Məhkəmə qərarları › İş №2-1(102)-712/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-712/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-712/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şamayev Elşad Yakuboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv i edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(107)2501/2022 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 20 iyul 2020-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən iaşə obyektini və 31 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən iaşə obyektini icarəyə götürmüşdür.

2. Vergi orqanı həmin icarəyə götürülmüş obyektlər üzrə icarə məbləğinin 2021-ci ilin 1-ci və 2-ci rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ödəmə mənbəyində tutulan verginin hesablanması bölməsində icarə məbləğinin qeyd edilməməsini vergidən yay ınma halı kimi qiymətləndirmiş, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2021-ci il tarixli, **********442900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********327000 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2021-ci ilin 1-ci və 2-ci rübləri üzrə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.

3. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən əsaslı təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, 2021-ci ilin 1-ci rübü üzrə pandemiya ilə əlaqədar müvafiq fəaliyyət sahəsinin məhdudlaşdırılması nəzərə alınaraq rübün bir ayı üzrə icarə məbləği qeyd edilməklə 2800,28 manat (2 0002*14%), 2021 -ci ilin 2-ci rübü üçün 2197,77 manat (15669,80*14%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********919200 nömrəli və xx.xx.2021-ci il tarixli, **********730900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 7 dekabr 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 evin 15 a saylı ünvanı üzrə bağlanmış icarə müqaviləsinə əsasən 2021-ci ilin yanvar ayından hesablanmış vergi borcunun ləğv edilməsi barədə qərar qəbul olun masını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərlə 20 iyul 2020-ci il tarixdə icarə müqaviləsi bağlamış və ünvan 4 ev, 15 a saylı ünvanda yerləşən iaşə obyektinin icarəyə götürüb. COVİD-19 pandemiyası ilə əlaqədar iaşə obyektinin fəaliyyəti baş tutmamış və sonda 2020-ci il sentyabr ayından iş dayanmış, yalnız onlayn sistemi ilə xidmət aparılmışdır. 2020-ci ilin dekabrın sonunda iaşə obyektini onun mülkiyyətçisinə təhvil verməsinə baxmayaraq, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə vergilər yazılmış, dəfələrlə bu barədə məlumat versə də, nəzərə alınmamış, xx.xx.2020-ci il tarixli məktubla cavabdehdən xahişi ilə bağlı imtina almışdır. 20 iyul 2020-ci il tarixli müqavilənin artıq tərəflərin razılığı əsasında pozulması, məlum iaşə obyektilə bağlı artıq 04 fevral 2021-ci il tarixdə yeni müqavilə bağlanması üçün sahibkar olaraq 17 may 2021-ci il tarixdə rəsmi qaydada fəaliyyətini dayandırmağı barədə rəsmi sənədləri cavabdehə təqdim etsə də, 01 yanvar 2021-ci il tarixdə ona vergi borcu hesablanmışdır. Sonuncu dəfə 04 noyabr 2021-ci il tarixdə yuxarıda göstərilən sənədləri təqdim etməklə münasibətlərin tənzimlənməsini xahiş etmiş, lakin nəticə əldə etməmişdir.

6. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət et miş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********19200 nömrəli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********30900 nömrəli qərarın ləğvi kimi dəyişdirilməsi qəbul edilmişdir.

8. Cavabdeh orqanın iddiaya yazılı etirazları onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2021-ci ilin 1-ci rübü üzrə vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş iki təsərrüfat subyekti üzrə fiziki şəxslərlə bağlanmış icarə müqaviləsinə əsasən rüblük icarə məbləğinin 30006 manat, 2021-ci ilin 2-ci rübü üzrə 15669,80 manat olması müəyyən edilməsinə baxmayaraq, vergi orqanına müvaf iq dövrlər üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ödəmə mənbəyində tutulan verginin hesablanması bölməsində icarə məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli, **********919200 nömrəli qərar xx.xx.2021-ci il tarixində saat 17:48:54-də iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixində saat 10:29:15-də oxunmuş, xx.xx.2021-ci il tarixli, **********730900 nömrəli qərar isə xx.xx.2021-ci il tarixində saat 17:35:21-də iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixində saat 15:26:25də oxunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-4390/2022 nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********919200 nömrəli və xx.xx.2021-ci il tarixli, **********730900 nömrəli qərarları ləğv ed ilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən icarə obyektləri üzrə qeyd edilən dövrlər üzrə faktiki olaraq icarə haqları ödənməmişdir. Belə ki, icarə obyektlərinin birinə münasibətdə (ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi) 2021-ci ilin fevral ayından etibarən digər icarəçi ilə ("xxxx" MMC) icarə müqaviləsi bağlanmış, digər, ünvan 2 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən icarə obyektinə münasibətdə isə icarə haqqı ödənməməsi halı öz təsdiqini tapmışdır. Qeyd edilən halı icarə obyektini faktiki olaraq icarəyə verən şəxs məhkəmə iclasında təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində daşınmaz əmlakın təqdim edilməsindən gəlirlərin əldə edilməsi, yəni müvafiq ödəmələrin həyata keçirilməsi, nəticə etibarilə ödəmə mənbəyində vergini n hesabatda göstərilən məbləğinin azaldılması müəyyən edilməmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2-1(103)-2501/2022 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və M.N.Tağızadə) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərarı qismən ləğv edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********919200 nömrəli qərarı qismən ləğv edilmiş, m übahisələndirilən xx.xx.2021-ci il tarixli, **********919200 nömrəli qərarla hesablanmış vergi məbləğinin 1302,28 manat hissəsinə dair hissədə iddia rədd edilmiş, qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən icarə obyekti 2021-ci il üzrə cəmi 1 ay-yanvar ayı ərzində iddiaçının sərəncamında olmuşdur. Həmin ay üzrə icarə müqaviləsi də qüvvədə olmuşdur. 2021-ci ilin fevral ayından etibarən digər icarəçi ilə ("xxxx" MMC) icarə müqaviləsi bağlanmışdır. Bundan savayı, cavabdeh tərəfindən təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisi üzrə kassa əməliyyatlarından görünür ki, vergi ödəyicisinin vergi orqanında uçotda olan nəzarət-kassa aparatından 2021-ci ilin yanvar və fevral ayları ərzində 822.95 manat dəy ərində mal (iş, xidmət) təqdim etmişdir. Həmçinin, obyekt haqqında əsas məlumatlardan aydın olur ki, sözügedən kassa aparatı məhz həmin obyekt üzrə verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, 2021-ci ilin yanvar ayı ərzində sözügedən obyekt iddiaçının sərəncamında olduğundan, həmin ay üzrə satış əməliyyatları həyata keçirildiyindən, xx.xx.2021-ci ildən isə başqa şəxs tərəfindən icarəyə götürüldüyündən məhz 2021-ci ilin yanvar ayı üzrə vergi borcunun hesablanması əsaslı olmuşdur. İş üzrə apellyasiya baxışı zamanı vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********233300 nömrəli, xx.xx.2022-ci il tarixli qərar təqdim edilərək, həmin qərarla iddiaçı barəsində 2021-ci ilin 2-ci rübü üçün 2193,77 manat əlavə vergi məbləğinin hesablanması ilə bağlı **********730900 nömrəli qərarın ləğv edildiyini, yeni qərarla hesablanmış vergi məbləğinin 2040,24 manat hissəsinin azaldıldığını və 153,53 manat vergi məbləğinin hesablandığını bildirmişdir. Bunu da onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarı qəbul edildikdən sonra İdarədə müvafiq araşdırma aparılmış və ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin artıq xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə "xxxx" MMC-yə icarə verildiyi faktı öz təsdiqini tapdığından, 2021-ci ilin 2-ci rübü üzrə yalnız ünvan 2 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən icarə obyektinə münasibətdə vergi məbləği hesablanmışdır. Sözügedən icarə obyekti üzrə 2021-ci ilin yanvar ayına icarə haqqından ödəmə mənbəyində tut ulan verginin məbləği aşağıdakı məbləğdə olmalıdır: 9302 manat (1 aylıq icarə haqqının ümumi məbləği)*14%=1302,28 manat.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətində Vergi Məcəlləsinin 124.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi nəzarət-kassa aparatından 2021-ci ilin yanvar və fevral ayları ərzində 822.95 manat dəyərində mal (iş, xidmət) təqdim edilməsi faktı ilə bağlı nəzərə alınmalıdır ki, “sözügedən kassa aparatının məhz həmin obyektə aid olması, o kassa aparatının iddiaçı tərəfindən istifadə olunması anlamına gəlmir, belə ki, iddiaçı dəfələrlə qeyd etmişdir ki, icarəyə verən 2021-ci ilin fevral ayından etibarən digər icarəçi ilə ("xxxx" MMC) icarə müqaviləsi bağlasa da, iddiaçı yanvar ayı ərzində də, icarə haqqı ödəməmiş, ümumiyyətlə pandemiya şəraiti olduğu üçün həmin icarə obyektindən belə kommersiya məqsədləri üçün istifadə etməmişdir. Belə olan halda, məhkəmə həm iddiaçının bu obyektdən istifadə etməməsi ilə razılaşır, digər tərəfdən, yanvar ayı üzrə nəzarət kassa aparatının iddiaçıya aid olduğu qənaətinə gəlir, buna görə də apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmaq olmaz.

17. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Ağa Nemətulla küçəsi 50 ünvanında yerləşən təsərrüfat subyektinin icarəsi ilə bağlı icarədar X3 və icarəçi "xxxx" MMC (**********) ilə bağlanmış xx.xx.2021-ci il ci il tarixli icarə müqaviləsinin 1.5-ci bəndində, icarəçinin icarə haqqının ödənilməsi üzrə öhdəliyinin xx.xx.2021-ci il tarixdən yarandığı qeyd olunmuşdur.

18. Vergi ödəyicisi İddiaçı 2021-ci ilin yanvar və fevral aylarında ünvan 7 ünvanında yerləşən obyektdə faktiki olaraq fəaliyyət göstərmişdir. Qeyd olunan halı İddiaçı vergi orqanında uçotda olan nəzarət-kassa aparatından 2021-ci ilin yanvar və fevral ayları ərzində 822,95 manat dəyərində mal (iş, xidmət) təqdim etməsi faktı da sübut edir.

19. Məhkəmə fevral ayında İddiaçı məxsus olan kassa aparatından satışları nəzərə almadan sadəcə X3 və icarəçi "xxxx" MMC arasında icarə müqaviləsinin xx.xx.2021 - ci il tarixində bağlandığını əsas götürərək, fevral ayı üzrə aparılmış hesablamanın əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı ünvan 5 ünvanında olan obyektdə fevral ayında fəaliyyət göstərməsə idi, həmin obyektdə qeydiyyatda olan kassa aparatından satış həyata keçirə bilməzdi. Məhkəmə isə İddiaçı həmin obyektdə fevral ayında fəaliyyət göstərməsini sübut edən faktı nəzərə almamaqla qanunsuz qərar qəbul etmişdir.

20. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. Eyni zamanda, “İc arə haqqında” 30 aprel 1992-ci il tarixli Qanunun 7.2-ci maddəsinə əsasən, icarə haqqının məbləği icarə müqaviləsində göstərilməlidir. O cümlədən həmin Qanunun 8-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir, həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

22. X1 və X4 arasında olan icarə müqaviləsi ləğv edilməmişdir.

23. Yalnız xx.xx.2021 -ci il tarixində İddiaçı vergi orqanında uçotda olan obyektin ləğvi üçün müraciət etmişdir. Qeyd olunan hal ilə bağlı müvafiq sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutu nəzərə almadan X2 şif ahi ifadəsini, həmin obyektdə nəzarət-kassa aparatının qeydiyyatda olmadığını əsas götürmüş, iddiaçıdan icarə müqaviləsinin ləğvini təsdiq edəcək sənəd tələb etmədən yekun qərar çıxarmışdır.

24. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

25. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

26. Məhkəmənin ziddiyyətli mövqeyini ünvan 7 ünvanında yerləşən obyekt üzrə fevral ayında kassa aparatından çıxarışlar təqdim edilməsinə baxmayaraq, Defendo MMCnin xx.xx.2021-ci il tarixində icarə müqaviləsi bağlayaraq icarəyə götürməsini əsaslanması, Baki şəhər i, ünvan 8 ünvanında isə tam əksinə İddiaçı icarə müqaviləsi əsasında icarəsində olan obyekt olmasını əsas götürməyərək kassa aparatının olmasını tələb etməsi halı sübut edir. Məhkəmənin vergi orqanının hər iki qərarına münasibətdə mövqeyi bir-biri ilə ziddiyyət təşkil edir. Bu da məhkəmənin qərarının əsassız olduğunu sübut edir.

27. Cavabdeh şikayətini əsaslandırarkən şikayətin maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 23.1.1-ci, 36-cı, 37.1-ci, 67.1-ci maddələrinə istinad edilmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

28. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibə tdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxla ması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artı q göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 49.4-cu maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilin mirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.... Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məc əllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqan ının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə

150. Ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar.

30. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən-cavabdehin xx.xx.2021-ci il tarixli, **********919200 nömrəli qərarının qismən-hesablanmış 1302,28 manat vergi məbləğinin istisna olunması hissəsində və həmin qərarla hesablanmış 1302 manat vergi məbləği hissəsində iddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia həmin hissədə təmin olunmalıdır. Cavabdehin kassasiya şikayəti qismən-Bakı İnzibati Məhkəməsinin 2-1(112)4390/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması hissəsində apellyasiya məhkəməsinin qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

34. İddiaçı 2 inzibati aktı mübahisələndirmişdir. Hər iki inzibati akt iddiaçının icarəyə götürdüyü 2 obyektə görə hesablanan ödəmə mənbəyində vergi ilə əlaqədardır.

35. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə İ rüb/2021-ci il dövrü üzrə - 2800,28 manat, xx.xx.2021-ci il tarixli qərarı ilə İİ rüb/2021-ci il dövrü üzrə - 2193,77 manat vergi hesablanmışdır.

36. İddiaçı həmin dövrün pandemiya vaxtına təsadüf etdiyindən icarə haqqı ödənilmədiyini, ona görə də icarə haqqından ödəmə mənbəyində gəlir vergisi(14%) tutulmadığını bildirmişdir.

37. Mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin qərarı qəbul edildikdən sonra, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərar ləğv olunmuş və xx.xx.2022-ci il tarixli qərarla İİ rüb/2021-ci il dövrü üzrə 153,53 manat hesablama aparılmışdır.

38. Cavabdeh kassasiya şikayətində iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hər iki mübahisələndirilən qərar asan imza ilə təsdiq olunaraq iddiaçının elektron kabinetinə yerləşdirilmiş, lakin iddia Vergi Məcəlləsinin 70.2-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddət keçdikdən sonra qaldırılmışdır.

39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, 1-ci instansiya məhkəməsi iddianı mümkün sayarkən Vergi Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulmuş çatdırılma qaydasına istinad etmişdir. 1-ci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi isə qərarların asan imza ilə imzalanmadığına istinad etməklə iddianı mümkün saymışdır. Lakin nəzərə almaq lazımdır ki, vergi yoxlamaları üzrə hesablamaların müəyyən spesifik tərəfi var və həmin spesifik cəhət ondan ibarədir ki, vergi ödəyicisinin 3 il ərzində hesablama aparılan dövrə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmək hüququ var. Həmin hüququndan istifadə etməklə vergi ödəyicisi əvvəlki inzibati aktın ləğv olunaraq yeni inzibati aktın qəbul olunmasına nail ola bilər. Hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmasaydı belə, iddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etmək imkanından isti fadə etdiyi halda, cavabdeh 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində həmin bəyannaməyə münasibət bildirmək vəzifəsini yerinə yetirməyə borcludur (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunaraq mübahisə aradan qalxmalı, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilməlidir. Yeni inzibati akt qəbul edildiyi halda isə, iddiaçı məhkəməyə yenidən iddia ilə müraciət etmək hüququna malikdir. Bu baxımdan vergi ödəyicisinin kameral vergi yoxlaması nəticəsində qəbul edilən qərarı 3 il ərzində mübahisələndirmək imkanının qaldığı nəzərə alınmalıdır. Qeyd olunan səbəbdən prosessual qənaət prinsipi də diqqətə alınmalı və hazırki iddia mümkün hesab edilməlidir.

40. Mübahisənin mahiyyətinə gəldikdə isə, birinci instansi ya məhkəməsi hər iki qərarı tam ləğv etmiş, apellyasiya instansiyası məhkəməsi isə xx.xx.2021-ci il tarixli qərarla İ rüb/2021-ci il dövrü üzrə hesablanmış 2800,28 manat vergi məbləğinin 1302,28 manat hissəsini istisna etməklə qalan hissəni, həmçinin artıq apellyasiya baxışı zamanı mövcud olmayan xx.xx.2021-ci il tarixli qərarla İİ rüb/2021-ci il dövrü üzrə hesablanmış 2193,77 manat hesablamanın ləğvini qüvvədə saxlamışdır. 41. xx.xx.2021-ci il qərarı qismən ləğv edərkən apellyasiya instansiyası məhkəməsi icarə obyektinin 2021-ci ilin yanvar ayında iddiaçının sərəncamında olduğuna və yeni icarəçi ilə fevral ayında müqavilə bağlandığına, həmçinin iddiaçının NKA üzrə yanvarfevral ayları ərzində 822,95 manat mal (iş, xidmət) təqdim etdiyinə istinad etmişdir.

42. Bununla bağlı nəzərə alınmalıd ır ki, obyektin iddiaçının sərəncamında olması və pərakəndə qaydada satış aparması özlüyündə icarə haqqı üzrə ÖMV tutulmasına əsas yaratmır. Belə ki, Vergi Məcəlləsinin 150.1-ci maddəsinə görə aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:... 150.1.6. bu Məcəllənin 124cü, 125-ci və ya 126-ci maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar.

43. Göründüyü kimi, icarə haqqından ÖMV tutulmasının başlıca şərti icarə haqqının ödənilməsidir. Mübahisəyə dair iş üzrə materiallarda isə icarə haqqı üzrə ödəmənin həyata keçirildiyinə dair hər hansı təsdiqedici sənəd mövcud deyildir. Cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

44. Bu mənada xx.xx.2021-ci il tarixli qərara münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərar əsassız olaraq qismən ləğv edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv edilməlidir. 45. xx.xx.2021-ci il tarixli qərara münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh apellyasiya şikayətində artıq həmin qərarın mövcud olmadığını bildirmişdir. Eyni zamanda iş materiallarına da həmin qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********233300 nömrəli qərar və şəxsi hesab vərəqəsindən çıxarış əlavə edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan yeni qərarla bağlı hüquqi yardım qaydasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə yardım göstərməli və dəqiqləşdirilmiş iddia üzrə işə baxmalı idi. İddiaçı tələbini dəqiqləşdirməkdən imtina etdiyi halda isə, mübahisə predmeti artıq mövcud olmadığı üçün həmin hissədə iş üzrə icraata xitam verilməli idi. Hazırki halda qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədiyi üçün, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv olunmalı və iş yenidən apellyasiya baxışına qaytarılmalıdır.

47. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(103)-2501/2022-ci il nömrəli qərarı qismən-cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********919200 nömrəli qərarının qismən-hesablanmış 1302,28 manat vergi məbləğinin istisna olunması hissəsində və həmin qərarla hesablanmış 1302,28 manat vergi məbləği hissəsində iddianın rədd edilməsi hissəsində ləğv edilir. Həmin hissədə iddia təmin edilir. Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(103-2501/2022-ci il nömrəli qərarı - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərarının cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilir. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılır. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar