Məhkəmə qərarları › İş №2-1(102)-712/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-712/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-712/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-354/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İsmayıllı rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, Basqal inzibati ərazi bölgüsü üzrə icra hakimiyyəti nümayəndəsinin ərazidə daimi yaşayan fəhlə, qulluqçu və digər vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi barədə vəsatəti qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu və 78-ci maddələrinə uyğun olaraq XDS-nin xüsusi torpaq fondu hesabına adları qeyd olunmuş vətəndaşlara torpaq sahəsi həyətyanı sahə üçün xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır: - İddiaçı – 0,25 ha.

2. A№526765 nömrəli plan-ölçü sənədindən görünür ki, iddiaçının adının qeyd olunduğu İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində 2500 kv.m həyətyanı torpaq sahəsinin kadastr göstəriciləri X2 filialının 19 noyabr 2014-cü il tarixli 880 saylı arayışı əsasında tərtib edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş 87 saylı, 24 noyabr 2014-cü il tarixli rəydə qeyd olunmuşdur ki, DTXK-nin İsmayıllı rayon şöbəsi Bakı şəhər sakini İddiaçı Basqal qəsəbəsində qanuni istifadəsində olan (X2 filialının xx.xx.2014-cü il tarixli 880 saylı arayışına əsasə n) 0,25 ha həyətyanı torpaq sahəsinə qanunamüvafiq sənədin hazırlanmasına etiraz etmir.

4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 48-4376/1 nömrəli rəyində fərdi mənzil tikintisi üçün həyətyanı məqsədi ilə Bakı şəhər sakini İddiaçı satılmış ha torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir.

5. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, A526765 nömrəli plan ölçü sənədində qeyd edilmiş 0.25 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının sərhədləri xaricində, “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşir və torpaq sahəsinin sənəd üzrə verilmiş koordinatlarına görə yerləşdiyi ərazinin kateqoriy ası xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla uqodiyası kolluq, mülkiyyət növü dövlətdir. İddia olunan torpaq sahəsi iddiaçının adına tərtib edilmiş, A526765 nömrəli plan ölçü sənədində qeyd edilmiş 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşür.

6. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazi Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir. Torpaq sahəsinin faktiki istifadəyə uyğun qeydiyyata alınması məsələsinə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi prosesi gedişində baxıla bilər.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid məti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ Ərazi İdarəsinə edilmiş sorğu əsasında verilmiş 28 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan 0,25 ha torpaq sahəsinin xx.xx.1994-cü il tarixdə kimin mülkiyyətində olması barədə məlumat yoxdur və “Şahdağ Milli Park”ına məxsus istifadə və yaxud mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyəti nə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı A526765 nömrəli plan-ölçü sənədində qeyd edilmiş İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən 2500 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşdiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu, iddia etdiyi torpaq sahəsinin X2 filialının 19 noyabr 2014-cü il tarixli 880 saylı arayışı ilə onun mülkiyy ətinə verilməli olması ilə əsaslandırmış, cavabdeh orqan iddia tələbinə etirazını - “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşməsi və torpaq sahəsinin sənəd üzrə verilmiş koordinatlarına görə yerləşdiyi ərazinin kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla uqodiyası kolluq, mülkiyyət növü dövlət olması ilə əsaslandırmışdır.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-371/2022 saylı qərarı ilə (hakim V.Ə.Musayev) İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr i” X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşməklə Dövlət mülkiyyətində olan xüsusi qorunan ərazilərin torpaqlarına aiddir. Buna görə də cavabdeh orqan haqlı olaraq həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, yuxarıda istinad olunan, “Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsində sözügedən torpaq sahələrinin dövlət mülkiyyətində saxlanılması birmənalı olaraq təsbit edilmişdir.

13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və E.M.Mehdiyev) 2-1(107)-354/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-371/2022 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyy ətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli hüquq münasibəti 1994-cü ildə yaranmışdır. Birinci instansiya məhkəməsi isə öz mövqeyini əsaslandıran zaman xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş Torpaq Məcəlləsini müddəalarına istinad etmişdir. Hazırkı iş üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Torpaq Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulur du ki, dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Həmçinin, “Şahdağ Milli Park”ı Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır. Göründüyü kimi “Şahdağ Milli Park”ı yaradılana kimi iddia predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 9 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riay ət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və məlum olmuşdur ki, sözügedən torpaq sahəsi “Şahdağ Milli Parkı”nın ərazisində yerləşməklə dövlət mülkiyyətində olan xüsusi qorunan ərazilərin torpaqlarına aiddir, belə olan halda isə qanunvericiliyinin tələblərinə əsasən həmin torpaq sahəsi dövlət mülkiyyətində saxlanılır və dövlətin müstəsna mülkiyyətindədir, ancaq istifadəyə və icarəyə verilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun ola raq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəs ində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiy arı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Bənd

2. Azərbaycan Respublikası Sove t Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1 991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiy a instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ayrılmış İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətr aflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, İsmayıllı rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 06 saylı iclasında Basqal inzibati ərazi bölgüsü üzrə icra hakimiyyəti nümayəndəsinin ərazidə daimi yaşayan fəhlə, qulluqçu və digər vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi barədə vəsatəti qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu və 78-ci maddələrinə uyğun olaraq XDS-nin xüsusi torpaq fondu hesabına adları qeyd olunmuş vətəndaşlara, o cümlədən İddiaçı 0,25 ha torpaq sahəsi həyətyanı sahə üçün xüsusi mülkiyyətə ver ilməsi qərara alınmışdır.

29. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş 87 saylı, 24 noyabr 2014-cü il tarixli rəyi ilə də Basqal qəsəbəsində qanuni istifadəsində olan (X2 filialının xx.xx.2014-cü il tarixli 880 saylı arayışına əsasən) 0,25 ha həyətyanı torpaq sahəsinə qanunamüvafiq sənədin hazırlanmasına etiraz edilməmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 48-4376/1 nömrəli rəyi ilə İddiaçı satılmış torpaq sahəsinə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin verilməsinin məqsədəmüvafiq hesab edilmişdir.

30. Həmçinin, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi tərtib edilmiş A526765 nömrəli plan ölçü sənəd ində qeyd edilmiş 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşür.

31. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.2-ci bəndinə görə İsmayıllı rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 06 saylı protokol-qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması üçün əsasdır.

32. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mübahis ə predmeti olan torpaq sahəsinin “Şahdağ Milli Parkı”nın ərazisində yerləşməsi ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ Ərazi İdarəsinə edilmiş sorğu əsasında verilmiş 28 sentyabr 2023-cü il tarixli cavab məktubunda 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan 0,25 ha torpaq sahəsinin xx.xx.1994-cü il tarixdə kimin mülkiyyətində olması barədə məlumat olmaması və “Şahdağ Milli Parkı”na məxsus istifadə və yaxud mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlak aşkar edilməməsi bildirilmişdir.

33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki “Şahdağ Milli Park”ı Azərbaycan Respublikası Pre zidentinin 8 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır.

34. Göründüyü kimi “Şahdağ Milli Park”ı yaradılana kimi iddia predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

35. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-35 4/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar