Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-713/2019 26.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2725/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 09/706 saylı, 27 mart 2018-ci il tarixli məktubu ilə İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabça sına əsasən müəyyən edilir. Cavabdehin mövqeyinə görə iddiaçının mərhum ərinin 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» gözətçi kimi işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyi üçün bu dövrlərin sığorta stajına daxil edilməsi mümkün deyildir. İmtinanı əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək mərhum əri X1 oğlunun 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» gözətçi kimi işləməsi barədə illərin nəzərə alınıb hesablanmaqla ona ailə başçısın ı itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 09-1977 saylı, 31 iyul 2018-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı əmək pensiyası təyin edilməsi üçün onun həyat yoldaşı X1 oğlunun 19 il 9 ay və 13107,08 manat pensiya kapitalı olduğuna görə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2553/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərarı (hakim – A.A.Abdullayeva) ilə iddia təmin edilərək X1 oğlunun 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəl ayihə İnstitunun Azərbaycan bölməsində» gözətçi kimi işləməsi barədə illərin nəzərə alınıb hesablanmaqla İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəilləri ondan ibarət olmuşdur ki, əmək pensiyası hüququnun nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. İddiaçının mərhum həyat yoldaşının iş stajı əmək kitabçası əsasında müəyyən edilmədiyindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2725/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2553/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işə düzgün hüquqi mövqedən qiymət verilməyək əsassız olaraq apellyasiya şikayətinin dəlilləri nəzərə alınmadan iddi a təmin edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi iş materiallarında olan arxiv arayışları ilə iddiaçının mərhum ərinin 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» gözətçi kimi işlədiyinin təsdiq edildiyinə və arxiv arayışlarının iş stajını təsdiq edən sənəd sayıldığına istinadla iddia çının mərhum həyat yoldaşının həmin dövrlərdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməli olduğu nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi həmçinin DSMF Binəqədi RŞ tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış 31 iyul 2018-ci il tarixli, 09-1977 nömrəli məktubda İddiaçı əmək pensiyası təyin edilməsi üçün onun həyat yoldaşı X1 oğlunun 19 il 9 ay və 13107,08 pensiya kapitalı olduğuna görə İddiaçı ailə başçısının itirən kimi pensiya təyin edilə biləcəyinin göstərildiyini də nəzərə almaqla iddiaçıya ailə başçının itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanuni olduğu nəticəsinə gəlmişdir. İşin hallarından müəyyən olunduğu kimi cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum həyat yoldaşının isə işlədiyi bildirilən dövrlər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı olaraq apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş ə mək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşki latın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edil miş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının mərhum həyat yoldaşının işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1983cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdar əsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının mərhum həyat yoldaşının həmin dövrlərdə sözügedən müəssisələrdə işlədiyi müvafiq arxiv arayışları («xxxx» ASC «xxxx» MMC tərəfindən verilmiş 40 nömrəli, 14 noyabr 2017-ci il tarixli arxiv arayışı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filalı tərəfindən verilmiş 1187 nömrəli, 27 sentyabr 2017-ci il tarixli arxiv arayışı) ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş mater iallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilmə si zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının mərhum həyat yoldaşının 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» işlədiyi illərdə qüvvədə olan qanunvericilik normalar ı arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrlərə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əm ək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərp a etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tə tbiq etdikdə müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşının əmək kitabçası olmasa da, onun 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, verilmiş arxiv arayışları ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həm in faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsində qeyd edilir ki, ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə həmin ail ə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə isə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imka n verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşin materiallarından müəyyən edilir ki, iddiaçının həyat yoldaşı X1 oğlu 13.06.2011-ci il tarixdə vəfat etmişdir, İddiaçı isə 11.09.2017-ci il tarixdə ikinci qrup əlillik verilmişdir. Beləliklə, iddiaçının mərhum həyat yoldaşının 1983-cü ildən 1996-cı ilədək Şəki şəhəri Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin mebel təmiri sexində və 05.08.1996-cı ildən 15.01.2002-ci ilədək «Enerjişəbəkəlayihə İnstitunun Azərbaycan bölməsində» işlədiyi illər əmək pensiyasına hüququ verən sosial sığorta stajına daxil edilməli olduğundan, eləcə də DSMF Binəqədi Rayon Şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış 31 iyul 2018-ci il tarixli, 09-1977 nömrəli məktubda İddiaçı əmək pensiyas ı təyin edilməsi üçün onun həyat yoldaşı X1 oğlunun 19 il 9 ay və 13107,08 pensiya kapitalı olduğu göstərildiyindən məhkəmələr yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin etməkdə haqlı olmuşlar. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh özünün 31 iyul 2018-ci il tarixli, 09-1977 nömrəli məktubunda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə biləcəyini göstərsə də, sonradan özünün həmin mövqeyinin ziddinə olaraq heç bir konkret əsaslara söykənmədən və lazımi qaydada əsaslandırmadan formal olaraq apellyasiya və kassasiya şikayətləri vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq e dilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2725/2018 saylı iş üzrə 29 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-713/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-713/2019
26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver