakdan istifadəsi isə onların dövlət qeydiyyatına alınmış əşya hüquqlarına əsaslanmışdır ki, həmin hüquqlar yuxarıda istinad edilən məhkəmə qətnaməsi ilə də tanınmış və təsdiq edilmişdir.
39. Mənəvi ziyana görə ödəni lməli olan məbləğə gəldikdə, məhkəmə kollegiyası iddiaçıya onun məruz qaldığı əmlak zərərinə görə əvəz ödənilməli olduğunu da nəzərə almaqla, məhkəmələrin mənəvi ziyana görə müəyyən etdikləri məbləği ədalətli və ağlabatan hesab edir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1334/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.